Month: January 2019

  • Zamirə Hacıyevanın bir milyonluq üzüyü müsadirə olundu – FOTO

    Britaniyanın aidiyyəti qurumları həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın bir milyon funt sterlinqdən bahalı (təxminən 2,2 milyon manat – red.) briliyant üzüyünü müsadirə edib.

    Median.Az xəbər verir ki, bu haqda Telegraph məlumat yayıb.

    Məlumata əsasən, Cahangir Hacıyev 8,9 karatlıq briliyant üzüyü səkkiz il əvvəl “Harrods” mağazasından alıb.

    Britaniyanın Milli Cinayətlərlə Mübarizə Agentliyi bankirin həmin qiymətli zinət əşyasının hansı vəsait hesabına əldə etdiyini araşdırmaq niyyətindədir.

    Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

  • Названы самые комфортные города мира: Баку в списке

    Эксперты составили рейтинг наиболее комфортных городов мира. Специалисты оценивали города по нескольким ключевым параметрам, к котором относятся покупательская способность населения, безопасность, уровень здравоохранения, соотношение цен на недвижимость и доходов населения. Всего в рейтинг вошли 226 городов.

    Как передает Median.Az, об этом сообщает сервис Numbeo.

    Лидерами рейтинга стали австралийская Канберра, нидерландский Эйндховен и американский Роли. Худшими оказались Манила, Пекин, Дакка, Лагос и Каракас.

    При этом столицы ведущих стран мира расположились в основном во второй половине списка. Например, Берлин занял 84 место, Нью-Йорк – 140, а Лондон и Париж оказались на 163 и 164 строчках соответственно.

    Баку в списке самых комфортных городов расположился на 197 месте, Стамбул – на 183. Среди российских городов лучшим оказался Нижний Новгород, который разместился на 109 строчке. В список самых комфортных для жизни городов также вошли Санкт-Петербург (182 место) и Москва (191 место).

    Рейтинг по индексу качества жизни формировали, учитывая восемь показателей: индекс покупательной способности, стоимость недвижимости относительно доходов населения, индекс безопасности, здравоохранение, стоимость жизни, индекс времени движения транспорта, климат.

  • Ən rahat şəhərlərin reytinqi: Siyahıda Bakı da var

    Dünyanın ən rahat şəhərlərinin reytinqi hazırlanıb.

    Median.Az xəbər verir ki, “Numbeo” xidmətinin ekspertlərinin tərtib etdiyi reytinq cədvəlində Bakı şəhəri 197-ci yerdə göstərilib.

    Cədvələ görə, Bakı şəhərində həyat keyfiyyəti indeksi 99.58, əhalinin alıcılıq qabiliyyəti indeksi 31.58 , təhlükəsizlik indeksi 70.56, səhiyyə indeksi 36.87, yaşayış xərcləri indeksi 29.69 vahid təşkil edib.

    Dünyanın ən komfortlu şəhəri Avstraliyanın Kanberra şəhəri göstərilib. İlk beşlikdə müvafiq ardıcıllıqla Eyndhoven (Niderland), Raleyq (ABŞ), Adelaid (Avstraliya) və Sürix (İsveçrə) yer alır.

    226 şəhərdən ibarət reytinqdə ən sonuncu yerlərdə Manila, Pekin, Dəkkə, Laqos və Karakas şəhərləri göstərilib.

  • Kamran Əliyev: Korrupsiyaya görə 17 nəfər vəzifəsindən azad edilib

    Əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib:

    Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisi Kamran Əliyev 2018-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

    Onun sözlərinə görə, 32 xüsusat üzrə inzibati pozuntu aşkar edildiyindən İnzibati Xətalar Məcəlləsinin 54, 192.1 və 198.0.1-ci maddələrinin tələblərinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək aidiyyəti üzrə məhkəmələrə göndərilib:

    “Araşdırılması üçün aidiyyəti qurumlara göndərilmiş müraciətlər üzrə aparılmış xidməti yoxlamalar nəticəsində vəzifəli şəxslərin hərəkətlərində aşkar edilmiş cinayət xarakterli olmayan hüquqpozmalar üzrə 25 vəzifəli şəxsə xəbərdarlıq edilib”.

    Kamran Əliyev bildirib ki, 16 vəzifəli şəxsə töhmət verilib:

    “Üç vəzifəli şəxs şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilib, 17 nəfər isə vəzifəsindən azad edilib. Habelə, araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 157 təqdimat göndərilib”.//oxu.az

  • Pensiyalar nə vaxt veriləcək? – AÇIQLAMA

    Ümumilikdə ölkəmizdə bütün aylar üzrə pensiyaların ödənişi müvafiq qrafik əsasında vaxtlı vaxtında ödənilir.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov açıqlama verib.

    R.Talıbovun sözlərinə görə, hər il olduğu kimi cari ilin yanvar ayında da yeni büdcə ilinin başlanması ilə əlaqədar xərclər smetasının bölüşdürülməsi prosesi aparılır:

    “Texniki xarakter daşıyan bu proses yekunlaşmaq üzrədir və pensiyaların maliyyələşdirilməsi yaxın bir neçə gündə təmin olunacaq. Məlumat üçün deyim ki, hər ayın pensiyası elə həmin ay ərzində ödənilir və hazırki yanvar ayının pensiyaları da elə bu ay ərzində tam ödəniləcək”.//oxu.az

  • Çinli qadın kişilərin səsini eşitmir

    Çində çox maraqlı hadisə yaşanıb.

    Median.Az xəbər verir ki, Çen adlı qadın bir gün kişilərin səsini eşitmədiyini başa düşüb.

    Həkimə baş çəkən qadın bunun nadir rast gəlinən bir xəstəlik olduğunu öyrənib.

    Həkim Lin Siaoqin “onunla danışanda, məni eşidə bilirdi, lakin gənc bir kişi xəstə otağa girəndə, onu duya bilmirdi” deyib.

    Xəstəlik səbəbindən Çen aşağı tezlikli səsləri eşitməməyə başlayıb.

    Bu xəstəliyə 13 min nəfərdən biri tutulur. Belə insanlar 2000 hersdən aşağı tezlikləri eşidə bilmirlər. Belə vəziyyət onlara təhlükə yaradır, çünki təkcə kişilərin deyil, səssiz çalışan avtomobilin yaxınlaşdığını da eşidə bilmirlər.

    Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada eşitmə problemi olan 466 milyondan çox insan var.

  • XX əsrin 100 ən yaxşı filmi açıqlandı

    Amerika Kinematoqraflar Cəmiyyyəti (American Society of Cinematographers ) XX əsrin 100 ən yaxşı filminin siyahısını hazırlayıb.

    Median.Az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb.

    Ən yaxşı filmlərin onluğunda “Fransız rabitəçisi” (1971), “2001: Kosmik odissey” (1968), “Məhsulyığımı günləri” (1978), “Konformistlər” (1970), “Çılğın öküz” (1980), “Xaç atası” (1972), “Vətəndaş Keyn” (1941), “Apokalipsis bu gün” (1979) və “Ülgüc üzərində qaçan” (1982) kimi filmlər yer alır.

    Reytinqə rejissor Freddi Yanqın əfsanəvi britaniyalı kəşfiyyatçı və səyyah, Böyük Ərəb Üsyanında (1916-1918) böyük rol oynamış polkovnik Lourensin həyatından bəhs edən “Ərəb Lourens” filmi başçılıq edir. Sözügedən bioqrafik dram yeddiqat “Oskar” və dördqat “Qızıl Qlobus” mükafatçısıdır.

    Tam siyahı ilə aşağıdakı bu linkdən tanış ola bilərsiniz.

  • Азербайджанец удивил всех своим талантом – ВИДЕО

    У одного азербайджанского сельчанина необычный талант! Мужчина умеет играть на балабане с помощью…носа!

    Как передает Median.Az со ссылкой на Xəzər TV, житель села Йолчубейли Сабирабадского района 46-летний Ильгар Эйвазов с 13 лет занимается музыкой и умеет играть на многих музыкальных инструментах: балабане, гармони, нагаре и сазе. Помимо этого, мужчина также играет на блюдце. По его словам, страсть к музыке ему привил дед Ашуг Гариб.

    И.Эйвазов известен своим талантом не только в селе, но и в ближайших районах.

  • Burnu ilə balabanda ifa edən sabirabadlı hər kəsi heyrətləndirdi – VİDEO

    Sabirabad rayonu, Yolçubəyli kənd sakini İlqar Eyvazov bir çox musiqi alətlərini ifa etməyi bacarır. Onun ən maraqlı tərəfi isə balabanı burnu ilə ifa etməsidir.

    Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, 46 yaşlı İlqar Eyvazov Sabirabad rayonu Yolçubəyli kəndində yaşayır.

    İlqar Eyvazov onda musiqiyə marağı babası, el aşığı olan Aşıq Qəribin oyatdığını deyir. 13 ildir musiqi ilə məşğul olan İlqar Eyvazov balabanla yanaşı, qarmon, nağara və saz, eləcə də nəlbəkidə ifa etməyi bacarır. Onun digər özünəməxsusluğu isə alışqan vasitəsilə simli alətlərdə musiqi çalmasıdır.

    İlqar Eyvazov öz ifaları ilə Sabirabad rayonu ilə yanaşı, qonşu rayonlarda da məşhurdur.

  • В Баку вор украл с банковской карты женщины свыше 5000 манатов

    Как сообщает Median.Az, в 28-е отделение полиции Ясамальского РУП обратилась жительница столицы и сообщила о том, что с ее банковской карты 3-го января неизвестный украл 5.405 манатов.

    В связи с поступившей информацией были проведены необходимые следственно-розыскные меры, вследствии чего полицейские задержали жителя Кюрдамирского района Рамиля Рустамова.

    По факту ведется расследование.