Month: January 2019

  • “Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur” – “MeydanTV”nin əməkdaşından şok mövqe: – FOTOFAKT

    “Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur”

    Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan və ölkəmiz əleyhinə qaralama kampaniyası aparan antimilli ünsürlərin erməni maraqlarına xidmət etdiyini, işğalçı Ermənistanla ortaq mövqedən çıxış etdiklərini dəfələrlə qeyd etmişdik. Belələri üçün Vətən, millət, xalq məfhumun yad olduğunu, yalnız öz şəxsi maraqlarını düşündüklərini xüsusi vurğulamışıq. Eyni əqidənin daşıyıcıları olan bu antimilli ünsürlər yalnız şəxsi maraqlarını təmin etmək üçün hər vasitəyə əl atır, istənilən xarici qüvvə ilə əməkdaşlıqdan çəkinmirlər. Emin Milli kimi antimilli ünsürün rəhbərlik etdiyi “MeydanTV”də və onun ətrafında toplaşanlar da belələrinə nümunədir.

    Median.az Kaspi.az-a istinadən bildirir ki, “MeydanTV”nin əməkdaşı Aytən Fərhadova “Facebook”da yazdığı statusla özünün və əməkdaşlıq etdiyi komandanın əsl simasını növbəti dəfə ortaya qoyub. Əslən Zəngilandan olduğunu qeyd edən A.Fərhadova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünə toxunaraq, işğal altındakı Zəngilan, Şuşa, Laçın üçün kimsənin ölməsini arzulamadığını yazıb.

    “Ermənistan babalarımın mülkiyyət hüquqlarını tanısın və insanımın təhlükəsizliyini təmin etsin Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur” – cümləsi bu xanımın əsl mahiyyətini ortaya qoyur. “Qazilərə sayğım sonsuz, şəhidlərin xatirəsi həmişə də həmişə əzizdir”, – qeydini edən bu xanım anlamır ki, yazdıqları ilə düşmən dəyirmanına su tökür, Ermənistana öz təslimçiliyini çatdırır, işğalçıya haqq qazandırır, 1 milyondan artıq qaçqın və məcburi köçkünün didərginliyinə yumşaq desək əhəmiyyət vermir.

    “MeydanTV” və ona havadarlıq edənlərdən təlimatlar alan A.Fərhadova bu yazdıqları ilə Vətəninə, millətinə, xalqına xəyanət edir. Elə bu səbəbdən də “Facebook” istifadəçiləri, o cümlədən status müəllifinin həmkarları, müxalifətçilər onu bu mövqeyinə görə “topa tutublar”. Misal üçün, Dünya Sakit imzası ilə tanınan jurnalist A.Fərhadovanın yazdıqlarından təəssüfləndiyini qeyd edib. Bildirib ki, erməninin Aytənin babalarının mülkiyyət hüququnu tanıması nonsensdir və bunu onlara tanıtmaq üçün döyüşməkdən başqa yol yoxdur. O bildirib ki, hər nə qədər istəməsək belə, döyüş və itkilər qaçılmazdır.

    Müxalifyönlü fikirləri ilə tanınan Rəşad Babalı isə etirazını ironik şəkildə bu cür çatdırıb: “Verək başqa yerləri də bitsin. Ermənilər əslində vəhşi deyillər. Sadəcə, bizim mövcudiyyətimiz onları vəhşiləşdirir. “MeydanTV”nin havasındandı, suyundandı bilmirəm, orda işləyənlərin böyük əksəriyyəti belə düşünür. “Halaldır” bu təslimçiliyi “propoqanda” edənlərə”.

    Mübariz Türk adlı istifadəçi vurğulayıb ki, A.Fərhadova əslində bu statusu ilə Ermənistanın işğalçılıq siyasətinə dəstək olur, işğal olunmuş torpaqların müdafiəsi zamanı əlil olan qazilərimizə, şəhidlərimizin ruhuna ən böyük sayğısızlıq nümayiş etdirir.

    Əslən Cəbrayıl rayonundan olan Afər Fərhad isə etirazını bu cür bildirib: “Ermənistan babalarımın mülkiyyət hüquqlarını tanısın”. Bu fikrə necə inanmaq olar? Ermənistan ərazisində yaşayıb, baba yurdundan qovulan nə qədər qaçqın var…”.

    Gün ərzində bu kimi rəylərlə sosial şəbəkə istifadəçiləri “MeydanTV”nin əməkdaşı Aytən Fərhadovaya öz etirazlarını çatdırıblar.

  • XİN Rusiyaya cavab verib: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

    Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir.

    Median.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Rusiya tərəfinə cavabında bildirilib.

    Məlumatda deyilir: “Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin bu ölkənin bəzi vətəndaşlarının Azərbaycana buraxılmamasına dair yanvarın 18-də mətbuat üçün məlumatı ilə tanış olduq. Buna cavab olaraq bildiririk ki, Azərbaycan və Rusiya bərabərhüquqlu suveren dövlətlərdir, Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir və diplomatik etik qaydalara tamamilə ziddir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən məsələ ilə əlaqədar verilən şərhlərin tərzi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya tam adekvat idi. Bir daha bildiririk ki, yalnız 2018-ci il ərzində 880.000 nəfərdən artıq Rusiya vətəndaşı Azərbaycan Respublikasına səfər edib və onların mütləq əksəriyyəti bu səfərdən razı qalıb, göstərilən qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bu məsələ ilə bağlı anlaşılmaz inadkarlığı başa düşülən deyil, Azərbaycan-Rusiya strateji əlaqələrinin mahiyyətinə ziddir. Həmçinin Azərbaycan və Rusiya prezidentlərinin iki ölkə arasında əlaqələrin inkişafı üçün nümayiş etdirdiyi iradə və gördükləri işlərlə heç bir halda uzlaşmır. Bir daha bildiririk ki, Rusiya XİN-in mətbuat xidməti tərəfindən atılacaq addımlara mütənasib olaraq Azərbaycan tərəfindən də adekvat tədbirlərin görülməsi müəyyən ediləcək”.

  • “İnterpol” xətti ilə axtarışa verilən azərbaycanlı Rusiyada tutuldu

    Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Rusiyada tutulub.

    Median.az report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 35 yaşlı Kənan Kazımov Moskvada saxlanılıb.

    Onun Azərbaycana ekstradisiyası üçün işlər davam etdirilir.

  • Şamaxı təfərə yolu düşən sürücülərin DİQQƏTİNƏ! EHTİYYATLI OLUN! — VİDEO

    Havaların şaxtalı keçməsi yollarda hərəkəti çətinləşdirib.
    Median.az
    ARB TV-yə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistralında qar və şaxtalı hava gediş-gəlişdə çətinliklər yaradıb. Xüsisilə gecə saatlarında yolların buz bağlaması və dumanlı hava şəraiti sürücülərə çətin anlar yaşadıb.

    Sürücü: “Bakıdan gəlirik, müəyyən yerlərdə buzlanma və bir qədər də duman var. Sürücülərdən xahiş edərdim ki, ehtiyatlı olsunlar”.

    Sürücü: “Qobustan ərazisində duman var. Gecə saatlarında buzlanma güclənə bilər, sürücülər diqqətli olsun”.

    7 nömrəli Yol İstismar İdarəsi gücləndirilmiş iş rejiminə keçib. İdarənin canlı qüvvəsi və texnikaları əraziyə cəlb edilib. Yollarda təmizlənmə işləri aparılır. Qum, duz qarışığı səpilir. Xüsusilə ən təhlükəli nöqtələrdə 3-5 metr ara məsafəsi qoyulmaqla çınqıl ehtiyatı saxlanılır.

    Rauf Hüseynov – Yol İstismar MMC-nin sahə rəisi: “Qərargah yaradılıb, bütün işçi qüvvəmiz, həmçinin texnikalardan istifadə edərək yollarda nəqliyyatın hərəkətinə çətinlik yarada biləcək maneələrin aradan qaldırılması üçün var qüvvəmizlə çalışırıq”.
    Qobustan-Xılmilli eləcə də Şamaxı, Pirqulu-Dəmirçi avtomobil yollarında da yağan qar nəticəsində çətinlik yaranıb. Artıq hək iki istiqamətdə hərəkət bərpa olunub.

    Rauf Hüseynov – Yol İstismar MMC-nin sahə rəisi: “Buzlaşma əsasən bizim ərazidə Qobustan-Xılmilli avtomobil yolunda və Şamaxı, Pirqulu-Dəmirçi avtomobil yolunda olur. Biz var qüvvəmizlə çalışırıq ki, nəqliyyat vasitələrinin hərəkərində fasilə yaranmasın”.

    Hazırda yollarda vəziyyət normal olsa da, axşama saatlarında şaxta düşəcəyi ehtimalını nəzərə alaraq sürücülərə bu saatlarda mümkün qədər magistraldan istifadə etməmələri məsləhət görülür.

  • Keşlədə qadına qarşı quldurluq edildi

    Paytaxtda qadının çantasını zorla ələ keçirən şəxs tutulub.

    Median.az xəbər verir ki,Nizami RPİ 23-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Keşlə qəsəbəsi ərazisində bir qadına zor tətbiq edərək içərisində pul və maaş kartı olan çantasını almaqda şübhəli bilinən Şamaxı rayon sakini Tural İsrafilov saxlanılıb.

    Saxlanılan şəxs polisə ifadəsində törətdiyi əməli etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

  • 4200 şəhid ailəsinə birdəfəlik maddi yardım verilib

    “Şəhid hərbi qulluqçuların 4200 vərəsəsi artıq birdəfəlik ödənişi alıb”.

    Median.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirib.

    Onun sözlərinə görə, Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur:

    “Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3100 nəfərinin 4200 vərəsəsi bu ödənişi alıb və proses 2019-cu ildə yekunlaşacaq”.

  • Bu il övladlığa götürmə prosesi elektronlaşdırılacaq

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 2018-ci ildə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində xidmətlərin və iş mexanizmlərinin şəffaflaşdırılması və optimal əsaslarla təşkili, keyfiyyətinin artırılması istiqamətində mühüm islahatlar aparılıb. Bu islahatlar cari ildə də davam etdiriləcək.

    Median.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Sahil Babayev nazirlikdə 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

    S.Babayev vurğulayıb ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçımız sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək, “Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək” deyə bildirib.

    Nazir diqqətə çatdırıb ki, iclasda Prezident İlham Əliyev tərəfindən ƏƏSMN üzrə müəyyən olunan bütün vəzifələrin yüksək səviyyədə icrası təmin ediləcək. Prezidentin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən 3 dəfə çox – 626 mənzil bu kateqoriyalardan olanlara təqdim olunub. Bu il ən azı 800 mənzil həmin şəxslərin istifadəsinə veriləcək. Dövlət başçımızın mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsi 2018-ci ilin önəmli sosial müdafiə tədbirləri sırasında xüsusi yer tutur. Vərəsələrinə ödəniş verilməsi müəyyən olunan şəhid hərbi qulluqçulardan artıq 3,1 min nəfərinin 4,2 min vərəsəsi bu ödənişi alıb və proses 2019-cu ildə yekunlaşacaq.

    S.Babayev deyib ki, keçən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub ki, həmin şəxslərdən artıq 5300 nəfərinə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün aktivlər (mal və materiallar) verilib. Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev özünüməşğulluq proqramının geniş vüsət aldığını qeyd edərək “Bu il ən azı yeddi min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar. Özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası var” deyə vurğulayıb. Cari ildə özünüməşğulluğa cəlb olunaraq kiçik ailə təsərrüfatlarını yaradan ailələrin sayı daha da çoxalacaq. Proqramın icra mexanizminin təkmilləşdirilməsi, sosial yardım alanların, daha çox sosial müdafiəyə ehtiyac duyanların bu proqramda iştirak səviyyəsinin artırılması diqqətdə saxlanacaq.

    Ötən il əmək müqavilələrinin sayının 91,3 min artdığını qeyd edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq kölgə iqtisadiyyatının aradan qaldırılması tədbirlərinin gücləndirilməsi, o cümlədən qeyri-rəsmi məşğulluğun minimuma endirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər bu il daha da genişlənəcək.

    Nazir 2018-ci ildə sosial təminat növləri üzrə ödənişlərdə – pensiya və müavinətlərdə, Prezidentin təqaüdlərində növbəti dəfə artımların olduğunu qeyd edərək, diqqətə çatdırıb ki, cari ilin əvvəlindən pensiya təyinatının avtomatlaşdırılması sosial sahə üzrə xidmətlərin mühüm bir sektorunun şəffaflaşmasına və vətəndaş məmnunluğuna uyğun təşkilinə imkan verib. Pensiya hüququ yarananların 70 faizinə elektron qaydada pensiya təyinatı sistemi qurulub. Qalan 30 faizə aid şəxslərin (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və b.) də avtomatlaşdırılmış pensiya təyinatı sisteminin yaradılması bu il təmin edilməldir.

    Artıq 900 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatının aparıldığını bildirən S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə sosial müavinət və təqaüdlərin təyinatı, məşğulluq, əmək bazarına nəzarət sistemlərinin, övladlığagötürmə prosesinin də elektron infrastrukturu yaradılacaq. Hədəf odur ki, əmək, məşğulluq, sosial təminat sistemlərinin bütün komponentləri elektronlaşdırılmaqla, bu sahələrdə optimal, şəffaf iş və xidmət sistemləri fəaliyyət göstərsin.

    Nazir vurğulayıb ki, ƏƏSMN üçün bu ilin başlıca fəaliyyət məramı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək bir layihənin – dövlət sosial xidmətlərinin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsini nəzərdə tutan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) və “DOST” mərkəzlərinin işə salınmasıdır. Prezidentin 2018-ci il 9 avqust və 2018-ci il 10 dekabr tarixli fərmanları ilə DOST layihəsinin hüquqi və institusional işləri artıq yekunlaşıb və yaxın aylarda ilk “DOST” mərkəzi istifadəyə veriləcək. Bu il ərzində paytaxtda 3 belə mərkəzin yaradılması nəzərdə tutulur. Bununla da nazirliyin əhaliyə xidmətlərində tam yeni forma və məzmunda keyfiyyət mərhələsinə keçid təmin ediləcək.

    S.Babayev həmçinin Prezident İlham Əliyevin 5 sentyabr tarixli Fərmanı ilə ölkəmizdə ilk dəfə olaraq sosial reyestri formalaşdıran “e-sosial” internet portalının, “Məşğulluq” altsisteminin yaradıldığını deyib. O bildirib ki, Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemi özündə konkret xidmət istiqamətləri üzrə 18 alt sistemi əhatə edir ki, bu da həmin sistemin geniş funksionallığını göstərir.

    S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son 6 ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edib. O, 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktlarının aşkar edilərək, onların dərhal ləğv edildiyini, ödənilmiş vəsaitin bərpası işlərinin görüldüyünü, nəticədə 3 mln. manat dövlət vəsaitinə qənaət olunduğunu deyib. Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.

    İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Abdul-Qədirov hesabat məruzələri ilə çıxış ediblər.

    Çıxışlar zamanı ötən il DSMF gəlirlərinin 2017-ci illə müqayisədə 279,3 mln. manat və ya 8,3% artaraq 3678,3 mln. manata, o cümlədən sosial sığorta daxilolmalarının 246,5 mln. manat və ya 11,8% artaraq 2332,2 mln. manata çatdığı, qeyri-büdcə sektoru üzrə daxilolmalarda 152,4 mln. manat və ya 11,4% artımın qeydə alındığı və bu istiqamət üzrə proqnozun icrasının 106,1 % (86 mln. manat və ya 6,1% çox) yerinə yetirildiyi bildirilib. 2018-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğinin 7,3 faiz artdığı diqqətə çatdırılıb.

    Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1% çox olmaqla 51,774 nəfərin işlə təmin edildiyi, 118138 nəfərin peşəyönümü məsləhətlərinə, 2914 nəfərin peşə hazırlığı kurslarına, o cümlədən 355 nəfər sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğu, 8760 nəfərə işsizlikdən sığorta və müavinət ödənildiyi qeyd edilib. Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsinin, Əmək Məcəlləsinə dəyişikilklər layihəsinin hazırlandığı, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlandığı qeyd olunub.

    Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 mln. manat cərimə tətbiq edildiyi, istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayının 13 faiz azaldığı və s. diqqətə çatdırılıb.

    Aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlardan bəhs edilib. S.Babayev həyata keçirilən islahatlarla, görülən işlərlə, habelə DOST Agentliyinin və “DOST” mərkəzlərinin yaradılması, “İşsizin dostu” proqramının icrası və s. ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib, 2019-cu il ərzində nazirliyin qarşısında duran əsas vəzifələr müəyyən edilib.

    İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2018-ci il tarixli Sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə fəxri adlar və medallarla təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib.

  • “20 Yanvar” stansiyası matəm ovqatında tərtib olunacaq

    “Bakı Metropoliteni” QSC-də Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq, xüsusi tədbirlər planını təsdiqləyib.

    Median.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, yanvar ayının 10-dan başlayaraq, metropolitenin keçidlərin, vestibüllərin, plaftormaların cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir:

    “Ənənəyə uyğun olaraq, “20 Yanvar” stansiyası həmin gün matəm ovqatında tərtib olunacaq. Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə veriləcək. Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarların stansiyalarda dayandırlaraq 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək. Həmin anı “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər “20 Yanvar” stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər”.

    B.Məmmədov əlavə edib ki, Qanlı Yanvar hadisəsinin 29-cu ildönümündə Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq: “Bu tarix istirahət gününə təsadüf etsə də, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə, xəttə veriləcək. Ənənəsinə sadiq qalan “Bakı Metropoliteni” QSC-nin çoxminlik kollektivinin nümayəndələri həmin gün şəhidlərimizin əbədi xatirəsinə ehtiramını ifadə edərək, Şəhidlər xiyabanını ziyarət edərək, onların ruhuna dualar oxuyucaq, məzarları önünə təzə-tər güllər düzəcəklər”.

  • В столице житель Шамахы ограбил женщину

    Как сообщает Median.Az, сотрудники 23-го отделения полиции Низаминского РУП в результате проведенной операции задержали жителя Шамахинского района Турала Исрафилова, который 17-го января в поселке Кешля совершил нападение на женщину, вследствии чего отобрал у нее сумку, где находились деньги и банковская карта.

    В Следственном отделе Низаминского РУП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Keşlədə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ 23-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 17-də Keşlə qəsəbəsində bir qadına zor tətbiq edərək, içərisində pul və maaş kartı olan çantasını ələ keçirən Şamaxı rayon sakini Tural İsrafilov saxlanılıb.

    Nizami RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.