Month: January 2019

  • Pul ver, yoxsa rüsvay olacaqsan: Polis potensial şantaj qurbanlarına çıxış yolu göstərir

    Hədə-qorxu və şantaj yolu ilə pul tələb etməyə qarşı yeganə doğru çıxış yolu vaxtında polisə müraciət etməkdir. Çünki cinayətkarın tələbini yerinə yetirmək onun bu əməlini gələcəkdə təkrar etməyəcəyinə heç bir zəmanət vermir. Median.az xəbər verir ki, bunu Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən, sonuncu hədə-qorxu yolu ilə pul tələb etmə hadisəsini şərh edərkən bildiriblər.

    Şantajla qarşılaşan Bakı şəhər sakini də məhz belə hərəkət edib – Xətai RPİ-nin 35-ci polis bölməsinə bu barədə şikayət ərizəsi yazıb. Qadın bu addımı şantajçıya 2200 manat verəndən sonra atıb. Məlum olub ki, 39 yaşlı qadını (qadının adını etik məsələlərə görə açıqlamırıq-red.) Elmar adlı bir kişi şantaj edib. Kişi qadını əgər pul verməsə, intim xarakterli videokadrlarını sosial şəbəkədə yayaraq onu biabır edəcəyi ilə hədələyib.

    Polisdən bildirilib ki, artıq şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər, lakin hələlik onu saxlamayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi qaldırmaq üçün əsas olacaq materialların toplanması ilə məşğuldurlar.

    Hələlik intim xarakterli videokadrların olduğuna dair fakt da mövcud deyil. Şantajın qurbanının özü də belə bir faktın olduğuna ciddi şübhə edir. Buna baxmayaraq, qorxu elə böyük həddə olub ki, qadın əvvəlcə şantajçıya pulu verib, sonra isə polis şöbəsinə gedib.

    Analoji vəziyyət yanvarın 21-də Qaradağ rayonunda baş verib. Burada saat 02:20-də Bakı sakini “102” xidmətinə zəng edərək şantaj edildiyini bildirib. Naməlum kişi adamın mobil telefonuna zəng edərək deyib ki, onun intim fotolarını sosial şəbəkədəki səhifələrə yerləşdirəcək. Susmaq qarşılığında şantajçı cəmi 100 manat tələb edib.

    Şantajçı 38 yaşlı kişini məcbur edib ki, gördüyü bütün işləri yadına salsın və heç bir yerdə iz buraxmadığına, ağ kağız kimi təmiz olduğuna əmin olsun. Kişi belə də edib və heç yerdə iz buraxmadığına əmindir. Lakin pis əməl gərək cəzalandırıla. Odur ki, kişi hüquq-mühafizə orqanlarına müraciət edib.

    Qeyd edək ki, son zamanlar Azərbaycanda internet və sosial şəbəkələr üzərindən hədə-qorxu yolu ilə pul tələb etmə və şantaj hallarının sayı artıb. Hüquq-mühafizə orqanları analoji cinayətlərdə ittiham edilən bütün şəxsləri saxlayaraq məsuliyyətə cəlb edir. Bununla yanaşı, asayiş keşikçiləri vətəndaşlara tövsiyə edir ki, özlərinə zərər verməmək üçün ehtiyatlı və mənəvi cəhətdən sabit olsunlar.

  • Valideynlərin DİQQƏTİNƏ! Ölüm saçan uşaq oyuncaqları – VİDEO – FOTO

    Median.az ARB TV-yə istinadən xəbər verir ki, mağazalarda müxtəlif ölkələrdə istehsal olunan oyuncaqlar satılır. Amma çox hallarda bu məhsulların üzərində onların tərkibi haqqında məlumata rast gəlinmir. Uşaq oyuncaqlarının qiyməti aşağı düşdükcə keyfiyyət məsləsi də azalır.

    Nuranə Məmmədova – valideyn: “Qızıma oyuncaq alarkən ən çox onun zövqünə oxşamağını istəyirəm. Məsələn, o, gəlinciklərlə oynamağı xoşlayır, nisbətən bahalı oyuncaqlara üstünlük verirəm. 1 dənə alıram, amma keyfiyyətli alıram”.

    Teyyubə Nadirova – satıcı: “Qızlar üçün daha çox “Barbie” gəlincikləri, oğlanlar üçün maşınlar alınır. Keyfiyyətə də önəm verənlər olur, qiymətə də”.

    Xüsusilə plastikdən hazırlanan oyuncaqlar azyaşlıların sağlamlığı üçün təhlükəlidir. Keyfiyyətsiz oyuncaqlar uşaqlarda zəhərlənmə, mədə-bağırsaq, dəri-zöhrəvi və yuxarı tənəffüs yollarının müxtəlif xəstəliklərinə səbəb ola bilər.

    Şəlalə Həmidova – pediatr: “Oyuncaq və ya əmziklərin keyfiyyətsiz olması səbəb ilə zəhərlənmə halları ilə müraciət edənlər olub. Məsləhətimiz keyfiyyətli oyuncaq alsınlar. Kiçik uşaqlar üçün alınan tibbi ləvazimatları apteklərdən alsınlar. Əgər keyfiyyətli oyuncaq ala bilmirlərsə o zaman heç almasınlar”.

    Azyaşlılar üçün oyuncaqlar onların yaş dövrünə uyğun seçilməlidir. 1 yaşınadək uşaqlarçün rəngli və cəlbedici, sonrakı dövrlərdə isə zəkasını inkişaf etdirəcək oyuncaqlara üstünlük verilməlidir.

    Psixoloq: “Təkcə görüntü olaraq deyil, yaradıcılığını da inkişaf etdirəcək oyuncaqlar olmalıdır. Buna görə də oyuncaqları sadədən mürəkkəbə doğru seçmək lazımdır. Oyuncaq seçərkən cinsiyyət fərqi qoyulmamalıdır”.

    Oyuncaqlar təkcə uşaqların əylənməsi və vaxt keçirməsi üçün vasitə sayılmır. Oynanan oyunlar və oyuncaqlar azyaşlıların gələcək inkişafına təsir edir, onları fərd kimi formalaşdırır.

  • Ученые: Чем грязнее воздух, тем печальнее люди

    Как известно, грязный воздух снижает когнитивные показатели, продуктивность труда, коэффициент интеллекта (IQ) и подрывает здоровье в целом. Теперь сюда добавили и эмоциональный фон.

    Согласно данным Массачусетского технологического института, качество воздуха может влиять на решения, принимаемые человеком. Об этом сообщает The Daily Mail, передает Median.az со ссылкой на meddaily.ru.

    Когда человек находится не в благополучном расположении духа, он склонен принимать необдуманные решения.

    В дни с высоким уровнем загрязнения люди чаще вели себя импульсивно и шли на риск из-за подавленного и тревожного состояния. Это было установлено при сопоставлении информации об уровне загрязнения в ряде китайских городов и эмоциональной окрашенности сообщений в социальной сети Sina Weibo, имеющих геолокационную метку.

    Оказалось, больше всего сильное загрязнение снижало показатели счастья у женщин и у людей с высоким уровнем дохода. Эксперты советуют внимательно выбирать место проживания, использовать защитные маски, системы очистки воздуха и реже бывать на улице при высоком уровне загрязнения воздуха.

  • İki rayonun polis şöbəsində kadr dəyişiklikləri olub

    Goranboy rayon Polis şöbəsində kadr dəyişiklikləri olub.

    Median.az-ın Report-a istinadən məlumatına görə, Teymur Əfəndiyev Goranboy rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Əhmədağa oğlu Qədirova yeni müavin təyin olunub.

    O, bu təyinatədək Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi işləyib.

    Bundan əlavə, polis mayoru Elnur Heydərli Goranboy rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi təyin edilib.

    O, bu təyinatadək Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində çalışıb.

    Goranboy rayon Polis şöbəsi İstintaq bölməsinin əvvəlki rəisi, polis mayoru Elçin Əzizov isə Samux rayon Polis şöbəsinin İstintaq qrupunun baş müstəntiqi vəzifəsinə təyin olunub.

  • Sambo olimpiya idman növü ola bilər

    Rusiya Federasiyasının prezidenti Vladimir Putin maraqlı açıqlama verib.

    Median.az Sputnik.az-a istinadən xəbər verir ki, Vladimir Putin açıqlamasında deyib ki, sakit və rəvan şəkildə sambo idman növünü olimpiya oyunlarına daxil olması üçün çalışacaqlar: “Sözsüz biz bunu etməliyik və edəcəyik də. Bu asan məsələ deyil, amma bu işin üzərində işləyirik. Bu sahədə demək ola ki, rəqibimiz yoxdur”.

    Qeyd edək ki, prezident Vladimir Putin sambonu Rusiyanın milli idman növü adlandırıb.

  • Bakıda onkoloji xəstə ailəsinə unudulmayacaq dəhşət yaşadıb

    Bakıda ailə faciəsi baş verib. Yanvarın 22-də Sabunçu qəsəbəsində Ağsu rayonunun Padarqışlaq kənd sakininin cəsədi tapılıb.

    İstintaqın ehtimalına görə, 29 yaşlı Elvin Seyidov intihar edib və faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.

    Bununla yanaşı, ilkin təhqiqat zamanı insidentin baş vermə şəraiti müəyyən edilib. Məlum olub ki, Seyidov ailəsi ilə birlikdə Sabunçu rayonunda bu yaxınlarda məskunlaşıb. Seyidovun yaş yarımlıq övladı olub və həyat yoldaşı ikinci uşağa hamilə imiş.

    İstintaq müəyyən edib ki, Seyidovun depressiyaya düşməsinə səbəb onun xəstəliyi olub. Belə ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirmiş və bu səbəbdən də bu yaxınlarda onun böyrəyini kəsiblər.

    Hadisədən bir gün qabaq Seyidov ailəsini Ağsu rayonuna valideynlərinin yanına aparıb və Sabunçuya qayıdaraq özünü evinin həyətində asıb. Faktla bağlı araşdırma davam edir.//Sputnik.az

  • Məhəmməd Salah sosial şəbəkələrdəki hesablarını silir

    İngiltərənin “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.

    Median.az Report-a istinadən xəbər verir ki, 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”. Bu paylaşımlardan sonra o “İnstagram” və “Twitter” hesablarını silib.

    Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda meydanda olub, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” 60 xalla turnir cədvəlinə başçılıq edir.

  • Азербайджан меняет правила получения гражданами до 15 лет идентификационной карты

    В Азербайджане будут изменены правила получения индивидуальной идентификационной карты граждан до 15 лет, передает Median.az со ссылкой на Trend.

    В связи с этим будет добавлена статья 1.2-1 в закон “Об индивидуальной идентификационной карте гражданина Азербайджана, не достигшего 15 лет”.

    В дополнении говорится, что для получения индивидуальной идентификационной карты также cможет обратиться лицо, назначенное на основании нотариально заверенной доверенности, выданной законным представителем гражданина. В связи с этим будут внесены соответствующие изменения в статьи 3.2 и 7.

    Также будут внесены поправки в закон “О гражданстве Азербайджана”. Так, в список документов, подтверждающих гражданство, будет добавлена индивидуальная идентификационная карта гражданина Азербайджана, не достигшего 15 лет.

  • В Агдаме возникли перебои в подаче электроэнергии

    На отдельных участках Агдама возникли перебои в подаче электроэнергии.

    Как передает Median.az со ссылкой на Report, причиной аварии стало короткое замыкание на проходящих через территорию района линиях электропередач.

    В результате аварии села Махрызлы, Зенгишалы, Гарадаглы, Рзалы и ряд других населенных пунктов остались без света.

    В заявлении Report руководитель пресс-службы ОАО “Азеришыг” Танрыверди Мустафаев подтвердил факт.

    По его словам, подача электроэнергии будет возобновлена в ближайшие минуты: “Наши сотрудники и техника уже находятся на месте происшествия. Они обнаружили место, где произошло короткое замыкание, и приступили к ремонтно-восстановительным работам. Несмотря на туман, наши сотрудники работают на месте аварии и в течение 20-30 минут подача электричества будет возобновлена”.

  • Şəkər bombası olduğunu — BİLMƏDİYİMİZ 7 QİDA

    Bir çox hallarda marketlərdən etiketlərini oxumadığımız qidalar alyırıq.

    Median.az xəbər verir ki, bu tip qidaların bəzilərinin tərkibində əlavə edilmiş şəkər miqdarı çox olur.

    Pəhriz saxlayanda isə paketlənmiş qidalardan uzaq durmaq lazımdır. Çünki bu qidaların tərkibində əlavə maddələr və yüksək miqdarda şəkər var. Şəkərli qidaları qəbul edəndə isə orqanizmdəki dopamin hormonu artır və beyindəki xoşbəxtlik mərkəzləri xəbərdar edilir. Bu da özümüzü yaxşı hiss etməyimizə yardım edir. İşin pis tərəfi isə şəkərli qidalar beyinin zövq mərkəzlərinə bu formada təsir etdiyi üçün orqanizmin şəkərə olan tələbatı artır.

    Aşağıdakı siyahıda tərkibində şəkər olan qidaların siyahısı var


    Konservləşdirilmiş tərəvəzlər

    Lobya, pomidor kimi konservləşdirilmiş tərəvəzlərin tərkibində şəkər miqdarı çoxdur. Şəkər əlavə etməyin səbəbi isə ləzzətini artırmaqdır.


    Pəhriz yeməyi

    Bazarda pəhriz məhsulu kimi satılan və sağlam qidalanmaya diqqət edən alıcıya təklif edilən saysız-hesabsız qida məhsulu var. Amma yağsız və pəhriz dostu olaraq satılan bu qidaların bir qisminin tərkibində də şəkərin miqdarı çoxdur.


    Qarğıdalı yarması

    Bir çox dənli bitki məhsulunun da tərkibində şəkər var. Əgər aldığınız qarğıdalı yarması şirindirsə və görüntüsü parlaqdırsa, etiketinə baxın, tərkibindəki şəkər göstərilib. Bu səbəbdən etiketini oxumadan aldığınız qarğıdalı yarması qanda şəkərin miqdarını sürətlə artırır.


    Çörək məhsulları

    Ağ və qara çörəyə də bir çox hallarda şəkər əlavə edilir. Paketlənmiş çörəklərin bəzilərinin tərkibində şəkər miqdarı çox olur. Bu səbəbdən paketlənmiş çörəyi almadan əvvəl üzərindəki etiketi oxuyun.

    Kokteyl

    Son illər kokteyl içkiləri dəb halına çevrilib. Evdə hazırlanan kokteylin tərkibində nə olduğunu bilirik. Amma restoran, bar və kafedə sifariş verdiklərimizin tərkibini isə bilmirik. Çünki daha ləzzətli olmaları üçün bir çoxuna şəkər əlavə edilir.


    Meyvəli yoqurtlar

    Ləzzətini artırmaq üçün demək olar ki, hazır meyvəli yoqurtların tərkibinə şəkər əlavə edilir. Bu səbəbdən hazır yoqurt almaq əvəzinə, evdə özünüz hazırlaya bilərsiniz. Darçın və ya meyvə ilə əlavə dad qata bilərsiniz.



    Souslar

    Yemək, salat və suplara dad verən sousların da bir çoxunun tərkibində yüksək miqdarda şəkər olur. Əgər bundan uzaq durmaq istəyirsinizsə, sousu ev şəraitində hazırlayın.