Month: January 2019

  • В Азербайджане будет создан центр обработки звонков по ДТП

    В Азербайджане будет создан единый центр обработки звонков по дорожно-транспортным происшествиям.

    Как передает Median.Az со ссылкой на Trend, это отражено в Государственной программе по безопасности дорожного движения в Азербайджанской Республике на 2019–2023 годы.

    Программа также предусматривает усиление координации между соответствующими учреждениями, занимающимися спасением, оказанием скорой и неотложной медицинской помощи, созданием единого центра обработки вызовов, совершенствование системы регистрации дорожно-транспортных происшествий и скорой помощи, а также выявление очагов аварийности и устранение причин происшествий.

  • В Азербайджане утверждены цены на лекарственные аппараты

    Тарифный (ценовой) совет решил отрегулировать цены на лекарственные средства, прошедшие государственную регистрацию.

    Решение подписал председатель Совета Шахин Мустафаев.

    Решение вступал в силу со дня подписания.

    Со списком лекарств и ценами на них можно ознакомиться по этой ссылке.

  • Dərmanların satış qiyməti təsdiqləndi

    Tarif (qiymət) Şurası dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə qərar verib.

    Bu barədə qərarı Şuranın sədri Şahin Mustafayev imzalayıb. 

    “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq, Tarif (qiymət) Şurası dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.

    Qərarda qeyd edilib ki, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.

    Qərar imzalandığı gündən qüvvəyə minir.

    Dərmanların adları barədə siyahını linkdən əldə edə bilərsiz.

  • В центре Парижа прогремел мощный взрыв – ВИДЕО

    В девятом округе Парижа на правом берегу Сены прогремел мощный взрыв. По данным местной полиции, местом взрыва стала улица Тревиз.

    Как передает Median.Az со ссылкой на российские СМИ, cообщается о множестве пострадавших. Кроме того, под обломками могут находиться люди.

    Значительный ущерб нанесен булочной, находящейся на этой улице, в ней возник пожар. На место происшествия прибыли пожарные, машины скорой помощи и наряды полиции.

    Взрыв произошел в день, когда в Париже и других крупнейших городах проводятся манифестации в рамках девятого по счету дня (в текущем году) протестов «желтых жилетов» – граждан, недовольных ростом цен и налогов. Однако отмечается, что ЧП никак не связано с очередными протестными акциями.

    В этом районе размещены известные достопримечательности и популярные у туристов места: торговый центр «Галерея «Лафайет», музей восковых фигур и концертный зал «Олимпия» на бульваре Капуцинок.

    По предварительным данным полиции, причиной взрыва стала утечка газа.

  • Parisin mərkəzində güclü partlayış – VİDEO

    Parisin 9-cu rayonunda Sena çayının sağ sahilində güclü partlayış baş verib. Yerli polisin verdiyi məlumata görə, partlayış Treviz küçəsində qeydə alınıb.

    Median.Az Vesti.ru-ya istinadən xəbər verir ki, bir neçə yaralının olması haqqında məlumat verilir.

    Ən çox zərər bu küçədə yerləşən un məmulatları dükanın dəyib və orada yanğın baş verib. Hadisə yerinə yanğınsödürənlər, təcili yardım maşınları və polis gəlib.

    Partlayış Parisdə və digər böyük şəhərlərdə “sarı jiletli”lərin – qiymətlərin və vergilərin artımında narazı olan vətəndaşların etirazlarının doqquzuncu günündə baş verib.

    Bu rayonda Parisin bəzi mühüm görülməli və turistlər arasında məşhur olan “Lafayet” qalereyası, mum fiqurlar muzeyi və Kapusin bulvarında “Olimpiya” konsert zalı kimi məskənləri yerləşir.

    Polisin ilkin rəyinə görə partlayışa səbəb qaz sızması olub.

  • Bakıda qadının mağazadan oğurluğu kameraya düşdü – VİDEO

    Bakıda oğuluq edən qadın müşahidə kameralarına düşüb.

    Median.Az-ın xəbərinə görə, görüntüləri Baku TV-yə mağaza sahibi Azər Bağırov göndərib.

    Bildirilir ki, hadisə Sədərək Ticarət Mərkəzində, elektrik əşyalarının satışı mağazasında baş verib.

    A.Bağırov qeyd edib ki, videonu göndərməkdə məqsədi, bu kimi halların qarşısını almaq, dələduzları ifşa etməkdir.

  • Azyaşlının qol sevinci sosial şəbəkələri fəth etdi – VİDEO

    Sevimli komandasına azarkeşlik edən uşağın videosu sosial şəbəkələrdə iki milyona yaxın baxış sayı toplayıb.

    Videoçarx “Sportbible” Twitter səhifəsində dərc olunub.

    Şotlandiya futbol çempionatı çərçivəsində keçirilən “Reyncers” – “Seltik” matçına tamaşa edən uşaq əvvəl əl çalaraq, komandasına dəstək olub.

    Ancaq komandasının qol vurmasından sonra ayağa qalxaraq “Qol” deyə sevincək şəkildə otaqda var-gəl etməyə başlayıb.

    Qeyd edək ki, matçda ev sahibləri minimal hesablı qələbə qazanıb.

  • Prezident: Vergi sahəsində yeni rəhbərlik göstərişlərimi yaxşı yerinə yetirir

    Vergi sahəsində çox dərin islahatlar aparılıb. Hesab edirəm ki, vergi planının yerinə yetirilməsi çox yüksək qiymətə layiq olan məsələdir. Çünki əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü.

    Bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

    Dövlət başçısı qeyd edib ki, vergi sahəsində özbaşınalıq hökm sürürdü, bir çox xoşagəlməz əməllər müşahidə olunurdu. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu:

    “Keçən ilin təcrübəsi onu göstərir ki, həm vergi, həm gömrük sahəsində yeni rəhbərlik mənim göstərişlərimi yaxşı yerinə yetirir. Biz bu sahələrdə aparılan islahatların nəticələrini bundan sonrakı illərdə də görəcəyik. Bu sahələrdə tam şəffaflıq və dürüstlük olmalıdır.

    Bu sahələrdə işləyən insanlara da xəbərdarlıq edildi ki, əvvəlki qayda ilə işləmək mümkün olmayacaq və onlar özləri də bu nəticəni çıxarsınlar. Kim ki nəticə çıxarmır, onlara qarşı tədbirlər görülür, o cümlədən bir çox adamlar cinayət məsuliyyətinə də cəlb olunurlar”.

    “Aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, – artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, – eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın.

    Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq. Vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır. Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq.

    Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq.

    Bu, təkcə vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır. Bu gün onların bir hissəsi səsləndirildi. Bu sahədə də vaxtilə çox böyük pozuntular, ədalətsizliklər olub. Bütün bunlar indi aradan qaldırılır və bu sistem də vətəndaşlara tam ədalətli xidmət edəcək”, – deyə dövlət başçısı əminliyini vurğulayıb.

  • Nazir: Əsassız əlillik təyinatları ləğv edilib

    Əlillik təyinatlarında şəffaflığın təmin edilməsi məqsədilə ciddi nəzarət tədbirləri görülüb, Səhiyyə Nazirliyi ilə birgə iş nəticəsində 2018-ci ilin dördüncü rübündə birinci rüblə müqayisədə əlillik təyinatı 61 faiz, I qrup təyinatları isə 56 faiz azalıb.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, əsassız təyinatları ləğv edilərək, üç milyon manat büdcə vəsaitinə qənaət olunub.

    “Nazirlik qarşısında qoyduğunuz vəzifələrdən biri də əlilliklə bağlı yeni konsepsiyanın hazırlanması və əlilliyi olan şəxslərin təminatının gücləndirilməsidir. Bununla əlaqədar olaraq, Dünya Səhiyyə Təşkilatının və Avropa ölkələrinin standartları əsasında əlillik üzrə yeni meyarlar hazırlanıb. Bu meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrup əvəzinə, əmək və özünəqulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əməyə adaptasiya imkanları da nəzərə alınıb”.//oxu.az

  • На кладбище в Баку найден младенец

    На одном из кладбищ, расположенном в поселке Шувялан Хазарского района, найден трехдневный младенец.

    Как передает Median.Az со ссылкой на Report, сотрудники полиции передали новорожденную девочку в ясли.

    Мать ребенка – 37-летняя Наиля Агаева – была задержана.

    По факту ведется расследование.