Month: May 2018

  • Azərbaycanda qadın çatışmazlığı gözlənilir

    Azərbaycanda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etmə ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” adlı pilot layihənin yekun konfransında çıxışı zamanı deyib.

    O, uşaqların cinsə görə nisbətinin pozulmasını zorakılığın bir forması kimi qiymətləndirərkən vurğulayıb ki, belə münasibət qadına, onun sağlamlığına, doğulmayan qızlara qarşı zorakılıqdır.

    Eyni zamanda, ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrıseçkiliyə məruz qalmasıdır.

    Komitə təmsilçisi əlavə edib ki, hazırda dünyanın bir sıra ölkələrində aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır:

    “Hamiləliyin süni şəkildə pozulması faktı inkişaf etmiş ölkələrdə il ərzində 28 milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində 182 milyondur. Son 20 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb və əhali arasında cinsi nisbət, demək olar ki, bərabərləşib. Hazırda əhalinin 49.9 faizini kişilər, 50.1 faizini isə qadınlar təşkil edir”.

  • Firuzə Cəlilova: “Maşın”ın ən safı mənəm – VİDEO

    Bu gün “Maşın” realiti şousunun üçüncü gününə start verilib.

    Ötən gün Roza Zərgərlinin hədəfi olan aparıcı Firuzə Cəlilova çıxmaq təhlükəsi ilə üz-üzə dayansa da, özündən əminliyi ilə seçilib.

    O, Baku TV kamerasına danışaraq yarışmanın ən saf iştirakçısı olduğunu deyib:

    “Dostlar, “Maşın” şounun ən saf, ən sakit və dilsiz iştirakçısı özüməm. Mən inanmadım, amma yəqin ki, siz inanarsınız”./oxu.az

  • Saxta viza ilə Azərbaycana keçmək istəyənlər tutuldu – FOTO

    2018-ci ilin 29 may tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində xarici vətəndaşların saxtalaşdırılmış sənədlərlə dövlət sərhədindən keçmək cəhdlərinin qarşısı alınıb.

    DSX-dən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarəti zamanı üç əcnəbinin sənədlərinin etibarlılığı şübhə doğurub, xüsusi laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama nəticəsində şübhələrin əsaslı olması dəqiqləşdirilib.

    “Dubay-Bakı” reysinin rəsmiləşdirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1974-cü il təvəllüdlü Nawaz Shoaib tə­rəfindən təqdim olunmuş Azərbaycan Respublikasının elektron vizasının saxta olması müəyyən edilib.

    “Bakı-Milan” reysinin sərnişinləri üzərində sərhəd nəzarətinin həyata keçirilməsi zamanı Pakistan İslam Respublikasının vətəndaşı 1989-cu il təvəllüdlü Shakeel Hafiz Muhammad Adnan tərəfindən təqdim olunmuş pasportdakı Şengen vizasının saxta olması aşkar olunub.

    “İstanbul-Bakı” reysi ilə gəlmiş İran İslam Respublikası vətəndaşı 1990-cı il təvəllüdlü Hassanli Ali tərəfindən sərhəd nəzarətinə təqdim olunmuş pasportdakı Böyük Britaniya vizasının saxta olması müəyyən edilib.

    Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.







  • 200 manatlıq əskinaslar dövriyyədə

    Artıq Azərbaycan Mərkəzi Bankının bankomatlarında bir müddət öncə ölkədə dövriyyəyə buraxılan 200 manatlıq əskinasları əldə etmək mümkündür.

    Bununla bağlı məlumat bank tərəfindən verilib.

    Bu gündən etibarən inkassasiya zamanı başqa nominallarla yanaşı, bankomatlardan 200 manatlıq əskinaslar da veriləcək.

    Hazırda 200 manatlıq əskinaslar AMB-nin baş ofisindəki, Səbail, Nəsimi, Mərkəzi filiallarındakı, “Port Baku” və “SOCAR Tower” ofislərindəki bankomatlara paylanılıb. Yaxın vaxtlarda bu əskinasları AMB-nın bütün bankomatlarından əldə etmək mümkün olacaq.

  • Nazim İbrahimova vəzifə verildi

    Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin sədri təyin edilib.

    Bununla bağlı Gəncə şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Buna qədər Nazim İbrahimov Mərkəzin İdarə Heyətinin üzvü olub.

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır.

    Mərkəz 30 sentyabr 2012-ci ildə Gəncədə təsis edilib. Təşkilatın qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş Beynəlxalq İdarə Heyətidir. Mərkəzə daha öncə Latviyanın sabiq prezidenti xanım Vaira Vike-Freiberga və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin həmsədrlik ediblər.

  • Ermənilər Sərdar sarayının yerində konyak zavodu ucaltdılar

    Yerevanda arxitektor Aleksandr Tamanyanın abidəsi var və nabələd insanlar elə bilir ki, bu arxitektor Ermənistan paytaxtının yarısını qurub.

    Bu sözləri Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov deyib.

    O bildirib ki, əslində, Tamanyan Yerevanda üç bina tikdirib, abidəni isə ona Yerevanın baş planını müəyyənləşdirdiyi üçün qoyublar.

    “Bu baş planının “unikallığı” onadan ibarətdir ki, o, tarixi mərkəzlərin saxlanılmasını nəzərdə tutmur. Erməni alimlər də bunu etiraf edir.

    Yerevanda arxitekturanın etnik təmizlənməsi Ermənistanın bütün görünüşünün təmizlənməsinə gətirib-çıxardı. O, təkcə Yerevanı deyil, bütün ölkəni bürüdü. Əvvəllər Yerevan böyük orta əsr şəhəri idi. Sonralar isə burada 800 ev dağıdıldı. Bu gün orada cəmi bir məscid qalıb. Sərdar sarayının yerində isə konyak zavodu tikilib”, – Axundov deyib.

    F.Axundovun sözlərinə görə, əgər bu saray qalsaydı, hamı müəllifi Aleksandr Qriboyedov olan “Ağıldan bəla” pyesinin ilk dəfə səhnələşdirildiyi yerə baxmağa gələrdi.

    Qeyd edək ki, Sərdar sarayı İrəvan xanlığının iqamətgahı olub. Azərbaycan xalqının tarixi sərvətidir.

    Sarayın bütün divarları gül-çiçək və naxışlarla örtülüdür. Gül ilə yanaşı, burada tovuz quşları, şirlər və günəş təsvirləri var idi. Döşəmə şirələnmiş kərpicdən hazırlanmışdı. Tavan güzgülərlə örtülmüşdü.

    Ədəbiyyat məlumatlarına görə, Sərdar sarayının güzgülü zalının divarları ornamentlər və mövzu-tematik kompozisiyalarla bəzədilmişdi.

    Sarayın arxitekturası Şəki Xan sarayının arxitekturası ilə bağlıdır.

    1827-ci ildə Aleksandr Qriboyedov sarayın otaqlarından birində öz pyesini səhnələşdirib. 1914-cü ildə ermənilər sarayı dağıdıblar.

  • Leyla Əliyeva sahibsiz itlərin güllələnməsinin qarşısını aldı: Bundan sonra…

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sahibsiz itlərlə mübarizənin humanistləşdirilməsi və beynəlxalq standartlara uyğun metodların tətbiqi təşəbbüsü ilə çıxış edib.

    Bu sahədə artıq müvafiq işçi qrupu yaradılıb. İşçi qrupunun üzvləri sahibsiz itlər üçün müvəqqəti sığınacaqların yaradılması, sahibsiz heyvanlarla mübarizənin humanistləşdirilməsi, həmçinin bu sahədə yeni qanunvericiliyin hazırlanması ilə məşğul olacaqlar.

    Hazırda işçi qrupunun bu sahədə digər ölkələrin təcrübəsini araşdırdığı, sahibsiz itlərlə mübarizə sahəsində humanizm prinsiplərinə və beynəlxalq standartlara əsaslanan metodların tətbiqi üzərində də işlədiyi bildirilir.

    Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin sahibsiz heyvanlara qarşı mübarizə sahəsi üzrə fəaliyyəti yenidən təşkil ediləcək. Artıq İdarənin 7 əməkdaşının sahibsiz heyvanlara qarşı mübarizədə yol verdiyi nöqsanlara, qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edildiyi deyilir.

    Beləliklə, Leyla Əliyevanın təşəbbüsü ilə sahibsiz itlərin güllələnməsinin qarşısı alınıb. Bundan sonra paytaxtda sahibsiz itlərin tutularaq sterilləşdiriləcəyi və birkalanacağı gözlənilir.

  • Sabah bulvarda attraksionlar pulsuz olacaq

    ÐавÑÑа в ÐÐ°ÐºÑ Ð°ÑÑÑакÑÐ¸Ð¾Ð½Ñ Ð´Ð»Ñ Ð´ÐµÑей бÑдÑÑ Ð±ÐµÑплаÑнÑе

    1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək.

    Median.Az-a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər.

    Aksiyada üç uşaq qatarı, iki avtodrom, iki karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsiz xidmət göstərəcək.

    Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

  • Yevlaxda avtomobil aşıb, yaralılar var

    Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Median.Az “Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə dəmir yolunun rayonun Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

    Belə ki, ilkin məlumata görə “VAZ-2106” markalı avtomobil dəmir yolu keçidinə çırpılaraq aşıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • Reper Qurd “Maşın şou”-nun iştirakçılarını ölümlə hədələdi (FOTO)

    May ayının 29-dan ölkənin ən qalmaqallı və səs-küylü proqramı “Maşın” realiti şousu start götürüb.

    Median.az xəbər verdiyi kimi, “M Group Production”-ın ərsəyə gətirdiyi şou “Xanımlar və cənablar – 2” devizi ilə ATV-də ekran həyatına başlayıb. İlk efirdə iştirakçılar təqdim olunub və iddialı çıxışları ilə diqqət çəkiblər.

    Məlum olub ki, bu dəfəki yarışda Əməkdar artist Abbas Bağırov, müğənnilər Əli Mirəliyev, Ruhəngiz Musəvi, Rahidə Baxışova, Roza Zərgərli, aparıcılar Azər Axşam, Günel Hümbətova, İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Firuzə Cəlilova, Aytən Səfərova, reperlər Qurd, Uran, aktyorlar Məcid Hüseynov, Cavidan Novruz, aktrisa Pərvin Abıyeva, meyxanaçı Ələkbər Yasamallı, vayner Hüseyn Əzizoğlu mübarizə aparacaq.


    İştirakçılardan Günel Hümbətova, Pərvin Abıyeva, Azər Axşam, Əli Mirəliyev ikinci, Roza Zərgərli üçüncü, Abbas Bağırov dördüncü, qalan iştirakçılar isə ilk dəfədir ki, yarışmaya qatılır.

    Reper Uran isə məhz “Maşın” şou üçün iki ildir yaşadığı Fransadan ölkəmizə təşrif buyurub.


    Median.az saytına eksklüziv açıqlama verən reper Qurd bütün iştirakçılardan iddialı olduğunu söyləyərək, bəzilərinə hədə-qorxu gəlməyi unutmayıb.

    “Mən illərdir ki “Maşın şou”-ya dəvət olmaqımı gözləyirdim. Və o an yetişdi. Bu şouya yalnız galib olub, avtomobili aparmaq üçün gəlmişəm. Məni səbəbsiz və heçnədən bu şoudan uzaqlaşdıran adamı öldürərəm!”,- Qurd qeyd edib.