Month: December 2018

  • В Баку произошел взрыв в цехе: есть пострадавшие

    В ткацком цехе в Гарадагском районе Баку произошел взрыв, после которого начался пожар.

    Как сообщили в МЧС, в результате взрыва сгорели воспламеняющиеся конструкции трехкомнатного одноэтажного объекта общей площадью 37 квадратных метров.

    Сообщается, что пострадали два человека. Пожар потушен.

  • Bakıda güclü partlayış, yaralılar var

    Bakının Qaradağ rayonunda tikiş sexi kimi fəaliyyət göstərən birmərtəbəli üç otaqlı tikilidə yanğınla nəticələnən partlayış baş verib.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə iki otağın yanar konstruksiyaları 37 kv.m sahədə yanıb.

    Hadisə zamanı iki nəfər xəsarət alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

  • Житель Агсу имитировал угон собственной машины

    В Агсу мужчина обратился в полицию с ложным заявлением об угоне собственного автомобиля.

    Как сообщили в Министерстве внутренних дел, житель села Аббасханлы Вугар Асадов сообщил в управление полиции Агсуинского района о том, что 7 декабря его автомобиль марки «ВАЗ-21074» был похищен при неизвестных обстоятельствах.

    В ходе расследования выяснилось, что В.Асадов представил полиции ложную информацию. Было установлено, что он продал машину на запчасти, разобрав ее во дворе жителя села Гарис-Айрибянд Р.Демирова.

    По факту ведется расследование.

  • Полиция разыскивает хулигана за выходку на Алее шехидов – ВИДЕО

    В полицию направлено обращение по поводу молодого человека, демонстрировавшего акробатические трюки на памятнике «Вечный огонь» на территории Аллеи шехидов.

    Как передает Median.Az, об этом Modern.az сказал инженер Треста гражданских услуг населению при Исполнительной власти города Баку Сабир Гасанов:

    «Управление полиции Сабаильского района информировано об этом инциденте и ведет соответствующее расследование».

    Заместитель главы пресс-службы МВД Орхан Мансурзаде подтвердил, что в настоящее время ведется расследование:

    «Ведется работа по установлению личности молодых людей и привлечению их к ответственности. Управление полиции Сабаильского района информирует общественность об итогах расследования».

    Отметим, что в социальных сетях распространилось видео, на котором молодой человек под музыку выполняет акробатические трюки на памятнике «Вечный огонь» на территории Аллеи шехидов.

  • DİN şəhidlərin ruhuna hörmətsizlik edən gənci araşdırır – VİDEO

    Şəhidlər xiyabanında “Əbədi məşəl” abidəsində akrobatik hərəkətlər edən gənclə bağlı polisə müraciət olunub.

    Median.Az-ın xəbərinə görə, bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin mühəndisi Sabir Həsənov bildirib:

    “Səbail Rayon Polis İdarəsi bu barədə məlumatlıdır və müvafiq araşdırma aparılır”.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib ki, hazırda bu məsələ ilə bağlı araşdırma aparılır:

    “Videogörüntüdəki gənclərin şəxsiyyətlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində iş aparılır. Səbail Rayon Polis İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

    Qeyd edək ki, sosial şəbəkələrdə gənc oğlanın gecə saatlarında “Əbədi məşəl” abidə kompleksində musiqi fonunda akrobatik hərəkətlər edərək abidənin divarlarına çıxması görüntüləri yayılıb.

  • Dövriyyədə nə qədər 200 manat var?

    Azərbaycan Mərkəzi Bankı bu il noyabrın 24-dən tədavülə buraxdığı 200 manatlıq əskinasların dövriyyədə olan həcmini açıqlayıb.

    Median.Az xəbər verir ki, qurumdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qısa müddət ərzində tədavülə buraxılmasına baxmayaraq, 200 manatlıq pul nişanları artım tempinə görə beynəlxalq təcrübə ilə müqayisədə adekvat səviyyədədir və dövriyyədə olan nağd pul kütləsinini 3%-ni (200 mln. manat) təşkil edir.

    Hazırda tədavüldə 200 manatlıq pul nişanları stabil templə artır.

  • В столице за угон автомобиля и мотоцикла задержаны 2 человека

    Как сообщает Median.Az, cотрудники 25-го отделения полиции Низаминского РУП на проспекте Г.Алиева задержали жителя столицы
    Мятина Мамедова, который 10-го декабря угнал автомобиль марки “Mercedes”, принадлежащий жителю столицы Сеймуру Мехралиеву

    Кроме этого, сотрудники 19-го отделения полиции Насиминского РУП в ходе розыскных мер задержали жителя Кюрдамирского района Лятифа Расулова, угнавшего 5-го декабря с территории района мотоцикл марки “Haojue”.

    По фактам ведется расследование.

  • Bakıda avtomobil və motosiklət qaçıranlar saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da rayon ərazisindən, Bakı şəhər sakini Seymur Mehrəliyevin “Mercedes” markalı avtomobilini qaçıran paytaxt sakini Mətin Məmmədov H.Əliyev prospektində avtomobillə birgə saxlanılıb.

    Avtomobilə baxış zamanı, ön hissəsinin əzik vəziyyətdə olması müəyyən edilib.

    Bundan başqa, dekabrın 5-də Nəsimi rayonu ərazisindən “Haojue” markalı motosikleti qaçıran Kürdəmir rayon sakini Lətif Rəsulov nəqliyyat vasitəsi ilə birgə 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Rəqsanə polis rəisindən 419 min manat borc alıbmış – Evi əlindən alınır

    Qaradağ Rayon Polis İdarəsinin rəisi İbrahimov Əli Fərman oğlu müğənni Rəqsanə İsmayılovanın mənzilini əlindən alır.

    Median.Az open.az-a istinadən xəbər verir ki, polis rəisi Rəqsanə İsmayılovanı məhkəməyə verərək müğənninin Nəsimi rayonunda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

    İşə Nəsimi Rayon Məhkəməsində baxılıb və polis rəisinin iddiası təmin edilib.

    Qərarla razılaşmayan Rəqsanə İsmayılova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Məmməd Məhəmmədovun sədrliyi ilə baxılaraq xüsusi qərar çıxarılıb. Qərara əsasən, Rəqsanə İsmayılovanın şikayəti təmin edilməyib.

    Bununla da razılaşmayan müğənni Konstutisiya Məhkəməsinə müraciət edib. Hazırda onun şikayəti icraata götürülüb.

    Qeyd edək ki, Rəqsanə İsmayılova bir neçə il əvvəl Ə.İbrahimovdan 419 min manat borc alıb və müqabilində Nəsimi rayonu ərazisində yerləşən mənzilini girov qoyub.

    Müğənni pulu qaytara bilmədiyindən polis rəisi onun mənzilindən istifadə hüququna xitam verilməsini tələb edib.

    Əldə etdiyimiz məlumata görə, Rəqsanə İsmayılova iddia edib ki, borc aldığı pulun 332 min dollarını qaytarıb, lakin əsas borcu qaytara bilməyib. O, borcu tam qaytara bilməməsini dolların qalxması ilə əlaqədar olduğunu bildirib.

    Hazırda Əli İbrahimov Rəqsanə İsmayılovadan 450 min manat pul tələb edir.

  • Gələn il pensiya yaşı belə olacaq – Cədvəl

    Azərbaycanda gələn il üçün kişilərin və qadınların pensiya yaşı daha 6 ay artacaq.

    Median.Az modern.az-a istinadla xəbər verir ki, 1 iyul 2018 – 30 iyun 2019-cu il tarixində kişilərin pensiya yaşı 64, qadınların isə 61 olacaq.

    1 iyul 2019 – 30 iyun 2020-ci il tarixində isə kişilərin pensiya yaşı 64 il 6 ay, qadınlarınkı isə 61 il 6 ay olacaq.

    Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna edilmiş sonuncu dəyişikliklərə görə, kişilərin və qadınların pensiya yaşı dəyişdirilib.

    Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 4.1-ci maddəsində (Yaşa görə əmək pensiyası hüququ) göstərilib ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.

    Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.