Month: January 2019

  • Bakıda qəbiristanlıqda üç günlük körpə tapılıb

    Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış üç günlük qız uşağı tapılıb.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib.

    Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку задержали гадалку-мошенницу

    Сотрудники Сабунчинского районного управления полиции задержали жительницу Сальянского района Фатиму Абдуллаеву, которая, злоупотребляя доверием людей, путем мошенничества присвоила деньги и ювелирные украшения пострадавших, сообщает пресс-службу МВД.

    Задержанная призналась в содеянном. Собранные в ее отношении материалы были направлены в следственный отдел Сабунчинского РУП.

    Отметим, что в Сабунчинский РУП Баку обратилась жительница этого района с тем, что летом минувшего года случайно познакомилась в общественном транспорте с женщиной по имени Фатима, которая под предлогом гадания забрала у нее 600 манатов и ювелирные украшения на 4000 манатов.

  • Bakıda falçı qadın saxlanılıb

    Fala baxmaq adı ilə insanları aldadaraq pullarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb.

    Daxili İşlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsində yaşayan bir qadın Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edərək 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin ümumilikdə ondan fala baxmaq adı ilə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.

    12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.

    Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etira edib.

    Onun barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

  • Sumqayıtda ana və oğlu faciəvi şəkildə öldü

    Sumqayıt şəhəri Corat qəsəbəsində dəm qazı iki nəfərin ölümünə səbəb olub.

    Hadisə dünən axşam saatlarında baş verib.

    Məlumata görə, ölən şəxslər bir ailənin iki üzvü- 1997-ci il təvəllüdlü Allahverdiyeva Gülan Rövşən qızı və övladı 2014-cü il təvəllüdlü Allahverdiyev Rəşad Bayramqulu oğludur.

    İlkin ehtimallara görə onlar evdə yatdıqları yerdə dəm qazından boğularaq ölüblər.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.//oxu.az

  • Fazil Mustafa: Yeniyetmələr arasında bıçaq gəzdirmək halları artıb

    Son vaxtlar yeniyetmələr arasında özləri ilə bıçaq gəzdirmək halları artıb. Yəqin ki, buna səbəb sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasıdır.

    Bunu millət vəkili Fazil Mustafa deyib.

    Onun sözlərinə görə, dünən də Nizami metrosunda 22 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürüblər.

    “Cərrah tanışlarımızdan biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan bıçaqlamaq dəb halını alıb.

    Ciddi narahatedici məsələdir, fikrimcə valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidirlər. Hamımız nədənsə düşmüşük televiziyalarda Xoşqədəmlərin, Zaurların üstünə.

    Zövqünüzə uyğun gəlib-gəlməməni bir tərəfə buraxın, bu verilişlərdə heç olmaza mərhəmət təbliğ olunur. Ən təhlükəlisi də oğru və qatil dünyasının prinsiplərinin, davranışlarının Azərbaycan, Rusiya və Türkiyə telekanalları vasitəsilə müxtəlif proqramlarda müntəzəm təbliğ olunmasıdır.

    Onların ədasını yeniyetmələr dərhal götürürlər və öz çevrələrində onların jarqonları ilə danışırlar. Hazırda kitabçıların verdiyi bilgiyə görə ən çox satılan ədəbiyyat da həbsxana və ya kriminal aləmlə bağlıdır.

    Azərbaycanın böyük mütəfəkkirlərinin abidəsinə rast gəlmək çox vaxt müşkül məsələ olur, kriminal avtoritetlərin əksəriyyətinə dəyəri ağlagəlməz səviyyədə olan qəbirüstü abidələr ucaldılır.

    Hamısı təsiredici amillərdir, ona görə də hər bir valideyn evdən cəmiyyət içinə göndərdiyi övladların davranışlarını xoş niyyətlə diqqətə almalıdır…”, – deyə, millət vəkili sözlərinə əlavə edib.//oxu.az

  • В Азербайджане подготовлена программа по пенсионному обеспечению

    В Азербайджане в сфере пенсионного обеспечения подготовлена программа «Друг пенсионера». С этого года назначение пенсий в Азербайджане ведется в автоматизированном порядке.

    Министр труда и социальной защиты населения Сахиль Бабаев на заседании Кабинета министров, посвященном итогам социально-экономического развития в 2018 году и предстоящим задачам, пояснил, что когда гражданин вступает в пенсионный возраст, и у него появляется право на получение пенсии, ему назначается пенсия в электронном порядке. Также ему отправляется sms, электронное письмо и письмо с указанием суммы пенсии и филиалом банка, где он может получить пенсионную карту.

    По словам С.Бабаева, как составная часть реформы для лиц, у которых на персональном счету имеется пенсионный капитал, автоматически рассчитывается 25-летний страховой стаж до 2006 года.

    «Эта важная социальная инициатива позволит в текущем году еще 19500 людям получить пенсию и повысить их доходы на 48%. Уже 628 лицам в электронном порядке назначены пенсии, назначение пенсии 70% лиц, то есть шести тыс. человек, у которых появится право на пенсию, будет проведено именно в автоматизированной форме», – добавил министр.

    «В отчетный период в результате усовершенствования администрирования и серьезных контрольных мероприятий, Государственным фондом социального развития было собрано на 246 млн больше выплат по социальному страхованию, чем в 2017 году, сумма составила 2 млрд 332 млн манатов. Сборы по небюджетному сектору превысили 1 млрд 494 млн манатов, что на 152 млн больше, чем в прошлом году, и на 6,1% или 86 млн манатов больше прогнозируемого.

    В прошлом году расходы Фонда составили 3 млрд 682 млн манатов и 97,8% этой суммы были направлены на выплаты населению. Распоряжениями президента страховая часть трудовых пенсий по стране выросла на 5,7%, социальные выплаты и пенсии – на 10%. Так, в 2018 году среднемесячная сумма пенсий выросла на 6,8%, а пенсий по возрасту – 7,3%.

    С целью соцзащиты малообеспеченных семей продолжилось исполнение государственной программы адресной соцпомощи, в декабре среднемесячная сумма помощи достигла 189 манатов, в течение года потрачено 104 млн манатов.

    В результате предотвращения в данной сфере отрицательных случаев и обеспечения адресности количество назначений сократилось на 53%, сэкономлено 102 млн манатов или 49% бюджетных средств», – сказал в своем выступлении министр.//oxu.az

  • Azərbaycanda “Pensiya təyinatı proqramı” hazırlanıb

    Pensiya təyinatı sahəsində “Pensiyaçının dostu” proqramı hazırlanıb və bu ildən avtomatlaşdırılmış pensiya təyinatına başlanıb.

    Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin yekunlarına dair Nazirlər Kabinetinin iclasında qeyd edib ki, nəticədə vətəndaşın hüququ yarandığı gün elektron qaydada pensiya təyinatı aparılır, ona pensiya məbləği, ödəniş kartını əldə edəcəyi bank filialı barədə “sms”, e-mail və məktub göndərilir.

    S.Babayevin sözlərinə görə, islahatın tərkib hissəsi kimi, fərdi hesabında pensiya kapitalı olan şəxslərə 2006-cı ilədək 25 il sığorta stajı avtomatik hesablanır:

    “Bu mühüm sosial təşəbbüs cari ildə əlavə olaraq 19 500 nəfərin pensiya almasına və onların aylıq gəlirlərinin 48 faiz artmasına imkan yaradacaq. Artıq 628 şəxsə elektron qaydada pensiya təyin edilib və pensiya hüququ yaranacaq şəxslərin 70 faizinin, yəni 36 min nəfərin pensiya təyinatı məhz avtomatlaşdırılmış şəkildə aparılacaq”.

    “Hesabat ilində inzibatçılığın təkmilləşdirilməsi və ciddi nəzarət tədbirləri nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqları 2017-ci ilə nisbətən 246 milyon manat çox yığılaraq 2 milyard 332 milyon manata çatıb. Qeyri-büdcə sektoru üzrə yığım 1 milyard 494 milyon manatı keçib, əvvəlki illə müqayisədə 152 milyon manat çox, proqnozla müqayisədə isə 6,1 faiz və ya 86 milyon manat çox olub.

    Ötən il Fondun xərcləri 3 milyard 682 milyon manat təşkil edib və bunun 97,8 faizi əhaliyə ödənişlərə yönəldilib. Prezident İlham Əliyevin sərəncamları ilə ölkə üzrə əmək pensiyalarının sığorta hissəsi 5,7 faiz, sosial müavinətlər və təqaüdlər isə 10 faiz artırılıb. Beləliklə, 2018-ci ildə pensiyaların orta aylıq məbləği 6,8 faiz, yaşa görə pensiya isə 7,3 faiz çox olub.

    Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardımı proqramının icrası davam edib, dekabrda yardımın orta aylıq məbləği 189 manata çatıb, il ərzində 104 milyon manat vəsait xərclənib. Bu sahədə mənfi halların qarşısının alınması və ünvanlılığın təmin edilməsi nəticəsində təyinatların sayı 53 faiz azalıb, büdcə vəsaitlərinə 102 milyon manat və ya 49 faiz qənaət edilib”- deyə nazir bildirib.//oxu.az

  • Азербайджанка узнала о беременности за день до родов

    В Азербайджане произошел интересный случай.

    Как передает Median.Az со ссылкой на Qafqazinfo, жительница Гянджи Расулова Афет Зияд гызы 1977 года рождения впервые стала мамой.

    Так, женщина, обратившись к врачу с жалобой на боль в желудке, узнала, что находится на девятом месяце беременности.

    Спустя день в результате проведенного кесарева сечения пациентка родила девочку. Вес новорожденной составил 2 кг 900 гр.

    Сейчас состояние матери и ребенка оценивается как стабильное.

  • Azərbaycanda qadın hamilə olduğunu öyrəndi, bir gün sonra ana oldu

    Azərbaycanda tibb sahəsində maraqlı hadisə baş verib.

    Median.Az-ın Qafqazinfo-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Rəsulova Afət Ziyad qızı 23 il sonra ilk dəfə ana olub.

    Belə ki, mədə ağrısı şikayəti ilə həkimə müraciət edən qadın doqquz aylıq hamilə olduğunu öyrənib.

    Bir gün sonra Gəncə Regional Perinatal Mərkəzdə həyata keçirilən qeysəriyyə əməliyyatı ilə qadının qız övladı dünyaya gəlib. Körpə iki kq 900 qram çəkidə doğulub.

    Hazırda xəstəxanada olan ana ilə körpənin səhhəti yaxşıdır.

  • В Азербайджане будут введены новые правила захоронения – ВИДЕО

    В Азербайджане на новых кладбищах будут применяться новые правила захоронения.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, об этом журналистам заявил председатель Госкомитета по работе с религиозными структурами Азербайджана Мубариз Гурбанлы.

    По его словам, новые правила не будут действовать на старых кладбищах.

    Согласно решению, площадь земельного участка, выделенного для кладбища, составила 0,24 га на тысячу человек.

    80% общей площади кладбища будет отведено под кладбища и не менее 15% будет отведено под озеленение.