Month: March 2018

  • Məktəb və kompüter salonlarından oğurluq edən şəxslər saxlanılıb – DİN

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompüter salonlarından oyun və məişət əşyaları, yol kənarlarından elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Qaraçuxur qəsəbəsindəki orta məktəblərin birindən kamera, modem, kameranın yaddaş bloku və kompüter oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Elməddin Camalov və Cəlilabad rayon sakini Fərid Əliyev saxlanılıblar.

    Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanılıblar.

    Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə martın 5-də rayon ərazisindəki kompyuter salonundan 3 ədəd oyun aparatı və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səfərəliyev saxlanılıb.

    Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbəsi ərazisində yolun kənarındakı divara quraşdırılmış 105 ədəd lampanı və 240 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Vadim Biknyayev və Siruz Hacıyev saxlanılıb.

    Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

  • Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb

    Səhiyyə Nazirliyinin məlumatına əsasən 2017-ci il ərzində 2115 nəfər narkotik istifadəçisi qeydə alınmaqla xəstələrin ümumi sayı 30131 (Bakı şəhəri üzrə 12061 nəfər) nəfərə çatıb.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycanda narkotiklərə nəzarət sahəsində 2017-ci il üçün ölkə məruzəsində bildirilir.

    Qeyd olunur ki, onlardan 25139-u dispanser, 4992-si profilaktik, 1031-i anonim qeydiyyatdadır: “İstifadəçilər arasında 18 yaşa qədər 5 nəfər, 595-i qadın, 212 nəfəri toksikomanlardır. Ötən il ərzində qeydiyyata götürülənlərin 1566-sı dispanser, 549-u profilaktik olub. 2017-ci ildə qeydiyyatdan çıxanların ümumi sayı 1432 nəfərdir”. //APA

  • Глава Дашкесана снова на ринге – ФОТО

    Глава Дашкесанского района Ахад Абиев снова вышел на ринг в боксерских перчатках.

    Это произошло во время традиционных празднеств в районе по случаю праздника Новруз.

    Глава района вышел на ринг в красных перчатках и нанес противнику несколько ударов.






  • Dörd televiziya ödənişli təşviqata qoşulub – QİYMƏTLƏR

    Azərbaycanda dörd televiziya aprelin 11-nə təyin edilən Prezident seçkilərində ödənişli seçkiqabağı təşviqat aparacağını və təşviqat üçün qiymətləri açıqlayıb.

    Median.Az-ın Report-a istinadən xəbərinə görə, “Azad Azərbaycan” Müstəqil Teleradio Kampaniyasının (ATV) qiymət cədvəlinə əsasən, prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 36 (saat 10:00) manatdır. Bir saniyə efir vaxtının maksimum qiyməti isə 75 (saat 21:15) manatdır.

    “Xəzər” televiziyasında çıxışın saniyəsi minimum 40 (saat 11:50), maksimum isə 100 manat (saat 20:20) müəyyən edilib.

    ARB televiziyasında isə bu rəqəm 26 – 65 manat arasında dəyişir.

    Qiymətlərə ƏDV daxil deyil.

    Xatırladaq ki, İctimai Televiziyada prezidentliyə qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının saniyəsi minimum 20 manatdır. Çıxışın saniyəsinin maksimum qiyməti isə 50 manat müəyyən edilib. İctimai radioda isə çıxışın bir saniyəsi üçün minimum 7, maksimum 25 manat ödəmək lazımdır.

    Qeyd edək ki, MSK səkkiz nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Cəlaloğludur (Məmmədov).

  • Prezident Kosa və Keçəllə yumurta döyüşdürdü – VIDEO

    Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ümumxalq şənliyinin iştirakçıları Dənizkənarı Milli Parka gəlib.

    Azərbaycanın müxtəlif bölgələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının çıxışları maraqla qarşılandı.

    Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

    Prezidenti və xanımını Kosa və Keçəl bayram münasibətilə təbrik etdilər, dövlətimizin başçısı ilə yumurta döyüşdürdülər.

    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxdılar.

    Dövlətimizin başçısı, xanımı və ümumxalq şənliyinin digər iştirakçıları Novruz bayramı münasibətilə təşkil olunan “Şərq bazarı” ilə tanış oldular.

  • На одной из оживленных дорог Баку появился новый разворот для ликвидации огромных пробок – ФОТО

    На Зыхском шоссе в Хатаинском районе Баку создан новый разворот.

    Как передаёт Median.Az со ссылкой на 1news.az, разворот создан недалеко от кафе «Наргиля», после светофора, возле надземного пешеходного перехода, и предназначен для разворота автомобилей, следующих из центра города, в обратном направлении.

    По замыслу дорожников, он позволит уменьшить огромные пробки, возникающие на светофоре у кафе «Наргиля», за счет разгрузки потока машин, которые посредством разворота могут развернуться и, проехав вперед и направо, от кафе «Наргиля» поехать в сторону станций метро «Ази Асланова», «Ахмедлы», а также Украинского круга.

    Более подробно с новой схемой движения на этом участке Зыхского шоссе можно ознакомиться по представленным ниже фото и карте.







  • Yarmarkada müştərilər aldadılır: “Bizə belə tapşılıb…”

    Sumqayıt yarmarkasında fırıldaqçılıq edilir.

    Minval.info xəbər verir ki, həftə sonları şəhərin 12-ci mikrorayon ərazisində təşkil olunan yarmarkada alıcılar aldadılır.

    Bu barədə Sumqayıt sakinləri məlumat verib. Onların sözlərinə görə, məhsulun üzərində yazılan rəqəmlə satış qiyməti uyğun deyil. Satıcılar isə buna məcbur qaldıqlarını iddia edirlər. Belə ki, onlardan məhsulun üzərinə aşağı qiymətlərin yazılmağı tələb olunur. Lakin satıcalara deyilir ki, mallarını istədikləri qiymətə müştəriyə təklif etsinlər.

    Sakinlər deyir ki, əvvəllər bu kimi halla rastlaşmayıblar. Onlar bayram ərəfəsi olduğundan belə vəziyyətin yarandığını ehtimal edirlər.

    Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq.

    “İndi biri belə söz deyibsə, biz nə edə bilərik? Dəqiqləşdirib sizinlə əlaqə saxlayarıq” – nazirlik sözçüsü bildirib.

    Daha sonra isə M.Hacıyev məlumatın yanlış olduğunu söyləyib.

  • Azərbaycandakı rusiyalılar kimə səs verib?

    Azərbaycanda Rusiyada prezident seçkiləri ilə bağlı keçirilmiş səsvermənin nəticələri açıqlanıb.

    Median.Az səfirliyin saytına istinadən xəbər verir ki, martın 18-də keçirilən seçkilərlə bağlı səfirlikdə 1517 Rusiya vətəndaşı iştirak edib.

    Səsvermənin nəticəsinə görə, S.N Baburin 5 səs, P.N. Qrudinin 119 səs, V.V. Jirinovski 35 səs, V.V. Putin 1252 səs, K.A.Sobçak 57 səs, M.A. Suraykin 7 səs, B.Y Titov 11, Q.Ayavlinski isə 17 səs toplayıb. Ümumilikdə, Putin səslərin 83 faizini toplamış olub.

    Səsvermə ilə bağlı səfirliyə heç bir şikayətin daxil olmadığı qeyd edilir.

  • Закир Гасанов присвоил группе офицеров звание полковника

    Приказом министра обороны генерал-полковника Закира Гасанова группе офицеров присвоено воинское звание полковник. Встретившись с военнослужащими, Министр обороны пожелал им успехов в дальнейшей службе, дал соответствующие указания и рекомендации.

    Министр рассказал о крупномасштабных мероприятиях, проводимых в Армии, благодаря вниманию и заботе Президента Азербайджанской Республики, Верховного Главнокомандующего Вооруженными Силами Ильхама Алиева, а также о работах, проделываемых на уровне руководства государства в сфере развития армейского строительства.

    Поздравив военнослужащих и их семей с праздником Новруз, министр подчеркнул, что ответом на это высокое внимание, уделяемое армии государством, должно стать добросовестное выполнение личным составом своих служебных обязанностей, умение достойно справиться со всеми поставленными задачами с целью оправдания доверия народа и государства.

  • Mətanət İsgəndərlinin 3 mərtəbəli dəbdəbəli villasını sökdülər – FOTO

    Əməkdar artisti Mətanət İsgəndərlinin villası sökülüb. 

    Baku.ws xəbər verir ki, məşhurun Nizami küçəsi 3-də yerləşən üç mərtəbəli villası səhər saatlarında sökülüb. 

    Həmin ərazidə digər yaşayış obyektin inşası ilə əlaqədər əməkdar artistin evi sökülüb.

    Mətanət İsgəndərli həmin mövzu ilə bağlı açıqlamasını almaq istəsək də, özünü onun yaxını kimi qələmə verən xanımın sərt reaksiyası ilə qarşılaşdıq. “Bizim çox işlərimiz və bayramla bağlı çəkilişlərimiz var. Belə məsələlərə aydınlıq gətirməyə isə bizim vaxtımız zamanımız yoxdur” deyə söylədi.