Month: January 2019

  • Рамиль Усубов назначил Сахлаба Багирова на новую должность

    В МВД Азербайджана произведены кадровые перестановки.

    Министр внутренних дел, генерал-полковник Рамиль Усубов подписал соответствующий приказ.

    Согласно приказу, замначальника Главного управления полиции города Баку, генерал-майор полиции Сахлаб Багиров назначен командиром Полка быстрого реагирования.


    Другим приказом командир Полка быстрого реагирования, генерал-майор полиции Заур Абдуллаев назначен заместителем начальника Главного управления полиции города Баку.

  • Ramil Usubov Səhlab Bağırova yeni vəzifə verdi

    Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki yeni təyinat üzrə müvafiq əmr imzalayıb.

    Ramil Usubovun əmri ilə iki generalın yeri dəyişdirilib.

    Onlardan biri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

    Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev isə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

  • Sulutəpə sakinlərinin yol problemi həll edilir – Təmir başladı + Fotolar

    Binəqədi rayonu, Sulutəpə qəsəbəsində Ruslan Allahverdiyev küçəsinin təmiri işlərinə başlanılıb.

    Median.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, başlanğıcını Xocahəsən-Lökbatan avtomobil yolunun əvvəlindən götürən küçənin ümumi uzunluğu 3150 metr təşkil edir. Küçənin 1150 m-lik hissəsinin eni 4-7 metr arası, 2 km-lik hissəsində isə 7-8 metr arası dəyişir.

    Ruslan Allahverdiyev küçəsi uzun müddət əsaslı təmir olunmadan istismar edildiyindən yolun hərəkət hissəsi deformasiyaya uğrayıb, qabarmalar, çökmələr və çatlar əmələ gəlib. Üstəlik küçələr boyu bəzi hissələrdə kanalizasiya sisteminin, piyadalar üçün səkilərin olmaması, mövcudlarının isə dağılması bütün hərəkət iştirakçıları üçün müəyyən problemlərə gətirib çıxarırdı. Bu səbəbdən küçənin əsaslı şəkildə təmir olunması zərurəti yaranmışdı.

    Hazırda küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, qreyderlə profilə salınaraq hamarlaşdırılır.

    Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə yararlı material tökülərək kipləşdirmə işləri aparılır.

    Bu işlərin ardınca küçənin zəruri olan hissəsində yeni piyada səkilərinin salınması, mövcudlarının isə bərpası nəzərdə tutulub.

    Daha sonra təmir-tikinti işləri çərçivəsində küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. Asfaltlanma işlərinin ardınca hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, yolcızgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

    Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.




  • Задержан водитель, скрывшийся после наезда в Кюрдаханы

    Как сообщает Median.Az, 12-го января примерно в 21 часов в клиническую больницу №3 с различными травмами был доставлен житель поселка Сабунчи Интигам Мамедов.

    Приступившие к оперативно-розыскным мерам сотрудники Сабунчинского РУП выяснили, что потерпевшего в поселке Кюрдаханы сбил неизвестный автомобиль. В результате проведенной операции полицейские задержали жителя поселка Сабунчи Эльдара Алиева, который совершил дтп на автомобиле марки “Mercedes”.

    В Следственном отделе Сабунчинского РУП возбуждено уголовное дело по статье 263.1 (нарушение правил дорожного движения, повлекшее по неосторожности менее тяжкое или тяжкое повреждение потерпевшего) и 264 (оставление места дорожно-транспортного происшествия) УК Азербайджана.

  • Kürdəxanıda piyadanı vurub, qaçan sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, yanvarın 12-i saat 21 radələrində Kürdəxanı qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədov vurulub.

    Nəticədə piyada 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

    Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.

    Sabunçu RPİ-nin İstintaq Şöbəsində CM-nin 263.1 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

  • Saatlıda 4 yaşlı uşaq su kanalında boğulub öldü

    Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

    Hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

    Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

    Azyaşlı hadisə yerində boğulub ölüb.

    Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.//Trend.az

  • “Donuz qripi” ilə bağlı Gömrükdə vəziyyət necədir? (VİDEO)

    Bütün gömrük-keçid məntəqələrində “Donuz qripi” əleyhinə xüsusi avadanlıqlar quraşdırılıb.

    Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Sədr bildirib ki, bu sahədə Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlarla da əməkdaşlıq edilir.

    Səfər Mehdiyev 2018-ci ildə həyat keçirilən ticarət dövriyyəsindən də danışıb. Bildirib ki, ötən il ticarət dövriyyəsi 30 faiz həcmində artıb.

    Səfər Mehdiyevin sözlərinə görə, idxal olunan malların əsas hissəsini zavod və fabriklər üçün avadanlıqlar, xüsusilə də xammal təşkil edir.

  • Dünya dövlətlərinin liderləri hansı mobil telefondan istifadə edir? – SİYAHI – FOTO

    Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, Vladimir Putin mobil telefondan istifadə etmir. Bunu isə təhlükəsizlik məsələsi ilə əlaqələndirirlər.

    Median.az
    ölkə.az-a istinadən müasir mobil telefonlardan istifadə edən dünya dövlətləri başçılarının siyahısını təqdim edir.

    ABŞ prezidenti

    Prezidenti kimi fəaliyyətə başlamadan əvvəl Donald Tramp “Samsung Galaxy S3” mobil telefonundan istifadə edib. Prezident seçildikdən sonra təhlükəsizlik məsələsinə görə telefonundan imtina etdi. Hazırda Trampın hansı model mobil telefondan istifadə etdiyi dəqiq bilinmir. Ehtimal edilir ki, onun üçün “Apple” şirkəti tərəfindən xüsusi smartfon istehsal edilib. Bu mobil teelfonun xüsusi özəllikləri var.

    Fransa prezidenti

    Emmanuel Makrona qədər digər prezidentlərin danışıqlarının dinləndiyi barədə məlumat mətbuata sızdıqdan sonra, bütün mobil telefon danışıqları Fransa xüsusi xidmət orqanlarının nəzarəti altına keçib. Vacib danışıqlar üçün Makron “Thales” şirkətinin istehsalı olan smartfondan istifadə edir. Onun “Teorem” adlı mobil telefonu xüsusi qorunan rejimdə şifrəli işləyir. Məişət və adi danışıqlar üçün isə Fransa prezidentinin “Samsung” və “Apple” markalarına aid, xüsusi mühafizə sistemi olan mobil telefonları var.

    Şimali Koreya lideri

    Kim Çen İnin texnologiyadan xoşu gəldiyi bilinir. Şimali Koreya liderinin masasında naməlum markaya məxsus mobil teelfon var. Bəzi məlumatlara əsasən, Tayvanın “HTC” şirkəti Kim Çen İn üçün xüsusi smartfon istehsal edib.

    Almaniyanın baş naziri

    “BlackBerry” şirkəti dinlənməyə qarşı ən yaxşı istehsalçı sayılır. Angela Merkel də “Blackberry Z10” mobil telefonun sahibidir. Bu smartfonun ən əsas özəlliyi “Secusmart” kriptoçipidir. Almaniyanın kanslerinin arsenalından bundan başqa “Blackberry Q10” və “Nokia 6260” mobil telefonları da var.

    Britaniyanın baş naziri

    Bu yaxınlara qədər Tereza Mey “Blackberry” mobil telefonundan istifadə edib. Şirkətin satışları aşağı düşdükdən sonra baş nazir “iPhone” modelinə keçid etdi. Təbii ki, Terezanın smartfonunun xüsusi mühafizə sistemi var.

  • Komada olan qadın dünyaya uşaq gətirdi

    Amerikada 10 ildir ki, komada olan 29 yaşlı qadın xəstə uşaq dünyaya gətirdikdən sonra xəstəxanın bütün kişi personalından qan DNT nümunəsi götürülüb.

    Median.az “Sputnik”ə istinadən xəbər verir ki, Feniks əyalətində Hakienda tibb müəssisəsində meydana gələn təcavüz faktı ilə bağlı polis istintaqa başlayıb. İstintaq çərçivəsində müəssisədə işləyən bütün kişilərin DNT-si istənilib.

    Tibb Müəssisənin internet saytında şikayətlər arasında 2013-cü ildə yazılmış bir şərh diqqəti çəkib. İşləyənlərdən birinin 4 xəstə ilə bağlı cinsi şərhləri müəyyən edildikdən sonra həmin şəxs işdən azad edilib. Həmin əməkdaşla bağlı istintaq işi davam etdirilir. Yaşanılan hadisə tibb müəssisənin təhlükəsiz olmadığı məsələsini də gündəmə gətirib. Xəstəxana isə tibbi olaraq müdafiəsiz olan xəstələrlə bağlı təhlükəsizliyi artırdığını bildirib.

  • Arvadını yandırmaq istəyərkən səhvən oğlunu öldürdü – VİDEO

    Dedilər, filankəslədir, qapı bağlıdır.

    Median.az-ın məlumatın görə, ARB TV-nin “Rezonans” proqramında bu dəfə oğlunu və arvadını yandıran ömürlük məhkumdan danışılıb.

    “Lənkəranda yaşamışam. Əvvəl 11 il cəza çəkib çıxmışam. Həbsdə ola-ola daş karxanasında işləyirdim. Öz əziyyətimlə işləyə-işləyə ev aldım. Sonra fəhlə işləyirdim.

    Çətin idi dolanmaq. Sonra dedilər ki, nə qədər belə gedər? Mən də başladım onlarla həmin işi görməyə. Konteyner açdıq, oğurluq etdik. Başladıq dükanlara paylamağa. Hər şey normal gedirdi, sonra ilişdik. Mənə 15, digərlərinə də səkkiz il iş verdilər. 1987-ci ildə əfv verdilər. Məndən də dörd il çıxdılar. Xanımımı istəyib qaçırmışam. 23 yaşında evlənmişdim mən. 26 yaşımda tutuldum.

    Elə oldu dedi ki, işləmək istəyirəm. Dedim ki, sənin nəyin çatmır? Dükan sahibi ilə danışdım. Dedi ki, bu qədər borcu var. Çıxardım, pulu verdim. Dedim ki, bir də bunu burada görməyim, yoxsa dükanını yandıracağam.

    Gördüm ki, bunu fikrindən yayındırmaq mümkün deyil. Bir gün dedilər ki, filan yerdə filankəslədir. Saat bir olardı. Gördüm ki, qapı çöldən bağlıdır. Gözlədim bir az. Həmin gün də yağış yağırdı. Saata baxdım ki, üçə işləyib. Özümlə benzin də gətirmişdim. Məcbur olub bu yola əl atdım.

    Bilsəydim ki, oğlum oradadır, etməzdim. Oğlum da orada idi. Rusiyaya getdim. Bir ay işləyəndən sonra dayana bilmədim, qayıtdım. Qardaşım dedi ki, oğlun tüstüdən boğulub, arvad da ölməyib. Sonra məni tutdular, qoluma qandal vurub apardılar. Ölüm hökmü verilmişdi. Sonra dedilər ki, işinə yenidən baxılacaq.

    Sonra məhkəmə gəldi və yenə güllələnmə hökmü verildi. Güllə korpusunda Şahin adlı bir oğlan var idi. Dedi ki, paltarları görürsən? Bunlar ölənlərin paltarlarıdır. Sənin də paltarın burada olacaq. Dedim, onu bilmək olmaz. Sonra ölüm hökmü ləğv olundu. Mən azadlığı hər şeyə qurban verərəm”.