Month: January 2019

  • Bakıda bacısını öldürən şəxsin kassasiya şikayəti təmin edilməyib

    Ali Məhkəmədə Bakıda bacısını qətlə yetirən Elşad Davudovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

    Median.az Report xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, E.Davudovun kassasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində E.Davudovun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

  • Kürdəmir sakini maşının altında qaldı

    Kürdəmir şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.az Ölkə.az-a istinadən xəbər verir ki, yanvarın 17-də saat 21 radələrində Kürdəmir şəhərinin ərazisində Cəbrayıl rayon sakini Ruzigar Həsənli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Atakişili kənd sakini Valeh Zərbəliyevi vurub və zərbədən piyada əks istiqamətdə hərəkətdə olan Naxçıvan şəhər sakini Tərlan Eyyubovun idarə etdiyi “KİA” markalı avtomobilin altına düşüb və hadisə yerində ölüb.

    Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

  • Говорить в ультимативном тоне с Азербайджаном недопустимо – ответ российскому МИДу

    Азербайджан и Россия являются равноправными суверенными государствами, и говорить в ультимативном тоне с Азербайджаном недопустимо и полностью противоречит этическим нормам дипломатии.

    Об этом, как передает Median.az со ссылкой на Trend, сказали в пресс-службе МИД Азербайджана, комментируя сообщение пресс-службы МИД РФ от 18 января в связи с недопуском в Азербайджан отдельных граждан России.

    “Тон комментария пресс-службы МИД Азербайджана по данному вопросу был абсолютно адекватен стилю сообщения пресс-службы РФ в этой связи. Еще раз хотели бы напомнить, что только лишь в 2018 году Азербайджан посетили свыше 880 тысяч граждан РФ, абсолютное большинство которых остались довольны и выразили признательность за гостеприимство”, – подчеркнули во внешнеполитическом ведомстве страны.

    “Необъяснимое упорство пресс-службы МИД РФ в данном вопросе трудно понять, оно противоречит основе стратегических отношений между Азербайджаном и Россией. В то же время такой подход ни в коей мере не совпадает с демонстрируемой президентами Азербайджана и России волей и проделанной ими работой в развитии отношений между двумя государствами.

    Ещё раз хотели бы отметить, что азербайджанская сторона будет предпринимать адекватные действия в соответствии с дальнейшими шагами пресс-службы МИД РФ”, – отмечается в сообщении министерства.

    О недопуске граждан РФ армянского происхождения на территорию Азербайджанской Республики впервые было заявлено официальным представителем МИД России Марией Захаровой на брифинге 11 января.

    Глава пресс-службы Министерства иностранных дел Азербайджана Лейла Абдуллаева, в свою очередь, напомнила:

    “Министерство иностранных дел Российской Федерации прекрасно осведомлено, что на протяжении многих лет Армения проводит политику агрессии против Азербайджана, в результате которой были оккупированы Нагорно-Карабахский регион Азербайджана и семь прилегающих к нему административных районов, более одного миллиона человек подверглись этнической чистке и стали беженцами и вынужденными переселенцами. В результате Ходжалинского геноцида, совершенного вооруженными силами Армении 26 февраля 1992 года, 613 гражданских лиц, включая малолетних детей, женщин и пожилых людей, были зверски убиты. В четырёх резолюциях Совета Безопасности ООН 1993 года (№ 822, 853, 874 и 884) отражено требование немедленного, полного и безоговорочного вывода армянских оккупационных сил с оккупированных территорий Азербайджана и возвращения насильственно изгнанных с этих территорий лиц к их родным очагам. Российская Федерация в качестве постоянного члена Совета Безопасности ООН проголосовала за принятие этих резолюций. Однако, на протяжении свыше 25 лет требования этих резолюций не выполняются и азербайджанские земли продолжают находиться под оккупацией”, – сказала Абдуллаева.

    Далее она отметила, что Азербайджан известен во всем мире как центр мультикультурализма. Азербайджан, в отличие от Армении – многонациональное государство.

    “Представители многих народов, в том числе и армянского, совместно проживают в условиях мира и согласия в Азербайджанской Республике. В настоящее время в нашей стране проживает более 30 000 граждан Азербайджана армянского происхождения. В то время как Армения является моноэтническим государством.
    Усилия и деятельность Азербайджана в этом направлении всегда высоко оценивались со стороны России в рамках многочисленных двухсторонних встреч на уровне глав государств. В то время, когда в Армении применяются ограничения детям армянского происхождения на получение образования в русскоязычных школах, в Азербайджане существует более 340 русскоязычных учебных заведений. В Армении же такие школы можно пересчитать по пальцам. Азербайджан всегда открыт для граждан России”,- сказала Лейла Абдуллаева.

  • Bədxərc Zamirənin əmlakı Bakıya qaytarıla bilər?

    Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakı, var-dövlətinin müsadirə edilməsi barədə hökm çıxarıb satarsa, o pulun Azərbaycana verilməsi Britaniyanın qanunvericiliyindən asılıdır. Hətta Britaniya hökuməti müsadirə edilərək satılan əmakın pulunun onlarda qalmalı olduğunu iddia edə bilər.

    Median.az xəbər verir ki, bu sözləri axar.az-a hüquqşünas, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Böyük Britaniya hökumətinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın var-dövlətinin müsadirə edilməsi təhlükəsi barədə danışarkən deyib. F.Mehdiyev bildirib ki, Azərbaycan hökuməti müsadirə ediən əmlakdan alınan pulun geri veriməsi üçün iddia qaldıra bilər:

    “Azərbaycan hökuməti sübut etməlidir ki, həmin əmlaklar Azərbaycandan oğurlanan, mənimsənilən pullar hesabına ərsəyə gəlib. Bu zaman mülki qaydada bir iddia ortaya qoyumalıdır. Təbii ki, Azərbaycanın dövlət olaraq bunu məhkəmədə irəli sürməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, bu, diplomatik kanallarla irəli sürməlidir”.

    Xatırladaq ki, Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Britaniya KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəyini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanəsinin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan şəhərkənarı qolf klubunun müsadirə edilməsi barədə hökm çıxara bilər.

  • Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard manat xərcləyib

    2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 37,1 milyard manata bərabər olub.

    Median.az Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 18,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 2,5 faiz və 3,4 faiz artıb.

    2018-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,9 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

    Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 16,8 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 30,3 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33,0 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalarda isə 4,2 faiz azalıb.

    2018-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

  • Mourinyo harda işləyəcək?

    “Manchester United”dən istefaya göndəriləndən sonra hələ də işsiz qalan Joze Mourinyo mətbuata açıqlama verib.

    Median.az goal.az-a istinadən xəbər verir ki, Mourinyo gələcək karyerasını harada davam etdirəcəyinə də işarə vurub. O, top-klubda çalışacağını bildirib:

    “Hələ məşq etdirmək istəyirəm. Hələ çox gəncəm. Düzdür, futbolda uzun müddətdir ki, çalışıram, amma bir-iki həftədən sonra vur-tut, 56 yaşım tamam olacaq. Mən həqiqətən də çox gəncəm. Mən istəyirəm ki, həmişə olduğum yerdə olum – top-futbolda. Mən top-futbola məxsusam və orda da olacağam”.

  • Həmkarları tərəfindən zorlandığını iddia edən qadın polis işdən çıxarıldı

    Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin polis zabitlərini zorlamada ittiham edən qadın polis əməkdaşı ilə bağlı apardığı xidməti araşdırma başa çatıb.

    Median.az xəbər verir ki, araşdırma həmin qadının polis zabitlərinə böhtan atdığını müəyyən edib.

    Məlum olub ki, iki qadın polis əməkdaşı xidməti otaqda üç nəfər polis zabiti ilə spirtli içki məclisində iştirak edib. Sonra qadınlardan biri kişi həmkarları tərəfindən zorlandığını iddia edərək müvafiq qurumlara müraciət edib.

    Hadisə 2018-ci ilin 31 oktyabr tarixində baş verib. İddialara əsasən, zorlama hadisəsi zamanı otaqda bir qadın olub. O biri qadın məclisi erkən tərk edib.

    Araşdırmanın nəticələri əsasında qəbul edilən qərara görə, iki qadın polis əməkdaşı daxili işlər orqanlarından qovulub.

    Xatırladaq ki, zorlandığını iddia edən qadın Başqırdıstan Respublikasının Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri komandanının qızıdır.

  • Rusiyada azərbaycanlıya məxsus mağaza partlayıb

    Rusiya Federasiyasının Saratov vilayətinin Krasnoarmeyskiy şəhərində azərbaycanlı iş adamı Paşayev Sərvana məxsus mağaza partlayaraq tamamilə yanıb.

    Median.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

    Hadisə axşam saatlarında satıcının mağazanı bağlayaraq tərk etdiyi zaman olub. Xırdavat və ərzaq mallarında ibarət mağazanın hansı səbəbdən partlayaraq alışması hələlik məlum deyil. Hadisə nəticəsində satıcı xəsarət alıb, mağaza sahibinə isə təxminən 30 min ABŞ dolları dəyərində ziyan dəyib.

  • Азербайджан может взять под жесткий контроль использование антибиотиков

    В Азербайджане необходим механизм строгого контроля за использованием антибиотиков.

    Об этом в пятницу во время выступления на заседании парламентского комитета по вопросам здравоохранения сказала член комитета Ганира Пашаева, передает Median.az со ссылкой на Trend.

    По ее словам, в Европе и других развитых странах антибиотики не продаются свободно.

    “Порой работающие в аптеках лица, не обладая информацией об антибиотиках, рекомендуют людям эти препараты. Нас беспокоит вопрос использования в Азербайджане антибиотиков без назначения врача. Использование таких препаратов может привести в дальнейшем к ухудшению слуха и другим серьезным проблемам. Необходимо усилить механизм контроля в этой сфере”, – сказала Пашаева.

    Депутат добавила, что семьи, которые имеют больного аутизмом, просят поддержку со стороны государства.

    Пашаева отметила, что также увеличилось количество обращений по гепатиту C.

    По мнению депутата, необходимо провести в парламенте слушания по предотвращению распространения гепатита C.

  • Kamran Nəbizadə: “Azərbaycan yaxın zamanlarda bir çox məhsullara tələbatını daxili istehsal hesabına ödəyə biləcək” – FOTO

    Azərbaycan yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaq.

    Milli.Az Trend-ə istinadən bildirir ki, bunu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadə Cəmiyyətin 2018-ci ildə fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclasında deyib.

    K.Nəbizadə bildirib ki, müstəqilliyimizin ilk illərində istehsal sahələri, iqtisadi və sosial infrastrukturu demək olar ki, tamamilə dağılmış Azərbaycan, tarixi baxımdan qısa zaman ərzində sağlam bazar münasibətlərini qura bilib və indi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib:

    “Neft hasilatından əldə edilən maliyyə resurslarının qeyri-neft sektoruna, mühüm sosial layihələrin reallaşdırılmasına yönəldilməsi sayəsində son illərdə qeyri-neft sektorunun artım templəri neft sektorunun artım templərini üstələməyə başlamışdır. Dünyada böhran xarakterli proseslərin davam etdirilməsi fonunda, Azərbaycan iqtisadiyyatı artır, bunu beynəlxalq müşahidəçilər də müşahidə edir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 34-cü, infrastrukturun inkişafı üzrə 30-cu yerdədir. Bu o deməkdir ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan iqtisadi inkişaf siyasəti və strategiyası öz bəhrəsini verməkdədir”.

    ASC rəhbərinin sözlərinə görə, əvvəllki illər xarici investisiyalara ehtiyacı olan Azərbaycan indi özü bir çox iri infrastruktur layihələrinin təkanverici qüvvəsinə, investoruna çevrilmişdir. Azərbaycanın “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə nəzərdə tutulan gələcək sosial-iqtisadi inkişafı da, məhz qeyri-neft sektorunun inkişafından, onun şaxələnməsi səviyyəsindən asılıdır:

    “Bu gün biz ölkədə həyata keçirilən iqtisadi islahatların nəticəsi olaraq 1 il öncə yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin 2018-ci ildəki fəaliyyəti haqqında hesabat veririk və elə bilirəm ki, toplantımızda biz ötən il əldə etdiyimiz müvəffəqiyyətlərlə yanaşı, qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları, inkişafımızın perspektivləri barədə müzakirə aparacağıq.

    Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin qarşısında qoyulan əsas vəzifə müasir idarəçilik mexanizminin, yeni texnologiyaların tətbiqi, istehlakçıların tələbatlarını daha dolğun ödəyən məhsulların buraxılması sayəsində qeyri-neft sektorunda inkişafı təmin etmək, müəssisələr arasında kooperasiya əlaqələrini möhkəmlətmək, yeni iş yerləri yaratmaqla, əhalinin sosial rifahının yüksəlməsinə öz töhfəsini verməkdir”.

    Baş direktor vurğulayıb ki, qeyri-neft sektorunun, inkişaf etdirilməsi sahəsində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti qarşısında ölkə rəhbərliyi tərəfindən mühüm vəzifələr qoyulmuşdur:

    “Hazırda, “ASK” ASC-nin nəzdində qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Bunlardan ən irilərinə nümunə kimi, “Azərpambıq ASK” MMC-ni, “Azəripək” MMC-ni, “Azəralüminium” MMC-ni, “ASK Şüşə” MMC-ni, “Azərtütün ASK” MMC-ni və digərlərini göstərmək olar. Bu günə törəmə müəssisələrimizin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir. Balansımıza verilən mülkiyyətin qiymətləndirilmə prosesinin obyektivliyini təmin etmək üçün bu sahədə dünyanın “Böyük dördlüyü”nə aid daxil olan “Ernst & Young Holdings” və “KPMG Azerbaijan Limited” şirkətləri cəlb olunmuşdur. Qiymətləndirmə prosesində tanınmış yerli mütəxəsisslər də iştirak etmişdilər.

    Sərəncamımıza verilən bu əmlak, fəaliyyətimizin uğurlu startını təmin etmək üçün kifayət qədər maddi baza yaradır. İndi bizim əsas vəzifəmiz bu aktivlərdən səmərəli surətdə istifadə etməklə, onu daha da artırmaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəmizi verməkdir.

    Müasir menecmentin əsas tələblərindən biri maliyyə axınları üzərində nəzarəti təmin etmək, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmaqdır. Bu məqsədlə müəssisələrdə dövrümüzün tələblərinə cavab verən korporativ idarəetmə və onun tərkib hissəsi olan hesabatlılıq sistemi qurulmuşdur. Korporasiyanın nəzdində olan bir çox müəssisələrdə “1C3 Korporasiya” proqramının tətbiq olunması bu yöndə atılan mühüm addımlardan sayıla bilər. Bu proqramın tətbiqi biznes proseslərinin düzgün təsvirinə, təhlilinə, təkmilləşdirilməsinə və son nəticədə sənəd dövriyyəsində şəffaflığa nail olmaq imkanı yaradır. Biznes proseslərinin səmərəli təşkili təchizatdan başlayaraq, satışa kimi yaxşılaşmaya doğru gedir və məsrəflərin azalması, daha səmərəli idarəetmə üsullarının tətbiqi ilə nəticələnəcəkdir.

    Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində ölkə büdcəsinə daxil olan valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir. Elə düşünürəm ki, ölkəmiz nəticə etibarilə yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaqdır.

    Fəaliyyətimizin nəticələri həyata keçirdiyimiz investisiya siyasətindən əhəmiyyətli dərəcədə asılıdır. Bu məqsədlə sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələrin, “Azərpambıq” Aqrar Sənaye Kompleksinin, “Azəripək” MMC-nin, “Azəraliminium” MMC-nin, “ASK Şüşə” MMC-nin, “Azərtütün” MMC-nin və bir sıra başqa müəssisələrin yenidən qurulması üçün dövlət tərəfindən vəsait ayrılmışdır. Kənd təsərrüfatı üçün 9 milyon manatlıq yeni texnika, o cümlədən pambıqyığan kombaynlar, tütünün ilkin emalı üçün 60 qurutma kamerası, ipək istehsalı üçün baramaboğan avadanlıq alınmışdır. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılmış və bu günə qədər 56 min ton xam pambıq tədarük edilmişdir. Pambıqçılıq sahəsində Türkiyə, Yunanıstan, Çin, Avstraliya kimi ölkələrlə əməkdaşlıq edirik. Növbəti illərdə digər ölkələrin də təcrübəsindən istifadə etməyi planlaşdırırıq.

    Qeyd edim ki, hal-hazırda “Azərtütün ASK” MMC, “Azərpambıq ASK” MMC və “Azəripək” MMC müəssisələri üzrə beşillik biznes planı hazırlanır və onun çərçivəsində investisiya planı xüsusi diqqət mərkəzindədir. İnvestisiya planına istehsal müəssisələrinin yenidən qurulması və texnoloji avadanlıqların yenilənməsi yolu ilə istehsal həcminin artırılması, keyfiyyətin yüksəldilməsi kimi tədbirlər daxildir”.

    K.Nəbizadə deyib ki, bir il ərzində tütünçülük sahəsində də mühüm addımlar atılıb:

    “Belə ki, ölkədə tütün sahələrinin təqribən 69 faizində tütün əkilməsi, fermerlərdən tədarük olunan yaş tütünün 55 faizi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin payına düşür. 226 fermerə 4,3 milyon manat vəsait ödənilməsi də xüsusi qeyd olunmalıdır. Balakən rayonunda fermerlərin ehtiyaclarını təmin etmək üçün 2018-ci ildə müasir tələblərə və standartlara cavab verən 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində tikilərək, tam istifadəyə verilmişdir. Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd odla qurutma kamerası, anbar və ofis binaları, habelə zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Növbəti ildə tütünün qurudulması və emalı ilə bağlı texnologiyaların tətbiqi üçün dünyanın qabaqcıl şirkətlərinin iştirak edəcəyi beynəlxalq tenderlər elan etmək niyyətindəyik.

    Korporasiyanın nəzdində olan “Azəripək” MMC-də 2018-ci ildə 513 ton yaş barama tədarük edilmişdir və növbəti ildə bu həcmin ən azı 800 tona çatdırılması gözlənilir. Bu məqsədlə Çindən 2 ədəd barama boğan avadanlığı satın alınmışdır. Bundan əlavə, “Azəripək” MMC-də 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanının inşası, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur.

    “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan müəssisələrin modernləşdirilməsindən danışarkən, “ASK Şüşə” MMC-də aparılan işlər haqqında da məlumat vermək istərdim. Hazırda müəssisə istehsal gücünün 40 %-i ilə işləyir və 1-ci istehsalat sexinin 2-ci istehsal xəttinin işə salınması üzrə işlər aparılır. Bundan sonra zavodun istehsal gücünün ildə 95-100 milyon şüşə taraya çatdırılması gözlənilir.

    Korporasiyanın alüminium istehsalı sahələrinin moderinizasiya işləri davam edir və onun ixrac potensialının gücləndirilməsi üçün strateji inkişaf planı hazırlanır.

    Həyata keçirdiyimiz investisiya layihələrinin iqtisadi əhəmiyyəti ilə yanaşı, mühüm sosial önəmi də var. Onlar, yeni daimi iş yerlərinin yaradılması sayəsində dünyanın bir çox ölkələrinin sosial bəlasına çevrilmiş işsizliyi xeyli azaltmalıdır. Məsələn, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 153 daimi iş yeri vardır, mövsümdə isə 550-600 nəfər müvəqqəti işə cəlb edilir. “ASK Şüşə” MMC-də ikinci sobanın və 2-ci istehsalat xəttinin işə düşməsindən sonra 200-210 yeni iş yerinin açılması gözlənilir. Bununla yanaşı, yüksək texnologiyalara əsaslanan yeni istehsalların yaradılması regionlarda müasir peşələrin mənimsənilməsinə, ixtisas səviyyəsinin artırılmasına imkan verəcəkdir.

    Ötən il ərzində sənaye məhsulları istehsalının həcminin artırılmasına və keyfiyyətinin yüksəldilməsinə, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirmişdir”.

    K.Nəbizadə bildirib ki,müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, ölkəmizin dünya bazarlarına nüfuz etməsinə, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcəkdir:

    “Hörmətli həmkarlar, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət idarəçiliyinin təkmilləşdirilməsinə yönəlmiş struktur islahatları getdikcə vüsət alır və yaxın vaxtlarda biz bunun təzahürünü dövlət qurumlarının işinin səmərəliliyinin yüksəlməsində, vətəndaş məmnunluğunun artmasında müşahidə edəcəyik. Kollektivimizin özəyini əsasən, yüksək ixtisaslı cavan kadrlar təşkil edir. Yaxın zamanda inzibati binamız da təhvil veriləcək və işimizi müasir dövrün tələblərinə cavab verən, informasiya texnologiyaları avadanlığı ilə təchiz olunmuş şəraitdə davam etdirəcəyik. Əminəm ki, kollektivimiz cənab Prezident İlham Əliyevin etimad göstərərək qarşımızda qoyduğu vəzifələrin öhdəsindən gələcək, biliklərimizi zənginləşdirəcək, ixtisas səviyyəmizi daim yüksəldəcək, Vətənimizin, xalqımızın gələcəyi naminə var qüvvəmizlə çalışacağıq.

    Əlbəttə, iş görülən yerdə nailiyyət əldə etməklə yanaşı, problemlərlə də üzləşəcəyik və bizim gələcək inkişafımız onları nə dərəcədə düzgün həll etməyimizdən asılıdır. Buna görə də, kadr potensialının gücləndirilməsi, peşəkarlığın artırılması bizim üçün daim diqqət mərkəzində olmalıdır.

    Elə bilirəm ki, burada çıxış edəcək məruzəçilər əldə etdikləri uğurlarla yanaşı, qarşılaşdıqları problemləri də şərh edəcək və onların həlli yolları barədə fikirlərini bildirəcəklər”.