Month: March 2018

  • “Bütün atalar kimi mən də qızlarımı böyütmək, oxutmaq istəyirəm – FOTO

    Kənddə yaşamağın və işləməyin şəhərə nisbətən fərqli olduğunu hər kəs bilir. Düzdür, hər yerin öz çətinliyi var, amma kənddə əkin-biçin, mal-qara işləri ilə məşğul olmaq daha əziyyətlidir. Əgər dağ kəndindən danışsaq, bu çətinlik ikiqat artır. Dağlıq kəndlərdə yaşayan kişilərin üzərinə isə daha çox yük düşür.

    Sputnik Azərbaycan-ın budəfəki qəhrəmanı da Lerikin ucqar, Buruq dağ kəndində yaşayan, 1977-ci il təvəllüdlü Əkbər Dədiyevdir. Artıq 9 ildir təsərrüfat işləri ilə məşğul ola bilməyən Əkbərin maddi yardıma ehtiyacı var.
    Buruq dağ kənd sakini Dədiyev Əkbər

    Buruq dağ kənd sakini Dədiyev Əkbər

    Əkrəm Dədiyev danışır ki, 2009-cu ilin oktyabr ayında örüşdə mal-heyvan otararkən atın belindən yıxılaraq ağır xəsarət alıb: “At qaçırdı, birdən sanki mayallaq aşıb, atın belindən yerə yıxıldım. Belim üstə, maşın təkərlərinin izindən yaranmış torpağın üzərinə düşdüm və belimdən bərk zədələndim. Bel fəqərəm yerindən oynayıb içəri batmışdı. Məni xəstəxanaya aparmaq üçün yerdən qaldıranda isə onurğam bir qədər də yerindən oynamışdı”.

    Həmsöhbətimiz deyir ki, bu zədədən sonra əməliyyat olunub: “Bir ay sonra qohum və qonşularımın köməkliyi ilə Neyrocərrahiyyə xəstəxanasında əməliyyat olundum. Belimə dəmir mil qoyuldu. Və bildirildi ki, bundan sonra əməliyyata ehtiyac yoxdur, mütəmadi olaraq müalicə olunmalıyam”.
    Ə.Dədiyevin sözlərinə görə, müalicə olunmağa isə maddi imkanı yol vermir: “Respublikanın bir çox xəstəxanalarında olmuşam, eləcə də İran İslam Respublikasında olan xəstəxanaların birində müayinə olundum. İranlı həkimlər də dedilər ki, daha əməliyyat lazım deyil, ancaq müalicə etmək lazımdır. Daha sonra imkansızlıqdan müalicəmi davam etdirə bilmədim”.

    “Həkimlərin dediklərinə görə, müalicə olunsam, yenidən yeriyə bilərəm, bunun üçün isə külli miqdarda, təxminən 25-30 min manat pul lazımdır. Bəlkə də vəsait deyilən rəqəmdən az oldu”, — deyir həmsöhbətimiz.

    Artıq 9 ildir yataq xəstəsi olan Əkbər Dadiyevin səhhətində hərəkətsizlikdən digər fəsadlar da yaranıb, dizlərində kristallaşma gedir.
    Əkbərin övladları
    Əkbərin övladları

    “Sonuncu dəfə Bakıdakı özəl xəstəxanalarının birində müalicə olundum. Artıq hiss edirəm ki, ayaqlarımda hissiyyat yaranıb. Bir çox xəstəxanalarda, eləcə də Respublika Əlillərin Bərpa Mərkəzində olmuşam. Məni müayinə edən bütün həkimlərin diaqnozu eynidir. Güclü müalicə olunsam, yenidən ayağa qalxacağam”, — deyən Ə.Dədiyev sağalacağına çox ümidlidir.

    Həmsöhbətimiz hazırda əlil arabasına məhkum olub: “İndi yalnız əlil arabası ilə hərəkət edə bilirəm. Ancaq həyətə düşə bilmirəm. Kimsənin köməyi olmadan yatağa uzanıb-qalxa bilmirəm”.

    Əkbərin xəstəliyi ailəsinin dolanışığına da mənfi təsir edib: “Ailəmizdə təkcə mən işləyirdim, daha doğrusu, təsərrüfat işləriylə, heyvandarlıqla məşğul olub ailəmi saxlayırdım. 9 ildir isə heç bir işlə məşğul ola bilmirəm. Düzdür, əlilliyə görə pensiya alıram. Amma indiki zamanda bu pensiya da yetmir. Ailəmiz 4 nəfərdən ibarətdir. İki qızım var, biri 2-ci, o biri isə 3-cü sinifdə oxuyur. Bütün atalar kimi mən də qızlarımı böyütmək, oxutdurmaq istəyirəm. Lakin indiki vəziyyətimdə onlar üçün heç bir şey edə bilmirəm”.

    Əkbərin bank hesabı

    Əkbərin bank hesabı

    Ə.Dədiyev Sputnik Azərbaycan vasitəsilə imkanlı şəxslərdən ona yardım göstərməsini xahiş edir: “Artıq dərəcədə xahiş edirəm ki, imkanlı şəxslər mənə kömək etsinlər ki, müalicə olunum. Sağalıb ayağa qalxım, işlərimi özüm görüm. Balalarımın təhsilinə özüm kömək olum”.
    Onu da əlavə edək ki, Əkbər Dədiyevin evində həm öz ailəsi, həm də qardaşının ailəsi yaşayır. O, hazırda qardaşının həm maddi, həm də mənəvi yardımı hesabına dolanır.

    Ə.Dədiyevə maddi yardım göstərmək istəyənlərə onun üçün açılmış bank hesabını da təqdim edirik.

  • Bu kənddə toyuqlar bir-bir xoruza çevrilir – FOTOLAR

    20-25 ildir toyuq-cücə saxlayan Gülcan Pərihanın toyuqları bir-bir xoruz olmağa başlayıb.

    Türkiyənin Kastamonu adlanan ərazisində yaşayan yaşlı qadın təqaüdə çıxdıqdan sonra həyətində toyuq-cücə bəsləməyə başlayıb. Bir müddət sonra isə toyuqların bir-bir yumurtadan kəsildiyini və yavaş-yavaş xoruza çevrildiyini görür:

    “25 ildən çoxdur toyuq-cücə saxlayıram. Belə hadisə başıma üçüncü dəfədir gəlir. Daha əvvəlki illərdə də toyuqlarım xoruza çevrilmişdi. Əsasən tük tökülmə dövrünə girdikdən sonra bəzi toyuqlarımın tükləri daha tünd və parlaq rənglərlə əvəz olunmağa başlayır, quyruqları dəyişir və xoruz kimi banlamağa başlayırlar. Sonuncu dəfə bu hadisə 2 gün qabaq yaşandı. Bir müddət sonra demək olar ki, bütün toyuqlarım tam dəyişərək xoruz olub və xoruz kimi banlamağa başlayırlar. Bunun hansı səbəbdən belə olduğunu anlamıram”.

    Qadın məsələ ilə bağlı Kastamonu Universitetinin Baytarlıq fakültəsinin mütəxəssislərinə müraciət edib. Həmin heyvanlar laborotoriya müayinəsinə aparılıb. Aparılan tədqiqatlardan sonra baytarlar bunun cinsiyyət dəyişikliyi hadisəsi olduğunu təsdiqləyiblər:

    “Bu nadir hadisədir. Patoloji bir proses müşahidə edildiyi üçün toyuq bütün keyfiyyətlərini dəyişir. Hadisəyə isə onların yemləndiyi və saxlandığı torpaqlarda androgen qrupuna daxil testosteron qalıqlı tullantıların olması səbəb olur”./lunar.az



  • Abşeronda marşrut avtobusu qadını vuraraq öldürdü

    Abşeronda sərnişin avtobusu qəza törədib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nübar qəsəbəsində qeydə alınıb.

    Aslan Mehralıyev idarə etdiyi 114 saylı xətt avtobusu ilə yolu keçən piyada, 1958-ci il təvəllüdlü Bibixanım Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

  • Orqan mafiyası Azərbaycanda iş başında

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən insan orqanlarının alveri ilə məşğul olan bir qrup şəxsin, şəbəkənin ifşa edilməsi barədə məlumat Azərbaycanda sosial şəbəkələrdə “partlayış”a səbəb oldu. Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, gizli cinayətkar şəbəkənin təşkilatçısı olan Vahib Xudadatov həbs edilib. Onunla birlikdə cinayətkar biznesə cəlb edilmiş digər şəxslər də tutulub.

    Könüllü donor olan şəxslərə gəlincə, onlar tibbi müayinəyə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. DTX-də cinayət işi transplantasiya ilə məşğul olan transmilli şəbəkənin qanunsuz əməlləri barədə xaricdən məlumatın daxil olması nəticəsində açılıb.

    Məlum olub ki, V.Xudadatov “Qarabağ” U-11 futbol komandasının məşqçisinin doğma qardaşı Elşad Xudadatovun doğma qardaşıdır. Ancaq E. Xudadatovun qardaşının işlərindən xəbərdar olmadığı bəlli olub.

    Rəsmi məlumatdan bu biznes haqda mənzərə ortaya çıxır. V.Xudadatov və onun əlaltıları maddi durumu ağır olan insanları axtarıb tapır və onlara öz böyrəyini, ciyərini satmağı təklif edirmiş, Həmin şəxsləri xaricə aparırmışlar və orada orqan transplantasiyası həyata keçirilirmiş. Xarici həkimlər Azərbaycandan növbəti donoru gözləyirmiş. Hər bu cür işə görə həm orqanını satan şəxs, həm də vasitəçilər qonorar alıblar.

    Azərbaycan qanunvericiliyi orqan alverini qadağan edir. Bizim qanunlara əsasən donor ancaq yaxın qan qohumu ola bilər və iş təmənnasız həyata keçirilir. Biomaterial alqı-satqı predmeti ola bilməz.

    Bir neçə il öncə ölkədə qalmaqal yaranmışdı. Belə ki, məlum olub ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevin qardaşı Səməd Əbiyevin böyrəyində təcili əməliyyat aparmaq lazımdır. Tənha qadın Eleonora Cəbrayılova donor olmağa razılaşıb. O, öz böyrəyinə görə 50 min manat pul istəyib. Tərəflər yaxın qohum kimi qadının S.Əbiyevə təmənnasız orqan bağışlaması barədə notarial qaydada müqavilə bağlayıblar. Bu cür sənədləşmə təsadüfü deyil, çünki Azərbaycanda insan orqanlarının satışı qadağandır.

    Orqan mafiyası Azərbaycanda iş başında – Əhəd Əbiyevin qardaşının böyrək əməliyyatı /Sensasiyalı faktlar

    Əməliyyat İranda özəl klinikalardan birində keçirilib. S.Əbiyevə böyrək köçürülüb. Ancaq E.Cəbrayılova ona vəd olunan pulu almayıb.

    2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin rəhbəri Dilarə İsmayılovanı şərti olaraq iki il azadlıqdan məhrum edib. O, “qara transplantoloqlar” beynəlxalq cinayət işi üzrə əsas fiqur olub və donorlardan qanunsuz böyrək götürülməsinin təşkilində və onların əcnəbi resipientlərə köçürülməsində ittiham olunub. Onların arasında 11 nəfər İsrail vətəndaşı olub. Ali məktəbin insan orqan və toxumalarının transplantasiyası üçün lisenziyası olmayıb. Əslində belə sənədin olması bu cür əməliyyatları aparmaq üçün müntəzəm Bakıya gələn ukraynalı həkimləri az maraqlandırıb. Belə şəraiti yaratdığına görə D.İsmayılova həmin faktlar üzrə heç bir sənədləşmə aparmadan nağd şəkildə 130 min ABŞ dolları alıb.

    Bu hadisələrdən sonra Bakı klinikalarında, həmçinin beynəlxalq aeroportda nəzarət gücləndirilib. Ona görə də insan orqanları ilə bağlı qeyri-leqal biznesin sxemi bir qədər dəyişib. Əslində transplantatı kordon vasitəsilə daşımaq çətin və təhlükəlidir, ən başlıcası heç lazım deyil. Hazırda bütün iş yerində gedir. Azərbaycanlı donorları Ukrayna, İran, Türkiyə, bir sıra Avropa ölkələrinə aparırlar. Bu barədə xarici mətbuatdakı yazılardan da bilmək olur. Belə ki, bu ilin əvvəlində Rumıniyanın Libertatea saytı 2000-2007-ci illərdə bu ölkədə insan orqanları alveri üzrə cinayət işi haqda məlumat yaymışdı. İş üzrə azərbaycanlılar da keçir, ancaq resipient qismində.

    Bu yaxınlarda “The Washington Post” qəzeti Kiprdə israilli Moşe Xarelin həbs olunduğunu bildirib. O, insan orqanlarının qeyri-leqal alverinin təşkilində şübhəli bilinib. M.Xarel Kosovonun paytaxtı Priştinada Medicus klinikasında çalışıb. Orada böyrək köçürülməsinə ehtiyacı olan donor və pasient axtarıb. Medicus-da “xidmət”ə görə pasientlər 80-100 min avro ödəyiblər. İstintaq materiallarından məlum olur ki, əsasən Türkiyə və keçmiş Sovet İttifaqından olan donorlar bu klinikaya gələrək pul müqabilində öz orqanlarını satıblar. Alıcıların oxu İsraildən olub. Bir böyrəyə görə 80-100 min avro ödəyiblər.

    Acınacaqlı olsa da, hazırda Azərbaycan gizli beynəlxalq bazarda biomaterial tədarükçüsüdür. Son vaxtlara qədər İnternetdə “Böyrək satıram” elanına tez-tez rast gəlmək olurdu. Ancaq indi adamlar belə elanlar yerləşdirməyə ehtiyat edirlər. Çünki xüsusi xidmət orqanları buna reaksiya verirlər. Ancaq bununla belə, onlar öz planlarını həyata keçirmək üçün yollar tapırlar.

    Müstəqil ekspert Samir Əliyev Turan-a bildirib ki, adamların çoxu maliyyə probleminin həlli üçün öz orqanlarını satmaqdan başqa yol görmür. Arqument müxtəlifdir: “kredit borcu”, “banklar məni məhkəməyə verirlər”, “biznesim məhv oldu”, “uşaq xəstədir, əməliyyat üçün pul lazımdır”…Qeyri-leqal biznesin təşkilatçıları bundan istifadə edirlər. Kimsə çarəsiz insanların sayəsində pul qazanır, kimsə iki böyrəklə xaricə gedir, bir böyrəklə qayıdır. Ancaq öz sağlamlığı bahasına pul qazanmaq cəhdi ya qanunla, ya da səhhətlə əlaqədar problemə çevrilir. Fizioloqlar qeyd edirlər ki, bir böyrək ilə maksimum 20 ilə yaxın yaşamaq olur.

    Mənbə: Turan.az

  • Gömrükdə Avropaya aparılan 52 kq heroin tutuldu – FOTO

    Azərbaycan gömrükçüləri Avropaya daşınması nəzərdə tutulan külli miqdarda narkotik vasitənin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İran vətəndaşı Arjomandzadeh Gholamreza Mohammad Alı idarə etdiyi “Renault” markalı, 37B527/8-10 nömrəli yük nəqliyyat vasitəsilə İrandan Azərbaycan ərazisindən tranzit keçməklə Niderland Krallığına “kiçik ölçülü transformatorlar” yükünü apararkən Astara Gömrük İdarəsinin idxal nəzarət xəttində saxlanılıb.

    Sürücü ilə şifahi sorğu-sual aparılaraq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən, qanunla dövriyyəsi qadağan edilən, o cümlədən narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının olub-olmaması soruşulub. O, isə idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunan heç bir predmetin olmadığını bildirib.

    “Bundan sonra nəqliyyat vasitəsinə kinoloji xidməti iti tətbiq edilməklə baxış keçirilib. Baxış zamanı xidməti it yük maşınının qoşqusunun təkərlərinə reaksiya verib. Bu səbəbdən iki nəfər hal şahidinin iştirakı ilə qoşqunun təkərləri olan hissəsi təkrar yoxlanılıb. Xüsusi alət və avadanlıqlardan istifadə edilərək qoşqunun təkərləri açılıb. Nəticədə, təkərlərin arasında olan – xüsusi düzəldilmiş oxların içərisində, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə gömrük nəzarətindən gizlədilən, üç ədəd oxun hər birində 1 ədəd olmaqla, cəmi 3 bağlama aşkar edilib. Həmin bağlamalar açılarkən isə hər birinin içərisində 34 ədəd olmaqla, cəmi 102 ədəd falqalı kağız və şəffaf yapışqanlı lentlə sarınmış yastı-dairəvi formalı paketlər aşkar edilib. Daha sonra həmin paketlərin içərisində açıq-qəhvəyi rəngli narkotik vasitə – heroinin olduğu müəyyən edilib. Cəmi 102 ədəd paketdə aşkar olunan heroinin qablaşdırma ilə birgə ümumi çəkisi 52 kiloqram 390 qram təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Novxanı torpaqlarını kimlər və niyə zibilxanaya çevirir… – FOTO

    Abşeron rayonu, Novxanı kəndinin ərazisində hektarlarla torpaq sahəsi zibilxanaya çevrilib. Kəndin ətrafındakı boş ərazilərə maşınlarla zibil daşınıb tökülür və bu da münbit, amma istifadəsiz əkin sahələrinin həm ekoloji baxımdan çirklənməsinə, həm dəyərdən düşməsinə səbəb olur. Sakinlər virtualaz.org saytına bildiriblər ki, ərazi qəsdən yararsız hala salınır və bu işin arxasında torpaq dəllaları dayanır. Çünki Abşeron Rayon İcra Hakimiyyəti və Novxanı bələdiyyəsininin dəllalları bu torpaqların zibilliyə çevrildiyini bəhanə edərək sahiblərindən dəyər-dəyməzə, 1 sotunu 300-500 manata almağa nail olurlar. 

    Torpaq “qəpik-quruşa” satılan kimi tullantılardan təmizlənir, bölüşdürülərək ev tikmək istəyənlərə dəfələrlə baha satılır. Əməkdaşlarımız şikayəti araşdırmaq üçün Novxanı kəndində olublar. Məlum olub ki, hektarlarla ərazidə doğrudan da zibil tullantıları qalaqlanıb. Sakinlərin sözlərinə görə, dəri və bağırsaq sexinin, sallaqxanaların, kafe və restoranların tullantıları bura atılır. Üfunət iyi bir yana, ərazi sahibsiz heyvanların məskəninə çevrilib.

     

    Novxanı kəndinin ərazisindəki bu zibilliklə bağlı Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə zəng vursaq da cavab verən tapılmadı. Novxanı bələdiyyəsi ilə danışmaq cəhdimiz də baş tutmadı. Amma Abşeron rayon İcra Hakimiyyətinin Novxanı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elnur Əliyevlə əlaqə saxlaya bildik. Elnur Əliyev problemlə və çəkdiyimiz fotoşəkillərlə tanış olandan sonra bildirdi ki, həmin ərazi Novxanı-Fatmayı-Mehdiabad kəsişməsində, “Qotur su” adlanan gölməçənin ətrafındakı çöllükdür. “Ərazi sakinlərin pay torpağı deyil, boş sahədir. Amma yenə də qəsdən zibilxanaya çevrilməsi inandırıcı deyil. Mən bu deyilənlərə inanmıram”, -Əliyev bildirib.

     

    Əliyev onu da qeyd edib ki, tullantıların daşınması ilə Novxanı bələdiyyəsi məşğul olur, bələdiyyənin isə cəmi 2 zibil maşını var. “Mən bu vəzifəyə 1 ay əvvəl təyin edilmişəm, amma Novxanıdan olduğum üçün kəndə bələdəm. Ötən həftə sanita-gigiyena həkimləri ilə birgə reyd keçirdik. Təkcə iki ərazidə tullantıların vaxtında daşınmadığının şahidi olduq. Həmin ərazilər isə dərhal təmizləndi”-icra nümayəndəsi bildirib. Əliyev sakinlərin şikayəti ilə bağlı araşdırma aparacağını və əgər zibillərin həmin əraziyə atıldığı təsdiqlənərsə tədbir görüləcəyini əlavə edib. 

  • Брак без брака в Азербайджане

    В современном мире молодые люди не спешат оформлять свои отношения официально, предпочитая узнать друг друга получше, пожить вместе, притереться друг к другу. Подобная форма совместного существования называется гражданский брак — брачный союз двух людей, оформленный в соответствующих органах государственной власти (ЗАГСе).

    То есть, гражданский брак — это законный, официально зарегистрированный и признаваемый всеми брак. То, что в народе называется гражданским браком, по факту является сожительством. Так какими же правами обладают партнеры в подобном браке, и обладают ли они вообще какими -либо правами в отношении, к примеру, имущества друг друга?

    Эксперты убеждены, что нужно изменить правовые нормы в пользу пар, не зарегистрировавших отношения официально: число таких союзов растет ежегодно. Ахиллесовой пятой здесь может стать раздел имущества, так как сложно четко определить, когда мужчина и женщина начали жить вместе. В законопроекте должен быть прописан механизм разрешения имущественных споров.

    При этом в суде доказать факт самого сожительства бывшим гражданским супругам несложно, для этого им помогут свидетельства соседей, родственников и близких. Что касается финансовой стороны, то подтверждением совместного бюджета могут стать денежные переводы друг другу.

    Есть ли необходимость в том, чтобы данный вопрос был поднят и в Азербайджане? Ведь у нас также распространены браки, заключаемые в обход государственным органам регистрации. Речь идет о религиозном браке — кябине.

    Как сообщил интервью Echo.az заведующий отделом информации и аналитических исследований Госкомитета Эльгюн Сафаров, пара, живущая гражданским браком можно считать семьей, однако не на официальном уровне.

    Он отметил, что если граждане вступают в законный брак, они, в первую очередь, застраховывают тем самым своих детей от многих проблем, например, в этом случае не будет споров об их праве наследования. Также проще решаются такие вопросы, как место жительства ребенка, обязательства отца и матери и т.д.

    «В странах Европы многие живут гражданским браком, и там есть статистика того, сколько людей вступают в такие отношения, сколько лет пары живут вместе и т.д. Такие пары могут в суде решить имущественные вопросы, если таковые возникают при расставании, как люди, жившие вместе. Но чаще всего партнеры, живущие в таких браках, при разрыве отношений остаются каждый при своем», — говорит Э.Сафаров.

    По его словам, в Азербайджане статистики того, сколько людей живут гражданским браком, нет, но есть статистика детей, в рожденных не официально зарегистрированных отношениях.

    «В том случае, если пара зарегистрировала свои отношения, то имущество, нажитое в браке, делится пополам, если же речь о гражданском браке, там решить имущественные вопросы и вопросы, связанные с воспитанием и обеспечением детей, сложнее. Потому сторонникам гражданского брака стоит все хорошо взвесить, прежде чем вступать в такие отношения», — резюмировал Э.Сафаров.

    Между тем адвокат Эльчин Гамбаров в беседе с Echo.az отметил, что отечественное законодательство приравнивает гражданские браки к официальным, так как в обоих случаях фактически одинаковые права и обязанности.

    «Однако в случае возникновения имущественных претензий друг к другу, паре необходимо доказывать, что они проживали вместе тот или иной отрезок времени. Этот момент может создать массу проблем, поэтому в случае законного брака такие споры решаются гораздо проще» — отметил адвокат.

    Как заявила психолог Ламия Ахмедова, часто мужчина в гражданском браке считает себя свободным, а женщина — замужней.

    «Вообще гражданские браки более предпочтительны для мужчин, нежели для женщин. Мужчины мотивируют свое нежелание связывать себя узами брака рядом причин, в том числе желанием пожить с женщиной под одной крышей и понаблюдать, смогут ли они ужиться друг другом или разбегутся через пару-тройку месяцев. Подобные отношения также часто устраивает мужчин, уже создававших семьи, и потерперпевших в этом крах. Они боятся наступить на те же грабли, особенно если у них уже есть дети, и больше детей они не хотят. Некоторые просто не хотят брать на себя ответственность, но бывает, через некоторое время они все же ведут любимую в ЗАГС, поняв, что она та, с кем хочется жить до конца дней», — говорит психолог.

    По словам Л.Ахмедовой, преимущество гражданского брака в том, что в случае окончания отношений люди просто расходятся, хотя часто и тут дележа имущества и выяснения отношений не избежать. К тому же не приходится играть свадьбу, а соответственно — тратиться на этот процесс.

    «Если говорить о минусах, то почему-то в странах бывшего СССР гражданские браки многими воспринимаются как временное явление, и обычно так и бывает. Женщины считают, что это — шаг на пути к официальной регистрации отношений, тем более, что родственники и знакомые наверняка часто спрашивают о том, когда же ждать свадьбу. Но мужчины не слишком спешат его делать, ведь их все и так устраивает. И часто разница в ожиданиях приводит в итоге к разрыву», — сказала психолог./echo.az

  • Новруз байрам, «искусственные куриные яйца и рис» в Азербайджане

    В последнее время азербайджанские пользователи социальных сетей, а также местные форумы активно тиражируют ролики, на которых граждане пытаются приготовить блюда из риса, а он, вдруг, плавится.

    Или яйца, сваренные всмятку, вдруг оказываются какой-то непонятной пластиковой субстанцией.

    Под такими роликами тысячи комментариев от граждан, утверждающих, что они также сталкивались с аналогичными случаями, при чем, по их утверждениям «искусственные куриные яйца и рис» были куплены в популярных столичных сетях супермаркетов.

    Председатель Союза свободных потребителей Азербайджана (ССПА) Эюб Гусейнов опроверг факт того, что у нас реализуются «искусственные куриные яйца и рис».

    «Однажды к нам в ССПА принесли такие яйца, но мы провели экспертизу и нам объяснили тот факт, что скорлупа похожа на резиновую, питанием птиц на птицефабриках. Оказывается если кормовая база состоит из масляных кормов, куриные яйца в итоге могут иметь подобную скорлупу и консистенцию, похожую на резину» — отметил Э.Гусейнов на пресс-конференции в Мультимедийном пресс-центре Sputnik.

    По его словам, важно чтобы при уничтожении некачественных или просроченных продуктов Агентство пищевой безопасности приглашало СМИ, чтобы все это было прозрачно и не вызывало вопросов о том, куда же пропадает некачественная продукция.

    «Увы, но на отечественном рынке много поддельных продуктов питания. Причем реализуются они в ведущих супермаркетах страны. Для примера можно привести продукцию фирмы «Ивановка», которую сегодня выпускают все кому не лень, хотя к «Ивановке» данная продукция не имеет никакого отношения»- отметил Э.Гусейнов.

    По его словам ярмарки, которые сегодня функционируют накануне праздника Новруз, лишь отвлекающий маневр по контролю за ценами, которого на самом деле быть не должно.

    «Государство не может указывать фермеру за сколько продавать выращенную им картошку, но у нас в стране все именно так и происходит. Еще одна проблема — качество реализуемых на ярмарках продуктов, многие из них низкого качества,» — сказал он.

    «Кстати, сегодня для того, чтобы накрыть более- менее приличный стол на Новруз Байрам азербайджанской семье из 4 человек понадобится как минимум 200 манатов. В эту сумму входит и сладости, которые готовятся к праздничному столу,» — отметил Э.Гусейнов./echo.az

  • За серийные кражи “мобильников” задержан житель Сумгайыта

    Как сообщает Median.Az, сотрудники 1-го отделения полициии Сумгайытского ГУП в результате следственно-розыскных мер задержали жителя города, ранее судимого Кямиля Атакишиева, который как показало расследование 11-го февраля и 13-го марта украл из сумки гражданки З.Азизовой, из карманов А.Ибрагимова и Ш.Гусейновой мобильные телефоны.

    В Следственном отделе ГУП по статье 177.2.2 (кража, совершенная повторно) УК Азербайджана возбуждено уголовное дело, ведется следствие.

  • «Взывающий к солнцу». Как отмечали Новруз в Азербайджане вчера и сегодня – ФОТО

    На древнюю азербайджанскую землю вступает Новруз – один из самых любимых и долгожданных праздников, доставшийся нам в наследство от предков и во всей красе отражающего национальный дух и память нашего народа.

    Трудно представить себе второй такой праздник, который так же, как Новруз, отражал бы духовный мир, фольклор и национальную самобытность нашего народа во всем их богатстве.

    Новруз – праздник всего тюркского мира, но в Азербайджане его встречают более грандиозно. Даже в годы советской власти, когда на его проведение был наложен суровый запрет, азербайджанский народ, верный своим традициям, всегда стремился отмечать этот светлый праздник.

    Сегодня мы предлагаем вниманию наших читателей подборку очень интересных фотографий о праздновании Новруза в не таком уж далеком прошлом и в наши дни.

    В канун Новруза по улицам Баку проходит праздничный караван. Юноши и девушки в красивых национальных одеждах в сопровождении главных персонажей Новруза – Деде Горгуда, Бахар гызы, Косы и Кечала с песнями и танцами отправляются за Весной.

    Праздничная процессия торжественно следует до древнего абшеронского селения Сураханы, к храму огнепоклонников «Атешгях»,

    чтобы от вечно горящего тут огня поджечь факел,

    которым разожгут праздничный костер.

    В народных гуляниях участвуют все – от мала до велика.

    Весну у нас встречают песнями и танцами

    Музыканты исполняют народные мелодии на национальных инструментах – зурне, нагаре,

    и, конечно же, на сазе – ведь какой Новруз без ашугов?

    Неизменный символ Новруза сямяни – первый признак наступающей весны и главное украшение праздничного стола.

    Вот и они – древний старец Деде Горгуд и Девушка Весна

    Азербайджанский народ издревле славится радушием и гостеприимством

    Гостям у нас всегда рады

    «Сладкая» хонча – обязательный атрибут праздничного стола

    Народные гулянья не обходятся без ловких и смелых канатоходцев.

    А в волшебном хурджуне любимых персонажей детворы – Кесы и Кечала – никогда не иссякают забавные шутки и прибаутки.

    И уже ближе к вечеру все собираются на улицах и площадях, чтобы разжечь праздничный костер.

    Novruz bayramınız mübarək!

    /1news.az