Month: November 2018

  • Məktəb əvəzinə qəbiristanlığı seçən şagirdlər – VİDEO

    Binəqədi rayonu Gülüstan qəsəbəsində yerləşən qəbiristanlığa gün ərzində 20-dən çox uşaq pul qazanmaq üçün üz tutur. Onlar qəbir daşlarını təmizləyir, ağardır, qəbirlərin üzərindəki otları təmizləyirlər.

    Qəbiristanlıqda çalışan digər işçilər məktəb şagirdlərinin dərs saatlarında və dərsdən sonra burada işlədiklərini təsdiqləyirlər. Onlar uşaqların məktəb çantalarını məzarlıqda saxlayaraq, burada çalışdıqlarını, dərsə getmədiklərini bildirirlər.

    İşçilər əlavə edirlər ki, cümə axşamı, şənbə və bazar günləri burada çalışan uşaqların sayı 30-dan çox olur. Qazandıqları pulu kimisi ailəsinə, kimisi isə siqaretə verir.

    Qeyd edək ki, çalışan uşaqların əksəriyyəti Binəqədi rayonu Gülüstan qəsəbəsi 182 nömrəli məktəbin şagirdləridir.

    Aidiyyəti qurumların məsələni araşdıraraq, operativ tədbirlər görəcəklərinə ümid edirik.

    “Baku TV” əməkdaşlarının hazırladığı reportajı təqdim edirik:

  • 79 yaşlı Xalq artisti canlı yayımda “jim” etdi – VİDEO

    “Xəzər” TV-nin “Hər şey daxil” proqramında qonaq olan Xalq artisti Teymur Mustafayev hər kəsi təəccübləndirib.

    79 yaşlı xanəndə canlı efirdə 50 dəfə “jim” edib.

    Yaşına baxmayaraq, hələ də qıvraq qaldığını sübut edən qocaman xanəndə proqramın qonaqlarının köməyilə ayağa qalxıb və alqışlanıb.

  • Bakıda prokuror qızından tanınmış həkimə qarşı dələduzluq

    Bakıda dələduzluqda təqsirli bilinərək həbs edilən Günel Şıxıyevanın daha bir cinayət əməli üzə çıxıb.

    G.Şıxıyeva tanınmış həkim, Milli Onkologiya Mərkəzində Baş-Boyun Cərrahiyyəsi Şöbəsində üz-çənə cərrahı Qeys Əsədliyə qarşı dələduzluq edib.

    Cinayət işi araşdırılması üçün Xətai Rayon Məhkəməsinə verilib.

    Qeyd edək ki, G.Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı ilə vətəndaşları aldadaraq pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Ondan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.

    Səkkiz zərərçəkmişin şikayəti əsasında G.Şıxıyeva saxlanılıb, lakin barəsində həbs-qətimkan tədbiri seçilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib, G.Şıxıyeva məhkəmə zalında həbs olunub.

    Xatırladaq ki, G.Şıxıyevanın atası uzun müddət prokuror vəzifəsində çalışıb.
    //oxu.az

  • Завтра в Баку пойдет мокрый снег – ПРЕДУПРЕЖДЕНИЕ

    В пятницу 30 ноября в Баку и на Абшеронском полуострове ожидаются переменные осадки. Вечером в окрестностях столицы дожди могут перейти в мокрый снег. В ночь с 29-го на 30-ое ноября будет преобладать сильный северо-западный ветер, который днем успокоится.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов Азербайджана.

    Вечером в в окрестностях города дожди могут перейти в мокрый снег. В ночь с 29-го на 30-ое ноября будет преобладать сильный северо-западный ветер, который днем немного стихнет.

    Температура воздуха в Баку и на Абшеронском полуострове ночью и днем составит 4-7 градусов тепла.

    Атмосферное давление поднимется с 768 мм до 777 мм ртутного столба. Относительная влажность составит 70-80%.

    В районах Азербайджана 30 ноября местами возможен дождь, мокрый снег, в горных и предгорных районах – снег, который на отдельных территориях примет интенсивный характер. Утром местами будет туман. Ночью и утром ожидается временами усиливающийся западный ветер.

    Ночью температура воздуха составит 5-7, днем 8-11 градусов тепла, в горах ночью ожидается 0-5 градусов мороза, днем 2-5 градусов тепла.

  • Sabah Bakıya sulu qar yağacaq – XƏBƏRDARLIQ

    Noyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Axşam isə şəhərətrafı ərazilərdə yağışın arabir sulu qarla yağması ehtimalı var. Güclü şimal-qərb küləyi noyabrın 29-dan 30-na keçən gecə arabir şiddətlənəcək, gündüz mülayimləşəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumat verilib.

    Havanın temperaturu Abşeron yarımadasında və Bakıda gecə və gündüz 4-7 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 768 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq.

    Bəzi rayonlarda arabir yağış, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-7, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

  • Çin Mərkəzi Televiziyasında Azərbaycanla bağlı silsilə verilişlər yayımlanıb

    Çin Mərkəzi Televiziyasının 4-cü kanalının (CCTV4) “Bir kəmər, bir yol” mövzusuna həsr olunan proqramının növbəti səkkiz buraxılışında Azərbaycandan bəhs olunub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, verilişlərdə Azərbaycanın tarixi, coğrafi mövqeyi, müasir inkişafı, iqtisadi imkanları, turizm potensialı, mətbəxindən söz açılıb, iki ölkə arasında münasibətlərə toxunulub.

    Qeyd olunur ki, Azərbaycan Cənubi Qafqaz regionunda, Xəzər dənizinin qərb sahilində yerləşməklə Şərq ilə Avropanı birləşdirir. Azərbaycanın coğrafi mövqeyinə baxmaqla onun nə qədər vacib olduğunu anlamaq olar. Bir çox sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşduğu məkan olan Azərbaycan əsrlər boyu İpək yolu üzərində şərq ilə qərb arasında ticarətdə vacib rol oynayıb.

    Bildirilir ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın inkişafında yeni dövr başlayıb. Azərbaycan gənc ölkə olmasına baxmayaraq, çox vacib beynəlxalq iqtisadi qovşağa çevrilə bilib. Müstəqil dövlət kimi xarici ölkələrlə, o cümlədən Çin Xalq Respublikası ilə diplomatik əlaqələr yaradılıb.

    Verilişin aparıcısı paytaxt Bakıda aparılan tikinti və inkişaf proseslərindən söz açaraq, qeyd edir ki, “Küləklər şəhəri”ndə tarixi və müasir memarlıq nümunələrini yan-yana görmək mümkündür.

    Bildirilir ki, İçərişəhər tarixi İpək yolu üzərindəki ən çox yaşı olan və yaxşı mühafizə olunan yaşayış məntəqələrindən, “Alov qüllələri” isə müasir Bakının rəmzlərindən biridir. Bundan başqa, turistlərin böyük maraq göstərdikləri “Atəşgah” məbədindən, “Yanar dağ”dan da bəhs olunub.

    Azərbaycanın təbii gözəlliklərindən də bəhs olunan verilişdə palçıq vulkanları haqqında söhbət açılıb. Bildirilib ki, Azərbaycan bu növ vulkanların sayına görə dünyada birincidir. Tamaşaçılara təbii şəfaverici xüsusiyyəti olan Naftalan neftinin bir çox xəstəliklərin müalicəsində istifadə olunması barədə məlumat verilib.

    CCTV-nin əməkdaşları Azərbaycanın bir neçə bölgəsində, o cümlədən Naxçıvanda “Duzdağ” sanatoriyasında, Əlincəqalada çəkilişlər aparıb, Şəkidə milli mətbəximizdə xüsusi yeri olan piti, Tovuzda isə şərabçılıq ənənələri ilə tanış olublar.

    Kanal tamaşaçılarına Azərbaycanın zəngin mədəni irsi, o cümlədən xalq yaradıcılığı, adət-ənənələri barədə məlumat verib. Bundan başqa, Azərbaycanın iqtisadi inkişafından, neft strategiyasından, qeyri-neft sektorunun inkişafına olan diqqətdən, iki ölkə arasında iqtisadi-ticari əlaqələrdən, yüksək keyfiyyətli Azərbaycan məhsullarının Çinə ixrac imkanlarından söz açılıb.

    CCTV4 kanalı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Çinin Azərbaycandakı səfiri Vey Cinxua ilə ikitərəfli əlaqələrimizə dair müsahibələri də yayımlayıb.

  • В Тертере на заправке произошел взрыв: есть пострадавшие

    На автозаправочной станции (АЗС) в Тертере произошел взрыв.

    Как передает Median.Az со ссылкой на Report, в результате инцидента два человека получили ранения различной степени тяжести.

    Раненых доставили в центральную районную больницу. Врачи оценивают их состояние как среднетяжелое.

    По факту ведется расследование.

  • Пропавшая в Гахе девушка найдена в Баку

    В управление полиции Гахского района поступила информация о пропаже душевнобольной девушки.

    Как сообщили в пресс-службе МВД, жительница Гаха, 21-летняя Зибейда Ахмедова пропала без вести 19 октября.

    В результате оперативно-розыскных мероприятий, проведенных сотрудниками правоохранительных органов З.Ахмедова была обнаружена в Насиминском районе Баку и передана членам семьи.

  • Direktor müavini: “Müəllimlərdən pul almışam”

    Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətdə təqsirləndirilən Samirə Əjdərzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

    S.Əjdərzadə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, müəllim yoldaşlarından pul alıb: “Onlardan pul almışam. Həmin vaxt pula ehtiyacım var idi, anam əməliyyat olunmuşdu. İş yoldaşlarımdan da pulu borc almışdım, sonra da qaytardım. Mən pulu işə düzəltmək adı ilə almamışam”.

    Məhkəmədə elan olunub ki, S.Əjdərzadə müəllim yoldaşlarından aldığı pulu geri qaytarıb.

    Proses dekabrın 5-də davam edəcək.

    S.Əjdərzadə barəsində Cinayət Məcəlləsinin (CM) 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, S.Əjdərzadə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. O, daha əvvəl dələduzluqda təqsirli bilinib və Binəqədi Rayon Məhkəməsi ona şərti cəza verib.

  • Турецкий канал посвятил репортаж Баку – ВИДЕО

    Турецкий телеканал Kanal 7 посвятил репортаж столице Азербайджана.

    Как передает Median.Az со ссылкой на АЗЕРТАДЖ, очередной выпуск программы Dünyanı gəzirəm («Путешествую по миру») был посвящен Баку. В сюжете показаны интересные места и достопримечательности города.

    Отмечается, что столица Азербайджана – это город, привлекающий внимание туристов своим современным архитектурным стилем и историческими памятниками.

    Ведущая программы Озлем Тунджан говорит, что Баку очаровывает своими красивыми парками, аллеями, бульваром, простирающимся вдоль берегов Каспийского моря, просторными улицами.

    Зрителям рассказали об одном из символов Баку – «Огненных башнях», а также о древнем городе Ичеришехер. Ведущая рассказала, что была в восторге от запаха пряных специй, доносящегося из улиц старинного жилого квартала, и впечатлена видом крепостных стен, окружающих Старый город.

    В сюжете рассказывается и о дворце Ширваншахов, который называют одним из уникальнейших исторических достопримечательностей Баку.

    Съемочная группа программы также посетила памятник, установленный турецким шехидам на Аллее шехидов в Баку.