Xaçmaz Mərkəzi Xəstəxanasından körpə ölümü ilə bağlı AÇIQLAMA

Xaçmaz şəhər sakini 1996-cı il təvəllüdlü Veyisova Könül Nazim qızının doğuş zamanı körpəsi ölüb.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Trend-ə verilən məlumata görə körpənin cinsiyyəti qız olub.

Doğum şöbəsindən bildirilib ki, uşaq 2 kilo 300 qram çəkidə olub.

Hazırda hadisə yerində tibbi ekspertiza gedir, uşağın ölüm səbəbini onların rəyindən sonra demək mümkün olacaq.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *