Month: January 2019

  • “Qazprom” Bakıda nümayəndəlik açdı

    “Qazprom” Azərbaycanda nümayəndəlik açıb.

    Median.az “İnterfax”a istinadən xəbər verir ki, nümayəndəlik Bakıda ötən il dekabrın 12-də Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınıb.

    Şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi rusiyalı Maqsud Andercanovdur.

    Xatırladaq ki, “Qazprom”un Direktorlar şurası hələ 2017-ci ilin oktyabrında Azərbaycanda nümayəndəlik açılmasını təsdiq etmişdi.

  • Lənkəranda 4 min itə quduzluğa qarşı peyvənd vurulub

    Yanvar ayının ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb.

    Median.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda Dövlət Baytarlıq Xidmətinin Lənkəran Rayon Baytarlıq İdarəsi iribuynuzlu, təkdırnaqlı heyvanlar arasında qarayara və ev itləri arasında quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirlərini aparır. Bununla yanaşı, iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınır. Tədbirlər yekunlaşdıqdan sonra ərazilərdə profilaktik dezinfeksiya işləri həyata keçirilir. Rayonda iribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

    Aparılan tədbirlər çərçivəsində ilin əvvəlindən indiyə kimi Lənkəran rayonunun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 29976 baş iribuynuzlu, 162 baş təkdırnaqlı heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə tədbiri aparılıb, 281 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi alınıb və 800 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

    Qeyd edək ki, Lənkəran Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində 53503 baş iribuynuzlu, 22320 baş xırdabuynuzlu, 6000 baş cavan iribuynuzlu, 300 baş təkdırnaqlı heyvanlarda qarayara, 4000 baş qapı itlərində quduzluq, 8371 iribuynuzlu, 3100 xırdabuynuzlu heyvanda brusellyoz xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparılıb. Eləcə də həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin qarşısını almaq məqsədi ilə 9080 baş iribuynuzlu və 459 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Həmçinin başa vurduğumuz il ərzində rayonda 10700 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri icra olunub.

    Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Lənkəran rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.

  • “Mercedes”lə “KamAz” toqquşdu – Ər-arvad yaralandı

    Ağdaşda baş vermiş ağır yol qəzası ər-arvadın xəsarət alması ilə nəticələnib.

    Median.az Qafqazinfoya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda, Ağdaşın Ləki kəndi yaxınlığında baş verib.

    “Mercedes” və “KamAz”ın toqquşması nəticəsində Lənkəran rayon sakinləri sürücü, 1967-ci il təvəllüdlü Elçin Cavadov və 1975-ci il təvəllüdlü Ellada Cavadova yaralanıb. Xəsarət alanlar təcili tibbi yardım avtomobili ilə Ağdaş rayon mərkəzi xəstəxanasına çatdırıılıblar.

    Faktla bağlı araşdırma aparılır

  • Мохаммед Салах решил удалить свои страницы в соцсетях

    Звездный футболист английского “Ливерпуля” Мохаммед Салах решил удалить свои страницы в соцсетях.

    Как сообщает Median.az передает со ссылкой на Report, 27-летний египетский полузащитник 22 января опубликовал пост со словами “Решение-2019: время общаться в реальности”.

    После этого он он удалил свои страницы в “Твиттере” и “Инстаграме”.

    Отметим, что в этом сезоне Мохаммед Салах уаствовал в 23 матчах Английской Премьер-лиги, забил 16 мячей и запомнился 7 передачами.

    Турнирную таблицу возглавляет “Ливерпуль” с 60 очками.

  • Ağdərədə erməni sakin çaqqal əvəzinə oğlunu güllələdi

    Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində silahlı insident baş verib.

    Median.az azvision.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 22-də Ağdərə rayonu ərazisində qeydə alınıb.

    Məlumata görə, 37 yaşlı erməni sakin “MK Sayqa” ov tüfəngi ilə çaqqal əvəzinə təsadüfən 11 yaşlı oğlunu güllələyib. Açılan atəş nəticəsində oğlan baş nahiyəsindən ağır güllə yarası alıb. Silah polis tərəfindən müsadirə olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda tanınmış meyxanaçının ayaqları tutuldu: əməliyyat olundu

    Azərbaycanda tanınmış meyxanaçının ayaqları tutuldu.

    Median.az-ın unikal.org-a istinadən məlumatına görə, tanınmış meyxanaçı İntiqam Rüstəmovun ayaqları tutulub. O, paytaxda yerləşən özəl klinikalardan birinə yerləşdirilib. Müayinə zamanı məlum olub ki, meyxanaçı bir müddət əvvəl belində yırtıq yarandığından əməliyyat olunub. Əməliyyat səhv edildiyindən İntiqam Rüstəmovun belində olan yırtığ 9 millimetrdən 30 millimetrə qədər yüksəlib. Bu səbəbdən meyxanaçının tutulub. Bu gün xəstəxanaya yerləşdirilən İ.Rüstəmov cərrah Əli Osmanbəyli tərəfindən yenidən əməliyyat olunub.

    Hazırda ifaçının səhhətinin normal olduğu bildirilir.

  • Azərbaycan Livana fındıq tədarük edəcək

    Livan Azərbaycandan fındıq idxal edən ölkələr siyahısına daxil olub.

    Median.az bildirir ki, bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

    İ.Orucovun sözlərinə görə, hazırda məhsul 20-dən çox ölkəyə ixrac olunur:

    “2018-ci ildə fındıq daha çox Rusiyaya ixrac olunub. Bundan başqa, Avropa da Azərbaycan fındığının mühüm istehlakçısıdır. Gözlədiyimiz kimi, 2018-ci ildə fındıq istehsalı artsa da, türk lirəsinin dollara nisbətdə ucuzlaşması Azərbaycandan fındıq ixracının azalmasına səbəb oldu. Türkiyəli ixracatçılar tərəfindən fındığın daha aşağı qiymətlərlə təklif olunması, Azərbaycan məhsulunun rəqabətqabiliyyətliliyini azaltdı”.

    Assosiasiya sədri bildirib ki, 2017-ci ilin son rübündə 14,5 min ton fındıq istehsal olunmuşdusa, 2018-ci ilin həmin dövründə ixracat həcmi 40 faizdən çox azalıb.

  • Куда пропала сода из магазинов? – Официальный ответ

    В последние дни в бакинских супермаркетах стала пропадать пищевая чайная сода.

    Как перадает Median.Az, компании-поставщики просто перестали ее доставлять, об этом sputnik.az рассказали продавцы.

    Как оказалось, во все постсоветские страны чайная сода поставлялась производителем из России – ОАО “Башкирская содовая компания”. Об этом Sputnik сказал директор компании Tural İ-91, являющейся официальным представителем компании-поставщика – Ислам Бабашханоглу.

    Он отметил, что в настоящее время на заводе по производству соды идет ремонт, поэтому и в прошлом году товар доставлялся в Азербайджан с перебоями.

    “Ремонт уже завершается, и через несколько дней нам должны отправить январскую партию товара. Со следующего месяца, скорее всего, проблема будет полностью решена”, – сказал директор.

    Следует добавить, что население обеспокоено также распространяемыми в последнее время слухами о том, что пищевая сода пропала с прилавков магазинов потому, что ее, возможно, используют для производства опасных веществ.

    В Агентстве по продовольственной безопасности АР в ответ на запрос Sputnik сказали, что чайную или пищевую соду – двууглекислый натрий – используют в промышленности, пищевой промышленности, кулинарии и медицине. Практика использования чайной соды при изготовлении взрывчатых веществ не встречалась.

    “В случае возникновения беспокойства по поводу состава потребляемой гражданами чайной соды можно обратиться на горячую линию агентства по номеру 1003, указав название, дату производства, номер партии, производителя продукции”, – отметили в структуре.

    В АПБ также отметили, что до сих пор никаких жалоб, связанных с пищевой содой, к ним не поступало.

  • Hicablı qız nişanlısından halallıq alıb yoxa çıxdı – Anası və qardaşından ŞOK ETİRAFLAR

    8 gün öncə İsmayıllıda yoxa çıxan nişanlı qızı Balayeva Aynurənin anası və qardaşı “Səni axtarıram” verilişinə marasqlı açıqlamalar veriblər

    Median.az-ın Baku.ws-ə istinadən məlumatına görə, yoxa çıxan qızın anası övladını 24 yaşlı qohumu ilə 1 il öncə məcbur nişanladırdığını etiraf edib:

    “Oğlan mənim qohumum düşür. Qızım istəmirdi. Amma mən istədim qızım xoşbəxt olsun. Balamı qeyrətlə-namusla istəyirdim köçürüm. İstəmirdim yadların əlinə düşsün. Heç bir xəbər yoxdur balamdan. Qapalı qız idi, rəfiqəsi də yox idi. Evdən çölə çıxan deyildi. Telefona qapanmışdı. Elə qız idi ki, su da içəndə halallıq alırdı.

    Bu ayın 13-ü nişanlısı bizdə olub.16-sı da o, yoxa çıxdı. Yeni il qabağı deyirdi ki, oğlanla xasiyyətləri düz gəlmir, ürəyinə yatmır”.

    Qeyd edək ki, 2016-cı ildən ibadətlə məşğul olduğu deyilən Aynurə, evdən gedərkən hicabda olub.

    Aynurənin qardaşı isə bacısının axşam hamı kimi yatmaq üçün yerinə girdiyini qeyd edib:

    “Sonuncu dəfə onu görəndə gecə saat 1-də yatmışdı. Səhərə yaxın da yoxa çıxıb. Səhər 5-in yarısı olardı bacısına səsli mesaj atıb. Sonra nömrəsinə zəng çatmadı.

    Saat 7-də də mən oyanmışam. Yuxuda gördüm ki, bacım küçədə qadınlarla mübahisə edir. Onun səsi qulağıma gəldi, oyandım. Durub baxdım ki, yoxdur. Qapının ağzından telefonunun qapağını, qırılmış nömrə tapdım. Şəxsiyyət vəsiqəsini də özü ilə aparıb”.

    Verilişin əməkdaşlarına zəng edən iki şəxs Aynurəni Gəncədə gördükləri barədə məlumat veriblər.

    Qeyd edək ki, Aynurə ailənin sonbeşiyidir. Atası rəhmətə gedən itkin qızın bir bacı, bir qardaşı da var.

  • İtkin düşmüş futbolçu ilə bağlı inanılmaz iddia

    İtkin düşmüş futbolçu Emiliano Salanın keçmiş sevgilisi inanılmaz iddia irəli sürüb.

    Median.az xəbər verir ki, 27 yaşlı model Berenis Şkeyr bunun arxasında mafiyanın dayandığını dilə gətirib:

    “Futbol mafiyasını araşdırın. Çünki mən bu qəzaya inanmıram”.

    Model keçmiş sevgilisinin olduğu təyyarənin radarlardan itməsi xəbərindən şoka düşdüyünü bildirib.

    “İstəyirəm ki, səhər oyanım və bunun bir yalan olduğunu desinlər. Xahiş edirəm, bunu araşdırın. Çünki bunun bir bədbəxt hadisə olduğuna inana bilmirəm. Xəbərlərdən səni tapdıqlarını oxumaq istəyirəm”, – deyə Şkeyr “Instagram”da yazıb.