Month: January 2019

  • “Cənub Qaz Dəhlizi” layihəsi Vyanada müzakirə olunacaq

    Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsi yanvarın 28-30-da Vyanada keçiriləcək Avropa Qaz Konfansında müzakirə olunan mövzulardan biri olacaq.

    Median.az Trend-ə istinadən bildirir ki, konfrans zamanı “TAP və TANAP: qaz qəbuluna hazırlıq” və “Cənub Qaz Dəhlizinin inkişafı” mövzusları müzakirə olunacaq.

    Bundan başqa, konfransın gündəliyinə mayeləşdirilmiş təbii qaza tələbat üzrə proqnozlar, “Şimal-Cənub” dəhlizinin inkişafi və digər məsələlər daxildir.

  • Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir

    Azərbaycan prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

    Median.az xəbər verir ki, fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılıb:

    Komissiyanın sədri

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

    Komissiya sədrinin müavini

    Azərbaycan Respublikasının mədəniyyət naziri

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası təhsil nazirinin müavini

    Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

    Komissiya beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

    informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması;

    dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili;

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili;

    mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi.

    Bu fərmanın 3.1-ci bəndinə əsasən təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirsinlər.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.

  • Точное время начала «Формулы-1» в Баку

    «Формула-1» объявила точное время начала всех свободных заездов, квалификаций и Гран-при в 2019 году.

    Гран-при Азербайджана является четвертым по счету этапом сезона и состоится в воскресенье, 28 апреля. Точное время начала главной гонки, как и в прошлом году – 16:10.

    Неизменным осталось и время старта свободных и квалификационного заездов. В пятницу, 26 апреля, свободные заезды начнутся в 13:00 и 17:00. В субботу в 14:00 состоится третий свободный заезд, а в 17:00 пройдет квалификация.

    Всего в сезоне 2019 года состоится 21 Гран-при. Единственное отличие по сравнению с расписанием прошлого года – это то, что Гран-при Франции стартует на час раньше.

  • Bakıda zəncirvari qəza – VİDEO

    Bakıda zəncirvari yol qəzası baş verib.

    Median.az-ın Trend-ə istinadən məlumatına görə, qəza paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında baş verib.

    “VAZ 21015” markalı, 90 NV 852 dövlət nömrə nişanlı avtomobil işıqforun qırmızı işığının tələblərini pozması nəticəsində “Mercedes ML” markalı, 90 VA 303 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

    Hadisə nəticəsində “Reno” markalı, 99 JR 592 dövlət nömrə nişanlı və “Mercedes” markalı, 10 SU 058 dövlət nömrə nişanlı avtomobillər də həmin maşınlarla toqquşub.

    Qəzada “Reno” markalı avtomobilin sürücüsü xəsarət alıb.

    Zəncirvari qəza həmin yolda uzun tıxaca səbəb olub.

    Hazırda əraziyə yol polisləri cəlb edilib və yolda hərəkəti bərpa etməyə çalışırlar.

  • Nazirliyin 700-ə yaxın əməkdaşı cəzalandırılıb

    Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxili nəzarət tədbirləri çərçivəsində 700-ə yaxın əməkdaş barədə intizam tənbeh tədbirləri tətbiq olunub.

    Nazirlikdən verilən məlumata görə, ötən il nazirliyin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub.

    Həmçinin, nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, dörd struktur vahidi üzrə audit yoxlamalarının nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

  • Obradoviçin Azərbaycan millisində ilk toplanışı və heyəti

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq.

    Median.az xəbər verir ki, millimiz yanvarın 21-dən 24-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək.

    Yeni baş məşqçi Milan Obradoviçin ilk siyahısında ancaq Premyer Liqa və I divizion klublarında çıxış edən futbolçular yer alıb. Serb mütəxəssis hazırlıqlara bu futbolçuları dəvət edib:

    Nurlan Quliyev, Murad Qayalı, Qədir Bayramlı (hər üçü “Keşlə”), İsmayıl İbrahimli, Nicat Süleymanov (hər ikisi “Qarabağ”), Murad Popov, Amin Seydiyev, Rövlan Muradov (hər üçü “Qəbələ”), Faiq Hacıyev, Abbas Ağazadə, Əli Sadıxov (hər üçü MOİK), Kamran İbrahimov, Ömər Buludov, Əsgər Hüseynov, Anton Krivotsyük (hamısı “Neftçi”), Emil Qasımov (“Sabah”), Süleyman Süleymanov, Ricat Qarayev, Elvin Dəmirov, Tural Bayramlı, Murad Xaçayev, Süleyman Əhmədov, Baxşəli Baxşaliyev (hamısı “Sumqayıt”).

  • Azərbaycanda ad-soyadını dəyişdirmək istəyənlərin sayı azalıb

    Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı rəsmi orqanlara edilən müraciətlərin sayı azalıb.

    Median.az xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə ölkədə 2891 şəxs adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı müraciət edib.

    2017-ci ildə bununla bağlı müraciət edənlərin sayı 3013 nəfər, 2016-cı il ərzində 2967 nəfər, 2015-ci ildə isə 2314 nəfər olub.

    Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsas səbəblər kimi adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. göstərilib.

    Qeyd edək ki, Azərbaycan vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lаkin yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı şəxs 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
    Sоyаdın sоnluğunun dəyişdirilməsi hər bir vətəndаşın ərizəsinə əsаsən həyаtа kеçirilir. Ərizəni 18 yаşınа çаtmış vətəndаşlаrın özü, 18 yаşınа çаtmаyаn şəxslərin isə vаlidеynləri və digər qаnuni nümаyəndələri (övladlığa götürənlər, qəyyum və ya himayəçilər) təqdim еdirlər.

    Qanunvericilik adın, ata adının, soyadın dəyişdirilməsinə müəyyən hallarda – ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş olduqda аdın, аtа аdının və sоyаdın dəyişdirilməsinə icazə verilmir.

  • Güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edildi

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliynin güclü küləklə bağlı müvafiq tədbirlər görüb.

    Median.az bildirir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə ifrat təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

    Məlumatda bildirilir ki, yanvarın 17-18-də şimal-qərb küləyi 20-25 metr saniyə, arabir 30-35 metr saniyədək güclənəcək. Açıq dənizdə isə küləyin sürətinin arabir 38-40 metr saniyəyədək şiddətlənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı gözlənilir.

    Daxil olan məlumatlar təcili olaraq Milli Mərkəzin mütəxəssisləri tərəfindən təhlil edilib və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

    Gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı Milli Mərkəz tərəfindən təlimatlandırılıb.

    Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə hadisə ilə bağlı məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hadisə ilə bağlı məlumatlandırlıb.

    Milli Mərkəz eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi həyata keçirib.

    Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindəın Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

  • Fədayə Laçın apelyasiya şikayəti verdi

    Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfər apelyasiya şikayəti verib.

    Median.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.

    Vəkil bildirib ki, təqsirləndirilən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qaldıqları üçün hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

    Şikayət bu gün məhkəməyə təqdim olunub.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmə əsasən Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

    Vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

    Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, Penitensiar Xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

    İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.

  • Saatlıda 4 yaşlı uşaq su kanalında boğulub öldü

    Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

    Hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

    Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

    Azyaşlı hadisə yerində boğulub ölüb.

    Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.//Trend.az