Nizami rayonunda quldurluq edən şəxs tutulub

Median.Az xəbər verir ki, sentyabrın 24-də Nizami rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini N.Rəşidovanın baş nahiyəsinə yumruqla vuraraq, mobil telefonunu əlindən alıb.

Nizami RPİ 24-cü polis şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Fuad Həsənovu saxlayıblar.

Nizami RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *