Month: November 2018

  • Pərdə mövsümü sabah başa çatır

    Sabah, noyabrın 15-də, ölkə ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə pərdə və jalüzün (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadəsi üçün verilmiş icazənin müddəti başa çatır.

    Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, hər il mayın 1-dən noyabrın 15-dək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

    Ümumi texniki şərtlər” dövlət standartına edilən müvafiq dəyişikliklərlə bağlı nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyətinin 70 faizdən az olmaması müəyyənləşdirilib.

    Noyabrın 15-də qeyd olunan jalüzlərin icazə verilmiş istifadə müddəti başa çatır. Bu tarixdən etibarən avtomobillərin arxadakı yan şüşələrində jalüz və ya görüntünü məhdudlaşdıran digər avadanlıqdan istifadə edilməsinə görə sürücülər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbinə əsasən, 150 manat məbləğində cərimə olunacaqlar.

  • GÜNÜN ULDUZ FALI: 13 NOYABR, 2018

    Qoç – Mühüm saydığınız işdə aktiv olun.

    Maraqlı və sərfəli imkanları əldən verməyin. Yaşananlara operativ reaksiya verin. Yaxşı ideyalar var, amma əlverişsiz şərait onları gerçəkləşdirməyə imkan vermir. Səbrli olun.
    Günün ikinci yarısında yeni tanışlıq ciddi münasibətlərə çevrilməyəcək.
    Uzaq səfərə çıxmayın. Yorulacaqsınız, nəticə də sizi razı salmayacaq. Bədxahların yaydıqları şayiələr və dedi-qodular sizə zərbə vura bilər.
    Buğa – Ehtiyatlı olun. Düşünülməmiş addımlar atmayın. Ciddi fəsadlar yarada biləcək səhvlərə yol verməyin.
    Anlaşılmazlıq, xırda məsələyə görə münaqişə riski var. Vədlər verməyin. Vəd səsləndisə, onu mütləq yerinə yetirin.
    Günün ikinci yarısında israfçılığa, uğursuz sərmayə yatırımına yol verməyin. Dövlət qurumlarının mənsubları ilə sıx təmaslar məsləhət deyil. Zəhərlənmə riski var. Bu səbəbdən də kulinar ekspertimentlər etməyin.
    Səhhətinizə fikir verin.
    Əkizlər – İstənilən mühüm məsələlərin müzakirəsi üçün əlverişli zamandır. Mövqe, baxış və fikirləri sizdən fərqli insanlarla da dil tapa bilərsiniz. Prinsipial fərqlərlə bağlı məqamları nəzərdən keçirin. Təhsildə və fəaliyyət sahəsində irəliləyişə nail olmaq üçün əzmlə çalışın.
    Günün ikinci yarısında intellektual potensialınız yüksək olacaq. Problemlər ciddi deyil. Tamamilə yeni işə başlamaq olar.
    Şəxsi həyatda ciddi dəyişikliklər ehtimalı azdır. Alış-veriş üçün münasib zamandır.
    Xərçəng – Son vaxtlar sizi ciddi şəkildə narahat edən problemlərdən birini həll edə bilərsiniz. Baş verən hadisələri fərqli səpkidə görməyi bacarın. Prioritetlər dəyişir. Yaxın ətrafınızdakı insanla münasibətlərdə müəyyən korrektələrə və düzəlişlərə ehtiyac var.
    Pozitiv olsanız, yaşam asanlaşar.
    Günün ikinci yarısında yeni maraqlar yaranır. Radikallıq etməyin, ekstremal davranışı seçin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Vaxtınız və qüvvənizdən qənaətlə istifadə edin.
    Axşam saatlarını ailə üzvlərinə ayırın.
    Şir – Xırda və kiçik məsələlərə görə əhvalınızı korlamayın. Soyuqqanlı olun. İstənilən çətinliyin, problemin öhdəsindən tez gələ bilərsiniz. Çətinliklər ağır deyil.
    Nəzərdə tutduğunuzdan artıq iş görə bilərsiniz. Amma ifrat dərəcədə çalışaraq ifrat yorğunluğa düçar olmayın.
    Günün ikinci yarısında ünsiyyətdə sərvaxt olun. Maraqlı tanışlıq istisna deyil. Münasibətlərə süni təkan verməyin.
    Hadisələr öz axarında cərəyan edərsə, sizin üçün daha yaxşı olar.
    Qız – Şəxsi münasibətlərdəki problemi həll edə biləcəksiniz. Hissləriniz və istəklərinizdə konkretliyə nail olun.
    Tərəfdaş və müttəfiqlərin sizdən nə gözlədiyindən hali olun. Yaxın perspektivlə bağlı planlarınızı ailə üzvləri ilə müzakirə edin.
    Fikir ayrılıqları yaranmayacaq.
    Günün ikinci yarısında maliyyə fonu əlverişlidir. Alış-veriş etmək olar. Yaxınlarınızdan birinə hədiyyə alın.
    Yeni işlər üçün münasib zaman deyil. Cari və rutin işləri başa vurun. Axşam saatlarında ehtiyatlı davranın. Yaşam potensialınızın səviyyəsi aşağı düşəcək. Travma riski artıb.
    Tərəzi – Yaşananlar sizi narahat edir. Qıcıq bu günün ən güclü emosiyasına çevrilməsin. Mənfi hisslərin öhdəsindən gəlməyi bacarın. Situasiyada müsbət dəyişikliklər etmək olar. Etibar etdiyiniz şərik və ya tərəfdaş sizə yardım edəcək.
    Günün ikinci yarısında spontan etiraf istisna deyil. Yaxınlarınızla müzakirə olunası məsələlər var. Lakin mürəkkəb, ağır söhbət üçün əlverişli zaman deyil. Yalnız təxirəsalınmaz, aktual nüanslar barədə danışın.
    Əqrəb – Yeni kəşflər zamanıdır. Darıxdığınız, görmək istədiyiniz insanlardan xoş xəbər alacaqsınız. İndiyədək tətbiq etmədiyiniz bacarıqlarınızı reallaşdırın.
    Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Yeni müttəfiqlər sizə yardım etməyə hazırdırlar.
    Günün ikinci yarısında yaşlı qohumlarla təmaslarda diqqətli olun. Bu gün münasibətlər korlanarsa, inciklik uzun çəkə bilər. Axşam saatlarında əhvalınızda problemlərin yaranması istisna deyil. Zökəm və soyuqdəymə riski var.
    Oxatan – İşgüzar məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Kommersiya baxımından perspektiv məsələlərdə aktiv olun. İdeyaları dərhal həyata keçirmək mümkün deyil. Buna rəğmən yeni variantları diqqətlə dəyərləndirin.
    Bir qədər sonra fərqli layihənin icrasına başlamaq və yeni biznesə start vermək olar.
    Günün ikinci yarısında potensial müttəfiqlərin imkanlarını dəyərləndirin. Şirin vədlər verərək sizi tələyə salmağa can atan insana inanmayın.
    Yaxınlarınızla fikir ayrılıqları ola bilər. Mövqelərinizi həddən artıq sərt müdafiə etməyin. Düşünülməmiş sözlər söyləməyin. Sonradan peşman ola bilərsiniz. Qohumlardan birinin xətrinə dəyməyin.
    Oğlaq – Pis gün deyil. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Xoş sürpriz, qəfil uğur istisna deyil. Son vaxtlar sizi narahat edən problemin həlli asanlıqla tapılacaq. Yeni planlar formalaşır. Onların sayəsində gələcəyə nikbin baxacaqsınız.
    Günün ikinci yarısında ev işləri və ailə qayğılarını qulaqardına vurmayın. Şəraitdə dəyişikliklər edin. Nüanslara fikir verin. Yeni tanışlıqlara nail olmaq istəyirsinizsə, axşam saatlarını evdə keçirməyin.
    Dolça – Tələskənliyə yol verməyin. Qərarlarınız və həyata keçirdiyiniz layihə yaxşı düşünülmüş olmalıdır. Yaşlı qohumlar və köhnə dostlar yaxşı məsləhətlər verəcəklər.
    Şəxsi münasibətlərdəki problemi həll etməyə çalışanda köhnə tanışlardan birinə müraciət etməkdən çəkinməyin.
    Onlar sözünüzü qəribliyə salmayacaqlar.
    Günün ikinci yarısında xoş təəssürat oyatmağa can atdığınız insanla görüşün. Təbii davranın, olduğunuzdan yaxşı görünməyə çalışmayın. Unutmayın ki, səmimiyyət qəlbləri fəth edir.
    Axşam saatlarında gəzintiyə yollanın.
    Balıqlar – Mühüm görüş olacaq. Qarşı tərəfdə özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Bunun üçün xüsusi səy göstərməyə lüzum yoxdur. Rəsmi tədbirə, dəvət aldığınız məkana qayıtmaq üçün pis gün deyil.
    Düşünülməmiş sözlər deməyin. Əməlləriniz anlaşılmazlıq yaratmasın.
    Günün ikinci yarısında yeni maraqlar və ideyalar formalaşacaq. Məlumatlarınızı artırın. Axşam saatları romantik görüş üçün əlverişlidir.
    Milli.Az

  • Депутат недоволен ростом цен

    Депутат Милли меджлиса Вахид Ахмедов прокомментировал подорожание продуктов питания и лекарств.

    Во время обсуждений в парламенте В.Ахмедов обратил внимание на тот факт, что в следующем году и в последующие три года курс маната к доллару США определен на уровне 1,7 маната.

    «В бюджете на следующий год инфляция предусмотрена на уровне 3,8 процента. На этом фоне цены в стране не должны меняться, но посмотрите, что происходит.

    Цены на азербайджанском рынке стремительно растут: подорожало как продовольствие, так и лекарства», – отметил В.Ахмедов.

  • Замминистра труда освобожден от должности

    В министерстве труда и социальной защиты населения произошли кадровые изменения.

    Как сообщает Median.Az cо ссылкой на Report, заместитель министра Ильгар Рагимов освобожден от занимаемой должности.

    Обязанности руководителя Аппарата министерства временно возложены на Азизова Бахтияра Аскер оглу.

    Отметим, что распоряжением президента Азербайджана Ильхама Алиева от 21 апреля 2018 года Сахиль Бабаев назначен министром труда и социальной защиты населения.

  • Nazir müavini vəzifəsindən azad edildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişiklikləri olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilib.

    Nazirliyin Aparat rəhbəri vəzifəsinin icrası müvəqqəti Əzizov Bəxtiyar Əsgər oğluna həvalə olunub.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Sahil Babayev təyin edilib.

  • За кражу золотых украшений задержан житель столицы

    Как сообщает Median.Az, сотрудники 7-го отделения полиции Бинагадинского РУП в результате оперативно-розыскных мер задержали жителя столицы Али Гасымова, который 2-го ноября украл из квартиры золотые украшения на сумму 11.000 манатов.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело по статье 177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана.

  • Binəqədi rayonunda külli miqdarda qızıl əşyalar oğurlayan şəxs tutulub

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-nə keçən gecə rayon ərazisidəki mənzillərin birindən 11.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini Əli Qasımov saxlanılıb.

    Faktla bağlı CM-nin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Kəmaləddin Heydərovla Baba Rzayev yanğın olan stansiyada – Foto

    Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və “Azəreneji”nin rəhbəri Balababa Rzayev Şüvalan qəsəbəsində yanğın baş verən Şimal Elektrik Stansiyasına baş çəkiblər.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

    Həyata keçirilmiş operativ tədbirlər nəticəsində Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatordakı yanğın söndürülüb.

  • В Баку 15-летняя девочка сбежала из дома, прихватив деньги

    В Баку 15-летняя девочка сбежала из дома.

    Как сообщает Median.Az со ссылкой на publika.az, в РУП Сураханского района обратилась Фирангиз Зарбалиева, 1983 года рождения, с заявлением о пропаже ее 15-летней дочери Айтен.

    По словам женщины, несовершеннолетняя девочка сбежала из дома ночью 11 ноября, прихватив с собой 6 тысяч манат и мобильный телефон марки “İPhone”.

    По факту ведется расследование.

  • В Азербайджане предложили отменить НДС на печатную продукцию

    Экономическое положение азербайджанской прессы отнюдь не беспроблемное. Было бы неплохо отменить НДС на печатную продукцию.

    Об этом во вторник на пленарном заседании Милли Меджлиса сказал председатель Совета печати, депутат Афлатун Амашев.

    По его словам, отмена налога приведет к дальнейшему развитию этой сферы.

    Председатель СП также предложил увеличить финансовые средства, выделяемые на сферу образования.

    «Пусть эти средства будут направлены на подготовку более современных школьных учебников. Этого требуют обсуждаемые в последнее время вопросы», – отметил Амашев.

    По его словам, качество преподавания в азербайджанском секторе школ должно быть высоким, чтобы у родителей не было повода отправлять своих детей в школы с преподаванием на другом языке.