Month: January 2019

  • Dəfn mərasimlərində yeni qaydalar tətbiq olunacaq – VİDEO

    Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq.

    Median.Az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    Onun sözlərinə görə, yeni qaydalar köhnə qəbirstanlıqlara şamil olunmayacaq.

    Yeni qərara görə, qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər min nəfərə 0,24 hektar hesabı ilə müəyyən edilib.

    Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması üçün nəzərdə tutulub.

    Komitə sədri həmçinin qeyd edib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var:

    “Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir”.

  • Стали известны шокирующие детали семейной драмы в Баку

    Дети спрятали все ножи в доме, чтобы отец – уроженец Масаллинского района не убил их мать, но он расправился с ней угольником.

    Как передает Median.Az, о деталях жестокого убийства молодой женщины в Баку рассказали Sputnik Азербайджан в правоохранительных органах Насиминского района столицы.

    Десятого января в 23:55 в съемной квартире, расположенной в доме по улице Джавадхана, ударом тупого предмета по голове была убита 31-летняя Аида Дадашева. По факту был задержан муж убитой – 38-летний Дадашев Ровшан Мохуббат оглу.

    В ходе предварительного расследования было установлено, что ревностное отношение к вопросам чести и достоинства стало причиной, толкнувшей Дадашева на убийство жены. Во время допроса он признался, что следил за ней пять дней подряд.

    Сообщается, что семья находилась на грани распада. Еще задолго до убийства в мобильном приложении WhatsApp Дадашева написала своей золовке: «Скажи Ровшану, чтобы он оставил меня в покое, мы разводимся».

    Скандалы между супругами были обычным делом – мужчина постоянно избивал жену. На этой почве женщина ушла от мужа и какое-то время жила в приюте для жертв бытового насилия. Но Дадашев путем долгих уговоров и обещаний больше не поднимать на нее руку вернул жену домой.

    Супруги с двумя детьми сняли квартиру на улице Джавадхана и какое-то время жили вместе, пока жена не заявила мужу о намерении развестись. Пять дней назад Дадашев ушел из дома, но десятого января ночью вернулся и просил впустить его под предлогом того, что пришел забрать свои вещи. Женщина впустила его. Между супругами начался скандал – взаимные обвинения и упреки привели их в ярость.

    В страхе за мать, дети собрали все ножи в доме и спрятали их в подъезде. Но оказалось, что мужчина пришел подготовленным – он прихватил с собой угольник, которым и убил жену прямо на глазах у своих детей.

    Согласно свидетельским показаниям подруг Дадашевой, муж последней нигде не работал и постоянно применял в отношении нее силу. Он выгонял ее из дома, требуя заработать денег и каждый день просил на обед мясное…

    По факту умышленного убийства возбуждено уголовное дело, следствие продолжается.

  • Bakıda dəhşətli ailə dramının detalları məlum oldu

    Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları – Masallı rayon sakini Dadaşov Rövşən analarını öldürməsin.

    Median.Az xəbər verir ki, Nəsimi rayonunun hüquq-mühafizə orqanları Bakıda gənc qadının qətlə yetirilməsinin detallarını “Sputnik Azərbaycan”a açıqlayıb.

    Qeyd edək ki, yanvarın 10-da saat 23:55-də Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova başına küt alətlə vurulan zərbə nəticəsində ölüb. Onun 38 yaşlı həyat yoldaşı Dadaşov Rövşən Möhübbət oğlu saxlanılıb.

    İlkin araşdırma zamanı məlum olub ki, Dadaşovun arvadını qətlə yetirməsinə qısqanclıq səbəb olub. Dindirilmə zamanı Dadaşov deyib ki, o, beş gün sərasər arvadının hərəkətlərini izləyib.

    Ailə dağılmaq ərəfəsində olub. Hadisədən bir müddət əvvəl Dadaşova WhatsApp mobil tətbiqi vasitəsilə baldızına yazıb:

    “Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq”.

    Cütlüklər arasında qalmaqallar adi hal olub. Kişi həmişə arvadını döyürmüş. Bu səbəbdən də qadın ərinin yanından gedib. Bir müddət o, məişət zorakılığına məruz qalanlar üçün sığınacaqda yaşayıb. Amma Dadaşov uzun danışıqlardan və bir daha arvadını döyməyəcəyinə söz verəndən sonra qadını evinə qaytara bilib.

    İki uşağı olan cütlük Cavadxan küçəsində mənzil kirayələyib və qadın ərinə boşanmaq qərarına gəldiyini deyənə qədər bir müddət bir yerdə yaşayıb. Hadisədən beş gün qabaq Dadaşov evdən gedib. Lakin yanvarın 10-da gecə kirayə qaldıqları mənzilə qayıdıb və qadından onu evə buraxmağı xahiş edib. O, evə öz əşyalarını götürmək üçün qayıtdığını deyib. Qadın onu evə buraxıb. Cütlük arasında növbəti qalmaqal başlayıb. Onlar bir-birilərini qarşılıqlı ittiham edib və bu ittihamlar onları özlərindən çıxarıb. Analarına görə qorxduqları üçün uşaqlar evdəki bütün bıçaqları götürərək blokda gizlədiblər. Amma sən demə, kişi hazırlıqlı gəlibmiş. O, özü ilə dəmir parçası gətirib və onunla qadını uşaqlarının gözü qabağında öldürüb.

    Dadaşovanın rəfiqəsi istintaqa verdiyi ifadədə bildirib ki, kişi heç yerdə işləməyib və həmişə qadına güc tətbiq edib. O, daim qadını evdən qovurmuş ki, gedib pul qazansın. Özü də hər gün evdə nahara ət yeməyi tələb edirmiş.

    Qəsdən adamöldürmə faktı ilə bağlı cinayət işi qaldırılıb, istintaq davam edir.

  • Sinoptiklər Bakıda 10 dərəcə isti vəd edirlər

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yağış yağacağı ehtimalı var.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

    Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 0-2° isti, gündüz 8-11° isti, Bakıda gecə 0-2°, gündüz 8-10° isti təşkil edəcək.

    Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

    Azərbaycanın rayonlarında yanvarın 13-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-8° isti təşkil edəcək.

  • Житель Агдаша ограбил женщину

    Как сообщает Median.Az, сотрудники Агдашского РОП в результате проведенной операции задержали жителя города Токсима Гулиева, который 28-го декабря прошлого года совершил нападение на жительницу города К.Исмайылову и отобрал у нее сумку, где находились 1200 манатов и мобильный телефон.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 180.1 (грабеж) УК Азербайджана.

  • Ağdaşda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 28-də K.İsmayılovanın, içərisində 1200 manat və mobil telefon olan çantasını soyğunçuluq yolu ilə ələ keçirən şəhər sakini Toksim Quliyev saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • В маркетах Баку полиэтиленовые пакеты продают за деньги?

    Вот уже несколько дней в социальных сетях публикуется информация о том, что в некоторых маркетах полиэтиленовые пакеты продают за деньги.

    Сообщается, что пакеты продаются за пять-десять гяпиков.

    Как сообщила oxu.az руководитель пресс-службы Министерства экологии и природных ресурсов Ирада Ибрагимова, ведомство не обладает полномочиями по регулированию цен на продаваемые в магазинах полиэтиленовые пакеты, передаёт Median.Az.

    «Мы являемся сторонниками продажи пакетов в магазинах. Но не мы определяем их стоимость. Несмотря на то, что в социальных сетях встречаются новости о продаже полиэтиленовых пакетов, факты их продажи не выявлены», – прокомментировала И.Ибрагимова.

    Представитель министерства отметила, что целлофановые пакеты наносят ущерб экологии.

    «После их использования на дорогах наблюдается неприятная картина. В целях защиты окружающей среды мы рекомендуем пользоваться тканевыми сумками», – добавила пресс-секретарь.

    По ее словам, в настоящее время пакет предложений о стоимости полиэтиленовых пакетов, использовании пластиковых упаковочных материалов, создании условий для использования альтернативных упаковочных материалов находится на стадии согласования.

    И.Ибрагимова подчеркнула, что министерство выступило с инициативой по ограничению использования полиэтиленовых пакетов. Для этого ведомством был подготовлен план мероприятий, решение представлено соответствующим структурам.

  • Marketlərdə polietilen torbalar pulla satılır? – AÇIQLAMA

    Bir neçə gündür ki, sosial şəbəkələrdə bəzi marketlərdə polietilen torbaların ödənişli satılması barədə məlumatlar paylaşılır.

    İddialara görə, mağazalarda alış-veriş edən əhaliyə sellofan torbalar beş-on qəpiyə satılır.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova oxu.az-a açıqlamasında bildirib ki, nazirliyin marketlərdə satılan polietilen torbaların qiymətlərini tənzimləmək səlahiyyəti yoxdur:

    “Biz torbaların mağazalarda pulla satılmasının tərəfdarıyıq. Amma onların qiymətini biz müəyyən etmirik. Sosial şəbəkələrdə marketlərdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlərə yazılsa da, mağazalarda torbaların pulla satışına də rast gəlinməyib”.

    Nazirlik rəsmisi bildirib ki, sellofan torbalar təbiətə çox ziyan vurur:

    “Bu torbalar istifadə edildikdən sonra ətraf ərazilərdə və yol kənarında xoşagəlməyən mənzərə yaradır. Biz ətraf mühitin qorunması üçün insanların alış-verişlərdə parça torbalardan istifadə edilməsini tövsiyə edirik”.

    İradə İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb:

    “Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib.

    Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir.

    Təbiəti qorumaq, ona sevgi ilə yanaşmaq hamımızın borcudur”.

  • В Хачмазе по подозрению в сбыте наркотиков задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Хачмазского РОП на основании поступившей информации задержали жителя поселка Мугтадыр Сергея Юдина, у которого в доме обнаружили 450 грамм марихуаны, 10,7 грамм опиума и 1,5 грамм героина.

    Кроме этого, сотрудники Хачмазского РОП задержали жителя г.Худат Заура Алиева, у которого обнаружили 437 грамм марихуаны.

    В Следственном отделе РОП по фактам возбуждены уголовные дела.

  • Xaçmazda narkotik satışında şübhəli bilinən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Xaçmaz RPŞ-nin əməkdaşları daxil olan məlumat əsasında Müqtədir qəsəbə sakini Sergey Yudinin evindən 450 qram marixuana, 1,5 qram heroin və 10,7 qram tiryək aşkar ediblər.

    Bundan başqa, Xaçmaz RPŞ-nin əməkdaşları Xudat şəhər sakini Zaur Əliyevdən 437 qram marixuana götürüblər.

    RPŞ İstintaq bölməsində hər iki faktla bağlı cinayət işləri başlanılıb.