Month: November 2018

  • Путин поздравил Таира Салахова с юбилеем

    Президент России Владимир Путин поздравил выдающегося азербайджанского художника, вице-президента Российской академии художеств Таира Салахова с 90-летним юбилеем.

    Телеграмма опубликована в четверг на сайте Кремля и на сайте кабмина РФ.

    «Человек уникального таланта и масштабных творческих планов, вы состоялись как востребованный художник и педагог, воспитали целую плеяду ярких, одаренных учеников и последователей. И конечно, глубочайшего признания и уважения заслуживает ваш большой личный вклад в реализацию разноплановых, но неизменно интересных выставочных, реставрационных проектов, ваша преданность искусству», – говорится в поздравлении российского лидера.

    Президент пожелал художнику здоровья, благополучия и всего наилучшего.

  • Putin Tahir Salahovu təbrik etdi

    Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib.

    Təbrik məktubu bu gün Kremlin rəsmi saytında yerləşdirilib.

    “Siz nadir istedada və böyük yaradıcılıq planlarına malik insansınız, siz tələbat olan rəssam və pedaqoqsunuz, parlaq və bacarıqlı tələbələr nəsli yetişdirmisiniz. Əlbəttə, siz müxtəlif planlı, maraqlı sərgi və bərpa layihələrinin reallaşmasına böyük töhfə vermisiniz”.

    Prezident Xalq rəssamına cansağlığı və müvəffəqiyyətlər arzulayıb.

  • Ильхам Алиев позвонил Таиру Салахову

    Президент Азербайджана Ильхам Алиев в четверг 29 ноября позвонил народному художнику Азербайджана и СССР, Герою социалистического труда, лауреату государственных наград Таиру Салахову в связи с юбилеем.

    Об этом сообщила пресс-служба президента Азербайджана.

    Глава государства пожелал художнику крепкого здоровья и успехов в деятельности.

    В пресс-службе отметили, что глава государства высоко ценит деятельность выдающегося представителя азербайджанской школы живописи и поздравляет его с получением Ордена «Эмек» первой степени.

    Т.Салахов поблагодарил президента за телефонный звонок и поздравления, а также выразил ему глубокую благодарность за присвоение высокой государственной награды.

    Отметим, что вчера президент И.Алиев подписал распоряжение и о награждении Таира Салахова орденом «Эмек» первой степени. Также глава государства и первый вице-президент Мехрибан Алиева направили Таиру Салахову поздравительные письма.

  • İlham Əliyev Tahir Salahova zəng etdi

    Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib.

    Иu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

    Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına – 1-ci dərəcəli “Əmək” ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.

    Dövlət başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

    Qeyd edək ki, dünən Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda, prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva xalq rəssamına təbrik məktubu ünvanlayıblar.

  • Названа болезнь, от которой страдает Ганира Пашаева

    Стала известна болезнь, от которой страдает депутат Милли меджлиса (парламент АР – ред.) Ганира Пашаева.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, сестра депутата Кямаля Пашаева обнародовала название болезни в публикации на своей странице в Facebook.

    Из публикации следует, что Г.Пашаева страдает от синдрома «карпального канала» (неврологическое заболевание, проявляющееся длительной болью и онемением пальцев).

    Она отметила, что именно по этой причине депутат была вынуждена перенести операцию в Турции.

  • Qənirə Paşayevanın əziyyət çəkdiyi xəstəlik açıqlandı

    Millət vəkili Qənirə Paşayeva “kapral tunel sindromu”ndan əziyyət çəkirmiş.

    Bu haqda deputatın bacısı Kəmalə Paşayeva öz “Facebook” statusunda yazıb.

    O qeyd edib ki, məhz bu səbəbdən xanım millət vəkili Türkiyənin Memorial Şişli Xəstəxanasında əməliyyat keçirmək məcburiyyətində qalıb.

    O, statusunda bunları yazıb:

    “Çox dəyərli dostlar, hər birinizə Qənirə xanımın əməliyyat olunmağı ilə bağlı keçirdirdiyiniz narahatlıqdan və göstərdiyiniz böyük diqqətdən dolayı ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm.

    Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon və mesajlar qəbul etdim. Bir çoxuna məlum vəziyyətdən cavab verə bilmədimsə, üzr istəyirəm.

    Sizin narahatlığınız və diqqətinizi böyük sevgi əlaməti olaraq dəyərləndiririk.

    Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında meydana gələn “karpal tunel” narahatlığı səbəbi ilə bağlı əməliyyat olunub.

    Hazırda hər şey yaxşıdır, özünü yaxşı hiss edir. Memorial Şişli Xəstəxanasının dəyərli həkim kollektivinə və sizlərə bir daha təşəkkür edirik”.

    Qeyd edək ki, “karpal tulnel” bilək nahiyəsində sinirlərin sıxışması səbəbi ilə meydana çıxan əlamətlərdir.

    Bu zaman ələ və əl barmaqlarına gələn sinirlər sıxıldığına görə əl barmaqlarında hissiyyat və hərəkət məhdudlaşır. Əl barmaqlarının hərəkət etdirən median siniri, doqquz şaxəsi ilə birlikdə karpal boşluğundan keçir.

    Bu sinirin vəzifəsi baş barmaq, işarət barmaq və orta barmağın hərəkət və fəaliyyətini bərpa etməkdən ibarətdir. Bu sinir sayəsində həmin barmaqların hissetmə qabiliyyəti olur və barmaqlar istənilən hərəkəti edə bilir.

    Amma bu sinir karpal boşluqdan keçdiyi zaman sıxıldıqda sinirlərin hissi və hərəkəti fəaliyyətində patologiyalar meydana çıxır.//oxu.az

  • Завотделом здравоохранения Сумгайыта освобожден от должности

    Заведующий отделом здравоохранения города Сумгайыт Нариман Садиг оглу Бахшалиев освобожден от занимаемой должности.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, Н.Бахшалиев написал заявление об уходе и покидает занимаемую должность по собственному желанию.

    Информацию подтвердил сам завотделом.

    Напомним, что Н.Бахшалиев был назначен на должность заведующего отделом здравоохранения города Сумгайыт в феврале прошлого года.

    Сообщается, что на эту должность пока никто не назначен.

  • Sumqayıt Səhiyyə Şöbəsinin müdiri işdən azad edilib

    Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Sadıq oğlu Baxşəliyev tutduğu vəzifədən azad edilib.

    O, öz ərizəsi ilə vəzifəsindən getmək istəyib.

    Məsələyə münasibət bildirən Nəriman Baxşəliyev faktı təsdiqləyib:

    “İşdən azad olunanda nə olar ki? Mən də adi adamam. Belə bir məlumat deyiblər. Amma hələ işdəyəm”.

    Xatırladaq ki, Nəriman Baxşəliyev ötən ilin fevral ayından etibarən Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.

    Hazırda müdir vəzifəsinə təyinat olmayıb.

  • Азербайджанская нефть подешевела

    Стоимость барреля азербайджанской нефти Azeri LT CIF на мировом рынке снизилась на 1 доллар или 1,59%.

    В настоящее время стоимость нефти марки Azeri LT CIF составляет 62,03 доллара за баррель.

    Напомним, что минимальная цена на Azeri LT CIF была зафиксирована в декабре 2001 года (19,15 долларов), максимальная – в июле 2008 года (149,66 долларов).

  • “Azeri Light” ucuzlaşdı

    Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1 dollar və yaxud 1,59% azalıb.

    “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,03 dollar təşkil edib.

    Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.