Month: January 2019

  • Spirtli və spirtsiz içkilərə görə gömrük rüsumları artırıldı

    Nazirlər Kabineti sular və spirtli içkilərin aksiz markası ilə bağlı qərar verib.

    Qərara əsasən, müxtəlif tərkibli sular və spirtli içkilərin qiymətində dəyişiklik edilib.

    şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş mineral və qazlı sular da daxil olmaqla, sular 1 litr, 0,3 ABŞ dolları
    şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr, 0,3 ABŞ dolları
    alkoqollu energetik içkilər 1 litr, 2,0 ABŞ dolları
    digərləri 1 litr, 2,0 ABŞ dolları

  • Enerji içkiləri və tütün məmulatları ilə bağlı – MÜHÜM QƏRAR

    Artıq supermarketlərdə enerji içkilərinin qiyməti bir neçə gündür qalxsa da, “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin qərarı yanvarın 10-dan bu məsələləri tənzimləyir.

    Qərara görə, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla əlaqədar alkoqolsuz enerji içkiləri üzrə aksiz vergilərinin məbləği aşağıdakı kimidir.

    şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat
    meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat

    “Aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları” sütununda isə belə əlavələr edilib:

    tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat
    tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün 20,0 manat

    Bundan başqa, tütün məmulatları üzrə aksiz markaları 1000 ədəd üçün 28 manat təşkil edəcək. Elektron siqaretlər üçün mayenin 1 litri üzrə aksiz vergisinin məbləği isə 20 manat təşkil edəcək.

    tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat
    tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat
    tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat

    //oxu.az

  • В Баку владелец «Rent a Car» совершил хулиганство – ВИДЕО

    Утром около 05:30 в Бинагадинском районе столицы на улице Эльдара Бабаева произошло тяжелое ДТП.

    Водитель автомобиля марки «Нива» с государственным регистрационным номером 10-MP-109 Мустафаев Хамза Шяадет оглу находясь в нетрезвом состоянии врезался в стену.

    Водитель совершал опасные маневры на улицах столицы, грубо нарушал правила дорожного движения, не подчинялся приказу дорожно-патрульной службы, превышал скорость.

    Х.Мустафаев и его пассажир Рамин Тагиев срочно были доставлены в Городскую клиническую больницу №1.

    У Х.Мустафаева был диагностирован перелом челюсти, а у Р.Тагиева повреждение мягких тканей лица. Состояние мужчин среднетяжелое.

    В результате аварии машина пришла в негодность.

    Отметим, что водитель «Нивы» Х.Мустафаев является владельцем «Rent a Car».//oxu.az

  • “Rent a Car”ın sahibi Bakıda avtoxuliqanlıq etdi – VİDEO

    Səhər saat 05:30 radələrində paytaxtın Binəqədi rayonu, Eldar Babayev küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Niva” markalı, 10 MP 109 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Mustafayev Həmzə Şəadət oğlu maşını içkili vəziyyətdə divara çırpıb.

    Sürücü paytaxt küçələrində təhlükəli manevrlər edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, yol patrul xidmətinin “Dayan” əmrinə tabe olmayaraq, sürət həddini aşıb.

    H.Mustafayev və maşında olan Ramin Tağıyev təcili olaraq 1 sayılı Şəhər Klinik xəstəxanasına çatdırılıb.

    H.Mustafayevin çənəsi sınıb, R.Tağıyevə isə sifətin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır. Hadisə nəticəsində avtomobil yararsız hala düşüb.

    Qeyd edək ki, “Niva”nın sürücüsü Həmzə Mustafayev “Rent a Car”ın sahibidir.
    //Baku.tv

  • Bakıda çay evində qan töküldü

    Gecə saatlarında paytaxtın Binəqədi rayonunun Mir Cəlal küçəsində bıçaqlanma hadisəsi baş verib.

    1975-ci il təvəllüdlü Abdulkərimov Elşən Həsən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

    Hadisə, həmin ərazidə olan çay evlərinin birində baş verib.

    Yaralı təcili olaraq 1 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb. E.Abdulkərimova qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyəti hazırda orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.//oxu.az

  • Parkinqlərə görə ödənişləri artırmaq doğru deyil – AÇIQLAMA

    Bakıda fəaliyyət göstərən parkinqlərin qiyməti barədə təkliflər hazırlanmalıdır.

    Bunu oxu.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev deyib.

    Onun sözlərinə görə, indiki mərhələdə parkinqlərə görə aylıq ödənişləri qaldırmaq doğru deyil:

    “Çünki problemlər tamamilə başqa yöndədir. Dünya təcrübəsinə görə, yeraltı və yerüstü parkinqlər küçələrdə olan parkinqlərdən daha ucuzdur. Bunun səbəbi var.

    Bu, praktiki olaraq ona səbəb olur ki, insanlar küçədə deyil, kənar parkinqlərdən istifadə edirlər. Problem ondadır ki, küçə sahəsi məhdud resursdur və həmişə problem olur.

    Eyni zamanda, küçələrdə parkinq ucuz olsa, bu, tələbin artımına gətirib çıxarır. Nəticədə, parkinqlər məşğul olur və boş yer tapmaq olmur”.

    Ekspert parkinqin qiyməti barədə də danışıb:

    “Tələb və təklifin tarazlığı olmalıdır. Küçədə kimin qısamüddətli bir işi varsa, parkinqdə maşını saxlayan zaman qiymət münasib olmalıdır.

    Qiymət yüksək olduğu halda, daha çox qapalı parkinqlərə üz tuturlar. Parklanma siyasətində qiymət tərtib etmə ona yönəlir ki, insanlar avtomobil saxlamaqdan maksimum imtina etsinlər.

    Məsələn, Londonda mərkəzi yerlərdə bir saat maşın saxlamaq üçün dörd funt-sterlinq ödənilir. Bu da bizim qiymətlə 10 manat sayılır. Bu, insanları ictimai nəqliyyatdan istifadəyə yönəltmək üçün bir siyasətdir”.

    Hüseyn Abdullayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi parklanma siyasəti haqqında məhdud məlumat verir:

    “Parklanmanın idarə olunması barədə geniş məlumat verilməlidir. BNA-nin indiki addımı qanunsuz dayanma-durmanı nisbətən nəzarətə götürməkdir”.

  • В Гяндже за кражи из 5 домов задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Кяпазского РУП в результате оперативно-розыскных мер задержали жителя г.Гянджа, ранее судимого Сахиля Мусаева, который украл из одного дома золотые украшения и предметы быта. 

    В ходе расследования выяснилось, что он вместе с жителем города Эльнур Нуриева совершили еще четыре квартирные кражи, похитив деньги, золотые украшения и предметы быта.

    В результате оперативно-розыскных мер Э.Нуриева также был задержан и передан следствию.

    В Следственном отделе Гянджинского ГУП возбуждено уголовное дело по статье 177.2.1 (кража, совершенная группой лиц) и 177.2.2 (кража, совершенная повторно) УК Азербаййджана.

  • Gəncədə 5 evdən oğurluq edən şəxslər tutulub

    Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki evlərin birindən qızıl və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Musayev saxlanılıb.

    Araşdırma zamanı, onun həmyerlisi Elnur Nuriyevlə birgə şəhər ərazisindəki daha 4 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

    Görülmüş əlavə tədbirlərlə E.Nuriyev saxlanılıb.

    Gəncə ŞBPİ İstintaq şöbəsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəlləri ilə cinayət işi başlanılıb.

  • Известный турецкий телеканал прекращает вещание

    Закрывается популярный турецкий телеканал Kral.

    Об этом сообщили на странице телеканала в Twitter.

    Сообщается, что вещание канала прекратится с 1 февраля.

    После этого телеканал Kral можно будет смотреть только на мобильных приложениях, а также на YouTube канале Kral Müzik.

  • Türkiyənin məşhur telekanalı yayımı dayandırır

    Türkiyənin “Kral” televiziya kanalı bağlanır.

    Median.Az xəbər verir ki, bu barədə telekanalın “Twitter” səhifəsində yazılıb.

    Bildirilir ki, telekanalın yayımı fevralın 1-dən dayandırılacaq.

    Bundan sonra Kral TV-ni yalnız mobil əlavələrdə, habelə Kral Müzik YouTube Kanalında izləmək mümkün olacaq.