Month: November 2018

  • Babək prospektində işlər yekunlaşır – Fotolar

    Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşır.

    Median.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və əsas yenidən bərpa edilib.

    Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Bundan başqa, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

    Artıq üfiqi nişanlanma xətləri çəkilir, zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılır.



  • Yeni ildən marketlərdə sellofan torbalar pullu olacaq – VIDEO

    İnsanların hər gün istifadə etdikləri polietilen torbaların məhdudlaşdırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Tədbirlər planı hazırlayıb.

    Median.Az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, plastik tullantılardan, xüsusilə polietilen torbalardan istifadənin mərhələli şəkildə qadağan edilməsi nəzərdə tutulub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Umayra Tağıyeva bildirib ki, polietilen torbalar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir.

    U.Tağıyeva vurğulayıb ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti çirkləndirir. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Odur ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur. Bu məqsədlə yaxın dövrdən etibarən polietilen torbalardan istifadə müxtəlif üsullarlarla məhdudlaşdırılacaq.

    Umayra Tağıyeva qeyd edib ki, kiçik polietilen torbaların marketlərdə ödənişli olması nəzərdə tutulub. Onun sözlərinə görə, bu qaydanın tətbiq edildiyi ölkələrdə polietilen torbalardan istifadə xeyli azalıb.

    Sakinlər də bu torbaların ziyanlı olması barədə məlumatlı olduqlarını, sadəcə məcbur qaldıqlarına görə istifadə etdiklərini deyirlər.

    Məhdudlaşdırıcı tədbirlərin davamı olaraq yaxın zamanda ölkədə birdəfəlik istifadə olunan ən kiçik plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • “Biz onlar üçün “Qarabağ eşşəkləri”yik” – Erməni hərbçi əsir

    Xəbər verildiyi kimi, 1994-cü il təvəllüdlü, 2014-cü il dekabrın 26-da Azərbaycanın Ağdam rayonunda qoşunların təmas xəttində təxribata cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli qətnaməsi ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş erməni hərbi qulluqçu Arsen Eduardoviç Baqdasaryan “hamının-hamıya” prinsipi üzrə azadlığa buraxılması ilə bağlı Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyana müraciət göndərib.

    Median.Az AzərTac-a istinadən xəbər verir ki, bununla bağlı noyabrın 28-də Arsen Baqdasaryan sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

    – Bildiyiniz kimi, Azərbaycan bütün hərbi əsirlərin və girovların “hamının-hamıya” prinsipi üzrə dəyişdirilməsi təklifi ilə çıxış edib. Lakin Ermənistan hökuməti nədənsə bunu etmək istəmir. Necə düşünürsünüz, Ermənistan bu humanist prinsipi niyə dəstəkləmir?

    – Mən Azərbaycan tərəfinin beynəlxalq təşkilatlar vasitəsilə rəsmi təklif göndərdiyini bilirəm. Bu barədə mənə Azərbaycanın səlahiyyətli orqanları məlumat veriblər. Lakin, təəssüf ki, erməni tərəfi mənim taleyimə biganə yanaşdı. Mənə göndərilən bildirişin mətnini oxuya bilərəm: “Arsen Eduardoviç, biz, Azərbaycan tərəfi beynəlxalq təşkilatlar vasitəsilə Ermənistana bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi barədə rəsmi təklif göndərmişik. Lakin, təəssüf ki, ordusunda xidmət keçdiyiniz erməni tərəfi Sizin taleyinizə biganə yanaşır”. Axı, mən həyatımın iki il yarımını Qarabağ torpaqları uğrunda müharibəyə vermişəm, hərbçi sözləri ilə söyləsək, azərbaycanlılar üçün “düşmən”, “rəqib” olmuşam və hər an məni öldürə bilərdilər.

    – Bizə məlum olduğu kimi, erməni tərəfi digər əsirlərin taleyi ilə də maraqlanır. Məsələn, Nikol Paşinyanın arvadı Anna Akopyan Karen Kazaryanın ailəsinə iki dəfə baş çəkib. Niyə məhz Sizə bu cür biganəlik göstərilir?

    – Ona görə ki, digərləri Ermənistan ərazisində doğulublar, mən isə keçmiş DQMV-nin paytaxtı Stepanakertdə – indiki Xankəndidə. Ermənistan üçün qarabağlıların heç bir dəyəri yoxdur, biz onlar üçün “Qarabağ eşşəkləri”yik. Əgər Ermənistan məni bu respublikanın vətəndaşı hesab edirsə, onda erməni tərəfi Azərbaycanın müraciətinə müsbət cavab verməli idi.

    – Siz artıq kifayət qədər uzun zamandır ki, buradasınız. Sizin Nikol Paşinyana məktubla müraciət etməyiniz üçün suyu daşıran son damla nə oldu?

    – İlk növbədə, əlverişli siyasi mühit. 2016-cı ildən Azərbaycan tərəfi bütün hərbi əsirlərin və girovların “hamını-hamıya” prinsipi üzrə azad edilməsi təşəbbüsü ilə çıxış edir. O zaman “Qarabağ klanına” rəhbərlik edən Serj Sarkisyan hakimiyyətdə idi. Necə deyərlər, həbsxana insanı dözümlülüyə öyrədir və bu səbəbdən mən səbirlə gizləyirdim. İndi, Serj Sarkisyan və komandasının devrildiyi vaxtda, mən səlahiyyətli orqanlara mənə kömək göstərilməsi və Nikol Paşinyana xahişlə müraciət etməyim üçün buraya KİV nümayəndələrinin dəvət edilməsi barədə müraciət etməyə qərar verdim. Əslində, Azərbaycan tərəfi bu müraciəti göndərmək məcburiyyətində deyildi, axı, mən onların – Ermənistanda iyirmi ildən çoxdur təcavüzkar ölkə və humanizm göstərməyən tərəf kimi qələmə verilən Azərbaycanın düşməni idim. Əsl həqiqətdə isə, Azərbaycan tərəfi mənə qarşı humanizm nümayiş etdirir. Bəs erməni tərəfinin humanizmi harada qaldı? Bunu mənə kim izah edə bilər?

    – Azərbaycan tərəfinin təşəbbüsünü dəstəkləməsi üçün KİV-lər vasitəsilə Ermənistan rəhbərliyinə nə söyləmək istərdiniz?

    – Mən yalnız onu demək istəyirəm ki, əgər Nikol Paşinyan və onun həyat yoldaşı Anna Akopyan həqiqətən də öz xalqının qayğısına qalırlarsa, onda qoy Dilqəm Əsgərovu, Şahbaz Quliyevi və əsgər Elnur Hüseynzadəni azad etsinlər, Azərbaycan isə, öz növbəsində, doğmalarımız və yaxınlarımızla görüşmək üçün bizi sərbəst buraxır. Düşünürəm ki, erməni xalqı ölkə hakimiyyətindən Azərbaycan tərəfinin təşəbbüsünə müsbət cavab verilməsini tələb etməlidir.

    – Ermənistanda söz yayılıb ki, guya sizi söylədiklərinizi vərəqdən oxumağa məcbur edirlər. Bununla bağlı nə deyə bilərsiniz?

    – Söylədiklərimin hamısı öz fikirlərimdir. Mənə heç kim işgəncə verməyib və bunları deməyə məcbur etməyib. Hətta kameranı da çevirə bilərsiniz ki, divarlarda əvvəlcədən hazırlanmış heç bir mətnin olmadığı aydın görünsün. Görürsünüz, mən hər dəfə üzümü sual verən jurnalistə tərəf tuturam və təkcə kameraya deyil, həm də onun gözlərinə baxıram. Mən diktə altında heç bir söz söyləmirəm.

    – Yeri gəlmişkən, qoy bu sual sizin üçün standart səslənməsin. Sizin burada saxlanılma şəraitiniz necədir? Hər hansı xahişiniz varmı?

    – Mənim bir tək xahişim var – evimə qayıtmağıma kömək edin! Saxlanılma şəraitimlə bağlı deyə bilərəm ki, heç bir şikayətim yoxdur. Hətta mənə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə doğmalarımla yazışmaq və “Skype”la danışmaq imkanı verilib. Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Dörd il ərzində, şükürlər olsun, bir dəfə də xəstələnməmişəm. Doğrudur, burada bizə ev yeməkləri vermirlər, amma qidalanma ilə bağlı hər şey normaldır. Hətta bir az kökəlmişəm.

    Bundan başqa, mənə kitab oxumağa və sifariş etməyə də icazə verilib. Bu müddət ərzində rus və ingilis dillərində biliklərimi təkmilləşdirmişəm. Hazırda Çin dilini öyrənirəm.

  • Azərbaycanda “zapravka”da partlayış – Yaralananlar var

    Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

    Faktla bağlı araşdırma aparılır.

  • В столице избили иностранную студентку

    В Баку избили иностранную студентку.

    Как передает Median.Az со ссылкой на Open.az, инцидент зарегистрирован в Наримановском районе, на улице Молла Джума.

    Была избита студентка 2 курса Азербайджанского Медицинского Университета гражданка России, 1979 года рождения Аганивич Александра Игоревна 28 ноября примерно в 3 часа ночи. В связи с инцидентом она пожаловалась в 17-ое управление полиции Наримановского отделения.

    В жалобе студентка отметила, что на нее напал житель Сумгайыта Ниджат Фахралиев, 2001 года рождения.

    По факту ведется расследование.

  • Сеть покорила «качающая пресс» кошка – ВИДЕО

    В Сети появилось видео, на котором кошка выполняет упражнения под припаркованным на стоянке автомобилем.

    Как сообщает Median.Az, ролик был опубликован на странице LADbible в Facebook. За двое суток он набрал более 8,3 млн просмотров и почти 50 тыс. комментариев.

    На кадрах видно, как белая пушистая хищница уперлась задними лапами в бампер иномарки. Животное несколько раз поднимает тело, как будто «качает пресс».

    «Смущает, что кошка более активна, чем я!» — пишет комментатор видео с ником Jeck Bryan.

    «Теперь кошки заставляют меня чувствовать себя виноватой за то, что я не собираюсь в спортзал», — вторит ему другой пользователь.

    «Это не имеет смысла. Почему кошка делает это? У нее застряли задние лапы?» — предполагает третий.

  • В Баку мать оставила грудного ребенка в запертой машине

    В Баку мать оставила маленького ребенка в припаркованной запертой машине.

    Как сообщает Median.Az со ссылкой на 1news.az, одна из жительниц Баку заявила редакции что стала свидетелем ужасной картины в одном из супермаркетов на проспекте Бабека.

    «Я услышала, как один мужчина подбежал к охране и сказал: «Рядом с моей машиной стоит машина, в которой маленький ребенок, его оставили одного, в закрытой машине, с закрытыми окнами. Ребенок плачет, помогите найти мать!» Мы подошли, малышка, месяцев 10-11. В верхней одежде, в шапке, застегнута, сидит в автокресле и разрывается [от плача]! Ей в лицо бьет солнце! Через пару минут подходит мать, легкой походкой, не торопясь, со спокойным лицом, заявляет, что она спала и проснулась, и что в машине окна не открываются!

    Никогда так не делайте, не оставляйте ваших детей одних в машине даже на минуту. Даже если вам очень нужно! Это опасно!» – заявила она.

    Женщина рассказала, что все произошло вчера в 3 часа. «Я до сих пор в шоке!» – сказала она.

  • В Баку начнется обновление лифтового хозяйства

    В Баку в 2019 году начнется обновление лифтового хозяйства.

    Как сообщает Median.Az со ссылкой на Trend, об этом было сказано на совещании, посвященном подготовке к осенне-зимнему сезону 2018-2019 годов, которое прошло с участием глав исполнительной власти районов столицы, руководителей городских хозяйств и сфер обслуживания.

    На совещании было сказано, что в связи исполнением поручений главы государства по обновлению лифтового хозяйства столицы разработан новый проект и в феврале-марте следующего года будут реализованы соответствующие меры.

    Также было отмечено, что данные работы находятся под контролем ИВ города.

  • Lənkəranda yeniyetməni canavardan mobil telefonu xilas etdi – FOTO

    Lənkəran rayonunda canavar yeniyetmələrə hücum edib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə dağ kəndi Biləsərdə baş verib.

    Canavar hücumuna məruz qalan 16 yaşlı Anar Rəcəbovun atası Rizvan Rəcəbovun dediyinə görə, oğlu axşam saatlarında mal-qaranı həyətə gətirərkən kənddə canavarın hücumuna məruz qalıb.

    Yırtıcı yeniyetmənin sol bud nahiyəsini dişləyib. A.Rəcəbov canavarın dişlərindən qurtarmaq üçün əlindəki mobil telefonla yırtıcının başına bir neçə zərbə endirib.

    Bu zaman canavar onun əlini dişləmək istəyib, lakin əlindəki telefon yeniyetmənin həyatını xilas edib.

    Özünü itirməyən A.Rəcəbov yaxınlıqdakı həyətlərdən birinə girib. Onun ardınca həyətə soxulan yırtıcı həyətdəki itlə boğuşduqdan sonra səs-küydən hürkərək qaçıb.

    Canavar bundan bir neçə dəqiqə sonra kəndin digər ərazisində məktəbdən evə qayıdan 8-ci sinif şagirdi Xalid Gündüz oğlu Abdullayevə hücum edərək, ona da sol bud nahiyəsindən xəsarət yetirib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi yardımlar edilib.




  • Dekabrın hava proqnozu: Güclü külək və yağışlar

    Dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi əsəcək.

    Bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

    Onun sözlərinə görə, dekabr ayına olan ilk hava proqnozuna görə, gələn ay havanın temperaturu, demək olar ki, ölkə ərazisində iqlim norma göstəricilərindən çox fərqlənməyəcək:

    “Yəni iqlim norması daxilində havanın temperatur tərəddüd edəcək. Ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enməsi proqnozlaşdırılır. Xüsusilə də dekabr ayının birinci ongünlüyündə güclü şimal küləyi güclənəcək. Bu dövr ölkə ərazisində yağıntılı hava şəraiti ilə səciyyələnəcək”.

    Umayra Tağıyeva qeyd edib ki, dekabrın 2-3-də respublikanın rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yağıntının sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır.