Month: January 2019

  • Masazır sakinindən avtomat götürülüb

    Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları daxil olan məlumat əsasında Masazır kənd sakini, əvvəllər məhkum olunmuş Anar Bağırovdan “AK-74” markalı silah aşkar edərək, götürüblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Polşa səfirliyindən Şengen vizası ilə bağlı yayılmış məlumatlara REAKSİYA

    Polşanın Azərbaycandakı səfirliyi bu ölkəyə Şengen vizası almaq istəyən şəxslərin üzləşdikləri problemlərə aydınlıq gətirib.

    Median.Az report-a istinadən xəbər verir ki, səfirlikdən verilən məlumatda bildirilir ki, diplomatik nümayəndəliyin heç bir şirkət və ya şəxsin Polşanın Azərbaycandakı diplomatik korpusundakı elektron konsulluq sistemində viza ərizəsi vermək üçün qeydiyyatdan keçmək üçün heç bir ödəniş haqqı götürməyə hüququ yoxdur.

    “Qeydiyyat pulsuzdur və yalnız www.e-konsulat.gov.pl saytına daxil olmaqla qeydiyyatdan keçmək mümkündür. Viza sistemində yerləri sifariş etməklə sonra satmaq və ya maraqlı şəxslərə ötürmək yalnız sistemin bloklanmasına səbəb olur və buna görə də qeydiyyatdan keçmək və görüş götürmək mümkün olmur. Səfirlik belə bir prosedurun olması barədə siqnallar aldığından bütün bu cür hallar Polşaya viza almaq istəyən Azərbaycan vətəndaşları və digər ölkələrin Azərbaycandakı vətəndaşları tərəfindən polisə bildirilməlidir”, – deyə səfirlikdən vurğulanıb.

    Qeyd edək ki, ötən gün kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Polşanın Azərbaycandakı səfirliyinin qarşısına Şengen vizası almaq istəyən şəxslərdən ibarət böyük növbələrin yarandığını əks etdirən videolar yayılıb.

  • Məhəmməd Əmin Rəsulzadənin Bakıdakı barelyefi oğurlandı – FOTO

    Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanıb. 

    Median.Az “modern.az”a istinadən xəbər verir ki, hadisə yanvarın 15-nə keçən gecə baş verib.


    Qonşular bildiriblər ki, səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.

    Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir. Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.


    Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

  • Bakıda bəzi küçələrdə avtobus dayancaqlarının yeri dəyişdirilib – FOTO

    Yol kəsişmələrində və ya kəsişmələrə yaxın ərazilərdə quraşdırılmış avtobus dayanacaq pavilyonlarının yerlərinin dəyişdirilməsi işləri davam etdirilir.

    Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu çərçivədə M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində yerləşən dayanacaq pavilyonu bir qədər geridə təşkil edilib. Nəticədə yolun hərəkəti buraxmaq qabiliyyəti artıb.

    Məlumat üçün bildirək ki, svetoforla nizamlanan M.Qardaşları küçəsi ilə A.Bakıxanov küçələrinin kəsişməsində daimi sağa yanan əlavə bölmə olmağına baxmayaraq həmin ərazidə avtobus dayanacaq məntəqəsinin mövcud olması səbəbindən yolda sıxlıq müşahidə olunurdu.

    Həmçinin Cavadxan küçəsində (Zərifə Əliyeva adına göz klinikasının qarşısında) mövcud avtobus dayanacaq məntəqəsi svetoforla nizamlanan yol kəsişməsində təşkil edildiyindən həmin ərazidə avtobusların dayanması sərnişinlərin təhlükəsizliyini təmin etmədiyindən və hərəkət iştirakçılarına maneə yaratdığından, avtobus dayanacaq məntəqəsi kəsişmədən irəlidə təşkil edilib.

  • Səmra ilə Dilarə Sərxanın qucağında – VİDEO

    Müğənnilər Səmra Rəhimli, Dilarə Kazımova və aparıcı Sərxan Kərəmoğlunun videosu yayılıb.

    Restoranların birində oturan tanınmışlar çay süfrəsi arxasında video çəkdirir, söhbət edirlər.

    Sərxan “Oğullar var, 50 qonaqlıq verə bilərlər, amma bu cənnətə düşə bilməzlər. Canlarım” deyib, qızları öpür.//Baku.ws

  • Banklarda pulu olanların nəzərinə! – 50 gün sonra müddət bitir (VİDEO)

    Hazırda banklarda fiziki şəxslərə məxsus olan 15 faizə qədər manat əmanətləri , xarici valyutada isə 3 faizdən yuxarı olmamaq şərtilə bütün əmanətlər sığortalıdır. 2016-cı il martın 4-dən tətbiq edilən bu qayda 3 il müddətinə qüvvədədir. Yəni 50 gün sonra artıq bu müddət bitir.

    Əgər bumüddət uzadılmasa vətəndaşların banklarda olan vəsaitinin yalnız 30 min manatı kompensasiya ediləcək.

    İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, pul dövriyyəsinin normal qaydada təmin edilməsi üçün bütün əmanətlərin qorunması müddətinin artırılması gözlənilir.

    Rəşad Həsənov onu da qeyd edir ki, hazırda bankların əmanət qəbul etmə faizi də aşağı düşür.İndi əksər banklar 12-13 faiz gəlir təklif edirlər.Buna səbəb isə bankların topladıqları əmanətləri realizə etməkdə çətinlik çəkməsidir.Bundan başqa ötən ilin dekabr ayına banklarda olan əmanətin həcmi 8.2 milyard manatdan 8.07 milyard manata qədər azalıb.

    Əgər müddət uzadılmasa ekspertlər əmanətləri sığortalı olsun deyə 30 min manatdan yuxarı olmamaq şərtilə bir neçə bankda yerləşdirməyi təklif edirlər.

  • Yollarda xüsusi tablolar yerləşdiriləcək – VİDEO

    Azərbaycanda yollarda təhlükəsizliyi təmin etmək üçün daha bir addım atılacaq.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bir çox Avropa ölkələri, o cümlədən qonşu Türkiyədə də tətbiq edilən sürücünün sürəti barədə əvvəlcədən məlumatlandırma sistemi ölkə yollarında da quraşdırılacaq.

    Bütün bunlar ”Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub. Bu proqram özündə bir sıra yenilikləri ehtiva edir.

    Eyni zamanda ölkənin bütün yollarında sürət optimallaşdırılacaq, daha çox qəza baş verən ərazilər nəzarətə götürüləcək.

    Bütün bunların icrasının 2021-ci ilə qədər yekunlaşdırılması planlaşdırılır.

  • Əsgəlikdən yenicə gələn gənci vəhşicəsinə öldürən şəxslər tutuldu

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə paytaxtın Yasamal rayonu ərazisində ağır cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

    DİN Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 11-də saat 16 radələrində paytaxtın Yasamal rayonu S.Əsgərova küçəsində 2 nəfərin münaqişə zəminində Saatlı rayon sakini Emin Şəmiyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etmələri barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Faktla əlaqədar cinayət işi başlanılıb.

    Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Vəli Əliyev və Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.

    F.Nəcəfovdan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

    Qeyd edək ki, əsgərlikdən təzə gələn Emin Şəmiyev 11.01.2019-cu il tarixində sözügedən şəxslər tərəfindən “Nizami” metrosu yaxınlığında bıçaqlanaraq öldürülüb.

  • Zəncəfil əsl dərman vasitəsi hesab edilib

    Tədqiqatçılar zəncəfilin kökünə hipertoniklərə və diabet xəstələrinə tövsiyə edilə biləcək potensial vasitə kimi baxırlar.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, eksperiment zəncəfil kökünün ikinci tip diabet xəstələrinin qanında şəkərin miqdarına uzunmüddətli nəzarəti yaxşılaşdırdığını göstərib.

    Məlum olub ki, zəncəfil ekstraktı serotonin reseptorları ilə qarşılıqlı fəaliyyət göstərərək, onların insulin sekresiyasına təsirini gücləndirir. Bütövlükdə, zəncəfil sayəsində qanda qlükozanın səviyyəsi 35 faiz azala, insulinin səviyyəsi isə 10 faiz arta bilər.

    Bununla yanaşı, zəncəfil kökü qanı durulaşdıraraq qatılığını aşağı salır. Beləliklə, damarlarda qanın axması yaxşılaşır, onların xolesterin yığınlarını öz-özünə təmizləməsi prosesi tənzimlənir. Nəticədə tromboz riski azalır. Həmçinin qanın yaxşı axması və yığınlardan təmizlənmiş damarların elastikliyi hesabına arterial təzyiq aşağı düşür.

  • Naxçıvanda ana və bala bəbirin görüntüləri qeydə alınıb – VİDEO

    Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və videogörüntüləri qeydə alınıb.

    Fotolar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin oktyabr ayında əldə edilib.

    Dəfələrlə qeydə alınan bəbir görüntüləri xüsusi mühafizə olunan təbiət ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsindən, maarifləndirmə işlərinin aparılmasından, bəbirin qida obyektləri olan bezoar keçi, muflon kimi heyvan növlərinin sayının artması üçün vacib olan təhlükəsiz şəraitdən xəbər verir.