Month: January 2019

  • Sumqayıtda 24 yaşlı gənc itkin düşüb – FOTO

    Sumqayıt şəhərində 24 yaşlı gənc itkin düşüb.

    Median.az-ın Reporta istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü Orxan Xoşbəxt oğlu Əhmədov yaşadığı Yaşıldərə yaşayış massivindəki evindən çıxıb və geri qayıtmayıb.

    Bu barədə polisə itkin düşən gəncin yaxınları məlumat verib.

    Faktla bağlı Sumqayıt şəhər Polis idarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.

  • RSXM: Bakıda zəlzələ olacağına dair xəbərlər əsassızdır

    “Respublika ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi, əfsus ki, bəzi insanların Bakıda zəlzələ olacağına dair heç bir əsası olmayan, həqiqəti əks etdirməyən və vətəndaşları heç nədən narahat edən xəbərlər yaymasına səbəb olub. Vətəndaşlarımız tərəfindən bizə bununla bağlı edilən çoxsaylı müraciətlərə bir daha aydınlıq gətirərək bildirmək istəyirəm ki, meteoroloji amillərin zəlzələ ocaqları ilə hər hansı əlaqəsi yoxdur. Hazırda respublika ərazisində seysmik aktivlik fon səviyyəsindədir”.

    Median.az xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) yaydığı məlumatda qeyd olunub.

    Bildirilib ki, Bakıda gözlənilən güclü küləklə bağlı müvafiq qurumlar tərəfindən edilən xəbərdarlıqlar müsbət və vaxtında görülmüş tədbirlərdir: “Odur ki, vətəndaşlarımızdan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadı olmayan hər hansı xəbəri inanmamağı, media nümayəndələrimizdən isə bu səpkili xəbərləri dəqiqləşdirmədən yaymamağı xahiş edirik”.

  • Dünyanın ən gözəl qadınları bu ölkələrdə yaşayır – Siyahı

    Beynəlxalq gözəllik müsabiqələrinin nəticələrinə əsasən ən gözəl qadınların yaşadığı ölkələrin siyahısı açıqlanıb.

    Median.az xəbər verir ki, birinci yerə Venesuela layiq görülüb. Ölkənin birinci yerə çıxmasına Mariem Velaskonun “Miss İnternational”da qalib olması, eləcə də “Miss Kainat”, “Miss Vörld”, “Supranational”da Venesuela nümayəndələrinin uğurlu çıxışları səbəb olub.

    İkinci yerə ötən il “Kainat gözəli” seçilmiş Katrion Qreyin təmsilçisi olduğu Filippin çıxıb. Üçüncü yerdə isə Mərkəzi Amerika ölkəsi olan Meksika qərarlaşıb. CAR və Vyetnam müvafiq olaraq 4-cü və 5-ci yerləri tutub.

    Onluğa ABŞ, Tailand, Puerto-Riko, Kolumbiya və İndoneziya da daxil olub.

  • Geyiminə görə parlamentdən qovuldu – QIRĞIZISTANDA (VIDEO)

    Qırğızıstan parlamentində xarici görünüşü ilə diqqət çəkən agentlik məmuru deputatların tənqidi ilə üzləşib.

    Median.az “RİA Novoti”yə istinadən xəbər verir ki, ilkin peşə təhsili agentliyinin əməkdaşı Talantbek Tınısov “Joqorku Keneş”ə (Qırğızıstanın Milli Məclisi) adi kofta və pencəkdə gəlib. Bunu görən spiker Mirlan Bakirov “Parlamentə gələrkən nə cür geyinməklə bağlı reqlament var. Bu nə deməkdir? Aparat hara baxır? Bura bazardır?”, – deyə əsəbiləşib.

    Tınısov isə əynindəkinin cemper olduğunu və rəhbərlik xəstələndiyi üçün onu əvəz etdiyini bildirib. Bununla belə agentlik əməkdaşını siyahıda adı olmadığını əsas gətirərək məclisdən qovublar.

  • Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri aça bilər

    Azərbaycan bir sıra Mərkəzi Avropa ölkələrində ticarət evləri açmaq imkanlarını qiymətləndirir.

    Median.az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev deyib.

    Ticarət nümayəndəsinin sözlərinə görə, hazırda təkliflərin istiqamətlənəcəyi bazarlar və tələbatlar öyrənilir: “Bu barədə danışmaq hələ tezdir. Lakin belə bir niyyət var və real imkanlar və zərurətlərlə müqayisə olunmalıdır. İndi Varşavadakı Ticarət Evi ilə bağlı çalışırıq. Paralel olaraq Xorvatiya, Çexiya və Almaniya bazarları öyrənilir”.

    N.Nağdəliyev bildirib ki, yanvarın 18-dən 27-dək Berlində keçiriləcək “Green Week 2019” Beynəlxalq sərgi-yarmarkasında Azərbaycan istehsallı məhsullar da təqdim olunacaq:

    “Belə tədbirlərdə iştirak bizə öz məhsullarımızı təbliğ və təşviq etmək imkanı yaradır. Bizim məhsullarımızın üstünlüyü, əlbəttə ki, yüksək keyfiyyət və rəqabətli qiymətdir. Biz Avropa bazarlarında az təqdim olunan ixtisaslaşmış seqmentlərə də çıxa bilərik”.

    O əlavə edib ki, Ticarət Evinin açılması Azərbaycan məhsullarının Polşada tanıdılması baxımından çox yaxşı vasitə və mexanizmdir: “Bu, yerli əhalinin, biznes nümayəndələrinin və KİV-in Polşa bazarında hələ təqdim olunmayan məhsullarımızla tanış olması üçün yaxşı meydançadır. Hazırda distribüter və alıcıların cəlb edilməsi üzərində işləyirik”.

    Qeyd edək ki, dekabrın əvvəllərində Polşanın paytaxtı Varşavada Azərbaycan Ticarət Evi açılıb. Ticarət Evi “Made in Azerbaijan” brendinin Polşa bazarında daha çox tanıdılmasına, Azərbaycan məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərir, yerli məhsullarımızın Polşada satışını təşkil edəcək, sahibkarlar arasında bu sahədə əlaqələndirməni həyata keçirir.

    Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi də təşkil olunur. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s. nümayiş olunur.

  • Prezident sərəncam imzalayıb

    Azərbaycan prezidenti İlham Əliyev “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1383-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

    Median.az xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;

    mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

    Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

    “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 30.3-cü maddəsində “bütün sənədlər” sözləri “sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əməl edilməklə,” sözləri ilə əvəz edilib, 32.2-ci maddəsində “inzibati orqan” sözlərindən sonra “, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq,” sözləri əlavə edilib.

    Aşağıdakı məzmunda 32.2-1-ci maddə əlavə edilib:

    “32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur.”.

  • Свиной грипп добрался до населенного азербайджанцами Марнеули

    В Грузии в районе компактного проживания азербайджанцев – Марнеули отмечены два случая заражения вирусом А (H1N1, свиной грипп). Как сообщает Report, 59-летний мужчина помещен в одну из районных больниц с симптомами такого гриппа.

    По словам врачей, состояние пациента тяжелое, он проходит лечение в отделении реанимации.

    Случай заражения мужчины вирусом A (H1N1) получил лабораторное подтверждение.

    В Марнеули с диагнозом свиной грипп госпитализирована и 39-летняя женщина. Ее состояние тоже тяжелое.

    Напомним, что от свиного гриппа в Грузии уже скончались 17 человек.

  • Ильхам Алиев усовершенствовал структуру Минэкологии

    Президент Азербайджана Ильхам Алиев в среду подписал указ о мерах по совершенствованию структуры и управления Министерства экологии и природных ресурсов.

    Согласно указу, на базе Департамента охраны окружающей среды будет создана Служба государственной экологической безопасности, на базе Департамента развития лесов и Научно-исследовательского института лесоводства – Служба развития лесов при Министерстве экологии и природных ресурсов.

    На базе Национального департамента мониторинга окружающей среды, Национального департамента гидрометеорологии, Научно-исследовательского института гидрометеорологии, Центра метеорологии и стандартизации и Лабораторного центра по окружающей среде будет создана Национальная гидрометеорологическая служба при Министерстве экологии и природных ресурсов.

    Кроме этого, на базе Департамента охраны биоразнообразия и развития особо охраняемых природных территорий, Департамента размножения и охраны биологических ресурсов водоемов, Службы управления охотничьим хозяйством и государственного контроля за охотничьей деятельностью и Научно-исследовательского института рыбного хозяйства будет создана Служба охраны биологического разнообразия при Министерстве экологии и природных ресурсов.

    Также ликвидируется Государственное агентство по геодезии и картографии при Минэкологии и его функции будут осуществляться аппаратом министерства.

  • “Карабах” проиграл венгерскому клубу

    Готовящийся ко второй половине сезона футбольный клуб “Карабах” провел сегодня первый контрольный матч на сборах в Анталье.

    Соперником подопечных Гурбана Гурбанова была венгерская команда “Уйпешт”, которая прошлым летом выбила из Лиги Европы “Нефтчи”. “Карабах” тоже не смог одолеть венгров и уступил со счетом 0:1.

    Следующую контрольную встречу чемпион Азербайджана проведет 19 января против чешского “Богемианса”.

  • Övladı ödürülən ana: Oğlum dedi ki, məni arxadan vurdular

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqla zərərçəkmişin ölümünə səbəb olmaqda təqsirləndirilən Pənah Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

    Median.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Sabir Abdinov ittiham aktını elan edib.

    İttihama münasibət bildirən P. Səmədov özünü təqsirli bilməyib.

    Sonra mərhum Röyal Rəhimovun anası Dilarə Rəhimova ifadə verib. O deyib ki, oğlu taksi sürücüsü kimi fəaliyyət göstərib. Hadisə günü oğlunun evə pis vəziyyətdə qayıtdığını deyən D. Rəhimova mərhumun ağır formada döyüldüyünü iddia edib:

    “Gəlib mənə dedi ki, ana, mən dalaşmışam. Dedi ki, alçaq məni arxadan vurdu. Bu adam mənim oğlumun başına çubuqla vurubmuş. Sonra dedi ki, başım ağrıyır, yatıram. Səhəri gün yuxudan oyananda gördüm ki, oğlum pis gündədir. Yerindən qalxa bilmir, əli-ayağı buz kimidir, üzü də göyərib. Tez təcili yardıma zəng etdim, onlar da uşağı xəstəxanaya apardılar. Oğlum 6 gün komada qaldı, sonra rəhmətə getdi”.

    Zərərçəkmiş şəxsin hüquqi varisi deyib ki, R. Rəhimova elektroşok veriblər:

    “Elə söhbət də bunun üstündə düşüb. Oğluma elektroşok verib öldürdülər”.

    Təqsirləndirilən P. Səmədov isə Röyal Rəhimovu döymədiyini deyib. Bu zaman zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında mübahisə düşüb. Hakim Mirzə Xankişiyev tərəfləri sakitləşdirib və hər iki şəxsə xəbərdarlıq edib.

    Daha sonra prosesdə şahidlər ifadə veriblər.

    Məhkəmə iclası yanvarın 23-də davam etdiriləcək.

    Qeyd edək ki, hadisə 2 iyun 2018-ci ildə baş verib. P. Səmədov əvvəllər tanıdığı Röyal Rəhimova 40 manat məbləğində elektroşok cihazı satıb. R. Rəhimov isə 25 manat ödəyib, 15 manat borclu qalıb.

    P. Səmədov Röyal Rəhimovun 15 manat borcu xeyli müddətdir ödəməyini əsas gətirərək onunla görüşmək qərarına gəlib.

    Görüş zamanı onların arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və Pənah Səmədov Röyal Rəhimova yumruq zərbələri endirməklə onu döyüb. Sonuncu xəstəxanaya çatdırılsa da, 6 gün sonra dünyasını dəyişib.