Month: November 2018

  • В Низаминском районе житель столицы украл у гражданина 3 телефона

    Как сообщает Median.Az, cотрудники 23-го отделения полиции Низаминского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы Ниджата Алекперова, который украл у жителя столицы Вугара Искяндарова 3 мобильных телефона.

    По факту ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Nizami rayonunda vətəndaşın telefonlarını oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 11-də paytaxt sakini Vüqar İsgəndərova məxsus 3 ədəd mobil telefonunu oğurlayan Bakı şəhər sakini Nicat Əkbərov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Küçədə heyvan kəsmək qadağan edildi – Polis hərəkətə keçdi – FOTO

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq məqsədi ilə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə növbəti monitorinq keçirib.

    Qurumdan verilən məlumata görə, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edib.

    Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rəşad Mafusov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iştirakı ilə aparılan yoxlanış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib.

    Yol kənarlarında quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

    Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

  • В земельном участке жителя Джалилабада нашли наркотики

    Как сообщает Median.Az, житель села Маликгасымлы Э.Аскеров обратился в Джалилабадское районное отделение полиции (РОП) и показал, что на территории земельного участка обнаружил 9 пакетов наркотических средств.

    Выехавшие на указанное место полицейские во время осмотра внутри пакетов обнаружили 4 кг. 960 грамм героина, 895 грамм опиума и 198,339 грамм метамфетамина.

    По факту ведется расследование.

  • Cəlilabad sakininin torpaq sahəsində külli miqdarda narkotik tapılıb

    Median.Az xəbər verir ki, Cəlilabad rayonunun Məlikqasımlı kənd sakini E.Əsgərov RPŞ-nə müraciət edərək, kəndin ərazisində ona məxsus pay torpaq sahəsini şumlatdırarkən içərisində narkotik vasitə olmasını ehtimal etdiyi 9 ədəd bağlama tapdığını bildirib.

    Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı həmin bağlamanın içərisində 4 kq. 960 qram heroin, 895 qram tiryək və 198,339 qram metamfetamin aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Азербайджане подорожают сигареты

    В 2019 году в Азербайджане вырастет стоимость сигарет и спиртных напитков, так как в будущем году резко вырастут акцизы на импортируемые табачные изделия.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в 2019 году поступления в госбюджет от импортных табачных изделий прогнозируются на уровне 248,6 млн манатов, тогда как в 2018 году эта цифра составляла 104 млн манатов.

    А как повышение акцизов сказывается на местном производстве и продажах?

    Член комитета Милли меджлиса по экономической политике, промышленности и предпринимательству, бывший председатель правления ОАО European Tobacco-Baku Руфат Гулиев убежден, что нынешние акцизы на табак и табачные изделия в Азербайджане достаточно низкие.

    «Как человек, изучивший европейский опыт в этой сфере, могу сказать, что во многих странах акцизы на импорт табака сильно отличаются от наших. Повышение акцизного налога на табачные изделия необходимо для увеличения доходов бюджета. Эти меры также являются составной частью государственной политики по борьбе с курением», – говорит он.

    Что касается влияния повышения акцизных ставок на местное производство и продажу, депутат отметил, что в состав сигарет входит 27 компонентов, 20 из которых производятся в Азербайджане и надо стараться создать благоприятные условия для производства всех этих компонентов на территории страны.

    «Повышая ставку акцизного налога на табачные изделия, импортируемые из-за рубежа, мы должны стимулировать отечественное производство. Это должно привести к общему развитию экономики страны и созданию новых источников дохода для бюджета», – сказал собеседник сайта.

    Экономический эксперт Вугар Байрамов полагает, что акцизный налог должен применяться к тем товарам, значительная часть внутреннего спроса на который удовлетворяется за счет местного производства. Нецелесообразно вводить налог с высоким акцизом на товары, внутренний спрос на которые не удовлетворяется, так как это может привести к резкому подорожанию:

    «С этой точки зрения при принятии решения о повышении акцизной ставки необходимо учитывать ситуацию на внутреннем рынке и ценовой фактор. Учитывая то, что азербайджанское правительство подготовило госпрограмму по развитию табаководства и считает эту сферу приоритетной, повышение акцизной ставки на импортную продукцию во имя стимулирования внутреннего производства понятно».

  • Azərbaycanda siqaret bahalaşacaq: aksiz vergisi qalxır

    2019-cu ildə Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Belə ki, büdcə sənədlərində 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacağı görünür.

    Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxalması bahalaşma barədə danışmağa əsas verir. 

    Oxu.Az-ın məlumatına görə, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manatın daxil olması proqnozlaşdırılır.

    2018-ci il üçün həmin məbləğ 104 mln. manat idi. Yerli istehsala aksizlər üzrə daxilolmalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata qədər artım proqnozlaşdırılır. 

    Hamı siqaretə qarşı: tibbi və iqtisadi ziyanı 

    Hazırda tütündən istifadə dünyada ən yayılmış zərərli vərdişlərdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəliklərinin əsas səbəbi sayılır. Hesablamalara görə, tütünün zərərli təsiri nəticəsində yaranan xəstəliklər səbəbindən hər 6 saniyədə bir nəfər dünyasını dəyişir ki, bu da ildə altı milyon insan deməkdir.

    Dünya alimləri həyəcanla bəyan edirlər ki, “tütün epidemiyası” ilə bağlı lazımi tədbirlərin görülməyəcəyi təqdirdə, bu rəqəm 2030-cu ildə səkkiz milyona çata bilər. Tütünçəkmənin ümumi iqtisadi zərəri il ərzində 1,4 trilyon ABŞ dollarından çoxdur.

    Araşdırmalara görə, siqaret çəkən insanlar 40 yaşadək tütündən imtina etsələr, onların tütünçəkmə səbəbindən yaranan vaxtından əvvəl ölüm riski 90%-dək, 50 yaşadək tütündən imtina etsələr, ölüm riski yarıdan çox azala bilər. 

    Dünya Bankı və Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, tütün vergilərinin artırılması tütündən istifadənin azalmasına və əhalinin sağlamlığının yaxşılaşdırılmasına və dövlət gəlirlərinin artmasına şərait yaradır.

    Filippində bu “günah vergisi”nin artırılması nəticəsində siqaret çəkənlər 31%-dən 23,3%-dək azalıb və dövlət də əlavə 3,1 milyard dollar gəlir əldə edib. Qonşu Rusiyada hər 1000 ədəd filtrli siqaret üçün aksiz vergisinin dəyəri 550 rubldan 820 rubla qaldırılıb. Nəticədə, siqaretin qiyməti təxminən 50 faizədək bahalaşıb.

    İlk növbədə büdcənin gəlirlərinin artması üçün lazımdır

    Bəs, tütün və tütün məmulatlarına tətbiq edilən vergi dərəcələrinin artırılması yerli istehsala və satışa necə təsir göstərir? 

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, “European Tobacco-Baku” ASC-nin İdarə Heyətinin sabiq sədri Rüfət Quliyev tütün və tütün məmulatlarına aksiz vergisinin hələ də aşağı olduğu qənaətindədir. Onun fikrincə, Azərbaycanda tütün idxalına tətbiq olunan aksiz vergisi Avropadakı qədər yüksək deyil:

    “Bu sahədə Avropa təcrübəsini öyrənən bir şəxs kimi deyə bilərəm ki, bir çox ölkələrdə tütün idxalına tətbiq edilən aksiz vergisi bizdəkindən əhəmiyyətli dərəcədə fərqlənir. Tütün məmulatlarına aksiz vergilərinin tətbiq olunması büdcənin gəlirlərinin artması üçün lazımdır. Bu siyasət həm də ölkədə siqaretə qarşı dövlət siyasətinin tərkib hissəsi kimi vacibdir”. 

    Aksiz dərəcələrinin artırılmasının yerli istehsala və satışa təsirinə gəlincə, millət vəkili bildirib ki, siqaretin tərkibində 27 komponent var və onun 20-si Azərbaycanda istehsal olunur. 

    “Çalışmalıyıq ki, həmin komponentlərin hamısını ölkəmizdə istehsal etmək üçün münbit şərait yaransın. Xaricdən idxal olunan tütün məmulatlarına aksiz vergisinin dərəcəsini artırmaqla biz yerli istehsalı stimullaşdırmalıyıq. Bu, ölkə iqtisadiyyatının ümumi inkişafına, büdcə gəlirləri üçün yeni mənbələrin yaradılmasına gətirib çıxarmalıdır”.

    Daxili istehsalın stimullaşdırılması naminə

    İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə, aksiz vergisi o məhsullara tətbiq edilir ki, həmin məhsula daxili tələbatın mühüm hissəsi yerli istehsal hesabına ödənilir. Belə olan halda, daxili tələbatı ödəməyən məhsullara yüksək dərəcəli aksiz vergisinin tətbiqi məqsədəuyğun deyil. Çünki vergi dərəcələrinin yüksək olması ölkəyə gətirilən məhsulların kəskin bahalaşmasına gətirib-çıxarır: 

    “Bu baxımdan, aksiz vergisi artırılan məhsullarla bağlı qərar verilərkən daxili bazardakı vəziyyəti, bahalaşma amilini nəzərə almaq lazımdır. Ancaq bir halda ki, Azərbaycan hökuməti tütünçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı hazırlayıb və bu sahənin inkişafını prioritet hesab edir, o zaman daxili istehsalın stimullaşdırılması naminə xaricdən idxal olunan məhsullara tətbiq edilən aksiz dərəcələrinin qaldırılması başadüşüləndir”.

  • Саргсян пригрозил Пашиняну из-за Карабаха

    Экс-президент и председатель Республиканской партии Армении Серж Саргсян выступил в воскресенье на заседании совета партии с программной речью.

    Как передает Median.Az, об этом пишет газета «Грапарак» (Площадь).

    «Если власти предпримут шаги, выгодные для страны, мы их однозначно поддержим, если нет – не оставим камня на камне», – заявил он.

    По сведениям издания, заявление в основном касается карабахской проблемы.

    «В этом вопросе мы не уступим, будем бороться до конца», – подчеркнул Саргсян.

    Основным тезисом его речи стало то, что партия становится не ложной оппозицией, целью которой является противостоять любому заявлению властей.

  • Mirkamil qızını öldürmək istəyib (FOTO)

    “Xalq ulduzu” müsabiqəsindən tanınan müğənni Mirkamil Kamilov “Instagram” hesabında gözlənilməz açıqlama verib.

    İfaçı, bu vaxta qədər hamıdan gizlətdiyi, qız övladının olduğunu etiraf edib. Belə ki, o, onu doğulduğu gündən hər kəsdən gizlədib və vaxtı ilə öldürmək də istəyib.

    M. Kamilovun sözlərinə görə, ağır xəstəliklə mübarizə apardığı dönəmdə o, qızını öldürmək istəyib, amma özündən sonra yadigarının qalmasını düşünərək fikrindən daşınıb:

    “Bu şəkli paylaşmaq borcumdur, xalqın övladıyam. Ağır xəstə vaxtlarımda öləcəyimi hiss etdiyimdən bu uşağı öldürməyi özümə ən ağır günah bildim və düşündüm ki, mən öldükdən sonra doğmalarıma məndən yadigar qalar. Amma gizlədirdim.

    Şükürlər olsun ki, Allah və qızım məni yenə də sizlərə qaytardı. Allah bütün olmayanlara nəsib etsin. Qızımın adını da sizlərlə bölüşürəm. Sayra üçüncü ayındadır. Bir az da böyüsün sizlərlə və Sayra ilə birgə dəniz kənarına gəzintiyə çıxarıq”.

    Xatırladaq ki, ifaçı heç vaxt rəsmi şəkildə ailə həyatı qurmayıb.//Baku.ws

  • Пожар на электростанции в Баку – ВИДЕО

    На электростанции в поселке Шувялан Хазарского района столицы около 16:00 во вторник произошел сильный пожар.

    На место происшествия прибыло несколько пожарных бригад.

    В противопожарной части Хазарского района сообщили, что пожар ликвидирован.

    Причиной возгорания стала авария в одном из трансформаторов.

    Глава пресс-службы ОАО Azərişıq Танрыверди Мустафаев сообщиил, что пожар уже потушен, в подаче электроэнергии не возникло никаких перебоев.