Month: January 2019

  • Fevralın 1-dən tələbələrin köçürülməsinə başlanacaq

    Azərbaycanda fevralın 1-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılacaq.

    Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

    Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

    Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.

    Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Həmçinin tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır.

    Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.

    Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.

  • Müğənni Fədayə Laçın məhkəməyə müraciət etdi

    Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən ilkin apellyasiya şikayəti verilib.

    Müğənni F.Laçın da daxil olmaqla, həmin şəxslərin əksəriyyəti barələrində şərti cəza çıxarılmasını istəyirlər.

    Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclasın vaxtı yaxın günlərdə məlum olacaq.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Müğənni Fədayə Laçın isə beş il müddətinə azadlıqdan mərhum olunub.//oxu.az

  • В Самухе мужчина повесился на дереве

    В селе Агасибейли Самухского района произошло самоубийство.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, житель села Бахтияр Гусейнов 1973 года рождения 14 января вечером повесился на дереве на территории пастбища.

    По факту в Самухской районной прокуратуре возбуждено уголовное дело, ведется расследование.

  • В Армении зафиксирована вторая смерть от «свиного гриппа»

    Министерство здравоохранения Армении сообщило о втором случае смерти от «свиного гриппа» (H1N1).

    Как передает Median.Az со ссылкой на армянские СМИ, ранее директор Национального центра контроля и профилактики заболеваний Армении Артавазд Ванян сообщил журналистам, что в начале января от гриппа скончалась женщина, которая страдала также рядом хронических заболеваний.

    «У скончавшегося от легочно-сердечной недостаточности 62-летнего мужчины был выявлен также вирус H1N1, подтип вируса гриппа А. Он обратился за медицинской помощью поздно и находился в одной из больниц Армении в крайне тяжелом состоянии», – говорится в сообщении, размещенном на сайте Минздрава Армении.

  • Названа дата возобновления полетов между Баку и Астраханью

    Прямой авиаперелет между Баку и Астраханью будет возобновлен весной нынешнего года.

    Как передает Median.Az со ссылкой на российские СМИ, полеты дважды в неделю – по понедельникам и четвергам – будет выполнять азербайджанская авиакомпания-лоукостер Buta Airways с 16 мая.

    Полеты в Астрахань будут выполняться на самолетах Embraer E-190 бразильского производства с моноклассовой (без бизнес-класса) компоновкой салона.

    Напомним, что вопрос возобновления регулярного авиасообщения между Баку и Астраханью поднимался в декабре в ходе визита делегации Астраханской области во главе с врио губернатора региона Сергеем Морозовым в Баку.

    По итогам обсуждения данного вопроса с С.Морозовым, президент Азербайджана Ильхам Алиев дал поручение авиакомпании «Азербайджанские авиалинии» проработать этот вопрос.

  • Bakı-Həştərxan aviareysi ilə ilk uçuşun tarixi açıqlandı

    Bakı-Həştərxan aviareysi üzrə ilk uçuş mayın 16-da həyata keçiriləcək.

    Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı “Buta Airways” tərəfindən “Embraer E-190” təyyarələri vasitəsilə həyata keçiriləcək.

    Qeyd edək ki, ötən ilin dekabrın 18-19-da Həştərxandan olan nümayəndə heyəti Azərbaycana səfər edib.

    Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Səfər zamanı Bakı-Həştərxan aviareysinin bərpa edilməsi müzakirə edilən əsas məsələlərdən biri olub.

  • BNA maşını xarab olmuş sürücünü cərimələdi – FOTO

    Sosial şəbəkədə Anar Qədirov adlı istifadəçi maraqlı paylaşım edib.

    O iddia edir ki, 90 TK 294 dövlət qeydiyyat nömrəli avtomobilinin təkəri partladığı üçün nəqliyyat vasitəsini yolun kənarında saxlayıb və təkəri dəyişməyə çalışıb.

    Elə bu vaxt BNA tərəfindən maşının fotolar çəkilib və cərimə olunub.

    BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı oxu.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə araşdırma aparılır:

    “Vətəndaş Anar Qədirov 10.01.2019-cu il tarixdə yolun hərəkət hissəsində olarkən iddia etdiyi kimi, nəqliyyat vasitəsində texniki nasazlığın yaranması səbəbindən yolun hərəkət hissəsində nəqliyyat vasitəsini dayandırıb və Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları vasitəsilə xəta qeydə alınıb.

    Bu barədə cərimə müəyyənləşdirilərək vətəndaş məlumatlandırılıb. Məlumat üçün bildirək ki, “Yol Hərəkəti Haqqında” Qanunun 55-ci maddəsinin 2-ci hissəsinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Bu halda sürücü barədə hər hansı inzibati cərimə protokolu tərtib olunmur”.



  • Niyə ölkədə azyaşlı məhkumların sayı artır? – AÇIQLAMA

    Uşaqlar tərəfindən törədilən cinayət ədliyyə sistemində ayrı mövzudur. Bu uşaqlarla necə davranaq – onları mühakimə etmək və ya reabilitasiyaya göndərmək lazımdır, onlar kimlərdir: qurban və ya cəllad? Bu sual birmənalı reaksiya doğurmur. Bir tərəfdən, uşaq nə etdiyini sonadək dərk etməyə bilər, digər tərəfdən, əgər o, uşaqlıqda cinayət törədirsə, böyüdüyü zaman ondan nə gözləmək olar?

    Son illər Azərbaycanda uşaq və yeniyetmələr tərəfindən törədilən cinayətlərin sayı artıb.

    Median.Az xəbər verir ki, bu fikirləri “Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Haşımova Media.Az-a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, ötən il Azərbaycanda 500-dən çox uşaq cinayət törədib.

    “Hazırda uşaq koloniyasında 40 oğlan var, əvvəllər onların sayı 24 olub. Bu, onunla əlaqədardır ki, əvvəllər Bakı Reabilitasiya Mərkəzində daha fəal işlər aparılırdı, eləcə də, Gəncədə reabilitasiya mərkəzi vardı, indi onlar fəaliyyət göstərmir.

    Buna baxmayaraq, ötən il biz UNİCEF və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Ağcabədi və Şirvan rayonlarında reabilitasiya mərkəzləri yaratdıq, eləcə də, bu mərkəzləri lazımi maddi-texniki baza ilə təchiz etdik.

    Bu rayonların seçilməsinə səbəb UNİCEF-in burada əhaliyə hüquqi yardım göstərilməsi layihəsini həyata keçirməsi və bunun nəticəsində buradakı uşaqların daha çox dəstəyə ehtiyacı olduğunun müəyyən edilməsi olub.

    Bundan başqa, Daxili İşlər Nazirliyinin Azərbaycanın hansı rayonlarında yeniyetmələr tərəfindən daha çox cinayətin törədilməsi ilə bağlı statistikası da burada əsas rol oynayır. Misal üçün, Ağcabədi sərhəd bölgəsidir və burada risk qrupuna daxil olan qaçqınlar çoxdur.

    Ümumiyyətlə, hesab edirəm ki, bu cür mərkəzlər Azərbaycanın bütün regionları üçün vacibdir, çünki yetkinlik yaşına çatmayanlar tərəfindən cinayətlər hər yerdə törədilə bilər”, – K.Haşımova bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda cinayət törətmiş uşaqlarda orta yaş 13-14-dür. Daha çox cinayəti oğlanlar törədir.

    “Əgər uşaqlar arasında ən geniş yayılmış cinayətlərdən danışsaq, bunlar oğurluq və xırda xuliqanlıqdır. Lakin bununla yanaşı, çox xoşagəlməz tendensiya ilə rastlaşırıq – yetkinlik yaşına çatmayanlar arasında seksual xarakterli cinayətlərin sayında artım müşahidə edilir. Uşaqlar öz yaşıdlarını və ya özlərindən balacaları zorlayırlar.

    Daha ağır cinayətlər də törədilir. Misal üçün, hazırda öz həmyaşıdını döyən üç yeniyetmə üzərində məhkəmə prosesi gedir.

    Bir müddət əvvəl reabilitasiya mərkəzimizdə uşaq öz həmyaşıdı ilə dalaşıb və ona bıçaq xəsarəti yetirib. Xəsarət alan uşaq sağ qalıb. Zərərçəkmişin valideynləri tələb edirdi ki, cinayəti törədən uşaq yeddi il müddətinə azadlıqdan məhrum edilsin. Ancaq bu baş vermədi, çünki aparılan araşdırma zamanı məlum olub ki, zərərçəkmiş cinayəti törədən şəxsin valideynlərini təhqir edərək, onu bu əməli törətməyə təhrik edib. Nəticədə, uşaq bir il müddətinə azadlıqdan məhrum edilib.

    Koloniyada o, duluzçuluq sənətini öyrənib. O, həbsdən çıxdıqdan sonra rəssamlıq məktəbinə daxil olub və təhsilini ali səviyyədə davam etdirmək niyyətindədir”, – K.Haşımova qeyd edib.

    Onun sözlərinə görə, sükan arxasına oturan yetkinlik yaşına çatmayanlar tərəfindən də törədilən cinayətlərin sayı az deyil.

    “Bir müddət əvvəl 16 yaşlı oğlan idarə etdiyi avtomobillə uşağı vurub və nəticədə, azyaşlı ölüb. Ancaq həmin yeniyetmə məsuliyyətə cəlb olunmayıb. Biz onun valideynləri ilə söhbət etdik ki, onlar övladlarına maşın sürməyi qadağan etsinlər.

    Əminəm ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərin azalması üçün profilaktika işləri vacibdir. Yalnız profilaktik tədbirlər onların artımını dayandıra bilər”, – K.Haşımova əlavə edib.

  • В «Азеришыг» двое начальников сняты с должностей

    Начальник управления энергоснабжения и продаж ОАО «Азеришыг» по Наримановскому району Гасан Гасанов и начальник электросети указанного района Самед Мустафаев сняты с занимаемых должностей.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сообщил глава пресс-службы ОАО «Азеришыг» Танрыверди Мустафаев.

    «Причиной их увольнения стали недочеты, допущенные ими при исполнении служебных обязанностей. ОАО «Азеришыг» проводит регулярные мониторинги. На рабочем месте случаются недочеты, но присвоение государственного имущества нельзя простить», – говорится в заявлении.

  • “Azərişığ”ın iki vəzifəli şəxsi işdən çıxarıldı

    “Azərişıq” ASC-nin Nərimanov rayonu üzrə iki səlahiyyətli nümayəndəsi tutduqları vəzifələrdən azad ediliblər.

    Bu barədə oxu.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

    Onun sözlərinə görə, Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) rəisi Həsən Həsənov və həmin rayonun elektrik şəbəkəsinin rəisi Səməd Mustafayev vəzifələrindən kənarlaşdırılıblar:

    “Onların vəzifədən azad edilməsinə səbəb vəzifə səlahiyyətlərini yerinə yetirdikləri zaman yol verdikləri nöqsanlar olub. “Azərişıq” ASC tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Təəssüf ki, bu kimi hallar aşkarlanan zaman qanunla lazımi tədbirlər görülür. İş olan yerdə nöqsan hər zaman olur, lakin dövlət əmlakının mənimsənilməsi bağışlanmazdır.

    Hazırda “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”nın kobud şəkildə pozulmasında həmin şəxslərin rolunun olub-olmadığı komissiya tərəfindən araşdırılır. Yekun nəticələr barədə mətbuata açıqlama veriləcək”.