Month: May 2018

  • Aparıcı Mətanət yenə “şpaqat” açdı – Bu dəfə… – VİDEO

    “Xanımlar və cənablar 2” devizi altında başlayan “Maşın” realiti-şousu maraqlı anları ilə yadda qalıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, 17 iştirakçının mübarizə apardığı şouda belə bir maraqlı görüntünü aparıcı Mətanət Əliverdiyeva sərgiləyib.

    Belə ki, əli maşında olan aparıcı rahat şəkildə “şpaqat” açaraq iştirakçıları təəccübləndirib.

    Xatırladaq ki, M.Əliverdiyeva bir müddət əvvəl verilişlərdən birində “şpaqat” açdığı üçün tənqidlərə məruz qalmışdı.

  • İlham Əliyev yeni rektor təyin etdi

    Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub.

    Sərəncama əsasən, Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

  • 27 yaşlı oğlanı telefonla danışarkən ildırım vuraraq öldürdü

    Masallı rayonunda 27 yaşlı gənci ildırım vuraraq öldürüb.

    APA-nın cənub bürosunun məlumatına görə, rayonun Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarət etməyə gedib.

    Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

    Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

  • Azərbaycanda ŞOK olay – Həkim yanına doğuşa gələn qadını… – FOTO

    Əməliyyat zamanı iynə xəstənin qarnında qalıb.

    Median.Az xəbər verir ki, bunu Sabirabad rayon sakini Vüsalə Abdullayeva bildirib.

    O iddia edir ki, həkim Xəlilova Günay Mirzəcan qızı əməliyyat zamanı iynəni sındırıb və yarımçıq iynə onun qarın boşluğunda qalıb:

    “2016-cı ildə Sabirabad rayon Doğum Evində gözümdə problem olduğu üçün qeysəriyyə əməliyyatı oldum. Uşağım dünyaya gəldi. Lakin əməliyyatdan 5-6 ay sonra vəziyyətim getdikcə pisləşdi. Həmin gündən bu ilin fevralına kimi müalicə alırdım, lakin bir xeyri olmurdu. Sonradan məlum oldu ki, qeysəriyyə əməliyyatı zamanı iynə sınıb və yarısı mənim qarnımda qalıb. Həmin həkimə müraciət etdim ki, bəs əməliyyat zamanı belə bir şey baş verib, biz nə edək? O, mənə heç bir köməklik etmədi. Məcbur başqa yerdə əməliyyat olunub, iynəni çıxartdırdıq. Deyəndə ki, sizdən şikayət edəcəm. Bildirdi ki, get, kimə nə istəyirsən de. Mənə heç kim heç nə edə bilməz. Qeyd edim ki, iynənin qeysəriyyə əməliyyatı zamanı qarnımda qalması ilə bağlı tibbi ekspertizanın rəyi də var. İş hazırda Sabirabad rayon Prokurorluğundadır. İynəni çıxardan Leyla Şıxlinskaya klinikasının həkimi Rəşad Babayevə iynəni əməliyyat zamanı qarnımda qoyan həkim Günay Xəlilova təzyiqlər edib. Rəşad həkim mənə dedi ki, xahiş edirəm ərizəni geri götürün. Məni işdən çıxarmaqla və ailəmlə hədələyirlər. Rəşad Babayev bu baş verənlərdən sonra izahatında bildirdi ki, iynəni çıxarmışam və heç bir fəsadı yoxdur. Ekspertiza rəy verdi ki, iynə qeysəriyyə əməliyyat zamanı qarında qalıb, amma heç bir fəsadı yoxdur. Sonra mən Rəşad həkimlə əlaqə saxladım ki, sən niyə bu cür izahat verdin? Cavabında bildirdi ki, mən sizə dedim axı, işimi itirməkdən qorxuram. Mənə olan təzyiqlərdən sonra o cür izahat verə bilməzdim. Hazırda mən ekspertiza rəyindən imtina etmişəm. Çünki mənim bədənimdə hələ də yara var və mən müalicə alıram”. 

    Qeyd edək ki, Günay Xəlilova Sumqayıt şəhərinin deputatı və “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilovun qızıdır. Hazırda Elmi-tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ginekoloq kimi fəaliyyət göstərir. Məsələ ilə bağlı G.Xəlilova ilə əlaqə saxladıq. O, iddiaçının haqsız olduğunu bildirdi:

    “Siz prokurorluq deyilsiniz. İstər Səhiyyə Nazirliyi, istərsə də aidiyyatı orqanların bu haqda məlumatı var. Mən Sabirabadda 3 il canımı qoyumuşam və o cür problemli insanlarla rastlaşmışam. Çox yaxşı bilirlər ki, mənim onlara verəcək qəpiyim də yoxdur, sıravi həkiməm. Mənim yaxın adamımın imkanı varsa, o qədər də saxladığı yetim-yesiri var. Dərinə gedəndə mən tək qadınam və 3 uşağa təkbaşıma baxıram. Sizi inandırıram ki, onların səsinə səs verən olmayacaq. Çünki haqsızdırlar. Mən nəyə görə onlara pul verməliyəm? Mənim kimə borcum var? Can borcum var onlara? Əgər haqsız olmasalar, mediaya yox, başqa orqanlara şikayət edərdilər. Nə vaxt istəsəniz, üzbəüz söhbət edə bilərik. Mənlə görüşməmiş bu xəbəri çıxarsanız, problemlər yaşayacaqsınız”. 

    Məsələ ilə bağlı ilk olaraq Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, baş verən hadisədən xəbərdardırlar lakin, iş prokurorluqda olduğu üçün ətraflı məlumat verə bilməyəcəklər.

    Sabirabad rayon Prokurorluğundan isə söylədilər ki, hazırda iş istintaq mərhələsindədir deyə, geniş məlumat verə bilmirlər. 

    mənbə: faktor.az

  • Bakının ən məşhur zavodu bağlanır

    “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu da 40-45 gün ərzində dayandırıla bilər

    Heydər Əliyev adına Neft Emalı Zavodu oktyabr ayında planlaşdırılmış illik əsaslı təmirə bağlanacaq.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bunu SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, illik əsaslı təmir işləri neft emalı zavodu ilə yanaşı, “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər: “Vəziyyət işin gedişatından asılı olaraq dəyişə bilər”.

    D. Məmmədov bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə “Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş iyun ayında imzalanacaq.

    D. Məmmədov qeyd edib ki, idxal üçün ən əlverişli bazar Rusiyadır. “Bu həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Bizim fikrimizcə, kifayət qədər benzin ehtiyatı mövcuddur. Lakin yay mövsümündə daxildə hansı həcmdə “Ai-92″ markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək” – deyə D. Məmmədov bildirib.

  • Bakıda DƏHŞƏT! – Körpəni küçədə doğub yola atdı (VİDEO)

    Paytaxt küçələrindən birində ürəkağrıdıcı olay yaşanıb.

    Şəhər sakinləri torbada yenicə doğulmuş qız uşağı tapıblar.

    Təcili tibbi yardım və polisə xəbər verən Bakı sakinləri bu görüntülər qarşısında üzüntülərini gizlədə bilməyiblər.

    Körpənin ilkin doğum anındakı vəziyyətdə olması, üstünə əski parçası belə atılmadan sellofan torbada ölümə tərk edilməsi onu tapanlarda valideynlərinə qarşı nifrət hissi oyadıb./oxu24.com

  • Bakı sakinləri artıq rahat yata bilərlər: O tutuldu

    Əvvəllər məhkum olmuş 30 yaşlı oğlan sahibləri yatarkən evlərə soxulub qiymətli əşyaları aparırmış

    Bakıda mənzil sahiblərinin bərk yatmasından istifadə edərək evlərə soxulan və oradan pulları, qiymətli əşyaları aparan oğru saxlanılıb. Silsilə mənzil qarətlərinin üstünü Binəqədi Rayon Polis İdarəsi açıb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

    Faktla bağlı əvvəllər məhkum olmuş 1988-ci il təvəllüdlü Vəliyev Vüsal Vahid oğlu saxlanılıb. Bu gün onunla əlaqəli 10-dək epizod üzrə cinayət işi açılıb. Vəliyev bütün oğurluqları gecə yarısı və səhər tezdən törədib.

    Məlum olub ki, Vəliyev mayın 15-də saat 04:00-da Biləcəri qəsəbəsində yaşayan Qarayeva Günay Nemət qızının evinə girib. Qarayevanın evinin qapısı hansı səbəbdənsə səhərin erkən saatlarında açıq olub. Qarayeva yuxuda olarkən oğru onun evinə daxil olaraq qızıl-zinət əşyalarını, bijuteriyaları və mobil telefonları aparıb. Bir sözlə, ona 2250 manat dəyərində maddi ziyan vurub.

    İki gün sonra Vəliyev həmin qəsəbənin digər sakini Abbasov Səttar Emil oğlunun evinə soxulub. O, saat 05:00 radələrində Abbasovun evinin ikinci mərtəbəsindəki açıq pəncərədən içəri daxil olub. Vəliyev evdən qiymətli əşyaları və pulları axtararkən evin sahibləri, kim bilir, bəlkə də onuncu yuxularını görürmüşlər. Lakin Abbasovların evinin erkən gəlmiş çağırılmamış qonağı özü ilə çox şey apara bilməyib. Cəmi 400 manat dəyərində qızıl-zinət əşyası aparıb.

    Saxlanılan şəxs növbəti oğurluq əməlini mayın 19-da səhər saat 04:00 radələrində Biləcəri qəsəbəsində törədib. O, qəsəbə sakini Manafova Fəridə Xanbala qızının evinə daxil olaraq 200 manat dəyərindəki velosipedi oğurlayıb.

    Vəliyevin oğurluq etdiyi günlər arasında 2 gün interval olub. Onun növbəti oğurluğu zamanı da ev sahibləri yuxudan oyanmayıblar. Lakin onların evində quraşdırdıqları videokamera Vəliyevi ələ verib. Videokameranın yaddaşına köçən anlar özgə evinə soxulan oğrunu tutmağa yardım edib.

  • “Kredit faizləri çox yüksəkdir…” – Deputatdan banklara etiraz

    “2017-ci ildə biz bu məsələni qaldırdıq. Düzdür manatın dayanıqlılığı çox gözəldir. Ancaq məsələ qaldırıldı ki, Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər”.

    Median.Az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    Deputatın sözlərinə, Azərbaycanda orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın.

    “2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Yaxşı hallardan biri ondan ibarətdir ki, prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinə, həm də əlillərə müavinətlərin ödənilməsi ilə bağlı sərəncam imzalandı. Ancaq bununla yanaşı digər bu qəbildən olan məsələlər var ki, onlar da öz həllini tapmalıdır”. /modern.az/

  • Milli Məclisdən “ASAN Xidmət”lə bağlı gözlənilməz təklif

    Ziyafət Əsgərov bildirib ki, illərdir cəmiyyətdə əlilliyin təyin olunması ilə bağlı söz-söhbətlər gəzir

    Azərbaycanda əlilliyin təyin olunması “ASAN Xidmət”ə verilsin.

    Bu təkliflə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

    Ziyafət Əsgərov bildirib ki, illərdir cəmiyyətdə əlilliyin təyin olunması ilə bağlı söz-söhbətlər gəzir: “Təklif edirəm ki, “ASAN Xidmət”in texniki imkanları varsa, əlilliyin təyin edilməsi onlara verilsin. Bununla da bu məsələ ətrafında olan mübahisələr aradan qalxmış olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də canı bu məsələdən qurtarsın. Bu, həm dövlət, həm də vətəndaşlar üçün faydalı olar”.

  • 24 yaşlı oğlan iş yerində özünü asdı – ŞƏKİDƏ

    Şəkidə intihar olub.

    Median.Az xəbər verir ki, hadisə rayonun Axundov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən ayaqqabı sexində işləyən, 1994-cü il təvəllüdlü Orxan Elşən oğlu Məmmədov sexin tavanından özünü asıb. Onun asılmış meyiti iş yoldaşları tərəfindən aşkar edilib.

    Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb./apa/