Month: March 2018

  • XİN: İran vətəndaşları vizaları hava limanlarında alacaqlar

    Martın 15-dən etibarən Azərbaycana səfər edən İran vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdirilir.

    Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

    O deyib ki, bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvardırlar.

  • “Tərbiyyəsiz insanlardı, elə bil meşədə böyüyüblər” – Afaq Aslan (VİDEO)

    ARB TV-nin “Açıq Pəncərə” proqramının növbəti buraxılışının qonaqlarından biri də müğənni Afaq Aslan olub.

    Həmçinin sosial şəbəkələrdə etdiyi rəqslərlə məşhurlaşan Rüfət Cahangirli də proqrama qonaq kimi çağrılıb. O, bildirib ki, “İnstagram” hesabını yazılan rəylərdən dolayı bağlayıb.

    “Rəy yazanlardan şəxsiyyət vəsiqəsinin seriya nömrəsini tələb etsəydilər o zaman “İnstagram”da olardım. Amma demək istəyirəm ki, heç bir məşhur gecələr rahat yata bilmir”.

    Daha sonra müğənni Afaq Aslan Rüfətin dediklərini dəstəkləyib.

    “Sözlərində həqiqət var. Məndə neçə mindən çox blokda olan insanlar var. Bəzi tərbiyyəsiz insanlar var ki, elə bil meşədə böyüyüblər. Elə rəy yazırlar ki, cavab versən onun səviyyəsinə düşərsən”.

  • Президент: Большая часть Армении – исторические земли Азербайджана

    Азербайджан – активный член Организации исламского сотрудничества. На фоне этой прекрасной картины Армения находится совершенно в стороне от форматов регионального сотрудничества. Это вполне естественно, т.к. наша политика заключается именно в этом.

    Об этом сказал президент Ильхам Алиев на всенародном празднестве в Баку по случаю праздника Новруз.

    Президент отметил, что Армения с политической точки зрения лишена независимости и является сателлитом:

    «На фоне такой картины армянский народ должен вновь серьезно задуматься и понять, что будущего у оккупационной политики руководства Армении в отношении Азербайджана просто нет. Азербайджан все равно восстановит свою территориальную целостность, а Армения полностью изолирована от происходящих в регионе процессов сотрудничества.

    Я неоднократно говорил и еще раз хочу сказать, что территория сегодняшней Армении – исторические азербайджанские земли. Это подтверждают многочисленные книги и карты.

    На тех картах подавляющее большинство топонимов на территории современной Армении имеют азербайджанское происхождение».

  • Ramil Usubov onları rəis TƏYİN ETDİ – SİYAHI

    Bakıda yeni yaradılan polis şöbələrinin bəzilərinə rəis təyinatları olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə (PŞ) polis polkovnik-leytenantı Elşən Tağıyev, Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Samir Həsənov, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Zaur Əliyev, Nizami Rayon RPİ-nin 25-ci Polis Şöbəsinə polis polkovnik-leytenantı Elmir Hüseynov və Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə polis mayoru Elnur Əliyev rəis təyin edilib.

    Qeyd edək ki, Bakının yeddi polis bölməsinə şöbə statusu verilib. Polis şöbələrində şəxsi heyətin sayı polis bölmələrindəki şəxsi heyətdən daha çox olacaq.

  • Bakıda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

    Bakıda son iki gündə ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram isə marixuana götürülərək dövriyyədən çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumatda qeyd olunur ki, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Xocəsən qəsəbə sakini Taleh Şükürovdan tiryək və heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heroin, 6 kiloqram 100 qram tiryək və 13 kiloqram 850 qram marixuana aşkar edilib.

    Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Haşımovdan 1 kiloqram 10 qram heroin aşkar edilib.

    Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov saxlanılıb, ondan 12 kiloqram 250 qram marixuana götürülüb.
    Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • Bakı restoranları “ərəbləşir” – Restoranlarda ərəb dilində menyu, ərəb dilini bilən işçilər… – VİDEO

    Bakıya və Azərbaycanın turizm bölgələrinə ərəb turistlərin böyük axını ictimai iaşə və ticarət obyektlərinin sahiblərini işə yanaşmada köklü dəyişikliklərə məcbur edib.

    Belə ki, restoranlarda ərəbcə menyular, hətta ərəb yeməkləri, ərəbcə danışan ofisiantlar peyda olub.

    Buna baxmayaraq, turistlər azərbaycanlıların hələ də ərəb dilini bilməməsindən gileylənirlər. Amma bu mənada “müsbət dəyişikliklər” də nəzərdən qaçmayıb – yerli əhali bəzi ərəb sözlərini öyrənibmiş.(azadliq)

  • Məşhur icra başçısı işdən çıxarıldı

    Binəqədi rayonu İcra Hakimiyyətinin rəhbəri Xaləddin İsgəndərov işdən azad edilib.
     
    Median.Az xəbər verir ki, minval.info-nun etibarlı mənbədən əldə etdiyi məlumata görə, prezident seçkilərindən sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.

    Xaləddin İsgəndərov haqqında yerli mediada dəfələrlə yazılar dərc edilib. Onun nəzarəti altında olan Binəqədi rayonunda yaşıllıqların məhv edilməsi, yerində də binaların tikilməsi adi hal almışdı.

    Həmçinin eks başçının dövründə xeyli müddət Binəqədinin yollarındakı problemlər kəskin narazılığa səbəb oldu. Bərbad yolların təmiri belə sakinlərin yaşam tərzinə ciddi təsir etdi. Buna görə də, dəfələrlə Binəqədi sakinləri etiraz edib, ölkə rəhbərliyinə müraciət ünvanlayıblar.

    Qeyd edək ki, Xaləddin İsgəndərov vəzifədə olduğu müddətdə rayonda yerləşən hündürmərtəbəli binada 10-dan çox insanın ölümü ilə nəticələnən güclü yanğın baş verib.

    Xatırladaq ki, vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edildikdən sonra ona yaxın adamlar və bir neçə qohumu işdən uzaqlaşdırıldı. Həmçinin deyilirdi ki, Xaləddin İsgəndərov da başçı vəzifəsindən kənarlaşdırılacaq.

  • Azərbaycanda sabiq rəis gənc oğlunu itirdi

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının sabiq rəisi İsrail Məmmədova ağır itki üz verib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, sabiq rəisin gənc oğlu Elton Məmmədov bu gecə uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

    Qeyd edək ki, Elton Məmmədov bir neçə il öncə ailə həyatı qurmuşdu.Mərhumun 3 övladı var.

  • В Баку найдено оружие с надписями на арабском

    В  подвале одного из бакинских домов обнаружены боеприпасы и оружие с надписями на арабском и персидском языках.

    Согласно информации, найдены автомат с надписями на арабском и персидском языках и к нему 254 патрона и три магазина.//apa.az

  • Акробат Cirque du Soleil погиб во время представления – ВИДЕО

    Во время представления в Тампе (штат Флорида, США) воздушный гимнаст Cirque du Soleil Янн Арно упал с большой высоты, исполняя новый трюк, сообщает Newsru.co.il.

    38-летний француз был доставлен в больницу, где врачи констатировали его смерть.

    Гимнаст работал в Cirque du Soleil последние 15 лет.