Month: December 2018

  • Dolların sabaha olan məzənnəsi

    Dekabrın 11-nə manatın məzənnəsi açıqlanıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 11.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2018-ci il dekabrın 10-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib

  • В центре Баку водитель перегородил дорогу детской коляске – ФОТО

    Очередной случай грубого нарушения правил парковки автомобилей и нарушения прав детей и людей с ограниченными физическими возможностями произошел в центре Баку.

    Как передаёт Median.Az со ссылкой на 1news.az, на снятой пешеходом фотографии видно, что водитель автомобиля марки Hyundai Elantra (госномер 90-UH-043) перегородил своей машиной выход пешеходам с тротуара на перекрестке улиц 28 Мая и К.Сафаралиевой в Насиминском районе столицы.

    В результате женщина с младенцем в коляске и другие пешеходы просто не смогли нормально пройти к тротуару.
    Как сообщил 1news.az заведующий отделом по связям с общественностью Управления государственной дорожной полиции Баку, полковник полиции Вагиф Асадов, комментируя эти фотографии, в данном случае водитель нарушил требования правил парковки и стоянки автомобилей и вдобавок перегородил путь пешеходам.

    «В отношении нарушителя закона будут приняты соответствующие меры», – подчеркнул В.Асадов.



  • İlham Əliyev fəxri adlar verdi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

    “Xalq artisti”

    Əliyeva Lətifə Cahandar qızı

    Novruzova Nübar Qulu qızı

    “Əməkdar artist”

    Abdullayeva Mehriban Abdulla qızı

    Əsədov İlham Əsəd oğlu

    Hüseynov Elnur Bəhrəmxan oğlu

    Şərifova Güşvər Fətulla qızı

    “Əməkdar mədəniyyət işçisi”

    Rəhimli Rafiq Səfər oğlu.

  • Bakının bu ərazilərində su olmayacaq

    Yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması və köhnə xəttin ləğvi ilə əlaqədar 10-11 dekabr 2018-ci il tarixlərində Hövsan qəsəbəsinə, Qaraçuxur və Əmircan qəsəbələrinin isə bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

  • “Uşaqlar oynamaq üçün otağa giriblər və partlayış olub” – Masallıdakı dəhşətli hadisənin təfərrüatı

    Bu gün Masallı rayonunun Sığıncaq kəndində qaz sızması nəticəsində baş verən partlayışın təfərrüatları məlum olub.

    Median.Az xəbər verir ki, Sığıncaq kənd icra nümayəndəsi Seymur Yusifov BakuPost.az-a bildirib ki, partlayışda həyatını itirən 13 yaşlı Əli Müseyibov 4 gün əvvəl “104” xidmətinə zəng vuraraq evlərindən 3-4 metr kənardan keçən qaz borusunda sızma olduğunu deyib.

    Ancaq yolda qaz borusundan sızma aradan qaldırılmayıb. Partlayış isə yayılan məlumatların əksinə, qarajda deyil, qarajdan kənarda yerləşən üzəri panellə örtülmüş, kafel döşənmiş, divarları isə suvanmış 30 kv.m sahəsi olan otaqda baş verib: “Uşaqlar axşam partlayış baş verən otağa oynamaq üçün gediblər. İşığı yandıran zaman partlayış olub. Əgər əvvəllər otaqda sızma olsaydı və bu barədə məlumatlı olsaydılar, yəqin ki, anası uşaqları o otağa qoymazdı. Qaz sızması yoldakı qaz borusunda olub və 13 yaşlı Əli də yoldakı qaz sızması ilə bağlı “104” xidmətinə müraciət edibmiş. Uşaqların atası Rusiya vətəndaşıdır, hazırda Rusiyadadır, bu gün, ya da sabah gələcək. Uşaqların anası isə hazırda Bakıda xəstəxanadadır”.

    Qeyd edək ki, yayılan rəsmi məlumatda dünən Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verdiyi bildirilir. Hadisə nəticəsində bir ailənin iki üzvü – 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2010 –cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu və onların yaxın qohumu 2006-cı il təvəllüdlü Kərimov Sənan ağır yanıq xəsarətləri alıblar. Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq, bədən səthinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Əli Müseyibov dünyasını dəyişib.

    Məhəmməd Müseyibov və Sənan Kərimov bədən səthinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır.

  • В Азербайджане учитель женился на ученице 7-го класса – ВИДЕО

    «Я сам имею высшее образование. Создал семью с девочкой, которая училась в 7-м классе. Я забрал ее со школы, чтобы она потом мне не говорила, что утомлена работой и не может приготовить еду».

    Как передаёт Median.Az со ссылкой на Baku.ws, данное признание в эфире транслируемой на канале Space передачи «El bizim, sirr bizim» сделал Мирисмаил Халафли.

    Такое неожиданное признание вызвало негодование других гостей передачи, которые обвинили учителя в педофилии.

  • Azərbaycanda müəllim 7-ci sinif şagirdi ilə evləndi: “Ona dərs demişəm” – VİDEO

    Jurnalist Mirismayıl Xələflinin 7-ci sinif şagirdi ilə evlənməsini etiraf etməsi qalmaqala səbəb olub.

    Sözügedən nüans “Space” kanalında yayımlanan “El bizim, sirr bizim” verilişində məlum olub.

    Jurnalist çıxışında bunları qeyd edib:

    “Öz həyat təcrübəmdən bilirəm. Mən özüm ali təhsilliyəm. Özüm 7-ci sinif şagirdi ilə nişanlanmışam. Onu məktəbdən çıxarmışam. Mən bunu ona görə etmişəm ki, sabah yoldaşım mənə “yorulmuşam, yemək bişirmək istəmirəm deməsin”. Mən öz yoldaşıma dərs demişəm”.

    M. Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

    Belə ki, Xələfli efirdə digər qonaqlar tərəfindən pedofil adlandırılıb.
    /Baku.ws

  • Sumqayıt yollarında GTA: Xeyli avtomobil zədələndi – VİDEO

    Dünən axşam saatlarında Sumqayıt şəhərinin girişində zəncirvari qəzalar qeydə alınıb.

    Bu barədə sosial şəbəkələrdə Rahim N.Aliyev adlı istifadəçi paylaşım edib.

    Paylaşılan videoda avtomobilin ard-arda bir neçə nəqliyyat vasitəsinə çırpılması görünür.

    Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik leytenantı Rüfət Quliyev deyib ki, sözügedən videogörüntülər əsasında araşdırma aparılır:

    “Sumqayıt şəhərinin girəcəyində hərəkətdə olan minik avtomobili başqa bir avtomobilə toxunub və saxlamadan hərəkətinə davam edib. Digər zərərçəkmiş avtomobilin sürücüsü həmin avtomobili saxlatmaq üçün ardınca gedib və digər işıqfor obyektinə yaxınlaşan zaman iki başqa avtomobilə çırpılıb.

    Ümumilikdə, hadisə zamanı dörd maşına maddi ziyan dəyib. Faktla bağlı videogörüntülər əsasında araşdırma aparılır. Yekun nəticələr əldə edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək”.

  • В столице задержана женщина, укравшая деньги из квартиры иностранцев

    Как сообщает Median.Az, сотрудники 27-го отделения полиции Ясамальского РУП в ходе оперативно-розыскных мер задержали жительницу г.Гянджа М.Мехтиеву, которая украла со съемной квартиры двух иностранных граждан 650 долларов и 500 турецких лир.

    В Следственном отделе Ясамальского РУП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Yasamalda xarici vətəndaşların evindən pul oğurlayan qadın tutulub

    Median.Az xəbər verir ki, Yasamal RPİ 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 əcnəbi vətəndaşın rayon ərazisində kirayədə yaşadıqları mənzildən 650 dollar və 500 türk lirəsini oğurlayan Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılıb.

    Yasamal RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.