Month: January 2019

  • Neftçalada üç uşaq anası itkin düşüb – FOTO

    Neftçala rayonunda üç uşaq anası itkin düşüb.

    Median.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

    Belə ki, Nuranə Səmədova yanvarın 10-da gecə saat dörd radələrində atasına zəng edərək xəstələndiyini bildirib. Atası Elxan Hüseynov qızını evə gətirib.

    Həmin gün Nuranə evdən çıxıb və bir daha geri qayıtmayıb. Valideynləri yaxınları, qohumları ilə əlaqə saxlasa da, ancaq övladlarından xəbər ala bilməyiblər. Bundan sonra polisə məlumat verilib. Artıq 8 gündür Nuranə Səmədova axtarışdadır.

    Valideynlərinin dediyinə görə, ailədə heç vaxt mübahisələri yaranmayıb. Hansı səbəbdən də qızın getdiyi bilinmir.

  • Robert Koçaryanın həbs müddəti uzadılıb

    Yerevan Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryan barəsindəki həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb.

    Median.az TASS-a istinadən xəbər verir ki, bunu məhkəmə iclasından sonra vəkil Aram Orbelian jurnalistlərə bildirib.

    “Əlbəttə, biz bunun mövcud qanunlara zidd olduğunu düşünürük”, – deyə vəkil vurğulayıb.

    Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur.

  • Azərbaycan klubları UEFA-dan nə qədər vəsait əldə edib?

    Azərbaycan klubları UEFA-dan 20 milyon avro vəsait əldə edib.

    Median.az “report”a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumunun 2017-ci ili əhatə edən hesabatında bildirilir. Azərbaycan bu göstərici ilə klubları avrokuboklarda əldə etdikləri nəticələrə görə ən çox pul qazanan ölkələrin “Top-20″də qərarlaşıb.

    2016-cı illə müqayisədə, Azərbaycan klublarının UEFA-dan ümumi gəlirində 103 faiz artım olub ki, bu da “Qarabağ”ın ölkə tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlıdır. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin pley-off və qrup mərhələsində çıxışına 16 milyon 819 min avro mükafat alıb.

    Ümumilikdə isə 2017-ci ildə Avropa futbol qurumu tərəfindən Azərbaycan klublarına ayrılan pulun 91 faizi “Qarabağ”a çatıb. Hesabatda bildirilir ki, həmin dövrdə Odlar Yurdu təmsilçilərinin qazancının 59 faizini UEFA-dan gələn vəsait təşkil edib.

  • Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq – “20 Yanvar”la əlaqədar

    20 Yanvar faciəsinin 29-cı ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzinin repertuarında dəyişikliklər olacaq.

    Nizami Kino Mərkəzi 20 Yanvar faciəsi ilə əlaqədar repertuarda bəzi dəyişikliklər edib.

    Belə ki, yanvarın 20-də kinomərkəzin repertuarında olan komediya janrında filmlərin nümayişi dayandırılacaq.

    Repertuara, Salnamə Sənədli Filmlər Studiyasında, rejissor Xamiz Muradovun çəkdiyi, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş xalq faciəsi və bundan sonrakı hadisələri əks etdirən “Azadlığa gedən yollar ” filmi daxil ediləcək.

    Seansların vaxtı: Yanvarın 19-da saat 14:00-da;

    Yanvarın 20-də saat 15:30 -da;

    Seanslara giriş sərbəstdir.

  • Дочь топ-менеджера «Роснефти» покончила с собой

    Дочь заместителя главы одного из отделов российской крупной нефтегазовой компании «Роснефть» выбросилась из окна после ссоры с родителями, сообщает Telegram-канал. Mash.

    Согласно информации, 15-летняя Ксюша почти никогда не ругалась с родителями. Однако 16 января девушка вернулась со дня рождения подруги и поссорилась с мамой.

    “Поссорилась с мамой, приняла все слишком близко к сердцу. Эмоции и алкоголь сделали свое дело. Девочка заперлась в комнате и выпрыгнула из окна”, – говорится в сообщении.

  • 260 manata görə qətlə əl atdı

    Pula görə qətl törədən şəxsin kassasiya şikayətinə baxılacaq.

    Median.az bildirir ki, məhkum olunan Xalıqov Rövşən Gülbala oğlunun məhkəmə prosesi fevral ayının 27-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

    Xatırladaq ki, 2016-cı il 17 iyun tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə qətl törətməkdə təqsirləndirilən Rövşən Xalıqov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2015-ci il iyunun 28-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Viktor Lituxinin baş nahiyəsində xəsarət olan və qismən çürüməyə məruz qalmış meyiti mənzilində tapılıb.

    Araşdırmalar zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Xalıqov tərəfindən tamah məqsədilə çəkiclə qətlə yetirilməsi müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Xalıqov tutulub. Hadisəsini törətdikdən sonra onun evdən 260 manat pul apardığı məlum olub. R.Sadıqov Cinayət Məcəlləsinin 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmişin sağlamlığına ağır zərər vurmaqla törəldildikdə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, R.Xalıqov 2015-ci ildə oğurluqda təqsirli bilinərək, həbs edilib. Məhkəmənin hökmü ilə o, 2 min manat məbləğində cərimə edilib.

  • Bakıda özəl klinikada yanğın – VİDEO

    Paytaxtın Nərimanov rayonunda özəl klinikalardan birində yanğın baş verib.

    Median.az-ın xəbərinə görə, hadisənin görüntülərini Baku TV saytı yayımlayıb.

    Bildirilir ki, yanğın “Oksigen” klinikasının yuxarı mərtəbələrində qeydə alınıb.

    Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, alovun qarşısı alınıb.

    Yanğının baş vermə səbəbləri hələlik məlum deyil.

  • 5 günün içində bir ailədə ikinci DƏHŞƏT: Doğmasının yoxluğuna dözməyən qadın özünü asdı

    Median.az publika-ya istinadən xəbər verir ki, rayonun Əmirvan kənd sakini, 1966-cı il təvəllüdlü Zəkəryəyeva Dilarə Mürsəl qızı özünü yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə asaraq intihar edib.

    Faktla bağlı Qəbələ rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

    Bildirilir ki, intihar edən D.Zəkəryəyevanın yaxın qohumları 5 gün əvvəl Şamaxı rayonunda dəhşətli yol qəzasına düşüb. Belə ki, Bakı-Şamaxı- Yevlax avtomobil yolunun 127-ci km də, rayonun Meysəri kəndi yaxınlığında Qəbələ rayon Əmirvan kənd sakini 36 yaşlı Dəyanət Zəkəryayevin idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

    Qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 30 yaşlı Pərvanə Zəkəryayeva hadisə yerində dünyasını dəyişib.

  • Еще одна волчья атака в Азербайджане

    Хищники нанесли ущерб фермеру из Геранбойского района, который после нападения волков лишился восьми овец.

    В Геранбойском районе волки напали на фермерское хозяйство. Инцидент произошел на территории села Эйвазлы.

    Хищники напали на стадо овец и растерзали восемь голов мелкого рогатого скота. В результате нападения полков пострадал местный житель Эльман Адыгезалов, сообщает Report.

    Отметим, что это уже не первое нападение волков за нынешний осенне-зимний сезон: 29 ноября 2018 года в Астаринском районе волк напал на семерых жителей села Шюви, Секяшам и Зангюляш. Среди пострадавших были трое несовершеннолетних, в том числе и школьники. Тогда последнему пострадавшему – Тофигу Аскерову – удалось убить животное, когда хищник проник в хлев.

    В целом по данным Республиканской противочумной станции, в течение 2018 года в Азербайджане зафиксировано свыше 21 тысячи укусов и ранений, полученных людьми со стороны бездомных собак и диких животных.

  • BNA mövcud nişanlarda dəyişiklik edəcək

    Payatxtda qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir.

    Median.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

    Məlumata görə, bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb.

    “Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən 3.27 nişanının tələbinin günün saatlarına və həftənin iş və qeyri-iş günlərinə uyğun qüvvədə olması, onun qüvvədə olduğu sahənin dəqiqləşdirilməsi, bəzi yerlərdə həmin nişanın durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilir. Növbəti ayda təhlillərin nəticəsində məqsədəuyğun hesab edilən yerlərdə mövcud nişanlarda qanunvericiliyin tələbinə uyğun dəyişikliklər ediləcək”, – deyə qurum bəyan edib.