Month: January 2019

  • В Индии на свадьбе произошла стрельба, есть погибшие

    Две женщины погибли, еще четыре пострадали в результате стрельбы на свадьбе в индийском штате Уттар-Прадеш.

    Как передает Median.az, об этом сообщает агентство IANS со ссылкой на полицию.

    Инцидент произошел около полночи с 17 на 18 января в одной из деревень округа Морадабад. Как отмечает агентство, некоторые участники свадебного торжества начали “праздничную стрельбу”, в результате которой на месте погибли женщины 43-х и 50-и лет, еще четыре получили ранения.

    По данным агентства, местная полиция считает, что инцидент вряд ли был несчастным случаем. По факту произошедшего проводится проверка.

  • В Нефтчале пропала без вести мать троих детей – ФОТО

    В Нефтчале пропала без вести мать троих детей.

    Как сообщает Report, инцидент отмечен в селе Кюргарабуджаг.

    Нурана Эльхан гызы Самедова 1994 г.р. вышла из дома 10 января в 05:00 и больше не вернулась. Ее родные проинформировали полицию о случившемся. Причина инцидента пока неизвестна.

    По факту ведется расследование.

  • Azərbaycanda qızılcaya yoluxma qeydə alınıb: Xəstəliyin Gürcüstandan keçdiyi ehtimal edilir

    Azərbaycanda tək-tək hallarda qızılcaya yoluxma halları aşkarlanıb, yoluxma hallarının çox payı isə Bakıya düşüb.

    Median.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

    Qonşu ölkə Gürcüstanda yanvarın 1-dən sonra qızılcaya 312 yoluxma hadisəsinin qeydə alındığını xatırladan mərkəz rəsmisi qeyd edib ki, ölkədə səpkili xəstələrdən alınan müayinə materialları (qan) Taun Əleyhinə Stansiyada yoxlanılıb:

    “Noyabrın sonlarından indiyədək götürülən müayinə materialları nəticəsində tək-tək hallarda böyük yaşlı əhali arasında qızılcaya şübhəli xəstələr aşkarlanıb. Bu hal uşaqlar arasında da cox az sayda qeydə alınıb. Şübhəli xəstələrdən götürülmüş laborator müayinələr nəticəsində tək-tək hallarda əsasən, böyüklər arasında qızılcaya yoluxma öz təsdiqini tapıb”.

    RGEM rəsmisi bildirib ki, qızılcaya yoluxan insanlar vaxtilə yaşına görə peyvənd olunmayan insanlardır:

    “Bu xəstəliyin profilaktikası əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir. Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Nəzərə almaq lazımdır ki, hazırda Avropanın bütün ölkələrində, bizimlə həmsərhəd olan ölkələrdə qızılca xəstələrinin sayı həddindən artıq çoxdur”.

    Azərbaycanda qeydə alınan qızılcanın Gürcüstandan Azərbaycana keçmə ehtimalına gəldikdə isə, A.Əliyeva qeyd edib ki, yoluxma hallarının ölkəyə gətirilmə hal olduğu ehtimal edilir:

    “İnsanlar bəzən tam məlumatı vermək istəmirlər. Ancaq məlumatı tam verməsələr də bildirirlər ki, Gürcüstanla əlaqələri var. Biz hesab edirik ki, xəstəlik Gürcüstandan gətirilib. Aydındır ki, hər bir yoluxan xəstənin Gürcüstanla əlaqəsi ola bilməz. Amma nəzərə alınmalıdır ki, xəstəliyi adətən, ilk dəfə 1-2 nəfər gətirir, ondan sonra isə xəstəlik digər insanlara keçərək yayılır”.

    Mərkəzin direktor müavini bunu da əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınmışdı. Həmin ilin iyul ayından sonra isə Azərbaycanda qızılcaya yoluxma baş verməmişdi.

    A.Əliyeva bildirib ki, hazırda Azərbaycanda tibb müəssisələri tərəfindən səpkili xəstələrin aşkar olunması, onların laborator müayinələrə cəlb olunması üçün epidemioloji nəzarət aparılır.

    Xatırladaq ki, ötən il Gürcüstanda qızılcaya 2000-2200 yoluxma halı olub. Bu il isə yoluxma hallarının sayı 312 olub. Qızılcaya yoluxma halları ən çox Kaxeti və İmereti bölgələrində qeydə alınıb. Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür.

  • Alimlər: “Apofis” asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər

    “Apofis” asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər.

    Median.az report-a istinadən bildirir ki, bu xəbərdarlıqla Peterburq Dövlət Universitetinin alimləri çıxış ediblər.

    Universitetin mütəxəssisləri bildiriblər ki, asteroidi Yer kürəsi ilə toqquşa bilər. Alimlərin sözlərinə görə, asteroid artıq 2029-cu ildə planetimizin təbii peyki olan Ayla məsafədən 10 dəfə yaxın olacaq.

    Asteroidin Yer kürəsi ilə dəqiq təyin edilmiş ən sıx yaxınlaşması 13 aprel 2029-cu ildə baş tutacaq. Məlumata görə, həmin vaxt planetimizlə səma cismi arasında məsafə cəmi 38 min kilometr olacaq.

    Qeyd edək ki, bu asteroidə qədim Misirin şər və dağıtma “Allahı”nın şərəfinə “Apofis” adı verilib.

    Daha əvvəl NASA başqa bir asteroidin ətrafına tədqiqat peyki çıxarıb.

  • “1055 nəfərə verilən əsassız əlillik ləğv edilib” – Nazir

    “Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək”.

    Median.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

    Nazir diqqətə çatdırıb ki, Prezidentin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən 3 dəfə çox – 626 mənzil bu kateqoriyalardan olanlara təqdim olunub. Bu il ən azı 800 mənzil həmin şəxslərin istifadəsinə veriləcək. Dövlət başçımızın mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur. Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3,1 min nəfərinin 4,2 min vərəsəsi bu ödənişi alıb və proses 2019-cu ildə yekunlaşacaq.

    S.Babayev deyib ki, keçən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub ki, həmin şəxslərdən artıq 5300 nəfərinə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər (mal və materiallar) verilib.

    Ötən il əmək müqavilələrinin sayının 91,3 min artdığını qeyd edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq kölgə iqtisadiyyatının aradan qaldırılması tədbirlərinin gücləndirilməsi, o cümlədən qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər bu il daha da genişlənəcək.

    Nazir 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərdə – pensiya və müavinətlərdə, Prezidentin təqaüdlərində növbəti dəfə artımların olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, cari ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. Pensiya hüququ yarananların 70 faizinə elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə aid şəxslərin (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin yaradılması bu il təmin edilməldir.

    Artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparıldığını bildirən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturu yaradılacaq.

    Nazir vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün bu ilin başlıca fəaliyyət məramı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və “DOST” mərkəzlərinin işə salınmasıdır. Prezidentin 2018-ci il 9 avqust və 2018-ci il 10 dekabr tarixli fərmanları ilə DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşıb və yaxın aylarda ilk “DOST” mərkəzi istifadəyə veriləcək. Bu il ərzində paytaxtda 3 belə mərkəzin yaradılması nəzərdə tutulur.

    S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O, 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək, onların dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunduğunu deyib. Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

    S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması, “İşsizin dostu” proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

  • Deputatdan antibiotiklərlə bağlı SOS

    Autizm sindromlu xəstələrin sayının ildən-ilə artması hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür.

    Median.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə komitəsinin 2019-cu il yaz sesiyası üzrə ilk iclasında çıxışı zamanı deyib. Millət vəkili əhalinin sağlamlığı ilə bağlı bir sıra vacib təkliflərlə çıxış edib və autizmli xəstələrin problemlərini qaldırıb:

    “Autizm sindromlu xəstələrin sayının ildən-ilə artması hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür. Bu sahədə həmin uşaqlara, ailələrə dəstək göstərilməsi üçün proqramlara ehtiyac var. Ailələr, valideynlər tərəfindən hər gün çoxlu müraciətlər daxil olur. Bu, çox ciddi məsələdir. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Autizm sindromundan əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı Səhiyyə komitəsində ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var”.

    Antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunan deputat onların həkim resepti olmadan satılmasının qadağan edilməsini təklif edib:

    “Dünyanın bütün inkişaf etmiş ölkələrində antibiotiklərin həkim resepti olmadan satılması qadağandır. Antibiotiklərin həkim nəzarəti olmadan qəbul edilməsi dəhşətli fəsadlar törədir və bu hallar ölkəmizdə getdikcə daha da artır”.

    Məsələ ilə bağlı marifləndirmə işlərinə böyük ehtiyac olduğunu vurğulayan millət vəkili əhaliyə və apteklərə çağırış edib:

    “Bəzi insanlar və ya ailə üzvləri bir az soyuqlayan və qızdırması olan kimi tez sağalmaq üçün antibiotik alırlar. Bəziləri qonum-qonşusunun tövsiyyəsi ilə alır və dozasının fərqində olmadan istifadə edir. Bölgələrdə bir sıra aptek işçiləri və ya ali tibb təhsili olmayan orta tibb işçiləri də belə məsləhətlərdə təəssüf ki, çox fəal olurlar. Apteklərdə də böyük həvəslə antibiotik məsləhət görən əməkdaşlar az deyil. Antibiotikdən bu cür istifadənin ağır nəticələrini isə az sonra həmin insan ya özü, ya da ailə üzvləri çəkir. Eşitməsində ciddi problem yaranan bir neçə uşağın ailə üzvləri ilə danışanda onlardan bəziləri ağlayaraq öz əlləri ilə uşaqlarına zərər vuduqlarını, antibiotiklərdən doğru istifadə qaydalarından xəbərsiz olduqlarını deyirlər. Təəssüf ki, ağır fəsadı aradan qaldırmaq sonradan çox gec olur. Ona görə insanlarımızı qorumaq üçün antibiotiklərin həkim resepti olmadan satışı qadağan edilməlidir. Xahiş edirəm ki, Səhiyyə komitəsi bu məsələyə böyük diqqət ayırsın. Ayrıca əhalinin bu istiqamətdə geniş marrifləndirilməsi üçün KİV-lər və müvafiq qurumlarla birlikdə işləri daha da artırmalıyıq”.

    Q.Paşayeva Hepatit C virusunun yayılması hallarının artmasından narahatlığını da ifadə edib:

    “Hepatit C ağır xəstəliklərin əsasını qoyur, üstəlik, müalicəsi çox çətin və bahalıdır. Hepatit C-yə yoluxan insanların bir çoxunun müalicə almaq imkanları çox məhduddur”.

    Millət vəkili əhalinin bu istiqamətdə marifləndirilməsini və dövlət dəstəyinin daha da artırılmasını vacib sayıb:

    “Hepatit C-nin getdikcə daha da artması bizi ciddi narahat etməlidir. Bu istiqamətdə əhalinin maarifləndirilməsi ilə yanaşı, profilaktik tədbirlərin gücləndirilməsinə ciddi ehtiyac var. Bu tədbirlər virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacibdir. Səhiyyə komitəsində bu mövzuda ictimai dinləmələrin olması da işə öz müsbət töhfəsini verə bilər”.

    Deputat bütün dünyada olduğu kimi Azərbaycanda da vərəmli xəstələrin sayının artdığını qeyd edib:

    “Bu xəstəliyə qarşı güclü mübarizənin aparılması istiqamətində Səhiyyə komitəsində ictimai dinləmələrin aparılması müsbət töhfə verə bilər”.

    Q.Paşayeva həmçinin cəmiyyətdə, insanlar arasında depressiya hallarının artmasından dolayı da narahatlığını ifadə edib.

    Millət vəkilinin təkliflərini komitə sədri, akademik Əhliman Əmiraslanov dəstəkləyib və qaldırılan məsələlərin diqqətdə saxlanılacğını bildirib.

  • Xərçəngin və digər bütün xəstəliklərin səbəbi TURŞUDUR – Dünya şöhrətli alim AÇIQLADI

    Dünya şöhrətli alman alimi, biokimyaçı, Nobel mükafatçısı Otto Varburq hesab edir ki, qələvi mühitində heç bir xəstəlik, hətta xərçəng də yarana bilməz.

    Varburq canlı hüceyrədə redoks proseslərini öyrənən alimdir. O, kimya və fiziologiyada geniş istifadə edilən bioloji obyektlərin öyrənilməsi üçün bir çox alət və cihazları inkişaf etdirib. Alim şiş hüceyrələrinin metabolizmasını, fotosintez və fermantasiya kimya məsələlərini dərindən araşdırıb. 1931-ci ildə Varburq təbiətin və “tənəffüs fermentlərinin” funksiyalarının aşkar edilməsi üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüb.

    “Xərçəng digər xəstəliklərdən fərqli olaraq, çoxsaylı ikinci dərəcəli səbəblərə sahibdir. Ancaq xərçəngin belə əsaslı bir səbəbi var. Kobud dildə desək, xərçəngin kök səbəbi – normal bir hüceyrənin oksigen istifadə edərək tənəffüsün digər növ enerji – qlükoza fermantasiyası ilə dəyişdirilməsidir” , – deyə o, mühazirəsində qeyd edib.

    O, hesab edirdi ki, qənd halına salınmış şəkər yalnız insulinin səviyyəsini yüksəltmir, həm də xərçəng qəfəsləri üçün qidalandırıcıdır. Bu fakt elmə çoxdan məlumdur. Hələ 1931-ci ildə tibb üzrə Nobel mükafatı laureatı Otto Varburq müəyyən etdi ki, şişlər şəkərlə qidalanır.

    Median.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox insanda turşu (Turşu – metal atomu və ya mürəkkəb ion molekulu ilə əvəz oluna bilən hidrogen atomlarından və turşu qalığından ibarət olan mürəkkəb maddədir) səviyyəsi artıb. Bu, hazır məhsulların, rafinə edilmiş və genetikası modifikasiya edilmiş məhsulların hesabına baş verir. Lakin çoxu fərqində deyil ki, onlar bununla birlikdə xərçəng, artıq çəki və bir çox ağır xəstəliyin inkişafı üçün münbit şərait yaradırlar. Xoşbəxtlikdən orqanizmdə qələvi mühit yaratmaq çox sadədir.

    Oxucuları orqanizmdə qələvi balansını təmin edən üsullarla tanış edirik:

    1. Ən faydalı üsul günə içinə limon şirəsi sıxılmış bir stəkan su içərək başlamaqdır. Limon turş olsa da, bədən üzərində əks təsiri vardır. Mədəni təmizləmək üçün acqarına limonlu su için.

    Yaxud da hər gün acqarına bir stəkan alma sirkəsi əlavə edilmiş su içə bilərsiniz. Bir stəkan suya 1-2 xörək qaşığı sirkə kifayətdir.

    2. Limon suyu sıxılmış və zeytun yağı əlavə edilmiş salat və göy-göyərti çox yeyin. Meyvə və tərəvəzlər ən yaxşı qələvi mikroelementlər mənbələrindən biridir. Bədəndə pH balansını saxlamaq üçün gün ərzində onları yeyin.

    3. Acmısınız? Duzsuz çiy badam yeyin. Bu, qanda şəkərin miqdarını normallaşdırmaqla yanaşı, turşu balansını da nizama salır. Çünki tərkibinə maqnezium ve kalsium gibi bir çox qələvi mikroelementlər daxildir.

    4. Badam südü için və yaşıl tərəvəzlərdən smuzi hazırlayın.

    5. Gəzintiyə çıxın, idmanla məşğul olun. Aktiv hərəkət hər zaman faydalıdır. Məşqlər orqanizmdən turş məhsulları və maddələri atmağa kömək edir.

    6. Oksigenlə zəngin olan yerdə dayanıb dərindən nəfəs alın. Mümkün qədər havası təmiz olan yerləri tez-tez ziyarət edin. Orqanizmdən şlakları xaric etmək üçün tez-tez su için.

    7. Hər gün ət yeməyin. Çünki gündəlik ət yemək turşu balansını artırır.

    8. Yüksək şəkərli desertlərdən və qazlı içkilərdən imtina edin. Şəkər ən turş məhsullardan biridir. Bir şüşə qazlı içkinin turşuluğunu neytrallaşdırmaq üçün 30 stəkandan çox su tələb olunur.

    9. Menyunuza daha çox tərəvəz daxil edin. Qeyd: kartof sayılmır! Bibər, qulançar, badımcan və “kabaçki” çox faydalı olacaq.

    10. Və nəhayət, bol Brüssel kələmi yeyin. Onun tərkibində orqanizm üçün faydalı olan çox faydalı fermentlər var.

  • Türkiyəli aparıcıya Bakıda kirayə ev vermirlər

    Uzun illərdir Bakıda yaşayıb, Azərbaycanda fəaliyyət göstərən türkiyəli aparıcı İlhan Özbay paytaxtda kirayə ev tapa bilməməyindən şikayətlənib.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sosial media hesabında yazan İlhan bildirib ki, tək yaşadığı üçün ona ev vermirlər.

    “600 manat pul verirəm, Bakıda ev tapa bilmirəm. Səbəbi də ailəli olmamağımdır. “Neyləyim, küçədə yatım?” deyirəm, “Özün bilərsən, məsləhət sənindir” deyir adam” deyə, İlhan yazıb.

    Qeyd edək ki, İlhan Özbay “Ans” TV və ATV-də çalışıb.

  • Məşhur aktyorun nəvəsinin qatili azadlıqdan 20 il məhrum edilib – FOTO

    Hollivud aktyoru Morqan Frimanın nəvəsi, aktrisa İ Dina Haynsı qətlə yetirmiş Lamar Davenport azadlıqdan 20 il müddətinə məhrum edilib.

    Median.az report-a istinadən bildirir ki, bu barədə Manhetten dairəsinin prokuroru Sayrus Vens məlumat yayıb.

    Bildirilir ki, 33 yaşlı qatil alkoqollu içkinin və narkotik maddənin təsiri altında 33 yaşlı dostu İ Dina Haynsı Vaşinqton-Haytsda qətlə yetirib. Nyu-York ştatının Ali Məhkəməsi 2018-ci ilin 7 mayında Davenportu qətldə təqsirkar bilib.

    İş üzrə ifadə verən şahidlər bildiriblər ki, Davenport İ Dina Haynsa hücum edib və ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

    Daha əvvəl Hollivud aktyoru Morqan Friman ABŞ-dakı “Türk Hava Yolları”nın yeni siması olub.

  • Valideynlərin bu hərəkətləri uşaqları dəhşətə SÜRÜKLƏYİR – Alimlərdən XƏBƏRDARLIQ

    Aparılan psixoloji tədqiqatlar nəticəsində müəyyən olub ki, insan həyatında ən ağır travma valideynlərinin onu başqalarının yanında aşağılamasıdır.

    Median.az xəbər verir ki, alimlərin qənaətinə əsasən, beyin hər ağrı-acını sağalda və həzm edə bilər, yaşadığı hər bir hadisə ona təcrübə qazandırır. Amma həqarəti unuda və bağışlaya bilməz. Bu barədə tanınmış psixoloq Anna Kiryanova məlumat verib.

    “Həqarət onunla fərqlənir ki, bu, cavabsız reaksiyadır. Cəmiyyət adətən cavab qaytara bilməyən gücsüz, dözmək və susmaq məcburiyyətində qalan insanları alçaldır. Sonra isə o insanlar ağlamağa və ya əksinə, axmaqcasına gülümsəməyə, öz-özünə danışmağa başlayır və günlərlə sinəsində ağrı hissi ilə gəzib dolaşır.

    “Həyatda hər şey baş verir, oldu keçdi də… Hər kəsin gözü qarşısında alçaltdılar, döymədilər ki… Bir-birimizi alçaltdıq, qorxulu heç nə yoxdur” kimi sözlərlə özünüzə təsəlli verə bilərsiniz.

    Dəhşətlisi odur ki, aşağılanan insanda daha sonra intihara meyillik və ya zehni pozğunluq meydana gələ bilər. Əgər o insanın psixikası möhkəmdirsə, onda bu qorxu ömür boyu onu tərk etməyəcək. Və şəxs aşağılandığını unutmaq üçün hər şeyi etməyə hazırdır, amma o anlar unudulmur. Çünki həqarət ən güclü və ağrılı psixotravmadır”, – deyə psixoloq əlavə edib.

    Mütəxəssis hesab edir ki, həqarətlə mübarizə aparmaq üçün yeganə yol isə cavab verməkdir:

    “Rəhbər, tanışlar, tanımadığınız insanlar sizi aşağılaya və ya iş görüşməsində alçaldıcı suallar verə bilər. Xəstəxanda, mağazada və ya hər hansı qurumda aşağılana və buna dözmək məcburiyyətində qala bilərsiniz.

    Həqarətlə mübarizə aparmaq üçün yeganə yol isə cavab verməkdir. Bu insanlardan asılı olsanız da, sakit və adekvat cavab verin. Çünki heç bir pul və münasibət həqarət travmasını kompensasiya etmir, o əbədi olaraq qalır. Ümumiyyətlə, insanlar adətən qarşısındakının ondan yüksəkdə dayandığını bildiyi üçün onu alçaltmaqla özünə olan güvəni və hörməti yüksəltməyə çalışır. Bu, yelləncəyə bənzəyir, biri qalxır, digəri isə aşağı düşür. Bir ayaqla itələmək və mövqeyini dəyişdirmək lazımdır, hər halda başqa yol yoxdur. Aşağılayıcı məktublar almaq iyrəncdir. Təhqirlərə qulaq asmaq qəbuledilməzdir.

    Cavab verdiyiniz zaman qarşı tərəf sizinlə daha ehtiyatlı davranmağa başlayır, belə olan halda, heç bir təhqir yoxdur, bu hiylədir. Odur ki, uşaqları döymək və təhqir etmək lazım deyil”.