Month: Aprel 2018

  • Azərbaycanda 20 yaşlı oğlanı namusa görə ürəyindən vurdular – FOTO

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

    Report-un verdiyi məlumata görə, şəhərin 21-ci məhəlləsində 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb.
    Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

    Araşdırma zamanı hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. 20 yaşlı Süleyman Abdullayevi bıçaqlayan şəxs 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğludur. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur.

    İlkin ehtimallara görə, 20 yaşlı Süleyman Abdullayev namus üstündə bıçaqlanıb.
    Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.
    Azərbaycanda 20 yaşlı oğlanı namusa görə ürəyindən vurdular - FOTO

  • Masazırda həyəcan təbili – FOTO

    Problemin hava şəraiti ilə əlaqəli olduğu ehtimal edilir

    Masazır Duz gölü daşır. Sputnik.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, Masazır — Novxanı yolu üzərində yerləşən gölün səviyyəsi qalxıb.

    Masazır duz gölü daşır

    Masazır duz gölü daşır

    Ərazi sakinlərinin sözlərinə görə, suyun səviyyəsinin qalxması bir neçə gündür ki, müşahidə edilir. Problemin hava şəraiti ilə əlaqəli olduğu ehtimal edilir. Sakinlər hesab edirlər ki, gölün daşmasının qarşısı alınmasa, daha ciddi fəsadlar meydana çıxacaq.

    Masazır duz gölü daşır

    Masazır duz gölü daşır

    Qeyd edək ki, artıq su yolu tamamilə basıb.
    Masazır duz gölü daşır

    Masazır duz gölü daşır

  • Yasamalda eyvan ayrıseçkiliyi: “Kefi istəyəni saxlayır, istəməyəni dağıdır” – FOTO

    Bakının Yeni Yasamal – 2 ərazisində Heydər Əliyev parkı yenidən qurulur.

    Median.Az Yenicag.az-a istinadən xəbər verir ki, yenidənqurma işlərinə görə, Məhəmməd Xiyabani küçəsi, bina 8-də tikilən eyvanlar sökülməlidir. Yasamal rayon icra hakimiyyəti isə qanunsuz tikilən eyvanları özünəməxsus şəkildə sökür: kefi istəyəni saxlayır, istəməyəni dağıdır.

    Sözügedən binada qanunsuz hesab olunan yeddi eyvandan yalnız biri sökülür.

    Məhəmməd Xiyabani küçəsi, bina 8, mənzil 63-də yaşayan ev sahibinin verdiyi məlumata görə, artıq onun eyvanının üst hissəsini söküblər. Və bu çanaq məhz onun “başında” çatlayacaq, digərlərinə isə toxunmayacaqlar.

    Ev sahibi Fəranə Cəfərovanın sözlərinə görə, artıq onlara 5 min manatdan çox ziyan vurulub:

    “Əgər qanunsuz eyvanlar sökülürsə, onda hamısı sökülsün. Bizim mənzil binanın ortasında yerləşir. O birilər qalıb, bizdən başlayıblar? Evdən bayıra çıxırsan, gəlib görürsən ki, eyvanda kimsə gəzir. İcra nümayəndəsi olan Vasif adlı şəxs ancaq bizim eyvanın söküləcəyini deyir. Başa düşmürəm ey… Əgər qanunsuzdursa, hamısı sökülsün, yox, onda bizim artırma ilə nə işləri?”.

    Mübariz Cəfərovun dediyinə görə, iş icraçılarının əlində heç bir sənəd yoxdur:

    “Bunlara kim icazə verib ki, şəxsi mülkə girsinlər? Əllərində heç bir sənəd yoxdur, gəlirlər ki, sökəcəyik. Mənim icazəm olmadan evimə niyə girirlər? İcra nümayəndəsi Vasif bu gücü hardan alır? Dedik ki, “sənəd gətirin, sökün”, biz evdən çıxandan sonra eyvanı çöldən söküblər. Bunları qapıdan qovuruq, bacadan girirlər”.

    Məsələni araşdırmaq üçün ərazidə olan Vasif adlı icra nümayəndəsi ilə görüşdükdə həmin şəxs soyadını deməkdən imtina etdi və bildirdi ki, qanunsuz olan digər eyvanlar da söküləcək.

    O ki, qaldı söküntünün niyə məhz binanın ortasından başlanmasına icra rəsmisi “onlara da növbə çatacaq. Əlavə suallarınız varsa, mətbuat xidmətinə müraciət edin” – deyə, söhbətdən yayındı.









  • Kürdəmirdə xırdabuynuzlu heyvanların ölüm səbəbi bəlli oldu

    Kürdəmirin Ərəb Qubalı kəndində heyvanların tələf olmasının səbəbi bəlli olub.

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bildirib ki, kənddə araşdırmalar aparılıb. Kənd sakini Əmrah Şirinova məxsus şəxsi təsərrüfda 128 baş xırdabuynuzlu heyvan saxlanılır, 2 baş xirdabuynuzlu heyvan tələf olub, 5 baş heyvan isə zəifləyib. Rayonun digər təsərrüfatlarında xırdabuynuzlu heyvanların xəstəlikdən kütləvi ölümü qeydə alınmayıb.

    Təsərrüfatda ölmüş xırdabuynuzlu heyvanlarda aparılan patoloji-anatomik yarma zamanı heyvanların bağırsaqlarında moniezioz qurdlarının olması müəyyən edilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələr zamanı ölmüş heyvanlardan götürülən nümunələrdə pasterellyoz xəstəlklərinin törədiciləri aşkarlanıb.

    Dövlət Baytarlıq Nəzarəti Xidməti təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlar üzərində özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, onlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir.

  • Rusiyada azərbaycanlını öldürüb yandırdılar

    Rusiyanın Yujno-Saxalinsk şəhərinin Novoaleksadrovsk qəsəbəsində 55 yaşlı Azərbaycan vətəndaşının mənzildə yanmış meyiti tapılıb.

    Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, meyit yerli məhkəmə-tibbi ekspertizadan keçiriləndən sonra məlum olub ki, həmin şəxs yanğın nəticəsində dünyasını dəyişməyib, qətlə yetirilib.

    Hadisə yerinə gələn İstintaq Komitəsinin əməkdaşları qatillərin izinə düşə biliblər.

    İlkin araşdırmadan sonra məlum olub ki, hadisəni 42 yaşlı Azərbaycan vətəndaşı və onun 35 yaşlı sevgilisi törədib. Cütlük Yujno-Saxalinski tərk etmək istəyərkən polis tərəfindən saxlanılıb

  • Şamaxıda xalası oğlu ilə nişanlı olan qız intihar edib

    Şamaxı rayonunda intihar edən şəxsin adı məlum olub.

    Rayonun Çölbağırlı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U.Mirzəyeva xəstəxanada ölüb.

    Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

    Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

    Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Xatırladaq ki, APA-nın bundan əvvəlki xəbərində intihar edənin oğlan olduğu bildirilirdi.

    * * * * *

    Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

    Çölbağırlı kəndində gənc oğlan özünü asaraq, öldürüb. Gəncin nişanlı olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır. (APA)

  • Aprel şəhidinin atası: “Yaşayışımızı görsəniz, dəhşətə gələrsiniz” – FOTO

    “İca başçısı bizə düşmən gözü ilə baxır. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nə də ki şəhid maraqlandırır. Bu adamın amalı ancaq kapital toplamaqdır”.

     … 2016-cı il aprelin 5-də şəhid olmuş gizir Nurlan Abdullayevin atası, Zərdab rayonu Böyükdəkkə kənd sakini Abdullayev Rasim Tapdıq oğlu PressClub.az-a müraciətində deyir bunları. Nurlan ailənin yeganə oğlu idi. Ata şəhid oğluna rayon hakimiyyətinin verdiyi “qiymətdən” danışır: “Mənim oğlum 14 fevral, 1994-cü il tarixdə doğulub. Nurlan 5 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. O, hərbi xidməti Naxçıvanda etmişdi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Nurlan hərbi xidmətdə nümunəvi xidmətinə fərqlənməyə görə dəfələrlə order və medallarla təltif olunmuşdu. Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Lütvəli Babayevin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı”. “İcra başçısı yas mərasimi üçün verilən 500 manat pulu məndən aldı”

    R.Abdullayevin sözlərinə görə, icra başçısı oğlunu adından istifadə etməklə rüşvət toplayıb: “Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Zərdab rayon hərbi komissarı bizim ailəyə 500 manat pul vermişdi. Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirirəm, ora xərcləyəcəm. İcra başçısı Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə, müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi. Bundan başqa icra başçsı mənim başıma qaxınc edir ki, oğlunun meytini ekspertizada yarmağa mən qoymadım ki, bunun qiyməti 3000 manat edir”.

    R.Abdullayev özünün də Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, Qarabağ müharibəsi veteranı, xəstəliyə görə 2-ci qrup əlil olduğunu bildirib. Şəhid atası deyir ki, ailəsinin yaşayışını gəlib görən olsa, dəhşətə gələr: “Yoxsulluq həddində yaşayırıq. Evimiz çiy kərpicdəndir. Kasıb, yoxsul komamızın təmirinə ehtiyac olsa da, köməlkilik edən yoxdur”.

    R.Abdullayev Böyükdəkkə kənd orta məktəbinə oğlunun adının verilməsini istəyir: “Çünki oğlum həmin məktəbdə oxuyub. İstəyirəm ki, şəhid oğlumun adı əbədiləşdirilsin. Zərdab rayon icra başçısı Lütvəli Babayev bu xahişimizi də rədd etdi. Lütvəli Babayev bizə düşmən gözü ilə baxır. O, hətta şəhid oğlumun məzarının çardağının üstünə asılmış Azərbaycan bayrağını oradan çıxartdırdı. Lütvəli Babayevi nə vətən, nə dövlət, nə də ki şəhid maraqlandırır. Bu adamın amalı ancaq kapital toplamaqdır. Bütün bu haqsızlığa, şəraitsizliyə baxmayaraq oğlumun şəhid olması ilə fəxr edirəm. Lütvəli Babayev zərdablıların xatirində talançı, anormal icra başçısı kimi qalsa da, mənim oğlum şəhid Nurlan Azərbaycan xalqının xatirində əbədi yaşayacaq. Biz bununla fəxr edib qürur duyuruq”.

    Cənab Abdullayev media nümayəndələrini oğlunun ildönümündə – aprelin 5-də kəndlərinə dəvət edir. Deyir ki, gəlib şəhid ailəsinin hansı vəziyyətdə yaşadıqlarını öz gözləri ilə görsünlər: “Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm gəlib bizim ailə vəziyyətimizi ev şəraitimizi görüb bizə yaxından köməklik edəsiniz. Şəhidin adının əbədiləşdirilməsi üçün Böyükdəkkə kənd orta məktəbinə oğlum Nurlanın adını verəsiniz. 5 aprel, 2018-ci il tarixdə Nurlanın şəhid olmasının ikinci ildönümünə bütün mətbuat nümayəndələrini dəvət edirəm. Xahiş edirəm, gəlin şəhid Nurlanın valideyinlərinin yaşayışına baxın”.

    Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

  • “Facebook” Nura Surini “erməni” paylaşımına görə blokladı – FOTO

    Bir neçə gündür “Facebook”da azərbaycanlı tanınmışlara qarşı başlayan “bloklanma” sistemi müğənni Nura Suridən də yan keçməyib.

    Ifaçının şəxsi hesabı “Facebook” tərəfindən bir neçə günlük bloklanıb.

    Buna müğənninin Puşkinə aid olan “Sən oğrusan, sən qulsan, sən ermənisən!” sözlərini paylaşması səbəb olub.

    Suri bu haqda özü məlumat verib. O bildirib ki, “Facebook” hesabı şikayət olunub:

    “Puşkinin ermənilər haqda dediyi sözləri paylaşdığıma görə kimsə məni şikayət edib. Deməli, dostluğumda azərbaycanlı görünən ermənilər də var”.

    Qeyd edək ki, son günlər bir çox sayt rəhbəri və vəzifəli şəxslərin hesabı “Facebook” tərəfindən bloklanıb./oxu.az

  • “Kim gəlib 255 manata işləyər?”

    Xalq artisti Afaq Bəşirqızı “Stop” proqramının qonağı olub.

    Median.Az qafqazinfo-a istinadən xəbər verir ki, məşhur aktrisa verilişdə maraqlı açıqlamaları ilə yadda qalıb.

    A.Bəşirqızı müsahibəsində ailəsinin toxunulmaz olduğunu, şəxsi həyatı barədə danışmaq istəmədiyini deyib:

    “Şəxsi həyatımdan danışmağı sevmirəm. Ailəm toxunulmazdır. Həyat yoldaşımdan, övladımdan, nəvələrimdən danışmağı sevmirəm. Mən bilirəm və sübut edirəm ki, ailəni heç bir şeylə müqayisə etmək olmaz. Ailə sənətdən, bütün sevimli hobbilərdən önəmlidir. Sənət və ailəni eyni zamanda yaşatmağı bacarmalısan. Amma seçim qarşısında qalsam, ailəni seçərəm”.

    Aktrisa deyib ki, xınayaxdılar təşkil edən, az qonorarla serial çəkilən həmkarlarını qınamır:

    “Heç kim heç kimin qapısını döyüb 50 qəpik vermir ki, ac qalma. Heç kimi mühakimə etməyin. Əsl sənətkarın heç vaxt pulu olmayıb. Kim gəlib 255 manata işləyər? O, sənətinin fanatıdır. Amma onun təşəkkürünü dövlət və xalq verir”.

  • Ata 6 yaşlı qızını zorladı – Bakıda dəhşət (FOTO)

    Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi araşdırılır, müttəhimlər kürsüsündə “ata” əyləşib, zərərçəkmiş isə 6 yaşlı qızcığazdır. Ata öz qızına qarşı seksual hərəkətlər etməkdə ittiham olunur.

    Uşaq anası və balaca bacısı ilə birgə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yerləşdirilib. Ailə başçısı ananın şikayəti ilə həbs olunub, onun barəsində ilkin olaraq 4 aylıq həbs qərarı çıxarılıb. Məhkəmə isə qərarını gələn həftə açıqlayacaq. 


     
    “Bu gün məktəbdə 5 almışam. Uşaqlara göstərəcəkdim. Müəllimə məni tərifləyəcəkdi, anam sevinəcəkdi. Kəmalə xanım sığınacaqda bayram edəcəkdi. Axı 5 alan uşaqları tərifləyirlər”, – 6 yaşlı bir uşağın yaxınlarına yazdığı ilk məktub bu sözlərlə başlayır. Birliyin sədri Kəmalə Ağazadə bir neçə yerdən qaralanmış məktubu oxuyur: “Anam axırıncı dərsdə məktəbə gəlib icazə aldı. Axı hələ bir dərsim də vardi, bir dənə də 5 riyaziyyatdan alacaqdım. Heyif. Anamın heç kefi yoxdur. Kəmalə xala da susur. Anam dedi ki, orada əmilər var, səni görmək istəyirlər, tez qayıdacağıq. Bibin, əmin də orda olacaq. Uf. Əmilər. Bəlkə o əmilərdir? Atam haqqında mənimlə gəlib danışanlar?”

    “…6 yaşı olmasına baxmayın, dərslərini yaxşı oxuyur. Müəlliməsi deyir ki, yaşıdlarından çox zəkalıdır, artıq sərbəst yazıb, oxumağı bacarır”, – K.Ağazadə söyləyir bunu. Hazırda uşaq psixoloji yardım alır. Ağazadənin sözlərinə görə, onun yenidən psixoloji travma almaması üçün hakim bacardığı qədər ehtiyatla davranıb. Amma uşaq 4 aydan sonra atası ilə yenidən görüşdə sarsıntı keçirib, temperaturu 40 dərəcəyə qədər yüksəlib. “Kişinin etirafları hamını şoka salmışdı, uşağın xəstəliyi də bir tərəfdən bizi çox qorxutdu. 6 yaşlı uşaq yetkin insanlar kimi düşünür, başına gələnlərin ağırlığını dərk edir. Məhkəmədə atası ilə qarşılaşanda elə dəhşətlə qışqırdı ki, sakitləşdirməkdə çətinlik çəkdik. Atası onu çox qorxudub”.

    Yenidən məktubu oxuyuruq: “Əmilərdən biri dedi ki, sən ona tərəf heç baxma. O da sənə tərəf baxmayacaq, söz verirəm sənə. O, sənə tərəf baxsa, onu cəzalandıracağam. Üşüyürəm, qarmım ağrıyır. Kəmalə xala niyə ağlayır? Anam, bibim, əmim, ay da, başqa əmi də ağlayır. Getmək istəyirəm. Ürəyim bulanır. O da ağlayır. Atam”.

    …Ana uşaqdakı qəribə dəyişikliyi hiss edib. Kəmalə Ağazadə deyir ki, qız atasını görən kimi qusur, şalvarını isladır. Elə bu qəribəlik də ananı qorxuya salıb. Uzun müddət müşahidə aparıb, uşaqla söhbətləşib. Nəhayət, qız baş verənləri danışıb. Bundan sonra ana polisə şikayət edib, kişini saxlayıblar. “Ata məhkəmədə peşman olduğunu dedi, amma onun peşmanlığı nə işə yarayır? Uşaq dərin sarsıntı keçirib, ailə məhv olub. Məhkəmə işi ədalətlə araşdırır, o, cəzasını çəkəcək”.

    …”Kəmalə xala, yenə 5 alacam, məni onun yanına aparma, nə olar”, -balacanın yalvarış dolu sözlərinə geri dönürük…/virtualaz.org/