Month: December 2018

  • В Баку ученицу седьмого класса не пускают в школу – ФОТО

    Ученице седьмого класса, живущей в бакинском поселке Гала, не позволяют ходить в школу.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, информация об этом была распространена в социальных сетях.

    Сообщается, что мать и бабушка хотят выдать ребенка замуж.

    В связи с этим в правоохранительные органы направлено обращение.

    Завотделом Государственного комитета по проблемам семьи, женщин и детей Эльгюн Сафаров заявил, что по факту ведется проверка.

  • Bakıda yeddinci sinifdə oxuyan qızı məktəbə qoymurlar – FOTO

    Bakıda, Qala qəsəbəsində yeddinci sinifdə oxuyan qızın məktəbə getməsinə icazə verilmir.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Belə ki, məlumata görə, qızın təhsil almasına atası və nənəsi mane olur. Bildirilir ki, qızı məktəbdən çıxarıb ərə verəcəklər.

    Məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.
    //oxu.az

  • Ганира Пашаева: Я перенесла операцию на обеих руках

    «Благодарна каждому из вас за ваши звонки, сообщения, молитвы о моем здоровье. Так как мне с диагнозом «синдром запястного канала» провели операцию на обеих руках, врачи не дали воспользоваться телефоном, поэтому я не смогла ответить на ваши сообщения и звонки каждому в отдельности».

    Об этом сказала азербайджанский депутат Ганира Пашаева, которая недавно перенесла операцию в Турции.

    «Члены моей семьи по возможности отвечали на звонки и сообщения. Всем благодарна. Благодаря вашим молитвам и помощи врачей я, дай Бог, скоро вылечусь.

    Верю, что по воле Всевышнего и благодаря вашим молитвам, мы скоро встретимся с вами на различных мероприятиях», – добавила депутат.

  • Qənirə Paşayeva səhhətindən danışdı

    Hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram.

    Hər iki əlimdə “karpal tunel sindromu” diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə, mesajlarınıza cavab yaza bilmədim.

    Bunu bu günlərdə Türkiyədə cərrahi əməliyyat keçirən millət vəkili Qənirə Paşayeva deyib.

    “Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram. İnşallah, Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə təxminən bir ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər.

    Yaradana şükürlər olsun. İnanıram ki, onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”, – deyə millət vəkili əlavə edib.

  • Несовершеннолетний совершил грабеж в Хатаинском районе

    Как сообщает Median.Az, сотрудники 34-го отделения полиции Хатаинского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы, несовершенолетнего М.А, который 6-го декабря путем грабежа отобрал у жительницы столицы И.Кязымовой кошелек, где было 230 манатов и мобильный телефон.

    Возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Xətai rayonunda soyğunçuluğa görə yeniyetmə tutulub

    Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 6-da paytaxt sakini İ.Kazımovanın, içərisində 230 manat və mobil telefon olan pulqabısını soyğunçuluq yolu ilə ələ keçirən yeniyetmə saxlanılıb.

    Faktlarla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Çavuşoğlu Azərbaycana gəlir

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.

    Qeyd edək ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də baş tutacaq.

    Nazirlikdən bildiriblər ki, iclas zamanı Azərbaycanın QDİƏT-ə sədrliyinin yekunları müzakirə olunacaq:

    “Bundan başqa, iqtisadi əməkdaşlıq sahəsində gündəlikdə dayanan nəqliyyat, energetika, kənd təsərrüfatı, elm, texnologiya və səhiyyə kimi məsələlər nəzərdən keçiriləcək”.

  • Bakıda binadan nəcis dolu torba atdılar – “Chevrolet” yararsız hala düşdü – VİDEO

    Bakıda şəhər sakininin avtomobili hündürmərtəbəli binadan atılan tullantıların zərbəsindən yararsız hala düşüb.

    Median.Az a24.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31c ünvanındakı binanın həyətində baş verib. Belə ki, avtomobilini binanın həyətində saxlayan sürücü bir neçə saat sonra gözlənilməz hadisə ilə qarşılaşıb.

    Binadan naməlum sakinlər tərəfindən içi tullantılarla dolu sellofan torbalar 99 PR 086 dövlət qeydiyyat nişanlı, “Chevrolet” markalı minik avtomobilin üzərinə atılıb.

    Nəticədə maşının arxa şüşəsini sınaraq yararsız hala düşüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ərazidə heç kim olmayıb. Avtomobilinin şüşəsinin sındığını görən sürücü sellofan torbaya baxış keçirərək onun içərisində quru heyvan nəcisinin olduğunu görüb.

    Sürücü bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda vəzifəli şəxs qəfil öldü – FOTO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vəzifəli əməkdaşı vəfat edib.

    Qrumun tabeliyindəki 1 saylı LİQ-in direktor müavini Zakir Paşayev dünyasını dəyişib.

    AAYDA rəhbərliyi və kollektivi Z.Paşayevin vəfatı ilə bağlı başsağlığı yayıb.

  • 17 yaşlı oğlan itkin düşdü

    Lənkəranda yeniyetmə oğlan itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin M.Nəsirli küçəsi 47 ünvanında baş verib.

    Həmin ünvanda yaşayan, 2001-ci il təvəllüdlü Əliyev Hidayət Cavanşir oğlu bu il oktyabrın 15-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırmalara başlanıb.