Month: December 2018

  • Азербайджанский врач умер при восхождении на гору

    Скончался азербайджанский врач, бывший преподаватель Медицинского университета Мехди Мехдиев.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, мужчина перенес инфаркт при восхождении на вершину горы Шахдаг.

    Отметим, что М.Мехдиев с 2009 года работал врачом-инфекционистом в Госпитале таможенного комитета.

  • Azərbaycanda həkim zirvəyə qalxarkən öldü

    Azərbaycanlı həkim, Tibb Universitetinin sabiq müəllimi Mehdi Mehdiyev vəfat edib.

    Həkim Şahdağ dağında zirvəyə qalxarkən yolda infarkt keçirib və dünyasını dəyişib.

    Qeyd edək ki, Mehdi Mehdiyev 2009-cu ildən bəri Mərkəzi Gömrük Hospitalında həkim-infeksionist işləyirdi.

  • Ramil Usubov işdən çıxarılan rəis müavinə yenidən vəzifə verdi

    Daxili İşlər naziri Ramil Usubov işdən çıxarılan rəis müavinə vəzifə verib.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun müvafiq əmri ilə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) Pasport və Qeydiyyat şöbəsinə rəis təyin edilib.

    Xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.

    Qeyd edək ki, bir neçə gün öncə Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavinləri – şəxsi heyətlə iş üzrə köməkçi, rəis müavini polis polkovnik-leytenantı Ərşad Əhmədov, xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Əfqan Qurbanov tutduqları vəzifədən azad edilmişdi.

  • Bakıda gecə klubunun qarşısında gözlənilməz hadisə – bir neçə dəqiqə sonra…

    Türkiyə vətəndaşı küçədə ölüb.

    Median.Az Trend-ə istinanla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

    Ölüm hadisəsi Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində “Boss Klub” gecə klubunun qarşısında baş verib.

    Türkiyə vətəndaşı, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 1, mənzil 51-də müvəqqəti qeydiyyatda olan Rəcbər Taner Bakı şəhər sakini İsmayılov Zaur Zabir oğlu ilə birlikdə paytaxtda “Krivetka Pub” kafesində pivə içiblər.

    Daha sonra onlar sərxoş vəziyyətdə Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsindəki “Boss Klub” a gələrək orada spirtli içki qəbul ediblər.

    Bir müddətdən sonra R.Taner klubda özünü pis edib və dostundan onu havaya çıxarmağı xahiş edib.

    Küçəyə çıxan R.Taner bir neçə dəqiqədən sonra keçinib.

  • Сколько стоит встретить Новый год в ресторанах Баку?– ВИДЕО

    Бакинские рестораны готовят новогодние программы с танцами, живой музыкой и специальным праздничным меню.

    Как передает Median.Az со ссылкой на Xezerxeber.az, цены варьируются в зависимости от услуг и приглашенных звезд.

    Стоимость новогодней ночи на двоих колеблется в пределах 80-120 манатов. По словам администраторов, ввиду большого спроса, попасть в рестораны можно по заранее приобретенным пригласительным.

    В некоторых ресторанах цены еще выше – около 150-250 манатов.

    Отметим, что в большинстве ресторанов празднование Нового года начнется в 20:00 и продлится до самого утра.

  • Новшество в Facebook

    Социальная сеть Facebook запретила размещение записей с выражениями сексуального характера или с сексуальным подтекстом, которые можно расценивать как домогательство.

    Как передает Median.Az, об этом говорят новые положения из норм сообщества на сайте Facebook.

    Отмечается, что руководство социальной сети осознает важность проблемы сексуальных домогательств в Сети и положительно настроено на обсуждение этой темы.

    «Однако мы не допускаем публикацию контента, который побуждает к половым контактам между взрослыми, способствует им или был создан с целью организации и координации таких контактов», — говорится в нормах сообщества.

    Сообщается, что Facebook ограничит использование выражений, которые в определенных странах и регионах могут расцениваться как домогательства.

    В частности, в соцсети запрещается публиковать высказывания общего характера с сексуальным подтекстом «например «хочу развлечься сегодня вечером», сексуально-провокационный сленг, намеки с сексуальным подтекстом (например, упоминание сексуальных ролей, поз или фетишистских сценариев).

    Также под запрет попали нарисованные от руки изображения, цифровые или физические объекты с явным изображением полового акта или людей в сексуальных позах.

  • Bakı metrosunda qadının halı pisləşdi

    Dünən metronun “Xalqlar Dostluğu” stansiyasında bir qadının halı pisləşib.

    O, platformada huşunu itirərək yerə yıxılıb.

    Təxminən 30-35 yaşlarında olan qadın 15 dəqiqəyə yaxın huşsuz vəziyyətdə qalıb.

    Hadisə ilə bağlı “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, hadisə dünən saat 19:25-də metronun “Xalqlar Dostluğu” stansiyasında qeydə alınıb:

    “Sərnişinlərdən birinin halı pisləşib. Hadisə zamanı xanımın yanında olan şəxs onun epilepsiya xəstəsi olduğunu deyib. Metropoliten işçiləri ilkin yardım göstəriblər, daha sonra təcili yardım briqadası çağırılıb. Xanım özünə gəlib. Rahat vəziyyətdə öz yoluna davam edib”.

  • Abşeronda ağır qəza: bir ölü, iki yaralı

    Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 8-də saat 15:00 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Bakı şəhər sakinləri Ramin Şirəliyevin idarə etdiyi “Azsamand” və Arif Nəbiyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

    Nəticədə, R.Şirəliyevin sərnişini, Göyçay rayon sakini Saab Məmmədov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

    Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

  • В Баку подростки устроили поножовщину из-за девушки

    В поселке Гарачухур Сураханского района столицы молодые люди устроили кровавую разборку из-за девушки.

    Как передает Median.Az со ссылкой на aznews.az, житель поселка Узеир Рзаев 2000 года рождения ударил ножом Угура Гусейнханлы 2004 года рождения.

    Потерпевший был госпитализирован, его состояние оценивается как среднетяжелое.

    У.Рзаев был задержан сотрудниками 32-го отделения полиции.

    В ходе предварительного следствия было установлено, что инцидент произошел на почве ревности. У.Гусейнханлы написал сообщение девушке У.Рзаева. Узнав об этом, последний позвал У.Гусейнханлы, чтобы разобраться в ситуации, а в ходе встречи нанес несколько ударов ножом.

    По факту происшествия в Управлении полиции Сураханского района возбуждено уголовное дело по статье «хулиганство».

  • Bakıda qız üstündə qan düşdü: 14 yaşlı oğlanı bıçaqladılar

    Paytaxtın Suraxanı rayonunda gənclər arasında qız üstündə qan düşüb.

    Median.Az aznews.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 2000-ci il təvəllüdlü Üzeyir Rzayev həmyerlisi 2004-cü il təvəllüdlü Uğur Hüseynxanlını bıçaqlayıb. Yaralı dərhal yaxınlıqda yerləşən 3 saylı Sabunçu şəhər Xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən azyaşlının vəziyyəti orta-ağırdır.

    Hadisəni törədən Ü.Rzayev 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

    İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, cavanlar arasında mübahisə qız üstündə düşüb. Belə ki, bıçaqlanan Uğur, Üzeyirin sevdiyi qıza mesaj yazıb. Bundan xəbər tutan Rzayev isə dərhal haqq-hesab çürütmək qərarına gəlib və Uğuru görüşə çağırıb. Görüş zamanı isə özü ilə gətirdiyi bıçaqla 14 yaşlı gəncə bir neçə zərbə endirib.

    Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.