Month: December 2018

  • Изменен ряд маршрутных линий Баку

    Внесены изменения в некоторые регулярные маршрутные линии Баку.

    Об этом Median.Az сообщает со ссылкой на Бакинское транспортное агентство, данный шаг направлен на повышение качества оказываемых населению в общественном транспорте пассажирских услуг.

    Было принято решение объединить маршрутные линии №12 и 44 под единым номером (№12) из-за повторения ими маршрутных направлений.

    Кроме того, на ООО «Çinar Trans» было возложено оказание услуг пассажирской перевозки по регулярным маршрутным линиям №62 и 81.

    Пассажирская перевозка по обеим маршрутным линиям будет осуществляться на обновленных автобусах.

    Обновленные автобусы также будут запущены на регулярную маршрутную линию №64. С этой целью оказание услуг пассажирской перевозки на указанной линии временно возложено на фирму «General avto kompani», а организация услуг пассажирской перевозки по регулярной маршрутной линии №88 поручена ООО BakuBus.

    Изменения будут применяться с 1 января будущего года.

  • Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətləri artırılır

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətləri artırılır.

    Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Avtomobil yolları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirilib ki, bundan sonra AAYDA öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.

    Qanun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb:

    “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

    Qeyd edək ki, prezident İlham Əliyevin imzası ilə MM-ə daxil olan qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.//oxu.az

  • Задержан водитель, скрывшийся после наезда в Газахе

    Как сообщает Median.Az, 5-го декабря примерно в 20 часов на территории села Чайлы неизвестный автомобиль сбил жителя Тертерского района Искяндара Асадли и скрылся.

    В результате пешеход с тяжкими травмами был доставлен в Центральную районную больницу.

    Сотрудники Газахского РОП в ходе оперативно-розыскных мер задержали жителя района Эльсавара Мусаева, который совершил наезд на автомобиле марки “ВАЗ 21074”.

    В Главном Следственном Управлении МВД по факту ведется расследование.

  • Qazax polisi piyadanı vurub, qaçan sürücünü saxlayıb

    Median.Az xəbər verir ki, dekabrın 5-i saat 20 radələrində Çaylı kəndi ərazisində Tərtər rayon sakini İsgəndər Əsədli müəyyən edilməmiş avtomobillə vurulub.

    Nəticədə piyada ağır xəsarətlərlə Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

    Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-21074” markalı avtomobilin sürücüsü, rayon sakini Elsevər Musayev saxlanılıb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

  • Yağış yağacaq, külək əsəcək – PROQNOZ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti dekabrın 8-nə gözlənilən hava şəraitini açıqlayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

    Dekabrın 8-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

  • Bakıda zibil maşını piyadanı vurub öldürdü – VİDEO

    Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

    Zibil daşıyan maşın orta yaşlı kişini vuraraq öldürüb.

    Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

  • В Баку автобус со школьниками попал в ДТП

    В Баку автобус, перевозивший школьников, попал в ДТП.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, автобус направлялся из поселка Гобу в среднюю школу №217.

    В транспортном средстве находились 10 школьников и родители. В результате ДТП двое учащихся и двое родителей получили тяжелые травмы.

    В Министерстве здравоохранения сообщили, что четверо пострадавших были доставлены в больницу, им была оказана медицинская помощь. Их состояние оценивается как удовлетворительное.

  • Bakıda məktəbliləri aparan avtobus qəzaya düşdü

    Bakıda məktəbliləri daşıyan avtobus qəzaya düşüb.

    Qobu qəsəbəsindən şəhər istiqamətində gələn yolda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 217 nömrəli tam orta məktəbin şagirdlərinin də olduğu avtobus qəzaya uğrayıb.

    Qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan iki şagird və iki valideyn daha ciddi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. Bir şagird və bir valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

    Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, baş verən qəza zamanı dörd nəfər xəstəxanaya yerləşdirilib:

    “Qəza zamanı xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstaxanasına və Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan ikisi şagirddir. Hazırda vəziyyətləri yaxşıdır”.

    Onu da qeyd edək ki, nəqliyyat vasitəsi valideynlərin təşəbbüsü ilə Qobu qəsəbəsindən 217 nömrəli tam orta məktəbə şagirdlərin aparılıb-gətirilməsi üçün sifariş olunub.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, idarənin əməkdaşları xəstəxanada olub, xəsarət almış şagirdlərin vəziyyəti ilə maraqlanıblar.

    Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, əlavə məlumat veriləcək.//oxu.az

  • Azərbaycanda qəbir yerlərinin ayrılması ödənişsiz olacaq

    Qəbir yerlərinin ayrılmasına görə ödənişlər barədə qərar verilib.

    Bu, təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda nəzərdə tutulub.

    Qəbiristanlıq ərazisindəki qəbir yerləri yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyətinə və milli adət və ənənələrinə uyğun olaraq, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri nəzərə alınmaqla, seksiyalara ayrılmalıdır və qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə bu barədə məlumat yerləşdirilir.

    Azərbaycan vətəndaşlarının, Azərbaycanda olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.

    Azərbaycan Respublikasında müvəqqəti olan və ya müvəqqəti yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Səhiyyə Nazirliyinin məlumatı əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq həmin şəxs miqrasiya uçotundan çıxarılır.

    Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin vəfat etməsi barədə Səhiyyə Nazirliyinin məlumatı əsasında həmin şəxsin cənazəsinin müvafiq xarici ölkəyə göndərilməsi üçün Xarici İşlər Nazirliyi vətəndaşı olduğu və ya vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı xarici ölkənin səfirliyini və ya konsulluğunu məlumatlandırır.

    Azərbaycan ərazisində vəfat etmiş əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin cənazəsinin müvafiq 19 xarici ölkəyə göndərilməsi həmin şəxsin qohumları, qanuni nümayəndələri və ya cənazənin göndərilməsi ilə bağlı xərcləri çəkən digər şəxslər tərəfindən, həmin şəxs əməkçi miqrant olduğu halda isə onu işə cəlb etmiş hüquqi və ya fiziki şəxs tərəfindən təmin edilir.

    Qəbir yerindən yalnız dəfn olunmuş şəxsin Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş yaxın qohumları təkrar istifadə etmək hüququna malikdirlər. Qəbir yerindən dəfn olunmuş şəxsin yaxın qohumları tərəfindən təkrar istifadə edilməsinə yalnız dəfndən 25 il müddət keçdikdən sonra qohumluq əlaqələrini təsdiqləyən müvafiq sənəd təqdim edilməklə yol verilir.
    //oxu.az

  • Evə oğurluğa girən qadının görüntüləri müzakirələrə səbəb oldu – VİDEO

    “Show news” səhifəsisinin yaydığı videogörüntü cəmiyyətdə birmənalı qarşılanmayıb.

    Ev sahibləri oğurluğa gəlmiş qadının videogörüntülərini yayıblar.

    Qadın əməlinə görə peşman olub, bir daha təkrar etməyəcəyini söyləyib, buraxılması üçün yalvarıb.

    Ev sahibləri qadını buraxsalar da, görüntüləri sosial şəbəkələrdə yayıblar. Kadrlar sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.