Month: Aprel 2018

  • Bakı Avtovağzalında OLAY: Satıcı qız özünü 3-cü mərtəbədən yerə atdı

    Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında intihara cəhd hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Astara rayon sakini Ağazadə Şəbnəm Əhməd qızı günorta saatlarında özünü Avtovağzal Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən yerə atıb.

    Yaralı açıq kəllə-beyin travması alıb. O, ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

    Qız Avtovağzal Ticarət Mərkəzində satıcı kimi fəaliyyət göstərir. Hadisə iş vaxtı baş verib.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • “MƏN MÜBARİZ İNSANAM!” – Adil Əliyev

    Bunu bir daha ona görə təkrarlamaq məcburiyyətindəyəm ki, Avropadakı 3-5 nəfərlik söyüş qrupu dayanmadan mənə və toplantıya qatılanlara qarşı söyüşlər yağdırır, hamını təhqir edirlər.

    Yaxşı, məni hədəf götürmüsünüz, çünki aylardır sizinlə sivil müstəvidə mübarizə aparmaq istəyirəm və fikirlərimi də zaman-zaman sosial şəbəkədə yazıram.

    Bəs toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz?

    Onların baxışları sizin “baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar?

    Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız “demokratiya”və “fikir azadlığı”?

    Niyə hamı sizin kimi düşünməlidir?

    Avropadakı soydaşlarım sizin kimi düşündəmikdə kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız?

    Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır.

    Bir-bir sizin saxta ittihamlarınıza cavab verirəm.

    Birincisi, söyüşcül qrupun iki məlum lideri və ya həmsədri deyir ki, guya onları toplantı salonuna buraxmayıblar.

    Kökündən yalandır. Mən zalda çıxış edərkən xəbər gəldi ki, çöldə 10-15 nəfər qışqırıb-bağırırlar, nümayəndələrimi göndərdim ki, onları içəri dəvət etsinlər. Söyüş qrupunun liderləri nümayəndəmin təklifinə belə cavab verib ki, prezidenti təhqir edən şəkillərlə içəri daxil olacaqlar.

    Demək, onların məqsədi toplantıda iştirak etmək yox, təxribat yaratmaq olub. Hansı ağlı başında olan insan təxribatçılara toplantını pozmağa imkan verər?

    Özləri də bilməmiş deyildilər ki, toplanıya gələnlərin inandığı siyasətə və prezidentə qarşı təhqirlərə kəskin reaksiya verəcəkdilər.

    Həm də onlar toplatıya gəlməyi qarşılarına məqsəd qoysaydılar, vaxtında gələrdilər. Toplantı başlayıb saat 3-də, bunlar gəliblər yarım saat sonra. Özü də bir neçə gün əvvəldən Köln polisinə müraciət ediblər ki, bəs toplantı salonu qarşısında etiraz edəcəklər. Yəni söyüş qrupu əvvəlcədən toplantıya qatılmağı yox, toplantıya etiraz etməyi qarşısına məqsəd qoyub.

    Bir sözlə, məqsədləri söz demək yox, kənarda dayanıb qışqırmaq, bağırmaq və bunu görüntü halında internetdə yaymaq olub. İkincisi, mənim çıxışımdakı fikri yanlış istiqamətə yönləndirməyə çalışırlar.

    Mən Cümhuriyyətin 100 illiyini nəzərə alaraq “xoş günümüz” ifadəsini işlətmişəm. Məgər Cümhuriyyətimizin 100 illiyi xoş günümüz deyilmi? Xoş günümüz dedikdən sonra mart soyqırımına toxunmuşam. Və ya yalandan yazırlar ki, guya Cümhuriyyət haqqında danışarkən Cümhuriyyət qurucularının adını çəkməmişəm.

    Yenə yalan, yenə iftira!

    Bir də mənim çıxışıma baxın, görüntülər yerindədir! Çıxışımda Məmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin və Əlimərdan bəy Topçubaşovun adını xüsusi olaraq çəkmişəm və onların Cümhuriyyətin qurulmasındakı rollarını xüsusi olaraq vurğulamışam.

    Üçüncüsü, guya tədbirə özümlə Bakıdan idmançıları aparmışam.

    Mənimlə Bakıdan Kölnə Kikboksinq Federasiyasının cəmi iki üzvü gedib.

    Zaldakı gənclər Almaniyada yaşayan gənclərdir, içərilərində yerli idman klublarının üzvləri də var.

     

    Burda nə var ki, idmançıyam və vətənimdə Kikboksinq Federasiyasının rəhbəriyəm. Dünyanın müxtəlif ölkələrində idmançı dostlarım var və hər zaman mənim tədbirlərimə qatılırlar. Bu söyüş qrupunun dövlətə xəyanəti burda da özünü göstərir. Toplantıya qatılan Almaniya vətəndaşı olan gənclərin bir hissəsi soydaşlarımız, bir hissəsi isə Anadolu Türkləri idi. Deməli, bu söyüş qrupu Azərbaycan-Türkiyə birliyinə də nifrət edir. İndi Siz deyin, bunlar kimin dəyirmanına su tökürlər? Dördüncüsü, maliyyə məsələsinə bir daha qayıtmaq məcburiyyətindəyəm.

    Dünənki statusumda yalanlarını ifşa etsəm də, yenə eyni iftiranı yazırlar.

    Guya toplantı üçün otel salonunun icarəsinə 80 min avro xərclənib və bu, Azərbaycanın dövlət büdcəsinə aiddir. Əvvəla, Kölndəki toplantının təşəbbüsü mənə və bu şəhərdəki Azərbycan və Türkiyə Kültür dərnəklərinə aiddir, bu toplantının dövlət rəsmiləri ilə əlaqəsi yoxdur, olsaydı toplantımızda səfirliyimizin diplomatları və ya Diaspora Komitəsinin nümayəndələri iştirak edərdilər.

    Maliyyəyə gəldikdə, Bakıdan 3 nəfərlə təyyarənin ekonom klas hissəsinə bilet almışıq, Kölndəki cüzi xərcləri isə kültür dərnəkləri öz üzərlərinə götürüblər.

    Toplantının keçirildiyi otelin zalına gəldikdə isə 3 saat üçün 1400 avro pul ödənib.

    Görəsən, bu yalançılar 80 min avro rəqəmini hardan götürüblər? Yeri gəlmişkən, puldan çox danışırlar, ancaq özləri gah Kölndə, gah Parisdə, gah Amsterdamda peyda olurlar. Yaşadığınız ölkədə elmlə və yaradıcı işlə məşğul olmursunuz ki, böyük məvacibiniz olsun, bəs onda hansı pulla Avropanı gəzirsiniz? Bütün günü Avropanın müxtəlif şəhərlərinin paytaxtlarında bağırmağınıza nə qədər xərcləyirsiniz, yol pulu, otel pulu, yemək pulunu hardan alırsınız, olmaya özünüzə varlı sponsor tapmısınız? Əziz həmvətənlilər, söyüş söyən tör-töküntülərə cavab verməyə də bilərdim. Ancaq bu qrupun məqsədi tək söyüş söymək deyil, başqalarını yalanlarına inandırmaqdır. Məni tanıyanlar necə insan olduğumu bilir, fərqli fikrə hörmətlə yanaşıram. Hamı eyni cür düşünə bilməz, bu normaldır.

    Ancaq məni və ailəmi, o cümlədən dostlarımı söyənlərə də demək isrtəyirəm ki, mənə “ünvanladığınız” sözlərin 5 qatını sizə arzu edirəm!

    Bir də sizin söyüşləriniz məni yolumdan döndərməyəcək.

    Avropa sizin deyil ki, ora gəlib sözümü deməyim, bu vaxta qədər soydaşlarımı və Anadolu türklərini bir yerə yığıb dərdləşmişik, yenə də gələcəm. Mən mübariz insanam!

    Söyüş söyənlərə sosial şəbəkələr üzərindən ilk cavab verənlərdən biri mən olmuşam.

    Uzun müddət onlarla polemika aparmağa çalışdım, söyüşlərinə söyüşlə cavab vermədim, izah etməyə çalışdım.

    Başqaları susdu, mən isə danışdım, üzərimə hücuma keçdilər.

    İndi də həm onlar, həm onların Azərbaycandakı dəstəkçilərinin bir hissəsi mənə qarşı tərbiyəsiz ifadələr işlədirlər.

    Mən səbrliyəm, siz qışqırmağınızda, söyüş söyməyinizdə olun.

    Onsuz da bu gedişlə elə olduğunuz yerdə qalacaqsınız, biz isə dövlətimizə və millətimizə xidmətimizi davam etdirəcəyik!

    "MƏN MÜBARİZ İNSANAM!" -  Adil Əliyev

    "MƏN MÜBARİZ İNSANAM!" -  Adil Əliyev

    Daha ətraflı Altaba.az-da:

    http://altaba.az/siyasi-elita/28034-men-mubariz-insanam-adil-eliyev.html

  • Məşhur müğənni xəsxanalıq oldu- Bütöv mərtəbə boşaldıldı – FOTO

    Müğənni Bülent Ersoy xəstəxanaya yerləşdirilib.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, xəbəri prodüser Osmantan Erkır İnstaqram hesabında yazıb:

    “Qiymətlimiz, sevimli Bülent Ersoyumuza şəfa diləyirəm. Ümid edək ki, tezliklə aramızda olacaq. Bülent xanımın həkiminin açıqlamasını gözləyirik”.

    Bülent Ersoy ağır qrip diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Müalicəsini yataq rejimində davam etdirən Ersoyun olduğu mərtəbə boşaldılaraq digər xəstələr başqa palatalara köçürülüb.

    Məşhur müğənni xəsxanalıq oldu- Bütöv mərtəbə boşaldıldı

  • Əri tərəfindən vəhşicəsinə döyülən azərbaycanlı müğənni – VIDEO

    Azərbaycanda əvvəllər müğənnilik fəaliyyəti məşğul olmuş qadın döyülüb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, əcnəbi bəylə ailə quran Anarə Məmmədovanın həyat yoldaşı tərəfindən döyüldüyü iddia olunur.

    Müxtəlif bədən xəsarətləri alan A.Məmmədova xəstəxanaya yerləşdirilib.

    Qeyd edək ki, Anarə Məmmədova ailə qurduqdan sonra sənətdən uzaqlaşıb.

    Müğənninin xəstəxanadakı görüntüsünü sizə təqdim edirik:

  • Azərbaycanda DƏHŞƏT: Kürəkən elektrik mişarı ilə qayınatasını doğradı

    Oğuzda 27 yaşlı kişi odun doğrayan elektrik mişarı ilə qayınatasını doğrayıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hadisə dünən günorta saat 14 radələrində rayonun Xaçmaz kəndində baş verib.

    Xaçmaz kənd sakini 1961-ci il təvəllüdlü Tərlan Zeynal oğlu İmanov ilə qızı Mehribanın əri, rayonun Padar kənd sakini olan 1991-ci il təvəllüdlü Səfa Eldar oğlu Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı S. Fətəliyev əlində olan odun doğrayan elektrik mişarı ila qayınatasına müxtəlif dərəcəli ağır və orta-ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

    İlk öncə Oğuz Mərkəzi Rayon Xəstəxanasında (MRX) ilkin tibbi yardım alan Tərlan İmanov vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

    Şəki MRX-dan verilən məlumata görə, T. İmanova döş qəfəsinin sol nahiyəsinin, sol baldır və sağ əlin kəsilmiş daxilə nüfuz edən və didilmiş yaraları diaqnozu qoyulub. T. İmanovun üzərində hazırda cərrahiyə əməliyyatı aparıldığı bildirilir.

    Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.