Month: January 2019

  • Azərbaycanda içməli suyun keyfiyyəti ilə bağlı analizlərin NƏTİCƏLƏRİ açıqlanıb

    2018-ci ildə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası və istehsalat müəssisələrinin laboratoriyaları tərəfindən 68 min içməli su və 25 min tullantı su nümunəsinin analizləri aparılıb.

    Median.az bildirir ki, qurumdan Trend-ə verilən məlumata görə, ötən il analizlərin əsas hissəsi Mərkəzi Laboratoriya tərəfindən aparılıb. İl ərzində laboratoriyada içməli və tullantı sularının 35 min nümunəsi əsasında 174 min parametr təyin edilib. Bu 2017-ci illə müqayisədə nümunə sayında 21 faiz, göstərici sayında isə 50 faiz artım deməkdir. Keyfiyyətə nəzarət sahəsində müşahidə olunan ciddi artım göstəriciləri yeni su mənbələrinin istismara verilməsi, modul tipli sutəmizləyici qurğuların “Azərsu” ASC-nin xidmətinə verilməsi sayəsində mümkün olub.

    Ümumilikdə, içməli su nümunələri Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə razılaşdırılmış qrafik əsasında su anbarları, nasos stansiyaları və su şəbəkələri, eləcə də təhsil və səhiyyə müəssisələri, mühüm dövlət obyektləri, mehmanxana, idman kompleksləri və digər obyektlərdən götürülmüş 33 min su nümunəsi üzrə 158 min göstərici təyin edilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qrafik əsasında təmizləyici qurğular, sənaye müəssisələri, şəhər kollektorları və s. nöqtələrdən götürülmüş 2400 tullantı su nümunəsinin 16 min parametri öyrənilib.

    Hazırda “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasında içməli suyun 51, tullantı suların 54 olmaqla, ümumilikdə 105 parametri üzrə analizlər aparılır.

  • В Азербайджане создается Агентство аграрных услуг

    Президент Азербайджана Ильхам Алиев в понедельник подписал указ о дополнительных мерах по совершенствованию управления в аграрной сфере.

    Согласно указу, при министерстве сельского хозяйства на базе Государственной фитосанитарной службы, Государственной ветеринарной службы, Государственной службы по регистрации сортов растений и семян и Главной государственной службы по техническому надзору создается Агентство аграрных услуг.

    Устанавливается, что Агентство осуществляет организацию и управление ветеринарных и фитосанитарных услуг, контроль за их качеством, координирует деятельность государственных центров аграрного развития в этой области; проводит регистрацию сельскохозяйственной техники, контроль за техникой и осуществляет государственные услуги в этой сфере посредством государственных центров аграрного развития. Численный предел аппарата Агентства – 85 человек.

    Министерству сельского хозяйства поручено в течение двух месяцев подготовить проект положения Агентства и представить Президенту Азербайджана; в течение трех месяцев утвердить список услуг, которые будут предоставляться в регионах посредством государственных центров аграрного развития, и регламент этих услуг; решить другие вопросы, вытекающие из указа.

    До утверждения положения Агентства государственные службы, предусмотренные в этом указе, будут продолжать свою деятельность.

    Кабинету министров поручено в течение трех месяцев подготовить предложения по приведению в соответствие с этим указом актов Президента Азербайджана и представить главе государства; в течение трех месяцев обеспечить приведение в соответствие с этим указом нормативно-правовых актов Кабмина и проинформировать Президента Азербайджана; проконтролировать приведение в соответствие с этим указом нормативно-правовых актов центральных органов исполнительной власти и в течение пяти месяцев проинформировать Президента Азербайджана об исполнении; в течение одного месяца со дня утверждения положения Агентства обеспечить передачу государственного имущества, находящегося на балансе государственных служб, на баланс Агентства; решить другие вопросы, вытекающие из указа.

    Министерству юстиции поручено привести в соответствие с указом нормативно-правовые акты центральных органов исполнительной власти и акты нормативного характера и проинформировать Кабинет министров.

  • Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

    Yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

    Median.az AZƏRTAC-a istinadən xəbər ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov bu il fevralın 1-dən etibarən order markalarının tətbiqi üçün həyata keçirilən hazırlıq işlərindən danışıb, qarşıdakı dövrdə vəkillərin sayının artırılması ilə bağlı qəbul işinin səmərəli təşkilinin vacibliyini vurğulayıb.

    İclasda Sumqayıt Apellyasiya Məhkəməsinin sabiq sədri, Ağır cinayətlərə dair işlər üzrə Hərbi Məhkəmənin sədri, Əməkdar hüquqşünas İkram Kərimov vəkil andı içərək Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib. Eyni zamanda, Rəyasət Heyətinin qərarına əsasən, bugünkü iclasda yaradılan Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasına rəhbərlik İkram Kərimova tapşırılıb.

    Bundan başqa, iclasda yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakıda fəaliyyət göstərəcək “Fides”, “Sumqayıt Asan”, Goranboy və Yevlax vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılaraq, müsbət qərarlar qəbul edilib. Vəkillərin mükafatlandırılması, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə də müraciətlərə baxılıb.

    İclasda vəkillər barəsində başlanılmış 23 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəyləri də müzakirə edilib. Qanunvericiliyin tələblərini pozduğuna görə 1 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmçinin 1 vəkilə irad, 4 vəkilə xəbərdarlıq verilib, 15 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib. İki intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.

    Vəkillər Kollegiyasının iclasında, həmçinin bu qurumun fəaliyyəti üçün əhəmiyyət kəsb edən digər məsələlərə baxılıb.

  • Президент Ильхам Алиев подписал указ о дополнительных мерах по совершенствованию госуправления

    Президент Азербайджана Ильхам Алиев в понедельник подписал указ о дополнительных мерах по совершенствованию государственного управления в стране.

    Согласно указу, деятельность Фонда развития науки при Президенте Азербайджана и Бакинского международного центра мультикультурализма будет реорганизована на основе принципа самофинансирования.

    Согласно указу, ликвидируются Государственное агентство по альтернативным и возобновляемым источникам энергии, Фонд знаний при Президенте Азербайджана и Центр стратегических исследований при Президенте Азербайджана. Также ликвидируются с целью реорганизации их деятельности на общественных началах Секретариат межведомственной комиссии по охране государственной тайны при Президенте Азербайджана, Рабочая группа Государственной комиссии Азербайджана по борьбе с наркоманией и незаконным оборотом наркотических средств, Рабочая группа Государственной комиссии по делам военнопленных, заложников и без вести пропавших граждан Азербайджана, Секретариат Тарифного совета Азербайджана.

    Кабинету министров поручено в течение пяти месяцев подготовить предложения по приведению актов Президента в соответствие с указом и представить главе государства; в течение трех месяцев обеспечить приведение нормативно-правовых актов Кабинета министров в соответствие с этим указом и проинформировать Президента Азербайджана; проконтролировать приведение нормативно-правовых актов центральных органов исполнительной власти в соответствие с этим указом и в течение пяти месяцев проинформировать Президента об исполнении; совместно с Госкомитетом по вопросам имущества принять меры в соответствии с указом Президента Азербайджана от 6 июня 2007 года «О сохранении государственного имущества и совершенствовании его эффективного использования» в отношении госимущества, находящегося на балансе госорганов и структур, предусмотренных в части два указа, и в течение трех месяцев проинформировать главу государства; в течение трех месяцев в соответствии с указом подготовить предложения и проекты нормативно-правовых актов и представить главе государства; решить другие вопросы, вытекающие из указа.

    Комиссиям, предусмотренным в указе, и Тарифному совету поручено сформировать соответствующие рабочие группы и секретариаты в составе представителей государственных органов (структур), которые представляют эти комиссии и Тарифный совет, утвердить их положение и в течение одного месяца проинформировать об этом Президента.

    Министерству юстиции поручено привести в соответствие с указом нормативно-правовые акты центральных органов исполнительной власти и акты нормативного характера и проинформировать Кабинет министров.

  • Göygöldə qanunsuz ovçuluqla məşğul olan qrup üzvləri saxlanılıb – FOTO

    Göygöl rayonunda qanunsuz ovçuluqla məşğul olan şəxslər saxlanılıb.

    Median.az Report.az-a istinadən məlumat verir ki, yanvarın 14-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalarla onların Göygöl rayon sakinləri – Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Qeyd edək ki, saxlanılanlar qohumdur. Onlardan müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri, ümumi sayı 84 ədəd olan patron, habelə ovladıqları 2 dovşan götürülüb.

    Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Xatırladaq ki, Quba rayonunda da qanunsuz ov edən şəxs saxlanılıb.

  • Bakıda maşınların şüşələrini sındıran şəxs tutuldu – VİDEO

    Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq etməkdə təqsirli bilinən Gədəbəy rayon sakini Müşfiq Zeynalov saxlanılıb.

    Median.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda araşdırma zamanı onun 2018-ci ilin noyabr-dekabr aylarında Xətai rayonunda “Hyundai” və BMW markalı iki avtomobilin şüşəsini sındırıraq nəqliyyat vasitələrinin salonundan pul, qiymətli əşyalar, ümumi dəyəri 1800 manat olan üç ədəd noutbuk oğurladığı bildirilir.

    Saxlanılan şəxsin zərərçəkənlərə ümumilikdə 3500 manata yaxın maddi ziyan vurduğu məlum olub. M. Zeynalov ifadəsində oğurladığı noutbukları satdığını bildirib.

    Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb. M. Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Polis əməkdaşları M. Zeynalovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai RPİ-yə müraciət edə bilərlər.

  • Yanacaq əvəzinə duzlu su işlədən avtomobil – FOTO

    “Quant e-Sportlimousine” markali avtomobil yanacaq yerinə duzlu su istifadə edilir.

    Median.az xəbər verir ki, bu avtomobil Avropada istehsal edilib. Avtomobil benzin əvəzinə, elektrolit elementlərdən istifadə edən sistemlə çalışır və bu sistem “NanoFlowcell” şirkəti tərəfindən istehsal edir. Bu elementlər 920 at gücü hasil edir. Nəticədə isə duzlu su işlədən avtomobil 100 km/saat sürəti cəmi 2.8 saniyəyə əldə edir. Maksimal sürət isə 350 km/saatdır. İstehsalçı isə Almaniyanın “Quant” şirkətidir.

    Bu element bir neçə onillikdir ki, məlumdur. Amma avtomobil istehsalçıları maşında istifadəyə icazəni bu yaxında əldə ediblər. Bu texnologiya benzinlə çalışan avtomobilləri tarixə göndərə bilər. Çünki həm daha effektiv, həm də ekoloji cəhətdən daha yaxşıdır.

  • Azərbaycanda əlillik üzrə yeni meyarlar hazırlandı

    Dünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında ölkəmizdə əlillik üzrə yeni meyarlar hazırlanıb. Həmin meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrupu əvəzinə əmək və özünüməşğulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əmək adaptasiya imkanları nəzərə alınıb.

    Əvvəllər hər kəsə xəstəliyin ağırlığı və onun nə dərəcədə məhdudiyyətlər yaratmasından asılı olmayaraq eyni yanaşma tətbiq edilir və bununla da qruplara təyinat aparılırdı.

    Median.az modern.az-a istinadən xəbər verir ki, yeni hazırlanan sənəddə isə əlilliyin müəyyən edilməsi sırf orqanizmin funksiyalarını itirilməsi dərəcələri, eləcə də özünə qulluq, qidalanma, sərbəst hərəkət etmə kimi fəaliyyətinin əsas istiqamətlərinin məhdudluq dərəcələri əsasında mümkün olacaq. Daha dəqiq desək, məsələn, I qrup əlilliyi olan şəxslər ən ağır dərəcə pozuntuları olanlar sayılırdısa, yeni yanaşma ilə bu, artıq orqanizmin funksiyalarını itirməsinin 80-100 faizi intervalında qiymətləndiriləcək.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayevin verdiyi məlumata görə, yeni hazırlanan sənədlərdən biri də fərdi reabilitasiya və abilitasiya proqramının qaydalarıdır. Onun dediyinə görə, əlilliyi olan şəxs əlillik dərəcəsi qazandıqdan sonra onunla bağlı fərdi reabilitasiya proqramı tərtib olunacaq. Bura onun tibbi, sosial, texniki və peşə-əmək reabilitasiyaları daxildir və bu sahədə onlarla kompleks iş aparılacaq.

    Yeni meyarlarda əsas məqsəd əlilliyi olan şəxsləri cəmiyyətə yenidən inteqrasiyası və onların əmək fəaliyyətinin bərpa edilməsidir. Sənədlər tam qəbul olunduqdan sonra bu sahədə qanunvericilikdə də bir sıra dəyişikliklər nəzərdə tutulub. Bununla yanaşı əlilliyi olan şəxslərə verilən müavinətlərdə də yeni yanaşmalar həyata keçiriləcək.

  • Azərbaycan Rusiyanın iri şəhərlərində şərab və çay evləri şəbəkəsi açacaq

    Azərbaycan Rusiyada ticarət evləri şəbəkəsi formalaşdırmaq niyyətindədir.

    Median.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.

    Onun sözlərinə görə, hazırda texniki-iqtisadi əsaslandırma işləri hazırlanır ki, bu, təsdiq olunduqdan sonra işlər daha da fəal həyata keçiriləcək:

    “İstisna deyil ki, işlər dövlət və özəl tərəfdaşlıq əsasında icra olunacaq və bununla əlaqədar biz bu prosesə biznesmenlərimizi cəlb edəcəyik. Yaxın perspektivdə isə biz Azərbaycanın şərab və çay evlərini açmağı planlaşdırırıq. Bu halda söhbət şərab və çay məhsullarının satılacağı butiklərdən gedir”.

    Bu evlərin yerləri barədə danışan R.Əliyev deyib ki, bu istiqamətdə daşınmaz əmlak agentlikləri ilə işlər aparılır, təkliflər öyrənilir:

    “Şərab və çay evlərininn Moskva, Yekaterinburq və Sankt-Peterburqda açılması nəzərdə tutulur. Azərbaycanın çay məhsulları Rusiya bazarında bir neçə ildir ki, təmsil olunur. Şərab məhsullarına gəldikdə isə, ucuz şərab seqmentindən fərqli olaraq yerli premium tipli şərab Rusiya bazarında bri az əvvəl peyda olub”.

  • Samuxda 46 yaşlı kişi ÖZÜNÜ ASDI

    Samux rayonunda 46 yaşlı kişi intihar edib.

    Median.az “Report”a istinadən məlumat verir ki, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

    Kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Həmzə oğlu Hüseynov özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik məlum deyil.

    Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.