Month: January 2019

  • AZTV-nin yeni rəhbəri kimdir? – İdman şərhçisi, müəllim… (FOTO)

    Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AZTV-nin sədri vəzifəsindən azad edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən Arif Alışanovun yerinə təyin edilən gənc kadr Rövşən Məmmədovla bağlı bəzi məlumatları təqdim edir.

    Qeyd edək ki, bir neçə il əvvəl Arif Alışanovun müavini İbrahim Məmmədovun aparıcısı olduğu “Günün nəbzi” və “Həftə” analitik verilişlər teleaparıcı Rövşən Məmmədova həvalə edilmişdi. Bu təyinat mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu. Belə ki, illərdir davam edən analitik proqramların gənc kadra etibar edilməsi birmənalı qarşılanmamışdı.

    Rövşən Məmmədov AZTV-dən əvvəl “ANS TV”, “Lider TV” və “İdman-Azərbaycan” telekanallarında çalışıb. O, Bakı Slavyan Universitetində müəllim olaraq da fəaliyyət göstərib.





  • Dənizdə güclü küləklə bağlı 1700-dən çox neftçi təxliyə edilir

    “Yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilir”.

    Bu barədə SOCAR-dan bildirilib.

    Qeyd edilib ki, hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılması üçün aparılan tədbirlər artıq sona çatdırılır.

    “Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub.Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir”,- məlumatda qeyd edilib.

  • Twitter готовится к масштабному обновлению

    Twitter запускает программу бета-тестирования, куда приглашает всех желающих пользователей и, судя по всему, готовится к радикальным изменениям в своем приложении. Например, посты от разных пользователей будут выделены различными цветами.

    Как передает Median.Az со ссылкой на vesti.ru, среди других нововведений – алгоритмически отсортированные ответы, а также спрятанные кнопки ретвита.

    Теперь они появляются, если нажать на интересный вам пост. По умолчанию пользователь может только ответить на пост другого человека. Таким образом, Twitter фактически становится своеобразным мессенджером, где аудитории будут показывать больше постов по ее интересам.

  • Cinsi tələbini qarşılamayan arvadını qanına qəltan etdi – Azərbaycanda dəhşətli ailə dramı

    Xırdalan şəhərində arvadını öldürməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1969-cu il təvəllüdlü Samir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
     
    Samir Məmmədov 17 may 2016-cı il tarixdə, saat 18.00-da paytaxtın Nizami rayonu, E.Süleymanov küçəsində yaşayan böyük bacısı Elmiraya əvvəllər borc verdiyi pulu almaqdan ötrü onların evinə gedib.

    Gecə yarıya kimi qonaqlıq

    Samir Məmmədov orada yeznəsi Əlimərdan ilə birlikdə spirtli içki qəbul edib, gecə yarıya kimi onlarda oturub. Təxminən mayın 18-nə keçən gecə, saat 01.00-da evə gəlib. Sərxoş vəziyyətdə olan Samir Xırdalan şəhərindəki evinə daxil olub. Evdə onu arvadı Sahibə qarşılayıb.

    Bu zaman Sahibə Samir Məmmədovu söyüb, təhqir edib. Əvvəllər də Sahibə onunla mübahisə edib. Bu dəfə də Sahibə ərini sərxoşluq etməkdə, pul qazana bilmədiyinə, hətta yaşadıqları evi belə təmir edə bilmədiyinə görə günahlandırıb.

    Ər-arvadın intim mübahisəsi

    Arvadının tənbehlərindən bezən Samir Məmmədov ondan qisas alaraq öldürmək qərarına gəlib. Son zamanlar Samir Məmmədov bir arvad kimi onun cinsi tələblərini ödəməkdən imtina etdiyinə görə aralarında yaranmış mübahisə zamanı əsəbiləşib.

    Qanlı dava və oğlunun yardımı

    Bu səbəbdən o, gecəyarısı arvadını öldürmək məqsədilə mətbəxdən götürdüyü bıçaqla onun boyun-boğaz nahiyəsinə çoxsaylı zərbələr vurub. Qadın qan içində qışqıraraq ərinə onu öldürməməsi barədə yalvarmağa başlayıb.

    Bu zaman səs-küyə yan otaqda yatmış övladları İnam oyanaraq həmin yerə gəlib. O, anasını atasının əlindən almağa cəhd edib. Samir oğlunu itələyərək, onun gözləri qarşısında yenidən arvadına çoxsaylı zərbələr vurub.

    Qadın ölümdən necə xilas edildi?

    Yenidən İnamın atasına göstərdiyi aktiv müqavimətdən sonra anasını onun əlindən alıb. İnam qan içində olan anasını təcili olaraq Kliniki Tibbi Mərkəzə aparıb. Orada vaxtında göstərilən ixtisaslı tibbi yardım nəticəsində Sahibənin həyatını xilas etmək mümkün olub.

    11 il 3 ay cəza

    İstintaq orqanı tərəfindən Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Məmmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Samir Məmmədovun barəsində olan hökmün ləğv edilməsini, ona ağır cəza verilməsini istəyib.

    Prokurordan etiraz

    Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunmayıb.

    Bundan sonra prokuror eyni tələblə kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə qərar açıqlanıb. Bu yaxınlarda açıqlanan qərarda göstərilib ki, təqsirləndirilən Samir Məmmədovun cəzasının ağırlaşdırılması üçün heç bir əsas yoxdur.

    Bu səbəbdən prokurorun kasasiya protesti də təmin olunmayıb.
     
    ///publika.az

  • Арестованы жители Ширвана, убившие в столице молодого человека

    Как сообщает Median.Az, 11-го января примерно в 16 часов в Ясамальский РУП поступило сообщение о том, что на улице С.Аскеровой неизвестные многочисленными ножевыми ударами убили жителя Саатлинского района Эмина Шамиева и убежали с места происшествия.

    В результате следственных и оперативно-розыскных мер сотрудников Ясамальского РУП и районной прокуратуры в г.Ширван были задержаны жители города, ранее судимые Вели Алиев и Физули Наджафов. При обыске у последнего оперативники изъяли наркотическое вещество – героин.

    В прокуратуре района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

  • Bakıda qətl törədən Şirvan sakinləri tutulub

    Median.Az xəbər verir ki, yanvarın 11-i saat 16 radələrində S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib, hadisə yerindən qaçmaları barədə Yasamal RPİ-nə məlumat daxil olub.

    Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov
    Şirvan şəhəri ərazisində saxlanılıblar.

    F.Nəcəfovdan axtarış zamanı narkotik vasitə olan heroin götürülüb.

    Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Dünyanın ən bahalı futbolçuları – TOP-10

    “PSJ” klubunun hücumçusu Neymar biznes və futbol sahəsində araşdırmalarla məşğul olan “KPMG Football Benchmark” interaktiv platformasının versiyasına görə, dünyanın ən bahalı futbolçusu olub.

    2019-cu ilin yanvarına əsasən, 26 yaşlı futbolçu 229 milyon avro qazanıb.

    İlk üçlüyə onun klub yoldaşı Kilian Mbappe (215 milyon avro) və “Barselona”nın forvardı Lionel Messi (203 mln. avro) daxil olub.

    “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldu siyahıda 12-ci olub (107 mln. avro).

    Dünyanın ən bahalı 10 futbolçusunu təqdim edirik:

    1. Neymar (PSJ) – 229 mln. avro

    2. Kilian Mbappe (PSJ) – 215 mln. avro

    3. Lionel Messi (“Barselona”) – 203 mln. avro

    4. Məhəmməd Salah (“Liverpul”) – 168 mln. avro

    5. Harri Keyn (“Tottenhem”) – 151 mln. avro

    6. Eden Azar (“Çelsi”) – 148 mln. avro

    7. Kevin de Bröyne (“Mançester Siti”) – 129 mln. avro

    8. Antuan Qrizman (“Atletiko”) – 126 mln. avro

    9. Pol Poqba (“Mançester Yunayted”) – 119 mln. avro

    10. Filippe Koutinyo (“Barselona”) – 118 mln. avro

  • Опубликован первый роман о Мехсети Гянджеви

    Опубликован новый роман «Мехсети» писательницы Джави Дан. Книга посвящена жизни и творчеству первой азербайджанской поэтессы – Мехсети Гянджеви. Роман является первым крупным художественным произведением о жизни и творчестве известной восточной мыслительницы и благотворительницы 12-го века.

    Автор утверждает, что работала над романом целый год. Произведение написано не случайно: «Мехсети Гянджеви была для своего времени довольно современной и отличалась оригинальностью мышления. Будучи первой поэтессой, музыковедом и шахматисткой Азербайджана, она получила отличное образование. У неё была частная школа, где она учила всему, что знала. О Мехсети в истории очень мало информации. Процесс работы над романом помог мне изучить женскую линию нашей литературы. Мехсети Гянджеви является первой наставницей всех поэтесс азербайджанской литературы».

    В романе использованы рубаи (четверостишие) поэтессы в переводе Нигяр Рафибейли, информации из книги Рафаэля Гусейнова – «Мехсети, как она есть», также сюжетная линия эпоса «Амир Ахмед и Мехсети». Книга, написанная в историческом жанре, рассказывает о жизни Мехсети, о её нелёгкой и противоречивой судьбе. Это – роман о судьбе необычной женщины, окутанной тайнами.

    Редактор книги – писатель-публицист Керим Керимли.

    Отметим, что это четвертая книга Джави Дан. Она также является автором сценария и сюжета телесериалов «Стань моим солнцем» и «Обрыв», которые известны телезрителям Азербайджана и Узбекистана. В настоящее время Джави Дан работает над романом «Шамс», посвященном памяти Имадеддину Насими. Напомним, что президент Ильхам Алиев подписал распоряжение об объявлении 2019 года Годом Насими в Азербайджане.

  • AzTV-nin sədri işdən çıxarıldı

    “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən uzaqlaşdırılıb.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

    “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

    2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”, – deyə Sərəncamda qeyd edilib.

  • Zaur Hüseynov metronu təmizləyən 100 nəfəri işdən çıxardı

    “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edib.

    Median.Az unikal.org-ya istinadən xəbər verir ki, Z.Hüseynovun bu qərarı verməsinə səbəb metropolitenin stansiyalarında təmizlik işlərini özəl şirkətlərin birinə həvalə etməsidir.

    Z.Hüseynovun bu qərarı uzun illərdir metropolitenin stansiyalarında təmizlik işləri ilə məşğul olan yüzə yaxın insanın işsiz qalmasına və onların ciddi narazılığına səbəb olub. “Bakı Metropoliteni”nin təmizlik işçiləri artıq bu məsələ ilə bağlı hüquqlarının qorunması üçün müxtəlif dövlət qurumlarına da müraciət ünvanlayırlar. Onlar QSC-dən aldıqları kiçik məbləğ hesabına ailələrinə çörək pulu apardıqlarını deyiblər. Bir sözlə metropoliten rəhbərinin bu qərarı çətinlik hesabına aldıqları kiçik məvaciblərdən də məhrum edib. Şikayətçilər bildirirlər ki, QSC rəhbərinin bu qərarı onların ailələrinə ciddi sosial problem yaradacaq.

    QSC rəhbərliyi, şirkət arasında da razılaşmada olub. Razılaşmaya əsasən təmizlik işçiləri sözügedən şirkətdə çalışa biləcəklər.

    Amma, şirkət rəhbərliyi isə təmizlik işçilərinin əksəriyyətini işə götürməkdən imtina edir. Hazırda isə şirkət birinin kök, birinin yaşlı və digər bəhanələr ilə təmizlik işçiləri ilə müqavilə bağlamaqdan imtina edir. Ən “maraqlısı” isə şirkət tərəfindən sözügedən işçilərə əmək haqqı məvacibi metrodandan aldıqlarından da az təklif edilir”. – deyə şikayətdə vurğulanır.

    “Bakı Metropoliteninin” mətbuat xidməti Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O, QSC rəhbərliyinin bu qərarın verməsinin səbəblərini açıqlayıb:

    “2014-cü ildə QSC yarananda ölkə başçısı “Bakı Metropoliteninin” rəhbərliyinin qarşısına konkret tələblər qoymuşdu. Hazırda metroda ən qabaqcıl dünya texnalogiyaların tətbiq etməklə iş prinsiplərini, iş sistemini müasir dünya standartları səviyyəsində mərhələli şəkildə aparırıq. Eyni prinsip insan resursları kapitalına da aiddir”.

    Stansiyalarda təmizlik işləri aparan işçilərin ştatını ləğv edilməsi məsələsinə gəlincə isə QSC rəsmisi bildirib ki, bundan sonra təmizlik məsələsi “Tais İFK” MMC şirkətinə həvalə edilib: “Bunun üçün tender keçirilib, qalib müəyyənləşib. Artıq QSC ilə sözügedən şirkət arasında müqavilə bağlanıb. Şirkət supervazerləri vasitəsilə təcrübəni öyrənib. Şirkət rəhbərliyi də qərara gəlib ki, metroda təmizlik sahəsində çalışan təcrübəli işçiləri də işə götürəcək. Artıq bu yöndə də (metro stansiyanın təmizlik işçiləri və şirkət arasında) danışıqlar gedir. Kim ki, şirkətdə çalışmaq istəmirsə, metropoliten tərifindən onlara kompensasiya verilib, yola salınır”.

    Bəxtiyar Məmmədov qalib şirkətin metro.gov.az tender bölümündə göstərilməməsinin səbəblərini də açıqlayıb: “Bunu hər hansı məsələ ilə bağlamaq olmaz. Sayıtda qalib şirkətin göstərilməməsinə səbəb texniki problemdir. Yaxın vaxtlarda tenderdə qalib gələn şirkət haqqında rəsmi saytımızda xəbər yerləşdiriləcək”.