Month: December 2018

  • Əri tərəfindən döyülən qadın Bakıya qaçdı – VİDEO

    Azərbaycanda daha bir qadın məişət zorakılığının qurbanı olub. O, illərdir həyat yoldaşı tərəfindən döyülüb, təhqir edilib.

    Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, Aran rayonlarının birindən qaçan qadın Bakıda yerləşən Uşaqlar Birliyininin sığınacağına gəlib.

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, qadın gördüyü şiddətdən ciddi psixoloji sarsıntı keçirib.

    Sədrin sözlərinə görə, zorakılığa məruz qalan qadın müəyyən dövrlərdə xəyanətdə ittiham edilib. İki azyaşlı qızı ilə rayondan Bakıya gələn qadın həyat yoldaşından qanuni şəkildə boşanmaq istəyir.

  • Azərbaycanlılar ən çox hansı xəstəliklərdən ölürlər? -TOP 10

    Azərbaycandan insanlar ən çox nədən ölür?  IHME ölkəmizdə ölümə səbəb olan 10 başlıca xəstəlikləri dərc edib.

    Azərbaycanda 1990-2017-ci illər ərzində  orta ömür 3 il artıb, 5 yaşdan aşağı uşaqlar arasında isə ölüm halları iki dəfədən çox azalıb. Bu statistik məlumatlar ABŞ-ın Vaşinqton Universiteti nəzdində ümumdünya səhiyyə sahəsində tədqiqatlar aparan IHME (Sağlamlıq Göstəricisi və Qiymətləndirilməsi İnstitutu) adlı qeyri-hökumət təşkilatının hesabatında təsbit olunub.  

    1990-ci illərin əvvəlindən etibarən bu yöndə müsbət dəyişikliklər olsa da,  2017-ci ildə kişi və qadın orta ömrü arasında kifayət qədər yüksək fərq  ( təxminən 7,5 il) göz qarşısındadır.

    İHME artıq uzun müddətdir ki,  müxtəlif ölkələrdə “Qlobal Xəstəlik Yükü” adlı tədqiqatı əlaqələndirir.  Tədqiqat layihəsi ayrı-ayrı ölkələrdə sağlamlığın itirilməsi ilə bağlı  irimiqyaslı statistik araşdırmanın aparılmasına yönəlib. Tədqiqat təşkilatı insanların sağlamlıq səviyyəsi, o cümlədən  orta ömür və  ölüm hallarını ilə bağlı etibarlı rəqəmlər ortaya qoyur. Təşkilatın məlumatlarına görə, Azərbaycanda ölümə səbəb olan əsas 10 xəstəlikdən səkkizi qeyri-infeksion xəstəliklərin payına düşür.

    Azərbaycanlıları üçün ən bəlalı xəstəliklər əvvəlki illərdə olduğu kimi ürəyin işemik xəstəlikləridir. Statistika nə qədər üzücü olsa da,  xəstəlik son 10 il ərzində daha təhlükəli temp götürüb (26,8 faiz artım qeydə alınıb). Siyahıda ikinci yerdə insult gəlir (1,8 faiz artım qeydə alınıb). Geridə qoyduğumuz 10 il ərzində sirroz və böyrəklə bağlı digər xəstəliklər beşinci yerdən üçüncü yerə yüksəlib (13,3 faiz artım qeydə alınıb). Ölümə səbəb olan  xəstəliklərin onluğunda aşağı tənəffüs yollarının xəstəlikləri, Alzheymer sindromu,  neonatal pozuntular, ağciyərlərin xroniki obstruktiv xəstəlikləri, ağciyər xərçəngi, şəkərli diabet və mədə xərçəngi də yer alır.

    Təqdim olunmuş məlumatlara əsasən, aşağı tənəffüs yollarının xəstəlikləri (17,4 faizlik azalma qeydə alınıb; üçüncü yerdən dördüncüyə düşüb) və neonatal pozuntular (23 faizlik azalma qeydə alınıb, dördüncü yerdən altıncı yerə tənəzzül edib) əvvəlki illərlə müqayisədə daha az can alır. Ağciyərin xroniki obstruktiv xəstəlikləri altıncı yerdən, yeddinci yerə enib (21, 5 % azalma), mədə xərçəngi  səkkizinci yerdən onuncu yerə düşüb (20, 6 faiz azalma).  Şəkərli diabet doqquzuncu yerdə qalıb (27,5 faizlik artım qeydə alınsa belə).

    Digər tərəfdən Alzheymer daha çox ölüm hallarına bais olmağa başlayıb. Son 10 il ərzində yeddinci yerdən beşinci yerə yüksəlib, 59,4 faiz artım qeydə alınıb). Eyni sözləri ağciyər xərçənginə də şamil etmək olar: 55,7 faiz artımla 10-cu yerdən səkkizinci pilləyə yüksəlib.

    IHME statistikasına görə Azərbaycanda ölümə səbəb olan xəstəliklərin “top” onluğunu təqdim edirik:

    1. Ürəyin işemik xəstəlikləri

    2. İnsult

    3. Sirroz və digər xroniki böyrək xəstəlikləri

    4. Aşağı tənəffüs yollarının infeksiyası

    5. Alzheymer xəstəliyi

    6. Neonatal pozuntular

    7. Xroniki obstruktiv ağciyər xəstəlikləri

    8. Ağciyər xərçəngi

    9. Şəkərli diabet

    10. Mədə xərçəngi

    İlk altı pillədə o qədər də nəzərəçarpan dəyişiklik olmasa da, ağciyər xərçəngindən ölüm hallarının artımı narahatlıq doğurur.  Belə ki, 10 il ərzində 54.7 faiz artımla onuncu pillədən yeddinci piləyə yüksəlib). Digər tərəfdən vərəm daha az can almağa başlayıb: yeddinci yerdən 12-ci yerə düşüb (30,2 faizlik geriləmə qeydə alınıb).

    Mütəxəssislər qeyd edir ki, fəaliyyət qabiliyyətinin itirilməsi  başlıca olaraq bel ağrıları (26,8 artım), baş ağrıları (15,7 faiz artım), şəkərli diabet (36,4 faiz artım),  yıxılma (47,2 faiz artım), depressiv pozuntular (20,9 faiz artım), yaşla əlaqədar eşitmə qabiliyyətinin itirilməsi (27,5 faiz), dəmirdefisitli anemiya ( 12,3 faizlik eniş), korluq  və görmə qabiliyyətinin pisləşməsi (23,8 faiz artım), boyun ağrıları (26,7 faiz artım) və neonatal pozuntularla (16,1 faiz artım) əlaqədar olub.

    Tədqiqatlar göstərir ki, Azərbaycanda  ölüm və fəaliyyət qabiliyyətinin itirilməsi  qismən davranış faktorları o cümlədən, diyetik risklər, siqaret çəkmə, natamam qidalanma və spirtli içkilərin qəbulu  ilə bağlıdır.

    Bundan savayı Azərbaycanda ölüm riskini artıran digər əsas faktorlar  kimi, metabolik faktorlar, o cümlədən yüksək arterial təzyiq, izafi qlükoza səviyyəsi, artıq çəki, yüksək xolesterin miqdar və böyrək funksiyalarının pozulması  göstərilib.

    Risk faktorlarının ilk onluğu olduğu kimi qalsa  da, natamam qidalanma faktoru 2-ci yerdən 6-cı yerə enib (25 faiz azalma qeydə alınıb.)

    10 il əvvəl olduğu kimi, ən təhlükəli risk faktorları diyetik risklər hesab olunur ; 14,9 faiz artım qeydə alınıb (birinci yer). Erkən ölüm və fəaliyyət qabiliyyətinin itirilməsinə təsir edən risk faktorlarının onluğuna  2017-ci ildə  yüksək sistolik arterial təzyiq (17,2 faiz), yüksək qlükoza səviyyəsi (24,3 faiz), siqaret çəkmə (22,6 faiz), artıq çəki (yüksək bədən kütləsi indeksi , 40,7 faiz artım), natamam qidalanma (25 faiz azalma), yüksək xolesterin miqdarı (aşağı qalınlıqlı lipoprotein səviyyəsinin yüksək olması, 25,6 faiz artım), havanın çirklənməsi (3,1 faiz azalma), spirtli içki qəbulu (1,7 faiz azalma) və böyrək funksiyalarının pozulması (onluğu tamamlayır, 14,9 faiz artım) daxildir.
    /oxu.az

  • Texniki baxışdan keçən avtomobillə radara düşdü – VİDEO

    Texniki baxışdan keçən avtomobillə radara düşüb.

    Median.Az “Xəzər” TV-yə istinadən xəbər verir ki, avtomobil sahibi Tərlan Əhmədov deyir ki, dövlət qeydiyyat nişanı “99-ES-562” olan avtomobili ilə sentyabrın 17-də Gəncə istiqamətində gedərkən radara düşüb.

    Avtomobilin texniki baxışdan keçirilmədiyini deyərək, sürücüyə 50 manat cərimə yazılıb.

    Tərlan Əhmədov deyir ki, o avtomobilini bu ilin iyul ayının 31-də texniki baxışdan keçirib.

    Sürücü bununla bağlı aidiyyəti qurumlara müraciət etdiyini, ancaq heç bir nəticəsinin olmadığını deyir.

  • Kamera qarşısında keçmiş arvadını və tanışını yaralayan şəxs apellyasiya şikayəti verib – FOTO + VİDEO

    Bakı Apellyasiya Məhkəməsində Gəncə şəhər sakini Rəşad İbrahimzadənin CM-nin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddəlləri ilə məhkum olunmasına dair hökmdən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış keçirilib.

    Median.Az xəbər verir ki, bu il mayın 1-də Nərimanov RPİ-nə Xətai prospekti, 39 ünvanında naməlum şəxsin iki nəfəri bıçaqlayıb, hadisə yerindən qaçması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan polis və prokurorluq əməkdaşlarına məlum olub ki, öldürülən qadın – 30 yaşlı Gəncə şəhər sakini Zəhra İbrahomovadır, yaralanan 36 yaşlı Emil Əliyev Kliniki Tibbi Mərkəzə çatdırılıb. Məlum olub ki, törədilən cinayət insanların gözləri qarşısında baş verib, müşahidə kameraları tərəfindən qeydə alınıb.

    Faktla bağlı Nərimanov rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Zəhrə İbrahimovanın ölümünə – döş qəfəsinin boşluğa keçən deşilmiş-kəsilmiş yaralardan ürəyin, ağciyərlərin və qarının zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

    Hadisə yerindən yayınan Rəşad İbrahimzadə Gəncə şəhərinə gedib və səhərisi gün Gəncə BPİ-nə təslim olaraq, Bakı şəhərində qısqandığına görə keçmiş həyat yoldaşını qətlə yetirdiyini etiraf edib. O, Nərimanov RPİ 18-ci polis bölməsinin əməkdaşlarına təhvil verilib.

    İstintaqla müəyyən edilib ki, Rəşad İbrahimzadə keçmiş arvadı Zəhrə İbrahimovanın başqa kişilərlə görüşərək, əxlaqsız həyat tərzi keçirməsindən şübhələnib. Mayın 1-i səhər saat 8 radələrində, «Gənclik» metro stansiyasının yaxınlığındakı dayanacağda qadının 199 №i marşrut avtobusuna əyləşdiyini görüb, taksi avtomaşını ilə onu təqib edib. Zəhrə Xətai prospektində “Yaşıl bazar”ın qarşısında, avtobusdan düşdükdən sonra onu izləməkdə davam edib. Özəl tibb klinikasının qarşısında, qadının tanımadığı şəxslə səmimi görüşüb və yanaşı getdiklərini görüb, yaxın münasibətdə olduqlarını düşünərək, onları qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlib.

    Bu məqsədilə, təxminən 2 il əvvəl qanunsuz olaraq əldə etdiyi soyuq silah hesab edilən qatlanan ov bıçağı ilə əvvəlcə Zəhrə İbrahimovaya zərbələr endirərək, onu qəsdən həyatdan məhrum edib. Daha sonra, həmin bıçaqla Emil Əliyevin sağlamlığına, ağır zərər vurmaya aid bədən xəsarətləri yetirib, lakin sonuncu dərhal tibb müəssisəsinə çatdırılaraq, ona vaxtında tibbi yardım göstərilib. Həyatı xilas edildiyindən, Rəşad İbrahimzadə iradəsindən asılı olmayan səbəblərə görə Emil Əliyevi qəsdən öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməyib.

    İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Rəşad İbrahimzadə bildirib ki, Zəhrə İbrahimova ilə nigahları 2018-ci il fevralın 14-də Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi tərəfindən pozulub. Keşmiş arvadının yad kişilərlə görüşüb, əxlaqsız həyat tərzi keçirməsindən şübhələndiyi üçün onu izləməyə başlayıb. Mayın 1-i səhər saat 9 radələrində Zəhrə Xətai prospekti, 39 ünvanda yerləşən özəl tibb klinikasının qarşısında əvvəllər tanımadığı Emil Əliyevlə görüşüb, onunla yanaşı gedərkən Rəşad daha da qıcıqlanıb. Onların yaxın münasibətlərdə olduqlarını güman edib və hər ikisini öldürməyi qərarlaşdırıb. İti addımlarda arxadan onlara çataraq, Zəhrənı çağırıb və yaxınlaşıb, onun qarın nahiyyəsindən zərbə endirib. Bunu görən Emil Əliyev onların yanından uzaqlaşıb, keçmiş həyat yoldaşına xəsarətlər yetirərkən həmin şəxs qaçaraq, üzərinə gəlib və ona ayaqları ilə zərbə vurub, lakin müvazinətini itirib, yerə yıxılıb. Rəşad qarşısında, uzanmış vəziyyətdə olan Emilə zərbələr endirməyə başlayıb. Bundan istifadə edən Zəhrə qışqıraraq, bir az irəliyə qaçıb. Daha sonra onun öldüyünü güman edən İbrahimzadə hadisə yerindən qaçıb.

    Zərərçəkmiş şəxsin hüquqi varisi Şəfaqət Bağırova bildirib ki, internet xəbər saytlarında qızı Zəhrənin Rəşad tərəfindən öldürülməsi xəbərini oxuyub və həmin gün Gəncədən Bakıya gəlib. Nigahları pozulsa da İbrahimzadə daim Zəhrəni qısqanıb, onu izləyib. Qızını Emil Əliyevlə qeyri-rəsmi yaşadığını düşünüb və qəflətən hücum edib, onu öldürüb.

    Məhkəmə prosesində İbrahimzadə ittiham üzrə özünü qismən təqsirli bilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Hökmdən R.İbrahimzadə apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsində iş üzrə baxış dekabrın 10-na təyin edilib.















  • Azərbaycanda dörd yaşlı uşaqda nadir genetik xəstəlik aşkarlanıb

    Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssisləri dörd yaşlı körpədə nadir genetik xəstəliyin olduğunu təsdiqləyiblər. Bu vaxtadək raxit diaqnozu ilə müalicə alan Gülşən Rəsulova adlı balaca pasiyent, əslində, tamamilə fərqli xəstəlik – mukopolisaxaridozdan əziyyət çəkirmiş.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, uşağın həkimi, ATU-nun II uşaq xəstəlikləri kafedrasının assistenti Adilə Çernik-Bülənd bildirir ki, raxit diaqnozu qoyulduğu üçün xəstəyə çox miqdarda vitamin D verilib.

    Nəticədə, vitamin D artıqlığı – hipervitaminoz yaranıb. Bu, özü də ayrıca bir xəstəlikdir. Lakin körpə Kürdəmirdə yerli nevropatoloq tərəfindən müayinə olunarkən, raxit diaqnozunun düzgünlüyü ilə bağlı şübhə yaranıb. Odur ki, balacanı ATU-ya yönləndiriblər.

    Adilə xanımın sözlərinə görə, xəstənin müayinəsi zamanı mukopolisaxaridoz olduğundan şübhələnib:

    “Mukopolisaxaridozun özünəməxsus əlamətləri var. Belə xəstələrin kürəyində tüklər çıxır, qaşları, kiprikləri qalın olur, saçları uzun, burun yəhəri batıq olur, əlləri bir qədər içəriyə tərəf əyilir. Mən də uşağın əlində bu əlaməti görəndən sonra həmin xəstəlikdən şübhələndim”.

    Həkim bildirir ki, bu xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün ehtiyac olan analiz çox bahalıdır. Tək bir analizin qiyməti 1800 avro təşkil edir. Lakin G.Rəsulovanın analizini qazaxıstanlı həmkarların köməyilə Almaniyada pulsuz həyata keçirmək mümkün olub. Təəssüf ki, analiz azərbaycanlı həkimlərin şübhələrini təsdiqləyib – dörd yaşlı pasiyentdə mukopolisaxaridoz xəstəliyi olduğu təsdiqlənib.

    Adilə Çernik-Bülənd qeyd edir ki, belə xəstələrin orqanizmində enzim fermenti olmur. Orqanizmdə turş mukopolisaxaridlərin mübadiləsi pozulur, parçalanmamış, tam yanmamış maddələr lizosomonlarda toplanır. Nəticədə turş mukopolisaxaridlərin utilizasiyası pozulur.

    Sümüklər əyilir, kürəkdə qozbellik yaranır. Bu irsi xəstəliyin yeddi növü var. Qurler, Hunter, Sanfilippo, Morkio, Maroto-lami, Şeye və Slay sindromu. Məsələn, məşhur “Notr-Dam kilsəsinin qozbeli” əsərindəki Kvazimodo məhz bu xəstəliyin birinci tipi olan quller xəstəsi olub. Belə xəstələr yalnız son mərhələdə həmin formaya düşürlər.

    Hər bir növdə konkret bir ferment çatışmazlığı müşahidə olunur. Ona görə də xəstəliyin hər bir tipinə uyğun çatışmayan ferment xəstəyə vurulur. Lakin bu müalicə ömürlük davam etməlidir.

    Adilə Çernik-Bülənd qeyd edir ki, dörd yaşlı balaca Gülşənə də müalicə lazımdır. Hələlik simptomatik müalicə yazılır. Lakin bu nadir rast gəlinən xəstəliyin müalicəsi də baha olduğundan, xəstənin ailəsinə Səhiyyə Nazirliyi tərəfindən yardım olunacaq.

    Həkim məsləhət görür ki, uşaqlarında belə irsi xəstəlik olan valideynlər növbəti dəfə uşaq gözləyəndə, mütləq genetik analizdən keçsinlər və yalnız risk olmadığı halda ikinci uşağı dünyaya gətisinlər.

  • В Азербайджане запретили строительство вблизи кладбищ

    Земельные участки под кладбища на территориях вокруг населенных пунктов в городах, поселках и сельских населенных пунктах выделяются с тем условием, что минимальная санитарно-защитная зона между участками под кладбища и жилыми, а также общественными зданиями, объектами сельхозназначения и предприятиями по производству пищевой продукции составляет 300 метров.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом говорится в утвержденном законопроекте «Правила по закладыванию и управлению кладбищами».

    Кроме того, на территориях, подпадающих под санитарно-защитную зону имеющихся и проектируемых к закладке кладбищ, запрещено строительство жилых и общественных зданий, объектов сельхозназначения и предприятий по производству пищевой продукции, а также сооружений водоснабжения для хозяйственно-питьевых нужд.

    В законопроекте также отмечается, что размеры земельных участков, выделенных под кладбище, будут определены в расчете 0,24 гектара на каждую 1 000 человек.

  • Qəbir yerlərini rezervasiya etmək olarmı?

    Qəbir yerlərinin rezervasiyası barədə qərar verilib.

    Bu, təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda nəzərdə tutulub.

    Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yalnız qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.

    Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrinə daxil etməlidir.

    Bu Qaydalarda qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdır.

    Qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə beş gün müddətində məlumat göndərməlidir.
    //oxu.az

  • Цена азербайджанской нефти упала на шесть процентов

    Мировые цены на нефть продолжают падать в пятницу 7 декабря.

    Цена азербайджанской легкой нефти, добываемой на блоке месторождений «Азери-Чираг-Гюнешли» составила 60,24 доллара за баррель, что на 3,82 доллара меньше предыдущего показателя.

    Цена Azeri Light 5 декабря составила 58,96 доллара за баррель, что меньше на 3,83 доллара по сравнению с предыдущим показателем.

  • Сбитая автомобилем уборщица скончалась в Баку

    В Баку скончалась 53-летняя уборщица, тяжело пострадавшая в результате ДТП.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в городской клинической больнице №3.

    «Состояние пострадавшей было тяжелым. Она скончалась вчера днем после операции», – сказали в больнице.

  • Bakıda maşınla vurulan süpürgəçi öldü

    Bakıda avtomobil qəzasında ağır xəsarət alan 53 yaşlı süpürgəçi dünyasını dəyişib.

    Bu barədə oxu.az-a 3 saylı şəhər kliniki xəstəxanasından məlumat verilib.

    Dünən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı aldığı ağır xsarətlərdən vəfat edib:

    “Xəstənin vəziyyəti ağır olub. Dünən əməliyyatdan sonra günorta saatlarında dünyasını dəyişib”.