Month: January 2019

  • В Баку мошенники «дезинфицируют» дома от свиного гриппа – ВИДЕО

    Группа лиц, воспользовавшись распространением «свиного гриппа» в Грузии, совершила мошенничество в Баку под предлогом проведения за определенную плату дезинфекцию в подъездах жилых домов.

    Как передает Median.Az со ссылкой на Xezerxeber.az, подобные шаги были предприняты в Хатаинском, Сураханском и Сабунчинском районах Баку.

    В частности, жильцы жилмассивов “В” и “Д” в поселке Ени Гюнашли сообщили, что неназванные лица собрали с жильцов по два маната под предлогом проведения дезинфекции в подъездах домов.

    По сообщению замдиректора Республиканского центра гигиены и эпидемиологии Афаг Алиевой, ни в центре, ни в районах столицы центром не проводятся меры дезинфекции.

    Лишь в районах республики на основании договоров в детсадах, школах и больницах могут проводиться подобные мероприятия.

    Гражданам рекомендуется информировать правоохранительные органы при подобных случаях.

  • Bakıda “donuz qripi” fırıldaqçıları peyda oldu – VİDEO

    Gürcüstanda “donuz qripi” virusunun olmasından istifadə edən bəzi şəxslər artıq Bakıda fırıldaqçılığa başlayıblar. Onlar sakinlərə yaxınlaşaraq, binaların bloklarında “donuz qripi”nə qarşı dezinfeksiya apardıqlarını bildirərək onlardan pul alıblar.

    Median.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin şəxslər paytaxtın Xətai, Suraxanı və Sabunçu rayonlarında belə bir addım atıblar.

    Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin V və D massivlərində yaşayan sakinlər bildiriblər ki, özlərini təqdim etməyən şəxslər qapıları döyərək dezinfeksiya etməyi təklif edib, bunun qarşılığında iki manat pul istəyiblər.

    Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə bildirib ki, həm mərkəzin özündə, həm də rayonlarda onların mərkəzi tərəfindən dezinfeksiya işləri aparılmır. Yalnız rayonlarda prodezinfeksiya idarələri Mənzil Kommunal Təsərrüfatı birlikləri ilə müqavilə əsasında bağça, məktəb və xəstəxanalarda bu işləri apara bilərlər.

    Araşdırma zamanı məlum olub ki, həmin idarələr tərəfindən bu yaxınlarda heç bir dezinfeksiya işləri aparılmayıb.

    Vətəndaşlara tövsiyə olunur ki, bu cür halla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

  • Dekabrda 99 sürüşmə hadisəsi qeydə alındı

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyası dekabrda ekzogen geoloji proseslərin dinamikası üzərində müşahidələri davam etdirib, mühüm sürüşmə obyektlərinin vəziyyətini öyrənib. Monitorinqlərin nəticələrinə görə, respublika ərazisində 99 sürüşmə hadisəsi qeydə alınıb. Onlardan 20-i Bakıda, 3-ü isə Abşeron rayonunda baş verib.

    Median.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a ekspedisiyanın rəisi Əziz Qaralov məlumat verib.

    Ekspedisiya rəisi bildirib ki, aparılan monitorinqlərin nəticələrinə əsasən, paytaxtın Səbail rayonunda Badamdar sürüşmə sahəsində istinad divarlarında yerləşdirilmiş mayaklarda, o cümlədən torpaq qatındakı mövcud çatlarda genişlənmələr qeydə alınmayıb. Lakin ərazidə gərgin vəziyyət saxlanılmaqdadır. Rayonun Buxta küçəsi sahəsində quraşdırılmış mayaklarda çatlar müşahidə edilməsə də, sürüşmə prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

    Suraxanı rayonunda Zığ-1 sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Bundan əlavə, Binəqədi rayonunda, Birinci mədən yaşayış sahəsində, Binəqədi qəsəbəsi, Məlik Aslanov küçəsi və ətraf ərazilərində, Sabunçu rayonunda Maştağa-Zabrat, Zabrat-Məhəmmədi, Savalan, Şuşa şəhərciyi subasma sahələrində, Daş Karxanası yaşayış massivində, o cümlədən Xəzər rayonunun Qala qəsəbəsində atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə edilib.

    Abşeron rayonunun Nübar qəsəbəsində təbii və texnogen faktorlar sürüşmə-çökmə sahəsində, Masazır qəsəbəsində Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivliyə səbəb olub.

  • В Сумгайыте муж избил беременную жену

    В Сумгайыте муж избил беременную жену.

    Как передает Median.Az со ссылкой на Qafqazinfo, инцидент произошел в 13 микрорайоне города.

    Арзу Гусейнова, проживающая в арендованной квартире, была избита 28-летним мужем Фуадом Гусейновым.

    Кроме того, муж порезал кисти и руки женщины куском стекла. От полученных ран женщина потеряла сознание. Супруг забрал золотые украшения, принадлежащие жене, и сбежал.

    Сотрудники первого полицейского участка Городского полицейского отделения Сумгайыта немедленно прибыли на место происшествия.

    Было принято заявление потерпевшей А.Гусейновой и назначена экспертиза.

    Отметим, что А.Гусейнова находится на пятом месяце беременности.

    По факту ведется расследование.

  • Sumqayıtda ər hamilə arvadına işgəncə verdi

    Sumqayıtda hamilə qadın əri tərəfindən döyülüb, işgəncələrə məruz qalıb.

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

    Belə ki, kirayədə yaşayan Arzu Hüseynova əri, 28 yaşlı Fuad Hüseynov tərəfindən döyülüb.

    Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb.

    Hadisə yerinə dərhal Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib.

    Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin olunub.

    Qeyd edək ki, A.Hüseynova beş aylıq hamilədir. Faktla bağlı araşdırma aparılır.

  • В Баку неизвестный разбил стекла машины и здания офиса – ВИДЕО

    В Сабаильском районе Баку на улице Рашида Бейбутова 55 выявлено нарушение порядка.

    Как передает Median.Az со ссылкой на Baku.ws, сначала неизвестный мужчина разбил окна в здании компании Unicapital, а затем разбил стекла черного автомобиля Volkswagen.

    В связи с инцидентом в 39 полицейский участок Управления полиции Сабаильского района поступила информация о нарушении порядка неким человеком.

    Выясняются причины происшествия.

  • Bakıda kişi şirkətin ofisini dağıtdı, maşının şüşələrini sındırdı – VİDEO

    Paytaxtın Səbail rayonu, Rəşid Behbudov küçəsi 55 ünvanında bir kişi asayişi pozub.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, o, əvvəlcə qara rəngli maşının şüşələrini qırıb.

    Şahidlərin hadisə yerindən çəkdiyi videodan da göründüyü kimi, kişi daha sonra “Unicapital” şirkətinin şüşələrini sındırıb.

    Məsələ ilə əlaqədar Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsindən bildirilib ki, bir nəfərin “Volkswagen” markalı maşının şüşələrini sındırması və asayişi pozması barədə məlumat daxil olub.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

  • Bakı Aeroportu sərnişin dövriyyəsi üzrə yeni rekord müəyyənləşdirib

    Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsinin həcminə görə yeni rekord müəyyənləşdirib – ötən il ərzində hava limanı ümumilikdə 4,43 milyon sərnişinə xidmət göstərib. Bu, 2017-ci ilin göstəricisindən 9 faiz çoxdur.

    2018-ci il ərzində aeroportun baza aviadaşıyıcıları – AZAL və “Buta Airways” müvafiq olaraq 1,89 milyon və 442 min sərnişin daşıyıb. Beynəlxalq reyslərlə ümumilikdə 3,81 milyon sərnişin, regional reyslərlə isə 620 min sərnişin daşınıb.

    Beynəlxalq reyslərin ümumi sayının 33,4 faizi AZAL-ın, 11,6 faizi “Buta Airways”in, 55 faizi isə xarici aviaşirkətlərin payına düşüb.

    2018-ci ildə beynəlxalq sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı, “Turkish Airlines”, “FlyDubai”, “Aeroflot”, “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları), “Air Arabia”, “S7 Airlines”, “Qatar Airways”, “Utair”, “Lufthansa” və “SCAT” daxil olmuşdur. Onlar ümumilikdə 1,15 milyon sərnişinə xidmət göstərib.

    2018-ci ildə İstanbul, Moskva, Dubay, Kiyev, Şarja, Tehran, Bağdad, Tbilisi, Doha və Təl-Əviv beynəlxalq istiqamətlərin ən populyar onluğuna daxil olub. Bu istiqamətlər üzrə 2,7 milyon sərnişin uçub.

    Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportuna ümumilikdə 36 xarici sərnişin aviaşirkəti müntəzəm uçuşlar həyata keçirib. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

    2017-ci və 2018-ci illərdə hava limanı həmçinin ardıcıl olaraq ikinci il Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülüb.

  • Движение электричек по маршруту Баку-Сумгайыт отменено на два дня

    Отменено движение электричек по маршруту Баку-Сумгайыт-Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в ЗАО «Азербайджанские железные дороги».

    Согласно информации, в связи с ремонтно-восстановительными работами на железнодорожных путях станции Сумгайыт-пассажирская, 12 и 13 января 2019 года будет отменено движение электричек, курсирующих по маршруту Баку-Сумгайыт-Баку.

  • Bakı-Sumqayıt qatarları iki gün işləməyəcək

    Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.

    Bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

    Məlumata görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12 və 13-də Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir.