Month: September 2018

  • Bakı məktəbində QALMAQAL; 28 uşaq sinifdə qaldı – FOTO

    Bakı şəhəri Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə onlarla şagirdin sinifdə qalması valideynlərlə məktəb direktoru arasında qalmaqala səbəb olub.

    Baku.ws-ə daxil olan məlumatda, bütün narazılıqların Laləndə Hasilovanın məktəbə direktor təyin edilməsindən sonra başladığı vurğulanır.

    Oxucuların saytımıza ünvanladığı şikayətdə bildirilir ki, L.Hasilova ötən ilin dekabr ayından 178 saylı məktəbə direktor gələndən şagirdlərin və valideynlərin günü qara olub. Bu yay 100-dən çox şagirdin qiymət vərəqələrinə yenidən düzəliş edərək 2 qiyməti yazıb və sinifdə saxlayıb. Bütün bunları isə müəllimlərin və valideynlərin xəbəri olmadan edib. Bununla da, müəllimlərlə valideyinləri üz-üzə qoyaraq böyük bir qalmaqala səbəb olub.

    Laləndə Hasilova Baku.ws-ə açıqlamasında ittihamları cavablandırdı. O, oxucu şikayətində qeyd edildiyi kimi 100-dən çox şagirdin deyil, 28 şagirdin sinifdə qaldığını bildirdi:

    “Mən dekabrın sonunda bu məktəbə təyin edilmişəm. Yanvarın sonunda summativ qiymətləndirmə qurtarır. Ümumiyyətlə, mənim bunların hazırlanması ilə məşğul olmağa vaxtım çatmayıb. Fevralın 3-nə qədər tətil olub. Fevralın 13-dən aprelin 14-dək məntəqə sədri kimi ancaq prezident seçkiləri ilə məşğul olmuşam.

    Prezident seçkiləri bitdikdən sonra ilin ikinci summativ qiymətləndirilməsinə start verilib. Onu da qeyd edim ki, summativ qiymətləndirmə çox ciddi hazırlanıb. Bu məktəbdə indiyədək belə şey olmayıb. Əvvəlki qoymətləndirmələrə nəzər saldıqda çox ciddi nöqsanlara yol verildiyini gördüm və ciddi monitorinq keçirdim.

    Bu məktəbdə təhsilin səviyyəsi və nizam-intizam aşağı səviyyədə olub. Monitorinq keçirməkdə məqsədim problemi öyrənmək idi. Uşaqlar niyə aşağı səviyyədə oxuyurlar, niyə dərsdən yayınırlar, müəllimlər niyə dərs keçmirlər? Məktəbin nüfuzu ümumiyyətlə sıfırdır. Mən bütün bunları bilirdim, sadəcə məktəb düz evimin yanında yerləşdiyindən, Təhsil İdarəsi mənə rotasiya etdi. Bu məktəbdə müəllimlər, şagirdlər və valideynlər arasında “yolavermək” məsələsi vardır. Mən bunun qarşısını aldım. Təbii ki, qarşıdurmalar, narazılıqlar oldu. Çünki illərdir məktəbə gəlməyən uşaqlar sinifdən-sinifə keçirilib. Sual-cavab kitabçasının üstünə adını yaza bilməyən 5 və 6-cı sinif uşağı var. Burada məndən əvvəl 18 il Yusif Məmmədov direktor olub. 65 yaşına çatdıqdan sonra təqaüdə göndərildi.

    Bu məktəbdə 43 sinif var. İbtidai sinifdən cəmi 1 nəfər sinifdə qalıb. Təshil qanununda belə bir şey var ki, ibtidai siniflərdə uşağı sinifdə saxlamaq olmaz. Bu yalnız 2 halda mümkündür; əgər uşağın dərs davamiyyəti yoxdursa və sağlamlığı ilə bağlı problemi olarsa. Bizim halda uşaq dərsə gəlməmişdi. Valideynin öz razılığı ilə sinifdə saxladıq. Valideyn özü bildirdi ki, uşağı gələn il bacısı ilə birlikdə təkrar birinci sinifə göndərmək istəyir. Valideynin ərizəsi var, protokollaşdırmışıq. Yəni uşaq valideynin istəyilə sinifdə qalıb.

    Qalan siniflərdə summativ qiymətləndirmə düzgün aparılmamışdı. 2-yə yazan uşağa 4 və ya 5 qiymət verilmişdi. Təbii ki, burada maddi qiymətləndirmə olub. Mən dərs hissə müdirləri ilə monitorinq keçirib summativləri bir-bir yoxladım və düzgün qiymətləndirmə apardım. Summativdə nə yazılmışdısa, o qiyməti jurnallara köçürdük.

    Nəticədə bizdə, 28 nəfər sinifdə qaldı. 4 fəndən 8 nəfər, 5 fəndən 8 nəfər, 7 fəndən 6 nəfər, 8 fəndən 1 nəfər sinifdə qalıb. 3 nəfər isə ümumiyyətlə dərsə gəlmədiyi üçün sinifdə qalıb”.

    Direktor payıza qalan uşaqların sayının çoxluğunu inkar etmədi: “Bəli, payıza qalan uşaqlar çox idi. Onlara yay tapşırıqları verilmişdi, sentyabrın 12-nə qədər imtahan verib, növbəti sinifə keçib. Düzdür, payıza qalan şagirdlərdən yüksək nəticə gözləmirdik, 3-lərini alıb, növbəti sinifə keçdilər”.

    178 saylı orta məktəbin direktoru Laləndə Hasilova

    Laləndə xanım sinifdə qalan şagirlərin və onların valideynlərinin bəzilərinin nəticə ilə razılaşmadıqlarından məlumatlı olduğunu deyir: “Sinifdə qalanların bəziləri indi üsyan edirlər. Dəfələrlə valideynlərlə görüşmüşəm, summativləri qabaqlarına qoyub, demişəm ki, baxın, bu sizin uşağınızın yazdıqlarıdır. 7-8 fəndən 2 alan uşağı sinifdən sinifə keçirə bilmərəm. Valideynlərin bir çoxu isə etiraz etmirlər, çünki övladlarının dərsə davamiyyətindən və qiymətlərindən xəbərləri var.

    Bütün sinifdə qalan şagirdlərin sual kitabçaları və cavab kartları hamısını istənilən vaxt təqdim edə bilərəm. Valideynlərin bəziləri elə bilirlər ki, biz nəyisə dəyişə bilərik. Səhv edirlər! Bütün şagirdlərin nəticələri Təhsil Nazirliyi tərəfindən idarə edilən kompüter sisteminə salınır. Yəni biz heç nəyi dəyişə bilmərik”!

  • Ramil Usubov sabiq polis rəisinə vəzifə verdi

    Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovniki Ramil Usubov Goranboy rayon polis şöbəsinin sabiq rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlunu yeni vəzifəyə təyin edib.

    Median.Az report.az-a istinadən xəbər ki, Ramil Usubovun müvafiq əmri ilə F.Azadəliyev Bakı Baş Polis İdarəsinin Əməliyyat Statistik İnformasiya şöbəsinin rəisi təyin olunub.

    Xəbəri Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov təsdiqləyib.

    Xatırladaq ki, F.Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu ilin fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Azadəliyev Fəqan Cəbrayıl oğlu tutduğu vəzifədən azad edilib, sərəncama götürülmüşdü.

  • “Whatsapp”dakı səs yazısına RƏSMİ AÇIQLAMA – Ciddi tədbirlər görüləcək

    “Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə reallığı əks etdirməyən əsassız məlumatlar yayılmışdır. Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur”.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi rəsmi açıqlama verib. Qurumdan bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

    Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir.

    Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik.

  • Azərbaycanda mərmi atan snayper silahı istehsal olunub – FOTO

    Azərbaycanda yeni unikal silah istehsal olunub.

    Median.Az “report”a istinadən xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin zavodlarından birində hazırlanan yeni snayper silahı mərmi atır.

    Əllə idarə olunan və 23×115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdı. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir. Silah 2 kilometri dəqiq vura bilir.

    Silah ilk dəfə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib.

    Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrində silahlanmaya daxil ediləcək.

  • Bakıda məktəblinin ölüm səbəbi açıqlandı

    Sentyabrın 25-də paytaxtın 67 saylı məktəbində ikinci sinif şagirdinin ölümünə dilin qatlanması nəticəsində mexaniki asfiksiya səbəb olub.

    Median.Az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan”a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

    Sabunçu rayonu 12-ci polis bölməsi ərazisində yerləşən məktəbdə 2011-ci il təvəllüdlü Xəlilov Sabir Adil oğlu dünyasını dəyişib. O, özünü qəfil pis hiss edib, ilkin tibbi yardım göstərilib, təəssüf ki, kömək etmək mümkün olmayıb.

    Məktəbin işçiləri təcili tibbi yardım briqadasını çağırsalar da, həkimlərin gəlişinə qədər uşaq artıq keçinib.

    Əldə edilən məlumatlara görə, sentyabrın 24-də azyaşlının yüksək hərarəti olub. Buna baxmayaraq, valideynləri Sabiri məktəbə göndəriblər.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Житель столицы задержан за разбой в Низаминском районе

    Как сообщает Median.Az, сотрудники 24-го отделения полиции Низаминского РУП задержали жителя столицы Фуада Гасанова, который накануне на улице в поселке 8-й километр подошел сзади к жительнице столицы Н.Рашидовой и ударив ее кулаком по голове, отобрал у потерпевшей мобильный телефон.

    В Следственном отделе Низаминского РУП возбуждено уголовное дело по статье 181 (разбой) УК Азербайджана.

  • Nizami rayonunda quldurluq edən şəxs tutulub

    Median.Az xəbər verir ki, sentyabrın 24-də Nizami rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini N.Rəşidovanın baş nahiyəsinə yumruqla vuraraq, mobil telefonunu əlindən alıb.

    Nizami RPİ 24-cü polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Fuad Həsənovu saxlayıblar.

    Nizami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Экологи бьют тревогу из-за ливней

    На территории страны вновь могут выпасть интенсивные ливни.

    Как передаёт Median.Az, об этом oxu.az сказал заместитель директора Института географии Национальной академии наук Азербайджана Магеррам Гасанов.

    По его словам, ливни, выпавшие на территории страны несколько дней назад, были связаны с поступлением на территорию республики воздушных масс с северо-запада.

    Магеррам Гасанов отметил, что объем выпавших в Баку осадков превысил месячную норму на 122 процента:

    «В сентябре-октябре такие случаи могут повториться. В переходный сезон происходят такие особые случаи. Интенсивные дожди связаны с глобальными изменениями климата».

    Глава пресс-службы Минэкологии и природных ресурсов Умайра Тагиева заявила Oxu.Az, что с 26 сентября температура на территории страны изменится:

    «В Баку и на Абшеронском полуострове будет дуть сильный северо-западный ветер. Этот процесс будет характеризоваться сильным ветром в Баку и значительным снижением температуры 27 сентября».

    Умайра Тагиева отметила, что в течение двух дней максимальная температура воздуха составит 18-20 градусов.

  • Ekoloqlar leysan yağışları ilə bağlı həyəcan təbili çalır

    Ölkə ərazisində yenidən leysan xarakterli yağış yağa bilər.

    Bunu oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

    Onun sözlərinə görə, bir neçə gün əvvəl yağan yağış respublika ərazisinə şimal-qərb istiqamətindən hava kütlələrinin daxil olması nəticəsində baş verib:

    “Atlantik okeanı üzərində əmələ gələn, Şərqi Avropa düzənliyindən keçən hava kütləsi nəticəsində bu cür yağış yağıb. Belə yağışların olması mümkündür”.

    Məhərrəm Həsənov qeyd edib ki, Bakıya düşən yağışın miqdarı aylıq normanın 122 faizindən artıq olub:

    “Sentyabr ayında Bakıya düşən yağıntıların orta aylıq miqdarı17 mm civarında olur. Bu dəfə isə ortaq aylıq yağıntının miqdarından çoxdur. Növbəti aylarda bu cür yağışlar ola bilər. Sentyabr-oktyabr aylarında belə halların yenidən təkrarlanma ehtimalı var.

    Keçid fəslində həmişə xüsusi hadisələr baş verir. İntensiv yağışların çoxalmasına səbəb qlobal iqlim dəyişkənliyi ilə bağlı olan prosesdir”.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Oxu.Az-a bildirib ki, sentyabrın 26-dan ölkə ərazisində havanın temperaturu dəyişəcək:

    “Bakıda və Abşeron yarmadasında güclü şimal-qərb küləyi əsəcək. Bu proses Bakıda daha cox küləyin güclənməsi və sentyabrın 27-də havanın temperaturun xeyli aşağı enməsi ilə xarakterizə olunacaq”.

    Umayra Tağıyeva qeyd edib ki, iki gün müddətində havanın maksimal temperaturu 18-20 dərəcə təşkil edəcək.

  • Шоу «Машин» возвращается на телеэкраны – ВИДЕО

    Зимой стартует очередной сезон реалити-шоу «Машин».

    Как передаёт Median.Az, об этом oxu.az,, проект производства M Group Production начнется в декабре.

    Отметим, что 16-й сезон шоу, ведущим которого является народный артист Мурад Дадашев, побил рейтинги как на телевидении, так и в социальных сетях.