Month: January 2019

  • Tərtərdə ailəli qadınla mesajlaşan şəxsə işgəncə verilib

    Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib.

    Median.Az Report-a istinadən xəbər verir ki, rayonun Ələsgərli kənd sakini, 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib.

    Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı üçün qadının əri, 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları Zamin və Bəkirlə birlikdə E.Z.-nı çay kənarına apararaq döymələri, şəxsiyyətini alçaltmaları, əl-qolunu bağlayaraq avtomobilin yük yerinə qoymaları məlum olub.

    E.Z. daha sonra cibində olan bıçaqla özünə xəsarət yetirərək həmin şəxslərin əlindən xilas ola bilib.

    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  • Какие боли самые мучительные для человека? Ответ ученых

    Ученые из Стэнфордского университета (США) выяснили, какие боли являются самыми сильными и мучительными для человека.

    Как передает Median.Az, об этом сообщает телеканал РЕН ТВ.

    Специалисты определяли силу боли по шкале от 0 до 10 баллов. В результате выяснилось, что самой сильной является боль, возникающая в результате невралгии троичного нерва. Это нерв, через который проходит информация о всех болях в голове и лице.

    Испытавшие ее женщины уверяют, что эти мучения гораздо сильнее тех, которые приходится переживать во время родов.

    При развитии невралгии троичного нерва в некоторых случаях можно облегчить боль с помощью специальных препаратов, но чаще всего требуется срочное вмешательство медиков.

  • İnsan üçün ən dözülməz ağrılar hansılardır?

    ABŞ-ın Stenford Universitetinin alimləri insan üçün hansı ağrıların ən güclü və əzabverici olduğunu təyin ediblər.

    Median.Az xəbər verir, bu barədə REN TV məlumat yayıb.

    Mütəxəssislər ağrıların gücünü 0-dan 10-a qədər olan ballarla qiymətləndiriblər. Nəticədə, müəyyən olunub ki, üçlü sinirin nevralgiyası zamanı yaranan ağrı ən güclü ağrıdır. Baş və üzdəki bütün ağrılar haqqında informasiya bu sinirdən keçir.

    Bu ağrını hiss etmiş qadınlar əmin edirlər ki, bu, doğuş zamanı olan ağrılardan qat-qat dözülməzdir.

    Üçlü sinirin nevralgiyası zamanı ağrıları xüsusi dərmanlar vasitəsilə azaltmaq mümkündür, lakin əksər hallarda tibb işçilərinin müdaxiləsi tələb olunur.

  • Kamran Əliyev: Daş karxanaları dövlətə 21 milyon manat ziyan vurub

    2018-ci ildə daş karxanalarının fəaliyyətinə nəzarət gücləndirilib.

    Bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

    Onun sözlərinə görə, uzun müddət bu sahə nəzarətdən kənarda qalmışdı:

    “Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəyə təyin edildikdən sonra bu məsələ nəzarətə götürülüb:

    “Nazirlikdən göndərilən material əsasında prokurorluq tərəfindən 26 şəxs barəsində 21 cinayət işi istintaq edilərək məhkəməyə göndərilib. 21 milyon manatdan artıq ziyanın vurulması müəyyən edilib. 10 milyon 500 mindən artıq vəsaitin dövlət hesabına ödənilməsi təyin edilib”.

    Kamran Əliyev qeyd edib ki, 1 milyon 250 min manatdan artıq əmlaka həbs qoyulub.

    “Əhəng daşı karxanalarında yeddi cinayət işi istintaq edilərək məhkəmələrə sənəd göndərilib”, -deyə baş prokurorun müavini bildirib.//oxu.az

  • “Nizami” məqbərəsinin ərazisindən oğurluq etmək istəyənlər yaxalanıblar

    Gəncədə polis əməkdaşları oğurluğa cəhd edən şəxsləri cinayət başında yaxalayıblar.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 13-də saat 21:00 radələrində Gəncə şəhəri ərazisindəki “Nizami” məqbərəsinin ərazisindən artezian quyusunun metal borusunun hissəsini oğurlamağa cəhd göstərən iki nəfər Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulub.

    Kəpəz Rayon Polis İdarəsinə təhvil verilən həmin şəxslərin Gədəbəy rayon sakinləri Elyaz Abbasov və Elməddin Abbasov olduqları müəyyən edilib.

    Araşdırma aparılır.

  • «Азеришыг» выключило свет в доме торжеств – ФОТО

    Сотрудники ОАО «Азеришыг» провели осмотр в доме торжеств Kral на территории Наримановского района столицы.

    Как сообщили в структуре, в ходе осмотра в доме торжеств зарегистрирован факт кражи электроэнергии, путем подключения трех трансформаторов мощностью 160 кВ каждый.

    В настоящее время электроснабжение дома торжеств Kral полностью прекращено.




  • “Azərişıq” “Kral” şadlıq evinin işığını kəsdi – SƏBƏB + FOTO

    “Azərişıq” ASC-nin əməkdaşları Nərimanov rayonu ərazisində yerləşən “Kral” şadlıq evində “Elektrik Enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçiriblər.

    Qurumdan verilən məlumata görə, baxış zamanı müəyyənləşdirilib ki, şadlıq evini qidalandıran 6 kV-luq kabel xətti binanın zirzəmisinə daxil olur və sayğacdan əvvəl xüsusi quraşdırılmış sxem vasitəsilə, sayğacdan kənar üç ədəd 160 kVa gücündə transformator qoşularaq elektrik enerjisi talan edilib.

    Hazırda “Kral” şadlıq evinin elektrik enerjisi təchizatı tam dayandırılıb.

    “Azərişıq” ASC bir daha xəbərdarlıq edir ki, istehlakçıların şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından belə hallara yol vermiş abonentlər barəsində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq ciddi tədbirlər görüləcək.




  • МВД об убийстве в Джалилабаде

    Сотрудниками районной полиции и прокуратуры было проведено расследование по факту смертельного избиения жителя Джалилабадского района Раджаба Мирзаева.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел.

    Сообщается, что в результате следствия и неотложных оперативно-разыскных мероприятий задержан подозреваемый в совершении убийства житель Джалилабадского района Азиз Гулиев.

    По факту возбуждено уголовное дело.

  • DİN Cəlilabaddakı qətllə bağlı məlumat yayıb

    Yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilir ki, təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.

    Faktla əlaqədar cinayət işi başlanılıb.

  • Пенитенциарная служба: Ни один заключенный не объявлял голодовку

    В последние в ряде средств массовой информации и социальных сетях распространяют несоответствующие действительности сведения о том, что некоторые заключенные объявили голодовку в поддержку Мехмана Гусейнова.

    Об этом говорится в заявлении отдела по связям с общественностью Пенитенциарной службы, поступившем в oxu.az.

    «Пенитенциарная служба утверждает, что ни один заключенный или задержанный не проводит акцию голодовки в местах лишения свободы.

    Распространенные в связи с этим сведения не соответствуют действительности и направлены на создание замешательства в обществе», – говорится в заявлении.