Month: November 2018

  • Azərbaycanda ana oğlunu qorumaq üçün canavarın qarşısına çıxdı – DƏHŞƏTLİ HADİSƏ

    Astara rayonunda canavarlar məktəblilərə hücum edib.

    Median.Az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Şüvü kəndində baş verib.

    Belə ki, bu gün səhər saatlarında məktəbə gedən şagirdvə valideynlər canavarların hücumuna məruz qalıb. Hadisə zamanı 4-ü məktəbli olmaqla 7 nəfər xəsarət alıb.

    İlkin məlumatlara görə, 1993-cü il təvəllüdlü Jalə Firudinzadə övladı Rəvan Abdullayevi məktəbə aparakən canavarın hücumuna məruz qalıblar. Bu zaman J.Firudinzadə oğlunu qorumaq üçün canavrın önünə atlayıb və canavar 25 yaşlı qadını dişləyərək yaralayıb. Qadın övladının üstünə uzanaraq onu canavardan qoruyub və canavar onun bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Qadının hərəkətsiz uzandığını görən canavar digər məktəblilərə hücum edib. Bu zaman məktəbə gedən, 2007-ci il təvəllüdlü Lalə Əşrəfova və 2004-cü il təvəllüdlü Rafiq Baxşıyev, kənd sakini, 1974-cü il təvəllüdlü Malik Ağayev yırtıcıların hücumuna məruz qalıblar.

    Analoji hadisə rayonun digər kəndlərində də baş verib.

    Belə ki, rayonun Sekaşan kənd sakini, 1993-cü il təvəllüdlü Günəş Şöyüb qızı Şahmuradova və Zingüləş kənd sakini 2009-cu il təvəllüdlü Şənlik Qoşqar oğlu Rəcəbov və 1978-ci il təvəllüdlü Tofiq Qəribxan oğlu Əsgərov canavarın hücumuna məruz qalıb. T.Əsgərov bıçaqla canavarı öldürüb və ağır bədən xəsarətləri alıb.

    Astara rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılar əməliyyat edilib, yaraları tikilib və quduzluq əleyhinə vaksinlər vurulub. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

  • DİN və DTX Goranboyda birgə əməliyyat keçirdi

    Daxili İşlər Nazirliyi (DİN) Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon Şöbəsinin əməkdaşları Goranboyda birgə əməliyyat keçirib.

    Bu barədə DİN-dən məlumat verilib.

    Əməliyyat nəticəsində Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) “F-1” qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.

  • Bakıda yol polisinin halı pisləşdi: Xəstəxanaya aparıldı – VİDEO

    Bakıda yol polisinin halı pisləşib.

    Videonu blogger Bəxtiyar Hacıyev lentə alınıb.

    O hadisə haqda yazıb: “Yol polisini xəstəxanaya apardılar. Nə baş verdiyini bilmədim”.

    Hadisə Dövlət Filarmoniyasının qarşısında baş verib.

    Həmin görüntüləri təqdim edirik:
    /azxeber.com

  • Tehran-Bakı aviareysi naməlum səbəbdən ləğv edilib

    Noyabrın 29-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər ki, “Iran Air” aviaşirkətinin saat 17:50-də “IR 748” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.

    Həmçinin, aviaşirkətin 18:50-də Bakıdan Tehrana olan “IR 749” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

    Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

  • В ДТП в Сабирабаде погиб один человек

    Как сообщает Median.Az, в селе Шахрияр Сабирабадского района столкнулись трактор марки “Беларусь”, управляемый жителем села Рамиз Абдуллаевым и грузовая автомашина марки “Ford Tranzit”, управляемая жителем Имишлинского района Эльшан Мамедовым.

    В результате дтп пассажир Р.Абдуллаева – сын Расет скончался на месте происшествия.

    В Главном Следственном Управлении МВД по факту ведется расследование.

  • Sabirabad rayonunda yol qəzasında 1 nəfər ölüb

    Median.Az xəbər verir ki, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində kənd sakini Ramiz Abdullayevin idarə etdiyi “Belarus” markalı traktorla İmişli rayon sakini Elşən Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı yük avtomaşını toqquşub.

    Nəticədə R.Abdullayevin sərnişini, oğlu Rasət hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Жительница Барды украла деньги из автомобиля

    Как сообщает Median.Az, сотрудники Бардинского РОП в ходе оперативно-розыскных мер задержали жительницу района С.Асланову, которая 24-го ноября из автомобиля марки “NAZ Lifan” украла 188 манатов.

    По факту ведется расследование.

  • Bərdədə avtomobildən pul oğurlayan qadın saxlanılıb

    Median.Az xəbər verir ki, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 24-də şəhər ərazisində “NAZ Lifan” markalı avtomobildən 188 manat pul oğurlayan rayon sakini S.Aslanova saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır

  • Döyülən direktor: Müəllim doqquz yaşlı şagirdə vurulmuşdu – VİDEO

    Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı qəribə fakt açıqlanıb.

    Median.Az-ın məlumatına görə, Musavat.com-un canlı yayımında məktəbin direktoru Tural Mirzəliyev sözügedən müəllimin doqquz yaşlı şagirdə vurulduğu üçün məktəbdən uzaqlaşdırıldığını söyləyib.

    Direktor sözügedən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub:

    “Rövşən Əzizov barədə araşdırmalara başladım və məlum oldu ki, bu adam ingilis dilini yaxşı bilir. Amma daha çox xalqların dostluğundan danışır. Axı bu adam xalqların dostluğundan danışmağa görə yox, ingilis dilini tədris etməyə görə maaş alırdı. Qızımı da onun məşğələsinə göndərirdim. Amma araşdırmadan sonra dayandırdım və gizli araşdırmaya başladım”.

    Qeyd edək ki, T.Mirzəliyevin adı aktyor-rejissor Rza Rzayevlə qalmaqalda hallanır.

  • Qadağan olunmuş yerlərdə siqaret çəkənlər: Məni göstərmə – VİDEO

    Qapalı məkanlarda siqaret çəkmək qadağan olunsa da, əksər kafe və restoranlarda heç xəbərdaredici yazı da yoxdur ki, burada siqaret çəkmək qadağandır.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, ötən ilin dekabr ayından qadağan olunmasına dair qanunun qəbul edilməsinə baxmayaraq, qapalı yerlərdə siqaret çəkənlərə tez-tez rast gəlinir.

    Deputat Musa Quliyev bildirib ki, tütün istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul olunub. Qanunun icraya yönəldilməsi məqsədilə İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edildi. Cənab prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Sonra artıq cərimə sanksiyaları işə düşəcək.