Month: December 2018

  • Прокурор попросил 18 лет срока мужчине, который сжег жену брата

    В Бакинском суде по тяжким преступлениям cостоялось очередное судебное заседание по уголовному делу в отношении жителя столицы Илькина Аскерова, обвиняемого по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвинительному акту, в Сабунчинском районе Илькин Аскеров во время инцидента облил бензином жену брата Хатиру Аскерову и поджег ее. В результате получившая тяжкие ожоги женщина скончалась на месте происшествия.

    И.Аскеров был задержан сотрудниками Сабунчинского РУП и передан следствию.

    Выступивший во время судебного процесс гособвинитель попросил приговорить обвиняемого к 18 годам лишения свободы.

    Очередной процесс назначен на 18 декабря.

  • Qardaşı arvadını yandırıb, öldürən şəxsə prokuror 18 il cəza istəyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İlkin Əsgərovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, Sabunçu rayonunda İlkin Əsgərov qardaşı arvadı Xatirə Əsgərova ilə mübahisə edərkən, onun üzərinə alışdırıcı mayəni töküb və qadına od vurub. Nəticədə zərərçəkmiş aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

    İ.Əsgərov Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təqdim edilib.

    Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmasını xahiş edib.

    İş üzrə növbəti iclas dekabrın 18-nə təyin olunub.

  • Стоит ли ожидать наплыва туристов в Азербайджан на Новый год? – ВИДЕО

    До наступления Нового года осталось менее трех недель и многие уже давно спланировали, как и где они проведут новогодние каникулы.

    Сайт «Москва-Баку.ru» провел опрос среди москвичей по поводу того, где же они собираются провести новогодние праздники. Некоторые из них хотели бы отметить начало нового года заграницей. Самыми популярными направлениями среди респондентов стали европейские страны.

    Однако нашлись и те, кто обычно отмечает праздник в теплых странах – в Таиланде и на Бали. Идея встретить Новый год в Баку также пришлась им по душе. Азербайджан, по мнению большинства, отлично подходит на эту роль.

    «Я слышала, что Баку – прекрасный и современный город, его очень красиво украшают перед праздниками. Да и кухня там отличная!», – рассказала одна из опрошенных девушек.

    Стоит ли в таком случае ждать потока российских туристов в Баку на новогодние праздники?

    Как рассказал в беседе с Media.Az сотрудник одной из туристических компаний Баку Анар Гаджиев, в последние годы достаточно много иностранных туристов не прочь отпраздновать Новый год в Баку.

    «Преимущественно, это гости из России, в основном семьи. В этом году мы также ожидаем наплыва туристов из cоседней страны. О численности говорить пока рано, но по предварительной информации, их будет больше, чем в прошлом году. Год назад наша компания на новогодние праздники встретила 180 гостей.

    В целом гостей, приезжающих на новогодние праздники, можно разделить на две группы. Первые – это те, кто приезжает именно для встречи Нового года. Они прилетают 29 декабря и находятся в Азербайджане до 5 января.

    Вторая группа туристов прилетает после Нового года, и находится в стране со 2 по 9 января. Эти группы туристов обычно не бюджетные и останавливаются в дорогих отелях. Чаще всего они не выезжают за пределы столицы, но встречаются и туристы, посещающие регионы страны. Особенно туристы любят выезжать в Шеки.

    Кстати, на сегодняшний день на российском туристическом рынке самыми популярными маршрутами из стран ближнего зарубежья являются Грузия, Азербайджан, Армения и Узбекистан», – рассказал А.Гаджиев.

    Что касается стоимости новогоднего пакета на двоих, то он составляет в среднем 1 400 долларов США. Данный турпакет рассчитан на срок с 30 декабря по 5 января. В его стоимость входит проживание, трансфер, экскурсионная программа и новогодний ужин в отеле среднего звена. В среднем, гости из России ежедневно тратят на двоих в Азербайджане порядка 60 долларов, не считая проживания в отеле.

    По словам А.Гаджиева, на новогодние праздники также ожидается наплыв туристов в Азербайджан из ОАЭ, Ирака, Катара, Саудовской Аравии, Пакистана и Индии.

  • В Сумгайыте за совершение краж задержаны 5 человек

    Как сообщает Median.Az, сотрудники 4-го отделения полиции Сумгайытского ГУП в ходе оперативно-розыскных мер задержали жителя города Тарлана Джафарова, который украл из двух домов и одного магазина ремонтные инструменты, окно и сигареты, жителя города, ранее судимого Самира Исаева, который украл из двух автомобилей и сумки женщины деньги, флэшку, 4 шины, жительницу города Гюльмирзу Шафиеву, которая украла из трех домов деньги, одежду и велосипед, жителя города, ранее судимого Рамиля Ахмедова, который украл из двух автомобилей деньги и аккумулятор.

    Кроме этого, сотрудники 1-го отделения полиции Сумгайытского ГУП в ходе следственно-розыскных мер задержали жителя города, ранее судимого Мехмана Алиева, который с 12-го июля по 4-е декабря украл из пяти домов предметы быта.

    В Следственном отделе ГУП по фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Sumqayıtda oğurluq əməllərinə görə 5 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 evdən və 1 mağazadan təmir-tikinti alətləri, pəncərə çərçivəsi və tütün məmulatı oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Cəfərov, 2 avtomobildən, 1 qadının çantasından pul, yaddaş kartı, videoqeydiyyat qurğusu və 4 ədəd təkər oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İsayev, 3 evdən pul, velosiped və geyim əşayaları oğurlayan, 1 nəfərə qarşı dələduzluq edən şəhər sakini Gülmirzə Şəfiyev, 2 avtomobildən pul və akkumulyator oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov saxlanılıblar.

    Bundan başqa, Sumqayıt ŞPİ 1-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il iyulun 12-dən dekabrın 4-dək olan müddətdə, şəhər ərazisindəki 5 evdən məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Əliyev saxlayıblar.

    Sumqayıt ŞPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Bətnində körpəsini öldürən ananı hansı cəza gözləyir?

    Ötən gün Lənkəranda ana yeddi aylıq körpəsini bətnində dərmanla öldürüb. Qadın bildirib ki, müayinədən keçərkən doğulacaq qız uşağının xəstə olduğunu öyrənib. Dərman preparatı qəbul edərək, uşağı məhv etmək istəyib.

    Bəs, ananı hansı cəza gözləyir?

    Hüquqşünas Ruslan Vəliyev oxu.az-a açıqlamasında bildirib ki, uşağını dərmanla məhv edən ananı Cinayət Məcəlləsinin 121-ci maddəsinə görə üç ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası gözləyir:

    “Ana uşağı doğulmamışdan əvvəl öldürüb. Bu, qanunsuz abortdur. Cinayət Məcəlləsinin 141.2-ci maddəsinə əsasən, 1000-1500 manat cərimə və ya bir ilədək islah işi nəzərdə tutulur”.

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, anaya heç bir haqq verilmir ki, uşağı məhv etsin:

    “Ola bilsin ki, hamiləlik dövründə qadının yaşadığı psixoloji gərginlik, uşağın səhhətində problemin olması ilə bağlı evdə mübahisələr yaranıb və o, bu addımı atıb. Biz bunları bilmirik. Amma heç kimə o haqq verilmir ki, yeddi aylıq uşağı dərmanla öldürsün. Arzuolunmaz, patologiyası olan hamiləliklərin dayandırılması halları az deyil. Dində də deyilir ki, bunu etmək düzgün deyil”.

    Kəmalə Ağazadə qeyd edib ki, bir məntiq, düşüncə var ki, uşağın qüsurlu doğulması ailə və özü üçün yetərincə problemlər yaradır:

    “Fikrimcə, qadına ailə tərəfindən təzyiq edilib ki, bu addımı atıb. Zamanında müdaxilə edib, hamiləliyi sonlandırmaq lazım idi. Bu isə artıq bir insanın həyatına qəsd etməkdən başqa bir şey deyil”.

  • Yol polisindən xəbərdarlıq: Qaydalar dəyişir

    Tez-tez eşitdiyimiz, hər dəfə təəssüf və böyük ağrı hissi ilə qarşıladığımız yol qəzaları bir çox hallarda avtomobillərin nasazlığı ucbatından baş verir.

    Bunu oxu.az-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib.

    “Artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmiş avtomobillərdən hər gün istər özümüz, istərsə də doğmalarımız, tanışlarımız istifadə edir. Odur ki, nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması, hər şeydən əvvəl daha çox özümüzə lazımdır. Elə həm də buna görədir ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından tələblərə uyğun olması “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb. Həmin qanunun tələblərinə əsasən, yol hərəkətində istifadə olunan mexaniki nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışa təqdim olunmalıdır”, – şöbə rəisi qeyd edib.

    Onun sözlərinə görə, texniki baxış zamanı təkcə avtomobilin texniki vəziyyəti yoxlanılmır, eyni zamanda, onun mənsubiyyəti, qeydiyyat məlumatları dəqiqləşdirilir, cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə tədbirləri həyata keçirilir. Bütün bunlar isə vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

    “YHH qanuna müvafiq olaraq, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və sair ildə bir dəfə, digər minik və yük avtomobillər isə istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə texniki baxışa təqdim edilməlidir”, – Quliyev vurğulayıb.

    Baş DYP İdarəsi qeyd edib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsi məqsədilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib:

    “Bu dəyişikliklər ilk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar olduğundan daha da maraq doğurur. Belə ki, əvvəlki qaydalara görə mexaniki nəqliyyat vasitələrinə texniki baxış yanvar ayının 1-dən oktyabr ayının 31-dək olan müddətdə keçirilirdisə, saz nəqliyyat vasitələrinə kağız daşıyıcıda texniki talon verilirdisə, artıq bu qaydalar ləğv edilib”.

    Onun fikrincə, qanuna edilmiş dəyişikliyə əsasən nəqliyyat vasitələrinin növbəti texniki baxışdan keçiriləcəyi günü müəyyən etmək üçün həmin avtomobillər yuxarıda qeyd etdiyimiz texniki baxışdan keçmə müddəti əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanmalıdır:

    “Qanunvericilikdə edilmiş daha bir dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi inzibati məsuliyyətə səbəb olur. Başqa sözlə desək, nəqliyyat vasitəsi verilmiş müddətin bitdiyi sonuncu gündən 20 gün ərzində texniki baxışa təqdim edilməlidir”.

    Bu müddət bitdikdən sonra texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrlə aşkarlanır və onun istifadəçisi barədə avtomatik rejimdə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır.

    Avtomobilini texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsə bu xətanı aradan qaldırmaq üçün daha 20 gün imkan yaradılır.

    Lakin BDYPİ qeyd edir ki, bu müddət başa çatanadək nəqliyyat vasitəsini hələ də texniki baxışa təqdim etməyən şəxs yuxarıda qeyd etdiyimiz qaydada hər dəfə inzibati məsuliyyətə cəlb edilir:

    “Məlumat üçün qeyd edək ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs avtomobilini müəyyən edilmiş növbəti texniki baxışın keçiriləcəyi gündən əvvəl də Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzlərinə təqdim edə bilərlər. Lakin, unutmaq lazım deyil ki, belə olduqda növbəti dəfə avtomobilinizin texniki baxışa təqdim olunma vaxtı dəyişiləcək və bu müddət avtomobilinizin sonuncu dəfə texniki baxışdan keçirildiyi gündən hesablanacaqdır”.

    Əlavə olaraq BDYPİ bildirir ki, qanuna edilmiş daha bir mühüm dəyişiklik isə texniki baxışdan keçmiş nəqliyyat vasitəsi barədə elektron talonun tərtib olunmasıdır. Bu halda artıq nəqliyyat vasitələrinin küləyə qarşı ön şüşəsinə vurulan texniki baxış talonuna ehtiyac qalmır:

    “Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə tərtib edilən elektron talon, dərhal elektron qaydada “ASAN ödəniş” sisteminə göndərilir və həmin sistem texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir”.

    “Texniki baxışa təqdim edilən avtobuslarda, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərində nasazlıqlar aşkar edildikdə onun sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Yalnız, bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur”, – deyə rəis deyib.

    Digər avtomobilləri texniki baxışdan keçirildikdən sonra əvvəlcə bu barədə elektron talon tərtib olunur. Əgər texniki baxış zamanı nasazlıqlar aşkar edilibsə, bu barədə avtomobil sahibinə bildiriş verməklə ona nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Həmin minik avtomobili növbəti texniki baxışa təqdim edilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, bu dəfə nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur.

    Sonda BDYPİ qeyd edir ki, nəqliyyat vasitələrinin dövlət texniki baxışa təqdim edilməsi qaydalarına edilmiş mühüm əlavə və dəyişikliklərdən biri də inzibati cərimələrin ödənilməsi ilə bağlıdır. Belə ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs yalnız barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər.

  • Азербайджан покупает у Турции «дождевые бомбы»

    Изобретение турецких ученых «долусавар» – звуковая бомба, которая превращает град в дождь – вызвало интерес со стороны ряда стран.

    Как передает Median.Az со ссылкой на Milliyet, Азербайджан уже начал импорт «долусаваров». Также бомбы заинтересовали несколько европейских стран, в том числе и Грецию.

    «Долусавар» был изобретен в городе Ван. По мнению ученых, оборудование способно остановить град, предотвращая кристаллизацию воды, тем самым вызывая дождь.

    «Дождевые бомбы» отправляют звуковые волны на высоту 12 километров, где образовывается град путем взрыва ацетиленового газа.

    «Долусувар» был изобретен с целью защиты посевов от пагубного града.

  • Лейла Алиева посвятила видео Гейдару Алиеву – ВИДЕО

    Вице-президент Фонда Гейдара Алиева, главный редактор журнала «Баку» Лейла Алиева посвятила в социальной сети Instagram пост своему дедушке, общенациональному лидеру Гейдару Алиеву.

    Л.Алиева поделилась в Instagram видеороликом, который содержит кадры с участием ее дедушки, а также строки из ее знаменитого стихотворения «Если б звезды ступеньками стали», посвященного Гейдару Алиеву.

  • Leyla Əliyeva Heydər Əliyevə video həsr etdi – VİDEO

    Heydər Əliyev fondunun vitse-prezidenti, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyeva babası, Ümummilli lider Heydər Əliyevə sosial şəbəkədə status həsr edib.

    L.Əliyeva “Instagram” hesabında babasının illər əvvəl çəkilmiş kadrlarını, eləcə də, ona həsr olunmuş “Əgər ulduzlar pillə olsalar” (Если б звезды ступеньками стали) şeirini paylaşıb.