Month: January 2019

  • Самый дорогой особняк США подешевел на $100 млн – ФОТО

    Самый дорогой особняк США, выставленный на продажу два года назад по цене 250 млн долларов, вернулся на рынок, но теперь он стоит на 100 млн долларов дешевле. Об этом сообщает американское издание об элитной недвижимости Mansion Global, передает Median.az со ссылкой на Вести.

    И это уже второе понижение его цены. Впервые американский предприниматель Брюс Маковски (который и построил особняк) снизил цену на 25% (до 188 млн долларов) прошлой весной. Однако, покупатель так и не нашелся. Теперь особняк вновь вернулся на рынок, но уже по цене в 150 млн долларов.


    За эту цены будущий владелец получит четырехэтажный стеклянный дом с вертолетной площадкой, двумя винными погребами и галереей автомобилей Ferrari. Сам особняк состоит из двух хозяйских спален (мастер-люксов), десяти гостевых спален, 21 санузла и трех кухонь. Также в особняке есть два винных погреба, боулинг-холл с четырьмя дорожками, домашний кинотеатр на 40 мест.

    Дом расположился в элитном районе Лос-Анджелеса Бель-Эйр, его площадь 3,5 тыс кв. м. Плюс имеется благоустроенная территория с террасами, зонами отдыха, фитнес-центром, барбекю и 25-метровым бассейном.

    Кстати, за это время вилла потеряла статус самого дорогого дома США. Сейчас этот титул принадлежит другому особняку, но тоже в Бел-Эйр. Его цена – 245 млн долларов. Владельцем недвижимости является миллиард Джерри Перенчио.

  • 300 məcburi köçkün yeni mənzillərə köçürüləcək

    Qaradağ rayonunun Ümid qəsəbəsində ikinci mərhələ üzrə 300 ailə üçün inşa olunan beş mərtəbəli 4 binadakı mənzillər ağır şəraitdə yaşayan məcburi köçkünlərə veriləcək.
    Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib.

    Qurumun məlumatına görə, ötən il rayonun Lökbatan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində yerli sahibkarlıq subyektlərinin vəsaiti hesabına inşa edilən “Qobu Park” yaşayış kompleksinə, əsasən, Bakıda ən ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürülüblər. Hazırda həmin ərazidə “Qobu Park-2” yaşayış kompleksinin inşası davam etdirilir. Ötən ilin sonunda Abşeron rayonunda və Sumqayıt şəhərində istifadəyə verilmiş yeni yaşayış komplekslərindəki mənzillərə də köçürülmə eyni qaydada, ədalət və şəffaflıq şəraitində aparılacaq.

    Bu gün isə Ümid qəsəbəsində yeni mənzillərə köçürüləcək məcburi köçkün ailələri arasında püşkatma keçirilib.
    Lökbatan Mədəniyyət Sarayında təşkil edilmiş püşkatmada Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

    Mərasimdə məcburi köçkünlərə göstərilən dövlət qayğısından, onların yaşayış şəraitinin, maddi rifahının yaxşılaşdırılması üçün görülən işlərdən, o cümlədən Ümid qəsəbəsində yaradılmış şəraitdən söhbət açılıb, həmçinin püşkatmanın məqsədi və şərtləri barədə məlumat verilib.

    Qaradağ rayon ərazisindəki 9 obyektdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin başçıları növbə ilə püşk çəkərək, qəsəbədə əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.

    Xatırladaq ki, Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub. Dövlət Proqramına uyğun olaraq, 2014-cü ildə qəsəbədə birinci mərhələdə 200 məcburi köçkün ailəsi üçün beş mərtəbəli 3 bina, 220 şagird yerlik məktəb tikilib istifadəyə verilib. İkinci mərhələdə isə ərazidə yaşayış binalarından əlavə, həmçinin bir ədəd 140 uşaq yerlik bağça, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi və qazanxana inşa edilib.//Ölkə.az

  • Məşhur aktrisa vəfat etdi

    Türk kinosunun məşhur aktrisası Ayşen Qruda vəfat edib.

    Median.az xəbər verir ki, məşhur sənətçi müalicə olundğu Kağıthane Derindere xəstəxanasında dünyasını dəyişib.

    Ayşen Qruda 1945-ci ilin 30 noyabr tarixində İstanbulun Yeşilköy səmtində anadan olub. O, Osmanlı imperiyası dövründə qərargah kimi istifadə edilən bir mülkdə, Erman ailəsinin ortancıl qızı kimi dünyaya gəlib. Atası maşinist olub. Uşaq yaşlarından istedadı ailəsi tərəfindən kəşf edilib. Orta məktəbdə oxuyanda atasını itirir və məktəbi buraxıb işləməyə başlayıb.

    Tevfik Bilgenin qastrol teatrında peşəkar karyeraya atılıb. İlk dəfə 1962-ci ildə “Kongre Eğleniyor” adlı tamaşada xidmətçi qız rolunu oynayıb.

  • Yuyucu tozun içərisindən narkotik çıxdı — FOTOLAR / VİDEO

    Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşları Vəliyev Ramid Ənvər oğlu və Fərəcov Surxay Təşər oğlu saxlanılıb və yoxlama aparılıb.
    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən xəbərə görə, Vəliyev Ramid Ənvər oğlunun əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.

    O əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını, ev üçün ərzaq malları və yuyucu vasitələri olduğunu bildirib.

    Daha sonra əl yüklərinə baxış keçirilib. Baxış zamanı 1 ədəd qara sellofan torbada, üzərində “Soflan” yazısı olan 3 ədəd yuyucu toz qutularının içərisindən cəmi 4 ədəd sellofan bağlama müəyyən edilib. 3 ədəd bağlamada qablaşdırılması ilə birgə çəkisi 2005 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə – heroin, 1 bağlamada isə qablaşdırılması ilə birgə çəkisi 100 qram olan ağ, xırda kristal halda psixotrop maddə – metamfetamin aşkarlanıb.
    Qeyd edək ki, ki, metamfetamin adlı preparat “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

    Faktla bağlı araşdırma aparılır.//Ölkə.az

  • “İlhamə Quliyevanın yeri görünür” — Firuzə İbadova (VİDEO)

    ARB TV-nin “Səhər-Səhər” proqramının budəfəki qonağı Əməkdar artist Firuzə İbadova olub.
    Median.az xəbər verir ki, əməkdar artist bildirib ki, şou-biznesdə ağbirçək kimi İlhamə Quliyevanın yeri görsənir:

    “Mədəniyyət sahəsində qəlbə dəymək olmamalıdır. Ağsaqqal sözünü əvvəl elə bilirdik ki, hər yerin bir ağsaqqalı var, hamı da ona qulaq asır. İlhamə xanımın da sənəti də böyük idi, xətti də var idi. Onun yeri bilinir. 3 ildir ki, boşluq var”.

  • Mingəçevirdə təhlükəli tapıntı – FOTO

    Mingəçevir şəhərində qumbara və hərbi sursat aşkarlanıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Agentliyə Mingəçevir şəhəri, Zərifə Əliyeva küçəsində əl qumbarasının və patronların aşkar olunması barədə daxil olan məlumat əsasında qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları ərazidə abadlıq işləri aparılan sahəyə baxış keçirilib.

    Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası, bir ədəd RQD-5 əl qumbarası, iki ədəd UZRQM partladıcısı və 53 ədəd 5.45 mm-lik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşlarından təhvil alınaraq Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.//Oxu,az

  • Ağdamda kəndlərin işıqsız qalmasının səbəbi məlum oldu

    Ağdam rayonundan Ağcabədi rayonuna gedən elektrik xətlərində baş verən qəza səbəbindən Ağdam rayonun bir neçə kəndi 6 saata yaxın müddətdə işıqsız qalıb.

    “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, qəza nəticəsində Ağdamın bir neçə kəndinə elektrik enerjisinin verilişi dayandırılıb:

    “Ağdam rayonunun Mahrızlı, Zəngişalı, Qaradağlı, Rzalı kəndlərində qəza ilə əlaqədar elektrik enerjisi təminatı dayandırılıb. Dəyişkən hava şəraiti, güclü duman, çiskinli hava olduğu üçün naqillərdə baş verən problemin aradan qaldırılması vaxt aparır. Əməkdaşlarımız hazırda hadisə yerində çalışır. Operativ şəkildə qəza baş verən ərazi müəyyən edilib. Təxminən 20-30 dəqiqə ərzində sözügedən ərazilərə elektrik enerjisinin verilişi tam şəkildə bərpa ediləcək”.//Oxu.az

  • Джонни Депп предоставил доказательства своей невиновности – ПОДРОБНОСТИ

    Американский актер Джонни Депп предоставил суду доказательства того, что не избивал свою бывшую супругу Эмбер Херд. Об этом сообщает портал TMZ, передает Median.az со ссылкой на Lenta.ru.

    Артист приложил документы к иску против британского таблоида The Sun. Газета опубликовала материал о ссоре супругов, произошедшей 21 мая 2016 года, в ходе которой Депп швырнул в жену телефон, а затем избил ее. Тогда же в СМИ появились снимки Херд с синяками на лице.

    Актер сослался на высказывания очевидцев, которые в день предполагаемого конфликта находились в доме пары. Один из свидетелей заявил, что не видел никаких травм у Херд, а побои на теле девушки появились лишь шесть дней спустя. Кроме того, Депп предоставил показания полицейских, приехавших 21 мая на вызов в апартаменты супругов. По их словам, актриса сказала, что между ней и ее мужем ничего не произошло, а сама она при этом выглядела абсолютно здоровой.

    Адвокат артиста Адам Уолдман также рассказал, что получил записи с камер наблюдения, на которых запечатлена Херд через четыре дня после предполагаемого конфликта. Как отметил юрист, на видео не видно никаких синяков и травм.

  • Tərtərdə dava – Qan töküldü

    Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

    DİN-dən verilən məlumata görə, hadisə yanvarın 21-də Tərtər şəhəri ərazisində qeydə alınıb.

    Belə ki, Tərtər şəhər sakini Faiq Həsənov münaqişə zəminində həmyerlisi Pərviz Hüseynova bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib. Tərtər rayon Polis şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.//Publika.az

  • Qrip Avropanı da cənginə alır: Bolqarıstanda həyəcan – 1 həftədə 6 ölü

    Bolqarıstanda aralarında uşaqlar da olmaqla son bir həftədə qrip virusundan ölənlərin sayı 6 nəfərə çatıb.

    Median.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin 12 şəhərində qriplə bağlı həyəcan təbili çalınıb, epidemiya halı aldığı elan edilib.

    Bir çox şəhərdə, ümumilikdə 1071 məktəbdə yanvarın 27-nə kimi tədris dayandırılıb.

    Yerli həkimlər qripin çox sürətlə yayıldığına, ölkədə durumun ciddi olduğuna diqqət çəkiblər. Virus immuniteti zəif olanlara – daha çox uşaq və yaşlılara təsir edir.