Month: December 2018

  • Koçaryanın vəkili Azərbaycan dilində danışdı – VİDEO

    Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın vəkili Ruben Sahakyan jurnalistə Azərbaycan dilində cavab verib.

    Ruben Sahakyan “Koçaryan nə zaman həbs ediləcək” sualına azərbaycanca “bilmirəm” deyə cavab verib.

    Vəkili bu cavabı Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

    Qeyd edək ki, Ermənistanın ikinci prezidenti, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan ötən gün yenidən həbs olunub.
    //baku.ws

  • Мужчина осужденный за убийство жены на 17 лет подал апелляционную жалобу – ФОТО

    В Бакинском Апелляционном суде начался судебный процесс в отношении жителя столицы Замина Расулова (1956-го года рождения), осужденного по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 29-го марта этого года сотрудники 14-го отделения полиции и прокуратуры Сабунчинского района на основании поступившей информации в доме №20 по улице Б.Багирова, тупик 1 с многочисленными колото-резанными ранами обнаружили тело Натаван Расуловой (1958-го года рождения). В доме был задержан ее муж Замин Расулов.

    По факту районная прокуратура предварительно возбудила уголовное дело по статье 120.1 (умышленно убийство) УК Азербайджана. Проведенная судебно-медецинская экспертиза показала, что смерти Н.Расуловой послужило интенсивное кровотечение на фоне проникающих ножевых ранений в область сердца и легких.

    Следствие установило, что между супругами часто возникали скандалы из-за того, что якобы Натаван Расулова без ведома мужа потратила 90.000 манатов, находящиеся в доме. Осенью 2017-го года после очередного инцидента Замин прогнал жену из дома и жил с дочерью. С 10-го по 29-е марта в связи с инсультом он находился на стационарном лечении в клинической больнице №3. В тот день его выписали из больницы и он с дочерью примерно в 15 часов приехал домой. Увидев в доме жену, он рассердился и стал агрессивным. Он потребовал от дочери, чтобы та прогнала ее, но Натаван не ушла. В 18 часов в спальней комнате Замин нанес кухонным ножом удары различные в области тела супруги, дочь пыталась их разнять, но ей это так и не удалось. После содеянного Расулов ушел на кухню и до приезда полицейских сидел там.

    Бакинский суд по тяжким преступлениям приговорил обвиняемого к 17 годам лишения свободы.

    В связи с приговором осужденный и его адвокат подали апелляционные жалобы.

    В Бакинском Апелляционном суде во время предварительного рассмотрения суд уточнил анкетные данные З.Расулова.

    Очередной процесс назначен на 14 декабря.










  • Maştağada arvadını öldürdüyünə görə 17 il cəza alan şəxs apellyasiya şikayəti verib – FOTO

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Zamin Rəsulovun (1956-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Median.Az xəbər verir ki, bu il martın 29-da Sabunçu RPİ 14-cü polis bölməsi və rayon prokurorluğunun əməkdaşları Maştağa qəsəbəsi, B.Bağırov küçəsi dalan 1-də yerləşən 20№i evə baxış keçiriblər. Yataq otağındakı çarpayıda Natavan Rəsulovanın meyiti, cəsədin sol bazu nahiyyəsindən çıxarılmış bıçağın tiyə hissəsi, mələfə, döşəmənin üzərində qan ləkələri, bıçağın dəstək hissəsi, iki ədəd açar, bir cüt sırğa və üzük açkar edilib. Hadisə yerində cinayəti törədən Zamin Rəsulov saxlanılıb.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyində göstərilib ki, Natavan Rəsulovanın ölümünə – ürəyin və sol ağ ciyərin 5 ədəd deşilmiş-kəsilmiş yaraları ilə əlaqədər baş vermiş daxili və xarici qanitirmə səbəb olub.

    İstintaqla müəyyən edilib ki, Zamin Rəsulov Natavan Rəsulova ilə ər-arvad münasibətində yaşadıqları müddətdə, sonuncunun 90.000 manat pulu onun xəbəri olmadan xərcləməsinə görə mütəmadi olaraq aralarında mübahisələr yaranıb. Bunun nəticəsi olaraq o, qadını 2017-ci ilin avqustunda evdən qovub. 2018-ci il marıtn 29-da stasionar qaydada müalicə olunduğu xəstəxanadan çıxıb qızı Nüşabə ilə evinə qayıtdıqda Natavan Rəsulovanın evdə olduğunu görüb, bir daha ondan xəbərsiz pulu hara xərcləməsini soruşub. Növbəti dəfə yaranmış mübahisə zamanı Zamin Rəsulov mətbəx otağından götürdüyü bıçaqla, qızının yalvarışlarına məhəl qoymadan, müstəsna dərəcədə qəddarlıq və rəhimsizliklə zərbələr vuraraq, yoldaşını qisas niyyəti ilə qəsdən həyatdan məhrum edib.

    Təqsirləndirilən şəxs qismində dindirilmiş Zamin Rəsulov bildirib ki, 2004-cü ilin əvvəllərində Maştağa qəsəbəsində ev alıb və orda həyat yoldaşı Natavanlа birlikdə yaşayıb. 2008-ci ildə evdə onun təxminən 130.000 manat pulu olub. Həmin məbləğdən 40.000 manat pulu şəxsi işlərinə xərcləyib. 2011-ci ildə insult keçirib, səhhəti ilə əlaqədar 2014-cü ilə kimi müəyyən fasilələrlə işləyib. 2015-ci ildən sonra Natavanla münasibəti pisləşib, çünki sonuncu onun evdə qalan 90.000 manat pulu götürüb xərcləyib. 2017-ci ilin payız aylarında arvadını evdən qovub. Sonuncu dəfə 2018-ci il martın 10-da yenidən insult keçirib və qızı Nüşabə onu 3 saylı xəstəxanasına yerləşdirib. 19 gün orda stasionar müalicə almış və hadisə baş verən gün, yəni ayın 29-u saat 15 radələrində qızı ilə evinə gəlib. Evdə Natavanı görüb, qızına deyib ki, onu evdən qovsun, lakin arvadı heç yerə getməyib. Evdə qonaq otağında çay içərkən, qadından əsəbiləşdiyindən əllərini başına çırpıb. Saat 18 radələrində görüb ki, evin dəhlizindədir və əlindən qan axır. Sonra baş verənlər yadında qalmayıb. Bir neçə dəfə insult keçirtdiyi üçün yaddaşı ilə bağlı problem yaşayır. Deyilənlərə görə, arvadına bıçaqla xəsarətlər yetirərərk, onu qətlə yetirib, lakin Natavanı necə öldürdüyünü xatırlamır.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən məhkum və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilib.

    Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxışda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Növbəti iclas ayın 14-nə təyin edilib.











  • Bakıda külli miqdarda aksiz markasız siqaret aşkar olundu – VİDEO

    Külli miqdarda aksiz markasız siqaret aşkar olunub.

    Bu barədə Vergilər Nazirliyinin mətbuat xidmətindən  bildirilib. Verilən məlumata görə, cari il ərzində həyata keçirilən araşdırmalar zamanı alkoqollu içkilərin və tütün məmulatlarının istehsalı və satışı sahəsində ciddi qanun pozuntularının olması barədə məlumat daxil olub.

    Bununla bağlı nəzarət tədbiri Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında keçirilib.

    Vergi nəzarəti tədbiri zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər aksizsiz tütün məmulatlarını və alkoqollu içkiləri satış üçün saxlamaq və satışını təşkil etmək məqsədi ilə mağazada gizli saxlanc yerləri quraşdırıblar.

    Tədbir zamanı həmin gizli saxlanc yerləri müəyyən edilərək, külli miqdar təşkil edən aksizsiz tütün məmulatları və alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) cinayət işi başlanılıb və 3 şəxs saxlanılıb.

    Vergilər Nazirliyi bildirir ki, aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri sistemli şəkildə davam etdirəcək.

    Vergilər Nazirliyi alkoqollu içki istehsalçılarını və satıcılarını aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır.

  • Apteklərdə iynə vurdurmaq, təzyiq ölçdürmək niyə qadağan edilib? – Rəsmi açıqlama

    Son günlərə qədər bir çoxları iynələrin və sistemlərin vurulması üçün poliklinikalara deyil, cüzi məbləğ ödəyərək yaxınlıqdakı aptek işçisinə müraciət etməyə üstünlük verirdilər.

    Bundan əlavə küçədə halı pisləşən yaşlı insanlar və yaxud da hamilə qadınlar da ilk rastlarına çıxan aptekə girib təzyiqlərini ölçdürür və buna müvafiq olaraq dərman atır və ya iynə vurdururdular.

    Son zamanlar isə əczaçılar bu xidmətdən imtina edirlər. Bildirirlər ki, apteklərdə iynə vurmaq, hətta təzyiq ölçmək də qadağan edilib. Aptek işçiləri tərəfindən göstərilən ilk tibbi yardımın kim tərəfindən və nə məqsədlə qadağan olduğu isə sual olaraq qalıb.

    Median.Az xəbər verir ki, bununla bağlı Medicina.az-ın əməkdaşı Səhiyyə Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlayıb. Nazirlikdən verilən cavabı təqdim edirik: “Apteklərdə insanlara tibbi yardım və tibbi prosedurların həyata keçirilməsi ilə bağlı qeyri-qanuni bir hal yoxdur.

    Çünki apteklərdə işləyən insanlar tibbi savada malikdirlər. Şəhərdə apteklərin sayı kifayət qədər çox olduğu üçün səhhəti pisləşən insanların yolüstü ora müraciət edib təzyiqlərini ölçdürərək, iynə vurdurmaları təbii haldır.

    Aptek şəraitinin gigiyenik və sanitar normalara uyğun gəldiyini də göz önünə alsaq, burada qorxulu heç bir şey yoxdur. Qaldı ki, icazə məsələsinə, Səhiyyə Nazirliyi tərəfindən apteklərdə insanlara ilk tibbi yardım göstərilməsini və inyeksiya edilməsini qadağan edən qanun yoxdur. Bu iş aptek müdiri, yəni sahibkarlar tərəfindən tənzimlənir. İcazənin verilib-verilməməsi də birbaşa sahibkarın özündən asılıdır.

    Çünki xəstəyə tibbi yardım göstərilərkən və ya iynə vurub sistem qoyarkən təbii ki, satış prosesi ləngiyəcək. Bu isə sahibkarın marağında olmaya, buna görə də sahibi olduğu aptekdə bu kimi işlərin həyata keçirilməsinə qadağa qoya bilər.

    Bundan əlavə iynə vurduran şəxslər təbii ki, həmin tibb işçilərinə müəyyən məbləğdə pul da ödəyirlər. Çox güman ki, qadağanın ikinci səbəbi bununla bağlıdır.

    Çünki bu pul əczaçıya çatdığı üçün sahibkar iş vaxtı əlavə işlərlə məşğul olmasına icazə verməyə bilər. Bu hal yalnız müdir–işçi arasında tənzimlənməlidir”.

  • Metroların qarşısında çadırlar quruldu – bayram yarmarkalarına start verildi

    Bakıda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 yanvar – Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.

    Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən verilən məlumata görə, hər il olduğu kimi, bu il də bayram yarmarkaları ilə bağlı dislokasiya təsdiq olunub. Artıq bir neçə ərazidə yarmarka çadırları qurulub və fəaliyyətə başlayıb.

    Hazırda metronun “Elmlər Akademiyası, “28 May”, “Nəriman Nərimanov”, “Neftçilər” və “Gənclik” stansiyalarının qarşısında çadırlar qurulub. Çadırların quraşdırılmasında məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir. Bayram çadırlarının paytaxtın digər metrostansiyalarının qarşısında da quraşdırılması gözlənilir.

    Xatırladaq ki, Bakı şəhər İcra hakimiyyəti tərəfindən ötən il paytaxtda 13 bayram çadırı qurulmuşdu.

  • Назначена новый директор департамента гидрометеорологии

    Умайра Тагиева назначена на новую должность.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, согласно указу Министерства экологии и природных ресурсов, она назначена на должность директора Национального департамента гидрометеорологии.

    Отметим, что ранее У.Тагиева занимала должность начальника отдела экологического образования и связей с общественностью Министерства экологии и природных ресурсов.

  • Umayra Tağıyevaya vəzifə verildi

    Umayra Tağıyeva yeni vəzifəyə təyin edilib.

    Ekologiya və təbii sərvətlər nazirinin əmri ilə o, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, U.Tağıyeva bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
    //oxu.az

  • Прогноз погоды на завтра

    Объявлен прогноз погоды в Азербайджане на завтра.

    Как сообщили в Национальном департаменте гидрометеорологии министерства экологии и природных ресурсов, 11 декабря в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, в основном без осадков. Утром местами вероятен слабый туман. Умеренный юго-западный ветер днем усилится.

    Ночью температура воздуха на Абшеронском полуострове составит 6-9, днем 11-14 градусов тепла, в Баку ночью ожидается 7-9, днем 12-14 градусов тепла.

    Атмосферное давление понизится с 762 мм до 758 мм ртутного столба, относительная влажность составит 60-70%.

    11 декабря в районах Азербайджана в основном ожидается без осадков, ночью и утром в отдельных местах прогнозируется туман. Западный ветер, местами с усилением. Ночью температура воздуха составит 4-8, днем 9-14 градусов тепла, в горах ночью от 3 градусов мороза до 2 градусов тепла, днем 4-8 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, 11-12 декабря слабые и умеренные колебания метеорологических факторов на Абшеронском полуострове в основном благоприятны для метеочувствительных людей.

  • Qubada tələbə itkin düşüb

    Quba rayonunun Vladimirovka kənd sakini, 17 yaşlı Əziz Qasımov dekabr ayının 1-də səhər saatlarında təhsil aldığı Quba rayon Dövlət Sosial İqtisadi Kollecə getmiş, lakin dərs saatları bitdikdən sonra təhsil müəssisəsindən çıxaraq geri qayıtmayıb.

    Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumat verilib.

    Əziz Qasımovun əlamətləri belədir: boyu 180 sm., arıq bədən quruluşlu, yumru sifətli, qısa qara saçlı, gözlərinin rəngi qəhvəyidir.

    Dərsə gedən zaman onun əynində yaşıl rəngdə şalvar və eyni rəngdə qısaqol gödəkcə, göy idman ayaqqabısı olub.

    Şəkildə gördüyünüz gənci tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə və 050-364-49-50; 050-863-11-50 (Atası) mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.