Month: January 2019

  • Təbiətə ziyan vuranlar cinayət başında yaxalandılar – FOTOLAR

    Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi Əlirzayev və Əkbər Kərimov saxlanılıblar.

    Aparılan tədbirlərlə məlum olub ki, kənd sakini Rəmzi Əlirzayev həmkəndlisi olan Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, R.Əlirzayevə məxsuz “Qaz 66” markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.

    Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

    Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.//Sputnik.az

  • Alimlərdən SOS: Bu dövlətlər sular altında qalacaq

    Antarktidada buzlaqların əriməsi prosesi təəccüb doğuracaq miqyasda artır.

    Median.az xəbər verir ki, bu barədə Kaliforniya və Utrext universitetləri və NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının alimlərinin tədqiqatında bildirilib.

    Araşdırmalara görə, 1990-cı ilə qədər Antarktida illik 40 giqaton su itirib. Lakin artıq 2009-cu ildən etibarən bu rəqəm 6 dəfə artaraq 252 giqatona çatıb. Antarktidanın şimalı bu baxımdan ən çox su itirən bölgə kimi yadda qalıb. Belə ki, alimlər bu ərazinin iqlim dəyişikliklərindən ən çox əziyyət çəkən hissə olduğunu qeyd ediblər.

    Tədqiqat qrupunun rəhbəri Erik Rinqonun fikrincə, yaxın 100 il ərzində dünya okeanının səviyyəsi bir neçə metr yüksələcək və bu da öz növbəsində okeanda yerləşən kiçik ada dövlətlərinin tamamilə sular altında qalmasına səbəb olacaq.

  • Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib

    Qasırğa ilə müşayiət olunan güclü külək Gürcüstanda ciddi fəsadlar törədib.

    Median.az Azertaca istinadən xəbər verir ki, Batumidə qasırğa yaşayış binalarının damlarını, ictimai nəqliyyatın dayanacaqlarını dağıdıb. Kökündən qopmuş ağaclar evlərə, ictimai iaşə obyektlərinə və avtomobillərə ciddi ziyan vurub.

    İki nəfər güclü külək səbəbindən evlərinin pəncərəsindən yıxılıb. Onlardan birinin vəziyyəti ağırdır.

    Polis təhlükə sovuşana qədər şəhər daxilində bəzi yolları bağlayıb.

    Qara dənizdə 5 ballıq qasırğa barədə xəbərdarlıq edilib.

    Dəniz sahillərində qırmızı fənərlər yandırılıb.

    Əlverişsiz hava şəraiti Gürcüstanın Kvemo Kartli bölgəsində də ciddi problemlər yaradıb.

    Dmanisi rayonunda 5 yaşayış evinin damı uçub. İctimai iaşə obyektlərinə də ciddi ziyan dəyib.

    Gürcüstanın fövqəladə hallar xidmətinə dağıntılarla bağlı 40-dan çox müraciət daxil olub.

  • Bakıda ilk dəfə: “Çelentano” ilə maraqlı görüş

    Fevralın 13-də Azərbaycanda ilk dəfə Heydər Əliyev Sarayında məşhur “Çelentano tribüt şousu” (“Celentano Tribute show”) keçiriləcək.

    Median.az xəbər verir ki, şouda italiyalı kinoaktyor və müğənni Adriano Çelentanonu təqlid edən, onun səs tembri və tərzi ilə oxuyan oxşarı Mauritsio Şveytser səhnəyə çıxacaq.

    Qeyd edək ki, Mauritsio Şveytser istedadlı aktyor və müğənni Adriano Çelentanonun rəsmi oxşarıdır.

  • “Qarabağ” macarlara, “Qəbələ” isə almanlara məğlub oldu

    Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 16-da ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşıblar.

    Median.az xəbər verir ki, komandalar arasında razılığa əsasən, oyun üç hissədən ibarət olub. Matçın ilk iki hissəsində qapılara top vurulmayıb. Oyunun fasilələrində və gedişində hər iki komandanın heyətində dəyişikliklər edilib. Matçdakı bütün qollar sonuncu hissədə vurulub. Öncə almaniyalılar iki qol vurublar. “Qəbələ” 119-cu dəqiqədə bu qollardan birinin əvəzini çıxıb. Komandamızın heyətində baxışda olan Vellerson da Silva fərqlənib.

    Beləliklə, görüş “Meppen”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər təmsilçimiz “Qarabağ” isə 90 dəqiqə üstün oynadığı matçda Macarıstanın “Uypeşt” komandasına 1-0 məğlub olub.

  • Yol Polisindən sürücülərə təcili xəbərdarlıq: 3 ildən az təcrübəsi olanlar sürməsinlər

    3 ildən az sürücülük təcrübəsi olanlar sabah sükan arxasına oturmasın. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabahdan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi də sürücülərə xəbərdarlıq edib və bəzi tövsiyələri diqqətə çatdırırb. İdarənin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev sürücülərin nəzərinə çatdırır ki, yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə nəqliyyat vasitələrini idarə edərkən diqqətli olsunlar və avtomobillərin texniki sazlığına əməl etsinlər. Bundan əlavə, DYP xüsusilə, təkərlərin mövsümə uyğunluğunu təmin etməyi, hərəkət zamanı hava şəraitini düzgün qiymətləndirməyi tövsiyə edir.

    Polis polkovnik-leytenantı onu da qeyd edib ki, bəzi yolların buz bağlama ehtimalının nəzərə alaraq, qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmək lazımdır: “Sürücülərə tövsiyyə edirik ki, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçsinlər, zərurət olmadan ötmə əməliyyatı aparmasınlar, qəfil manevrlər və kəskin tormazlama etməsinlər”.Rüfət Quliyev sürücülərə xatırladır ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin üzərindəki qar yığınını, ban şüşələrini təmizləməli, şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.Sonda şöbə rəisi bildirib ki, qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarə etmə vərdişləri, eləcə də ümumi sürücülük təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlımlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.//qaynarinfo.az

  • Şəxsin intim həyatı müzakirəyə çıxarılır – MTRŞ-dan TƏNQİD

    Milli-mənəvi dəyərlərin efirdə pozulması müxtəlif formalarda baş verir. Həm də bu səpkidə olan pozuntular daha çox sosial problemlərin müzakirə olunduğu verilişlərdə baş verir.

    Median.az xəbər verir ki, bu barədə Trend-ə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

    Məlumatda deyilir ki, müzakirə tipli verilişlərdə hansısa ailənin, şəxsin özəl-intim həyatının bu və ya digər anları müzakirəyə çıxarılır, videofaktlar ortaya qoyulur.

    İl ərzində aparılmış monitorinqlər televiziya kanallarında ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığını ortaya qoyub. Müəyyən edilib ki, yayımçılar ciddi mövzular müəyyənləşdirməklə səviyyəli diskussiyalar, ciddi ekspertlərin iştirakı ilə müzakirələr təşkil etməyə qətiyyən maraq göstərmirlər. Onlar daha çox ucuz yollara əl atır, əksərən ailə-məişət mövzuları, ictimai əhəmiyyət kəsb etməyən məsələləri müzakirəyə çıxarırlar.

  • Кто сеет панику в Баку? ПРАВИТЕЛЬСТВО ПРЕДУПРЕЖДАЕТ

    В социальных сетях и менеджере Whatsapp неизвестные начали массовую рассылку сообщений провокационного характера, призванных посеять панику среди населения.

    В частности людей пугают о якобы грядущем в Баку землетрясении, терактах и эпидемии свиного гриппа. В качестве подтверждения своих слов злоумышленники приводят сообщения СМИ о том, что государственные службы переведены на усиленный режим работы.

    Подобная информация не соответствует действительности и носит провокационный характер. Правоохранительные органы и службы безопасности приступили к расследованию по выявлению лиц, сеющих панику среди населения. Все ответственные за данную провокацию понесут наказание.

    В то же время, как сообщили haqqin.az в правительстве страны, речь идет лишь о сообщении Министерства экологии и природных ресурсов об ухудшении погодных условий и порывистом ветре.

    Напомним, что в результате последнего сильного шторма на Каспии трагически погибли нефтяники. Именно поэтому власти страны приняли все необходимые превентивные меры с целью предупредить население о возможной опасности ввиду ухудшения погодных условий.//Haqqin.az

  • Bu türk ölkəsində rus dilinin ləğvi təklif edildi

    Qırğızıstan müxalifəti rus dilinin rəsmi statusunun ləğvini təklif edib.

    Median.az Kult.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın eks-prokuroru Əzimbəy Bəynəzərov deyib.

    “Rus dili bizə lazımdır. Rus dili beynəlxalq əlaqə dili, qırğız dili isə dövlət dili olmalıdır”, – deyə o bildirib.

    Qeyd edək ki, rus dilinə Qırğızıstanda rəsmi status 2000-ci illərin əvvəllərində verilib.

  • Taksi sürücüsünü soyaraq qətlə yetirən şəxsə ağır cəza

    Quldurluq yolu ilə taksi sürücüsünü öldürən Şəmkir rayon sakini Ali Məhkəməyə müraciət edib.

    Median.az ölkə.az-a istinadən bildirir ki, cinayət məcəlləsinin 120.2.11-ci maddəsi məhkum olunan Murtuzov Eşqin Firuddin oğlunun məhkəmə prosesi fevral ayının 26-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

    Xatırladaq ki, qətl hadisəsi 2017-ci il yanvarın 17-si saat 18:30 radələrində Şəmkirin Seyfəli kəndində baş verib. 21 yaşlı Eşqin Murtuzayev Gəncədə əyləşdiyi taksinin sürücüsü Namiq Babayevə qarşı yaşadığı kəndin ərazisində quldurluq edib. Əyləşdiyi “VAZ 2107” markalı maşının sürücüsünə yoldaykən hücum çəkən gənc, 59 yaşlı kişini kəsici alətlə yaralayıb, ağır bədən xəsarətləri yetirib.

    Bundan sonra Namiq Babayevi avtomobildən düşürən Eşqin Murtuzov, sürücünün mobil telefonunu və nağd pulunu quldurluq yolu ilə ələ keçirib. Çox keçməmiş avtomobili qarşılıqlı razılıq əsasında həmkəndlisi Kamal Kərimova satıb. Eşqin Murtuzov istintaqa verdiyi ifadədə də belə deyib: “Sonra metalloma getdim. Orada Kamala dedim ki, maşın istəyirsənmi? Maşın oğurluq kimi bir şeydir, yəni sənədləri yoxdur. Sonra 500 manata satıb, Gəncəyə getdim”.

    Namiq Babayevi isə yaralı halda ilk olaraq yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin işçiləri aşkarlayıblar. Yaxınlarına edilən zəngdən sonra sürücü ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədəki özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, 3 gündən sonra o, xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən Eşqin Murtuzovun məsuliyyətdən yayınmasına isə Şəmkir polisi imkan verməyib. 5 may 2017-ci il tarixində isə 59 yaşlı Namiq Babayevi quldurluq zəminində qətlə yetirən 21 yaşlı Eşqin Murtuzov Şəmkir rayon Məhkəməsindən qaçıb.

    N.Babayevin həyat yoldaşı Şəfəq Babayeva bildirib ki, E.Murtuzov istintaq müddəti üçün barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı Gəncə İstintaq Təcridxanasından Şəmkir rayon Məhkəməsinə gətirilib. Məhkəmənin koridorunda nəzarətsiz qalan məhbus tez pəncərə istiqamətindən qaçıb. Sonra isə keçirilən əməliyyat tədbirləri nəticəsində E. Murtuzov saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində quldurluq və qəsdən adam öldürmədə təqsirləndirilən Şəmkir rayon sakini Murtuzov Eşqin Firudin oğlu cəzasını 5 ili qapalı, 14 ili isə ciddi rejimdə cəzaçəkmə müəssisində çəkməklə 19 il müddətinə azadlıqdan məhrum edilib.