Month: January 2019

  • Zərəri saymaqla bitməyən politelin sellofanlar – VİDEO

    Median.az ARB TV-yə istinadən xəbər verir ki, XXI əsrdə politelin sellofan daşıma və qablaşdırma vasitəsi kimi bütün dünyada, eləcə də Azərbaycanda inqilab yaratdı.

    Hazırda demək olar ki, mağazalarda gördüyümüz məhsulların böyük əksəriyyətinin qablaşdırılması da politelin sellofanlarla həyata keçirilir.

    Araşdırmalar göstərir ki, politelin məhsullar illər ərzində həll olunmur və torpağa qarışmır. Eləcə də suda xarab olmayan belə qablar, torbalar milyonlarla su canlılarının da məhvinə səbəb olur.

    Politelin haqqında məlumatlı olan insanlar əvvəllər olduğu kimi təbii xammalla hazırlanan vasitələrdən istifadənin tərəfdarıdırlar.

    Sakin: “Həm təbiətə, həm bizə ziyandır”.

    Sakin: “Zərərlidir, ətrafı da çirkləndirir”.

    Sakin: “Əvvəllər kağız torbalar olurdu”.

    Sakin: “Bunlar xəstəlikdir”.

    Ölkədə mağzalarda sellofan torbalardan istifadəyə hər hansı məhdudiyyət yoxdur. Nəticədə bu israfçılığa, israf isə tonlarla zərərli maddənin tullantıya çevrilməsinə gətirib çıxarır. Dünyanın bir çox ölkələrində problem üzərində “baş sındıran” mütəxəssislər vəziyyətdən çıxış yolunu da tapıblar.

    Eyyub Hüseynov – Ekspert: “MDB məkanında bu məsələ ardıcıl həll olunur. Beləki, burada sellofan paketlər tam şəffafdır, nazikdir və pulla satılır. Biz də təklif etmişik ki, paketlər pulla satılsın ki, əhali getdikcə ondan imtina etsin. Düşünürəm ki, sellofan paketlərin Azərbaycandan yığışdırlması həm ictimai səviyyədə, həm də biznes qurumları tərəfindən həll olunmalıdır”.

    Bir çox inkişaf etmiş ölkələrdə isə bio tərkibli torbalardan istifadə olunur. Belə məhsullar politelindən fərqli olaraq 24 ay ərzində torpağa qarışaraq həll olur.

    Yeri gəlmişkən, 2019-cu ilin 1 aprel tarixindən etibarən Gürcüstanda istənilən növ plastik torbanın istehsalı, idxalı və satışı təmamilə qadağan ediləcək. Yalnız bio tərkibli çantalara icazə veriləcək. Qaydaları pozanlar 50 lari, (təqribən 200 dollar) cərimə ediləcək. Təkrarlanan pozuntular 1000 lari ilə qiymətləndiriləcək.

  • В отделениях полиции двух районов произошли кадровые изменения

    В отделении полиции Геранбойского района произошли кадровые изменения.

    Как сообщает Median.az со ссылкой на Report, Теймур Эфендиев назначен начальником Геранбойского районного отделения полиции, а полковник-лейтенант полиции Рамин Ахмедага оглу Гадиров – новым заместителем.

    До этого он занимал должность начальника следственного отдела отделения полиции Габалинского района.

    Кроме того, майор полиции Эльнур Гейдарли назначен начальником следственного отдела отделения полиции Геранбойского района. До этого он работал в Главном управлении следствия и дознания министерства внутренних дел.

    Прежний начальник следственного отдела отделения полиции Геранбойского района, майор полиции Эльчин Азизов же назначен старшим следователем следственной группы отделения полиции Самухского раойна.

  • В Баку задержали банду наркоторговцев ФОТО

    В результате оперативно-розыскных мероприятий, предпринятых сотрудниками Гарадагского РУП, были разоблачены члены организованной преступной группировки, занимавшейся наркоторговлей. Об этом сообщили в пресс-службе МВД.

    Отмечается, что в ходе операции был задержан житель Баку Руслан Меликов. При обыске у него были обнаружены 1,027 грамма героина. Задержанный признался, что купил наркотики у некоего Нурлана.

    В результате оперативно-розыскных мероприятий был задержан житель Гарадагского района Баку Нурлан Мамедъяров, о котором упоминал в своих показаниях задержанный Р.Меликов. При обыске в его доме и подсобном помещении было обнаружено 1 кг 279 г героина, 5,026 г опиума, 2 кг 109 г марихуаны, а также 6 дымошашек и 2 ручные гранаты.

    Как выяснилось, в деле были замешаны и другие лица. Сотрудниками полиции были задержаны жители Баку Эльман Алвердиев и Назрин Фарзуллазаде, у которых также были выявлены и изъяты наркотики. Нить расследования привела к жителю Сумгаита Вусалу Азизову, при посредничестве которого Э.Алвердиев и Н.Фарзуллазаде покупали наркотики у гражданина Ирана. В.Азизов тоже был задержан.

    В своих показаниях он признался, что при содействии своего знакомого – гражданина Ирана привез в страну наркотики в целях сбыта.

    В отношении задержанных возбуждены уголовные дела, следственные мероприятия продолжаются.//haqqin.az

  • 2 nəfərin ölümünə səbəb olan polis əməkdaşı məhkəmədə ifadə verdi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov ittiham aktını elan edib.

    Elan olunmuş ittiham üzrə X.Məmmədov özünü təqsirli bilmədiyini söyləyib.

    O, sərbəst ifadəsində deyib ki, hadisə zamanı avtomobili idarə edərkən sürət həddini aşmayıb: “Nə də ki, qəzadan sonra oradan qaçmamışam”.

    X.Məmmədov hadisə haqqında danışarkən həmin günü işdən çıxıb, evə getdiyini qeyd edib: “Yolda qarşıdan gələn “Mercedes” markalı avtomobil qəfildən mənim yoluma çıxdı və maşınımı vurdu. Öz maşınımı saxlamaq imkanım yox idi, məni yolumdan vurub çıxardı. Sonra avtomobilim dərəyə düşdü. Bu zaman avtomobilim yanırdı, içərisindən özümü güclə çıxardım, dərhal da təcili tibbi yardıma zəng elədim. Digər maşında olan rəhmətliklərin meyitlərini çıxardım. Sonra polisə zəng elədim və hadisə barədə məlumat verdim. Səhər saat 4-ə kimi Abşeron Rayon Polis İdarəsində olmuşam”.

    Təqsirləndirilən şəxs ifadəsinin davamında Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsi rəisinin onunla şəxsi qərəzlik apardığını iddia edib: “Binəqədi rayon istintaqının rəisi Həsrət müəllim mənimlə prinsipə düşdü. Ona görə də işi belə qurublar. Həsrət müəllim otağında mənə dedi ki, “sənə köməklik etmək istəyirik, amma bilmirik necə edək”. Mən də günahsız olduğumu dedim. O isə hadisə yerindən qaçdığımı bildirdi. Dedim ki, “əgər qaçmışamsa, görüntüyə baxın”. Sürət həddi 60-70 olub, avtomobilimi yüksək sürətlə idarə etməmişəm. Şahidlər var, onlar da təsdiq edə bilər. O isə cavabında qeyd etdi ki, “şahidlərə fikir verən yoxdur, istəsəm yalançı şahidlər də gətirə bilərəm”. O, mənim bahalı maşın aldığımı, Polis Akademiyasında oxuduğumu söylədi. Mən Binəqədi rayonunda yanan binada uşaqları xilas etdiyim üçün cənab nazirimiz məni Polis Akademiyasında oxumağa göndərmişdi. Mən ona akademiyaya pul verib, getmədiyimi bildirdim”.

    Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

    Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini – Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

    Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

  • Azərbaycanda avtomobil istehsalı artıb

    2018-ci ildə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 282,0 milyon manatlıq məhsul istehsal edilib.

    Median.az Trend-ə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə avtomobil istehsalı 31,0 dəfə artıb, maşın və avadanlıqların istehsalı 19,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 67,3 faiz azalıb.

    İl ərzində 1,303 ədəd traktor, 973 ədəd minik avtomobili istehsal olunub.

  • AFFA Azərbaycan millisini Diniyevə tapşırır

    Artıq iki aya yaxındır ki, futbol üzrə Azərbaycan millisinin “sükan”ı boş qalıb. AFFA rəhbərliyi dekabrın sonları, yanvarın əvvəllərində yeni baş məşqçinin adının açıqlanacağını bəyan etsə də, bu, baş vermədi.

    Milli komandanı bir neçə oyunu Bakıda təşkil olunacaq AÇ-2020-nin final mərhələsində görmək istəyən AFFA rəhbərliyinin axtarışları nəticəsiz qalır. Daha doğrusu, danışıqları. Qurban Qurbanovu millinin baş məşqçi postundan göndərən federasiya başbilənləri, “sükan”ı əcnəbi mütəxəssisə tapşırmaq istəyir. Amma İtaliyadan tutmuş, Türkiyəyə qədər, bütün axtarışlar, danışıqlar hələ ki, nəticəsiz qalıb.

    Vaxtın getdikcə daralması, xarici mütəxəssislərlə anlaşmaqda çətinliyin yaranması AFFA-nı da ciddi şəkildə narahat etməyə başlayıb. Milli komandanın hazırlığına nəzarət etmək, hansısa futbolçuları diqqətdə saxlamaq, ən vacibi, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində, martın 21-də Xorvatiya ilə səfər matçı üçün və ya bu oyunadək kimsə “sükan arxasında” olmalıdır. Bütün bunları nəzərə alan federasiya rəhbərliyi milli komandanı müvəqqəti olaraq AFFA Məşqçilər Komitəsinin üzvlərindən birinə, konkret, Şahin Diniyevə tapşırmaq istəyir. Diniyev əvvəllər də Azərbaycan yığmasını çalışdırıb. Federasiya rəhbərliyi Diniyevə müvəqqəti güvənərək, Məşqçilər Komitəsinin digər üzvlərinin – xüsusilə də, Vaqif Sadıqovla Ağasəlim Mircavadovun ona yardım etməsini planlaşdırır. Təbii ki, bu plan hansısa əcnəbi məşqçiylə anlaşma olmayacağı halda işə düşəcək. Yanvarın sonuna kimi əcnəbi mütəxəssislə müqavilə imzalanmasa, federasiyanın Şahin Diniyevin müvəqqəti baş məşqçiliyini açıqlayacağı gözlənilir.//Komanda.az

  • Rəsulzadənin yeni barelyefi sabah yerinə asılacaq

    Məhəmməd Əmin Rəsulzadənin evinin önündən sabah yeni barelyef asılacaq.

    Median.az xəbər verir ki, bu barədə Modern.az-a Novxanı bələdiyyəsindən məlumat verilib. Bildirilib ki, hazırda bələdiyyə sədri Şahin Tağıyev məsələ ilə şəxsən məşğul olur:

    “Artıq barelyef demək olar ki, hazırdır. Mərmərdən düzəldildiyi üçün tamamlanması bir qədər uzun çəkdi. Sədrimiz bu gün barelyefi hazır şəkildə əldə edəcək. Əgər heç bir problem çıxmasa, sabah barelyefin yerinə asılması gözlənilir. Hər halda ən geci yanvarın 25-də Rəsulzadənin yaşamış olduğu evin bayır divarında lövhəsi olacaq”.

    Xatırladaq ki, yanvarın 15-nə keçən gecə yanvarın 15-nə keçən gecə Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb.

  • Aygün Kazımovanın başına iş gəldi – FOTO

    Xalq artisti Aygün Kazımovanın başına iş gəlib.

    Median.az primetime.az-a istinadən xəbər verir ki, yayılan məlumata görə, Aygün sürücülük vəsiqəsini itirib.

    Hal-hazırda müğənni Namiq Qaraçuxurlu ilə Moskvada olan Aygünün sənədini harada və nə zaman itirməsi bilinmir.

  • Rüşvətə görə həbs edilən icra nümayəndəsi HAKİM QARŞISINDA

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış Ağaqədir Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.az report-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Osmanov sərbəst ifadə edib.

    O, ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib.

    Şamaxıda gördüyü işlərdən danışan A.Osmanov söyləyib ki, 13 il Şəhriyar qəsəbəsinin icra nümayəndəsi vəzifəsində çalışıb: “Mənim arayışımla hansı bankdan pul alınıb? Heç nəyi saxtalaşdırmamışam. Zərərçəkmiş qismində tanınan şəxs öz torpağını satıb, çıxıb xaricə gedib. Bu, prokurorluq əməkdaşı Tural Kərimov tərəfindən qondarma ittihamdır. Həmin şəxs hazırda prokurorluq orqanından uzaqlaşdırılıb. Tural Kərimov 3 nəfər qondarma zərərçəkmiş və şahidləri üzümə durdurtdurub. Mən heç kəsə ziyan vurmamışam”.

    A.Osmanov qeyd edib ki, bu cinayət işini həmyerlisi Malikcan Muradov etdirib: “Çünkü onun mənə qarşı pirinsipi var idi. Ona görə ki, həmin adam bir neçə il əvvəl Şamaxıda təxribatçı çıxış edirdi. Mən də onun başını yarmışdım. Hələ 2013-cü ildə də təxribatlarla məşğul olurdu. Bu barədə dövlət orqanlarına da məlumat vermişdim. Sonra Məlikcan mənim haqqımda bu işə əl atıb, həbs etdirdi”.

    A.Osmanovun sözlərinə görə, M.Muradov ölkədən qaçıb, barəsində cinayət işi başlanılıb və hazırda axtarışdadır: “Onun arvadı da falçıdır. Bildiyim qədər ilə Məlikcan hazırda Qazaxıstanda yaşayır”.

    Təqsirləndirilən şəxs sonda barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Məhkəmənin növbəti iclası yanvarın 30-na təyin edilib.

    Qeyd edək ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının Şəhriyar qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsində çalışmış A.Osmanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət vermə), 178-ci (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

    Zərərçəkmiş qismində 3 nəfər – Rean Bulut qızı Balatova, Gülqız Bədəl qızı Həmidova və Əmir Sehrab oğlu Bəkirov tanınır.

  • Бекхэм стал совладельцем английского футбольного клуба

    Бывший капитан сборной Англии Дэвид Бекхэм стал совладельцем футбольного клуба пятого дивизиона чемпионата страны “Солфорд Сити”. Об этом сообщает пресс-служба клуба, передает Median.az со ссылкой на ТАСС.

    В 2014 году 50% акций клуба купили пять бывших футболистов английского “Манчестер Юнайтед” – родившийся в Солфорде Пол Скоулз, а также Райан Гиггз, Фил Невилл, Гари Невилл и Ники Батт (каждый приобрел по 10%). Остальные акции выкупил сингапурский миллиардер Питер Лим, владеющий также испанской “Валенсией”. Сообщается, что Бекхэм завладел десятипроцентной долей, которую выкупил у Лима. Таким образом, футболисты МЮ стали обладателями контрольного пакета акций.

    “Солфорд” был основан в 1940 году в пригороде Манчестера. На протяжении многих лет клуб выступал в восьмом и девятом дивизионах чемпионата Англии. В сезоне-2014/15 “Солфорд” поднялся в седьмой дивизион, в 2015/16 – в шестой, в 2016/17 – в пятый. Сейчас команда занимает третье место в турнирной таблице Национальной лиги (пятый дивизион), имея 56 очков после 30 матчей, отставание от лидера составляет одно очко.

    Бекхэм выступал в качестве футболиста с 1993 по 2013 год. Полузащитник играл за “Манчестер Юнайтед”, испанский “Реал”, американский “Лос-Анджелес”, итальянский “Милан” и французский ПСЖ, также выступал за сборную Англии. В 2014 году Бекхэм приобрел американский клуб “Интер Майами”, который начнет выступления в Главной футбольной лиге (MLS) в 2020 году.