Month: January 2019

  • Nazirlik təhlükə yaradan ağaclarla bağlı hərəkətə keçdi

    “Nazirlikdə yaradılan qərargaha dünən axşamdan başlayaraq vətəndaşlardan müxtəlif məzmunlu zənglər daxil olur”.

    Bu barədə “Qafqazinfo”ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

    Qurum rəsmisinin sözlərinə görə, hava şəraiti ilə bağlı sorğularla bərabər, güclü küləkdən aşmaq təhlükəsi olan quru ağaclar haqqında, onların budanaraq insanlar üçün təhlükəsiz vəziyyətə salınması barədə də müraciətlər daxil olur: “Artıq bir çox rayonlarda və Bakıda vətəndaşların müraciəti əsasında Nazirliyin əməkdaşlarının dəstəyi ilə təhlükə yaradan ağacların budanması həyata keçirilib, aşma təhlükəsi aradan qaldırılıb”.

    Qeyd edək ki, ETSN ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək təhlükəli hidrometeoroloji hadisənin gözlənildiyi ilə bağlı məlumat yayıb.

  • Минздрав Азербайджана о распространении ветром вируса “свиного гриппа”

    Распространяемая в социальных сетях информация о том, что в Азербайджан вместе с ветром попадает вирус “свиного гриппа”, не соответствует действительности, в стране нет данного вируса.

    Об этом сообщили в среду Trend в министерстве здравоохранения, комментируя данную информацию, передает Median.az.

    В министерстве отметили, что прекращение занятий в общеобразовательных учреждениях связано с предупреждением министерства экологии и природных ресурсов о резком изменении погоды.

    “Просим граждан не поддаваться на провокации. Эпидемиологическая ситуация в стране находится под полным контролем”, – добавили в минздраве.

  • Murad Dadaşov Dominikanda – VİDEO

    Xalq artisti Murad Dadaşov istirahətə yollanıb.

    Median.az axşam.az-a istinadən xəbər verir ki, şoumen yaxta ilə okean gəzintisinə çıxıb.

    Dadaşov özünü əvvəlcə Britaniya Vircin adalarında, sonra isə Dominikanda qeyd edib.

  • Qubada evdən 1600 manat oğurlayan şəxs saxlanılıb (FOTO)

    Qubada evdən 1600 manat oğurlayan şəxs saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev yanvarın 14-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığı barədə məlumat verib.

    Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb.

    Peşəkarlıqla və isti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini edərək, evdə heç kimin olmadığı vaxtda evə daxil olduğunu və 1600 manat pul oğurladığını, əldə etdiyi pulları isə xərclədiyini bildirib.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb (FOTO)

    Şəkidə Olimpiya məhəlləsində zenit top mərmisi tapılıb.

    Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Trend-ə verilən məlumata görə, bu gün saat 12:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Şəki şəhəri, Olimpiya məhəlləsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

    Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəki şəhər (rayon) Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 30 mm zenit top mərmisi (OFZ) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Top mərmisinin ətrafında 2 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Asif Əsgərov sabah gözlənilən hava ilə bağlı tapşırıq verdi

    Yanvarın 16-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.

    Median.az xəbər verir ki, iclasda rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİH başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə, təhsil, səhiyyə və digər müəssisə rəhbərləri, MTKB və tabeliyində olan MKİS-lərin və rayon ərazisində fəaliyyət göstərən digər kommunal və xidmət sahələrinin rəhbərləri iştirak edib

    Şura iclasına sədrlik edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 2018-2019-cu ilin payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində rayon İcra Hakimiyyətində yaradılmış xüsusi Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirib.

    Yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin dəyişəcəyi, temperaturun aşağı enəcəyi, küləyin bəzi hallarda saniyədə 25-40 metrədək şiddətlənəcəyi bildirilərək, bununla bağlı müvafiq tədbirlərin görülməsi barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tapşırıqların verildiyi qeyd edilib.

    Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, nümayəndəliklərin, xidmət sahələrinin gücləndirilmiş iş rejiminə keçirilməsi, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq maşın mexanizmlərin, avadanlıq və inventarların tam hazırlıq vəziyyətinə gətirilməsi, müəssisə və təşkilatlarda növbətçiliyin yaradılması, əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrinin saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi, baş verəcək hadisələrin qarşısının alınması üçün operativ tədbirlərin görülməsi və işlərin gedişatı barədə mütəmadi olaraq rayon İcra Hakimiyyətinə məlumat verilməsi RİH Başçısı tərəfindən tapşırıldı.

  • Rostov aeroportunda azərbaycanlı saxlanıldı

    Rostovun Platov aeroportunda 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

    Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, gömrük nəzarətindən keçən zaman onun üzərindən qeydiyyata alınmamış külli miqdarda pul aşkarlanıb.

    “Azərbaycan vətəndaşının üzərinə baxış zamanı 950 dollar və 720 min rubl aşkarlanıb. Məlum olub ki, o, üzərindəki pulları qeydiyyata salmayıb”, – gömrük xidmətindən bildiriblər.

    Kişi deklarasiya haqqında məlumatsız olduğunu bildirib. Ancaq bu, onu məsuliyyətdən azad etmir. Faktla bağlı araşdırmalara başlanılıb.

  • Qeydiyyatdan keçməyən 50-ə yaxın obyekt cərimələndi

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinin qanunsuz fəaliyyətinin qarşısını almaq üçün monitorinqlərə başlayıb.

    Agentlikdən verilən məlumata görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət 2018-ci ilin dekabrın 31-də bitib.

    Bu müddət ərzində AQTA tərəfindən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər olunub, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilib və KİV-də Agentliyin adından sahibkarlıq subyektlərinə çoxsaylı xəbərdarlıqlar ünvanlanıb.

    Lakin qeydiyyat üçün kifayət qədər uzun müddətin ayrılmasına və prosedurun asan olmasına baxmayaraq qida məhsulları sahəsində fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri qeydiyyatdan keçmək üçün müraciət etməyib. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.

    Qida sahəsində qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik aidiyyəti orqanlarla birlikdə paytaxtın Səbail rayonu ərazisində 50-ə yaxın ictimai-iaşə obyektində reyd keçirib. Reydlər zamanı fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmayan, qida təhlükəsizliyi qeydiyyatından keçmədən qida sahəsində çalışan subyektlərə qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Bu zaman bəzi sahibkarlıq subyektləri cərimələnib, bəzilərinin isə fəaliyyəti məhdudlaşdırılıb.

    Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

  • Daxili orqanında narkotik keçirmək istədi

    Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

    Dövlət Gömrük Komitəsinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan müayinə nəticəsində vətəndaşın düz bağırsağında 3 ədəd uzunsov formalı büküm olduğu müəyyən edilib.

    Bükümlərə baxış zamanı, ümumi çəkisi 92 qram olan narkotik vasitə-tiryək, qablaşdırması ilə birgə ümumi çəkisi 1,7 qram olan kristal şəkilli psixotrop maddə – metamfetamin, qablaşdırması ilə birgə ümumi çəkisi 6 qram olan narkotik vasitə – heroin, üzərində “M40” yazılı 50 ədəd metadon və 38 ədəd “Clonazepam” həbləri aşkarlanıb.

    Xatırladaq ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, “Clonazepam” adlı dərman preparatı isə Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir. Faktla bağlı araşdırma aparılır.

  • Bu xəstəliyə inkişaf etmiş ölkələrin əhalisi yoluxur — Alimlərdən xəbərdarlıq

    Yüksək şüalanma kanadalı alimləri həyacan təbili çalmağa vadar edib. Elektro hiper həssaslıq kimi tanınan bu xəstəliyə daha çox inkişaf etmiş ölkələrdə yaşayan əhali yoluxur. Bunu 21 əsrin vəbası da adlandırırlar.
    Median.az xəbər verir ki, alimlərin könüllülər üzərində apardıqları araşdırmalar bunu bir daha sübut edib. Məlum olub ki, könüllülərin bir gecə mobil telefonla yatması səhər insult simptomlarıyla ayılmalarına kifayət edir. Bu həqiqətən xəstəlikdir, yoxsa sadəcə adi şayiədir?

    Kanadanın Trent Universitetinin professoru Maqde Haves 10 ilə yaxındır ki, şüalanma ilə bağlı araşdırma aparır. O, mobil telefonların insan orqanizminə olan zərərlərini və qan hüceyrələrinə ziyanını sübut edib. Onun sübutlarından biri isə mikrodalğalı sobaların işlədiyi otaqdan əlavə bütün evə şüa yaymasıdır. Hazırda isə dünya şüalanma üzrə ən pik həddədir. Onun sözlərinə görə elektro hiper həssaslıq allergiyası getdikcə insanların bütün orqanizminə hakim kəsiləcək. Şüalanma mikrodalğalı sobalardan, vay-fay (wi-fi) şəbəkəsi və mobil cihazlardan daha geniş yayılır. Bu xəstəliyin əlamətləri aşağıdakılardır:

    – Güclü baş ağrıları;

    – Yuxusuzluq;

    – Yaddaş zəifləməsi;

    – Diqqət dağınıqlığı;
    – Əhvalın pisləşməsi, depressiya;

    – Panik atak;

    – Bədənin müxəlif hissələrində şiddətli ağrılar ;

    Bir neçə il bundan əvvəl Yaponiya universtitetlərinin birinin tələbələri belə bir təcrübə aparıblar. Onlar 4 mobil telefonu dairə şəklində düzərək ortaya qarğıdalı dənələri qoyublar. İnanılmazdır, amma bir neçə müddətdən sonra telefonlardan çıxan şüadan qarğıdalı dənələri partlayaraq pop-korn əmələ gətirib. Bundan bəlli olur ki, telefon şüalanması insan orqanizminə nə qədər ziyan vura bilər.

    2013-cü ildə Dünya Onkologiya Xəstəlikləri Araşdırma Mərkəzinin apardığı tədqiqatlardan məlum olub ki, mobil telefonlardan çıxan şüa qlioma adlı beyin şişinin yaranması riskini sürətləndirir. Onun böyüyüb inkişaf etməsinə şərait yaradır.

    Xatırladaq ki, qlioma beyin xərçənginin ən yayılmış növüdür.