Month: November 2018

  • TƏCİLİ! Bakıda Elektrik Stansiyası yanır – VİDEO

    Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Baku.ws-ə məlumat verilib.

    Bildirilir ki, yanğın stansiyanın özündədir. Hazırda hadisə yerinə yanğınsöndürən maşınlar, canlı qüvvə və texnikalar cəlb olunub.


  • Azərbaycanda “cin çıxarma” zamanı ölən gəncin dəhşətli VİDEOsu

    Şabran rayonunda “cin çıxarma” mərasimi zamanı ölən 25 yaşlı gəncin görüntüsü yayılıb.

    Noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

    Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq RPŞ-yə gətiriliblər.

    İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib.

  • “Əlimi üzünə çəkmək istədim, qoymadılar” – 5 aydan sonra meyiti gələn alpinistin anası (VIDEO)

    ARB TV-nin “Bu qədər” proqramının növbəti buraxılışı 2017-ci ilin dekabr ayında Tufan dağa qalxmaq üçün yola çıxan və 5 aydan sonra meyitləri tapılan 3 alpinistdən biri olan Namin Bünyatova həsr olunub.

    Naminin anası Səadət Bünyatov oğlu haqqında danışıb:

    “Dağlarla, təbiətlə maraqlanan uşaq olub. Dəcəl uşaq olmayıb. Məktəbdə, bağçada müəllimlər ondan razı qalıb. Rus dilini özü öyrənmişdi. Yaxşı bilirdi. Yoldaşımı itirəndə çox gənc idim. Amma Namin mənə təsəlli idi. Onun ailə qurmağı təsadüfən oldu. Ona qız axtarırdım amma tapmırdım. Seçimi özü edib, evləndi. Vətənini sevən idi. Yola çıxanda birinci çantasına bayrağını qoyurdu. Bir dəfə bayrağı tapa bilmədi, əsəbiləşdi.

    Tapanda uşaq kimi sevindi. Hündürlüyü çox sevirdi. Arzuları çox idi. Deyirdi ki, biraz döz, bütün dünya məni tanıyacaq. 7 min metrlik dağ idi, getdi 1 aya gəldi. Hər gün ağlayırdım. Bir gün dedi ki, biz Quba dağlarına gedəcəyik. Quba sözü məni aldatdı. Fikirləşdim ki, yaxındı. Dedi ki, 1 günə qayıdacağıq. 3 dəfə soruşdum ki, hansı dağa gedəcəksən?

    Cavab vermədi. Elə bil ki, könülsüz getdi. İlk dəfə idi ki, dağa gedəndə sevinmirdi. Mən onun ölüm xəbərini fikiləşəndə özümdən uzaqlaşdırırdım. Əmim ağlayanda dedim ki, nolub, Namindən bir xəbər var? Dedilər yox. Sonra cənazəsini əmisinin qapısına gətirdilər. İstədim əlimi üzünə çəkim, dedilər olmaz”.

  • Məktəbdəki yanğınla bağlı direktordan AÇIQLAMA: “Yanğın başlayanda şagirdlər…”

    Bakı şəhəri Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib. Yanğın baş verən binanın birinci mərtəbəsində yerləşən 45 saylı Füzuli köçkün məktəbindən 100 şagirdin təxliyyə olunduğuna dair məlumat yayılıb.

    Yenicag.az-a açıqlama verən məktəbin direktoru yanğın zamanı şagirdlərin xəsarət almadığını bildirib:

    “Hadisə bu gün səhər saat 8:15 radələrində baş verib. Həmin vaxt FHN-nin əməkdaşları şagirdləri içəri buraxmayıblar. Yanğın binanın üçüncü mərtəbəsində baş verib, bir neçə otaq yanaraq kül olub. Yanğın başlayanda şagirdlər binada olmayıb. Məktəbimiz həmin vaxt boş olub. Bu gün məktəbdə bir nəfər də olsun şagird yoxdur. Hamısını evə göndərdik. Füzuli Rayon İcra hakimiyyəti və Təhsil İdarəsinin nümayəndələri buradadırlar. Məsləhətləşmələr aparılır. Əgər məsləhət olsa, sabah tədris bərpa olunacaq. Əslinə qalsa, məktəbimizə yanğın zamanı heç bir ziyan dəyməyib. Sadəcə olaraq elektrik xətləri kəsildiyi üçün şagirdlərin evdə qalmasını məqbul saydıq”.

  • 34 yaşlı azərbaycanlı polis rəisi: Əliyeva kimdir?

    Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlı polis qadının peşəkarlığı dillər əzbəridir

    1985-ci ildə Krivoy Roq şəhərində anadan olan Karina Məmməd qızı Əliyevanın atası azərbaycanlı, anası ukraynalıdır.

    O, 2003-cü ildə bu şəhərdə liseyi bitirib, 2008-ci ildə isə Odessa Milli Hüquq Akademiyasında təhsilini qırmızı diplomla başa vurub. Elə həmin ildən Ukraynanın daxili işlər orqanlarında çalışır. İlk iş yeri Krivoy Roq şəhərinin rayon polis bölməsi olub, orada müstəntiq işləyib.

    2012-2014-cü illərdə Dnepropetrovsk vilayəti Milli Polis Baş İdarəsində xüsusi işlər üzrə müstəntiq kimi çalışıb. 2014-2017-ci illərdə Dnepr şəhər aeroportunun istintaq şöbəsinin rəisi olub. Hazırda Dnepropetrovsk vilayəti Milli Baş Polis İdarəsinin metropolitendə polis bölməsinin rəisidir.
    ///Yenicag.az

  • Məhkəmə sədri adından mesaj yazan qadın həbs edildi

    Dələduzluqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Abşeron rayon sakini Ülviyyə Abdalova həbs olunub.

    Ü.Abdalova cinayət işi üzrə məhkəməyə gəlmədiyi üçün onun barəsində axtarış elan edilmişdi.

    Polis əməkdaşlarının səyi nəticəsində o, həbs edilib.

    İttihama görə, Ü.Abdalova eyni mənzili bir neçə nəfərə satıb.

    Qeyd edək ki, Abdalovanın həyat yoldaşı da dələduzluqda ittiham edilib və barəsində cinayət işi açılıb. Onun cinayət işi üzrə məhkəmə iclası Nizami rayon Məhkəməsində baş tutub. O da məlum olub ki, Abdalova həbs edilmədən bir müddət əvvəl Nizami Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov barəsində sosial şəbəkələrdə ittihamedici məlumatlar yayıb.

    Həmin məlumatda qeyd edilirdi ki, guya Ələddin Cəfərov Ülviyyə Abdalovaya mesaj yazaraq rüşvət aldığını etiraf edib və pulunu geri qaytarmayacağını söyləyib. Amma sonra həmin məlumatın əsassız olduğu, mesajın montajla hazırlandığı üzə çıxmışdı.//oxu.az

  • Войска Нахчыванского гарнизона подняты по тревоге – ВИДЕО

    В рамках командно-штабных военных игр (КШВИ), проводимых в азербайджанской армии, войска Нахчыванского гарнизона приведены в состояние полной боевой готовности под руководством командующего Отдельной общевойсковой армией.

    Как передает Median.Az, об этом говорится в сообщении Министерства обороны Азербайджана.

    Пункты управления и подразделения, привлеченные к практическим действиям, были подняты по тревоге и выведены в районы учения. Были развернуты пункты управления объединений и соединений, где был проведен прием резервного состава, призванного согласно специальностям.

    Основной целью КШВИ является проверка и совершенствование уровня взаимодействия органов управления.






  • Naxçıvan qarnizonu həyəcan siqnalı ilə qaldırılıb – FOTO/VİDEO

    Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    İdarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.

    KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.






  • Biləcəri dairəsində xaos yaşanır – FOTO

    Bakı Avtovağzalı yaxınlığında yerləşən və yeni təmirdən çıxan Biləcəri dairəsində tez-tez marşrut avtobuslarının hərəkətində qarışıqlıq müşahidə olunur.

    Yolun kənarında, yaxınlıqda yerləşən göydələnin tam dibində şüşə dayanacaq quraşdırılsa da, dayanacağın önündən ötüb keçən avtobuslar orada yox, 100 metr kənarda saxlayırlar. Həmin ərazinin həddən artıq yükləndiyini nəzərə alsaq, burada avtobuslardan düşmək və çıxmaq sərnişinlərə də problem yaradır, qalan avtomobillərin hərəkətinə də.

    Marşrut avtobuslarının nömrələrini göstərən xüsusi tabloların olmaması sərnişinlərə əziyyət verir, onlar hər avtobusun qarşısına qaçıb gedəcəkləri istiqamətlərdə avtobusları axtarmalı olurlar.

    Üstəlik, dayanacaq olmadığı üçün sərnişinlər küləkdə, yağışda açıq havada gözləməli olurlar. Onların arasında körpələrin və qocaların olduğunu da diqqətə çatdırmaq istərdik. Sərnişinlər üçün nəzərdə tutulan dayanacaqda isə taksilər dayanır.

    Məsələyə aydınlıq gətirmək üçün Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq.

    “Bu, bizə işimizdəki çatışmazlıqları aradan qaldırmağa kömək edir. Biz həmin ərazidə fəaliyyət göstərən nəqliyyat şirkətlərinə xəbərdarlıq məktubu göndərmişik. Yolun həmin hissəsində marşrut avtobuslarının hərəkətinə nəzarəti gücləndirəcəyik. Əgər onlar yenə qayda-qanunu pozsalar lazımi tədbirlər görüləcək”, – BNA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mais Ağayev bildirib.

    BNA rəsmisi qeyd edib ki, yol polisi ictimai nəqliyyatın hərəkətinə nəzarət edir:

    “Əgər marşrut avtobuslarının sürücüləri qaydalara əməl etmir və dayanacaqlardan kənarda dayanırlarsa, yol polisi tərəfindən cərimələnirlər”.//oxu.az








  • Министр пообещал поднять все виды пенсий

    В Азербайджане вырастут все виды пенсий.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом в Милли меджлисе (парламент) Азербайджана сказал журналистам министр труда и социальной защиты Сахиль Бабаев.

    По словам министра, в Азербайджане все пенсии будут проиндексированы и повышены.

    Сахиль Бабаев также упомянул, что принял группу наследников военнослужащих-шехидов, заявляющих о неполучении единовременной выплаты, и лично выслушал их.

    «На встрече я отметил, что каждый, кто заслужил, получит пособие. Но неверно требовать выплату, не имея на это юридического права».

    Министр подчеркнул, что документы обратившихся за пособием должны быть в порядке:

    «Некоторые утверждают, что за них поставили фальшивые подписи. Правоохранительные органы должны расследовать этот вопрос. Большинство из них соглашаются с нами, но есть небольшая группа, не отступающая от претензий.

    Эти люди требуют банковский документ, который не может храниться в течение 26 лет. Согласно закону, для этого предусмотрен срок в 5 лет, после которого бумаги сдаются в архив и уничтожаются. Несогласные могут отстаивать свои права в юридической плоскости, могут обратиться в суд. Неправильно манипулировать священным для каждого из нас именем шехида».