Month: January 2019

  • Ermənistanda valideynlər övladlarının hərbi xidmətə getməsinə etiraz edir

    Ermənistanda çağırışçıları hərbi komissarlığa aparan avtobusa hücum edilib. Avtomobildə olan bir qrup gənc nəqliyyat vasitəsini əhatəyə alıb. Yol kəsişmələrindən birində onun dayanmasından istifadə edərək qapıların açılması tələbi ilə avtobusu yumruqlamağa başlayıblar.

    AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, insidentin səbəbkarları qapıları zorla açaraq içəridə olan komissarlıq nümayəndəsini döyüb, sürücüyə hücum ediblər. Bundan başqa onlar yolda nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaradıb, ictimai asayişi pozub, eləcə də Müdafiə Nazirliyinin maşınına ciddi ziyan vurublar. Artıq polis insidenti törədənlərdən 40 yaşlı Qor Akopyanı və 22 yaşlı Merujan Vskanyanı saxlayıb. Hadisənin digər iştirakçıları isə gizlənirlər. Qor Akopyan dindirilmə zamanı bildirib ki, bu addımı bacısı oğlunun hərbi xidmətə aparılmasına etiraz olaraq atıb. Onun açıqlamasının cəmiyyətə mənfi təsir etməməsi üçün güc strukturları insidentə başqa don geyindirməyə çalışırlar.

    Hüquq müdafiəçisi Artur Sakuntsun sözlərinə görə, hökumət insanları elə bir həddə çatdırıb ki, artıq heç kim övladını, yaxınını əsgər görmək istəmir. Ermənistan ordusunda xidmət yerini özbaşına tərk edənlərin də sayı artır. Hərbçilər bölmələrdəki ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən beziblər. Şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər. Son bir ildə 213 belə fakt qeydə alınıb.

  • Gənc Tamaşaçılar Teatrında 20 Yanvar faciəsinə həsr olunmuş tamaşa nümayiş etdiriləcək

    Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş etdiriləcək.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.

    Tamaşada əsas rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.

    Tamaşa gənclərin ilk məhəbbətinin tərənnümünə həsr olunub. Bir-birini böyük məhəbbətlə sevən Aqillə Turan ayrılsalar da, daxilən ömürlərinin sonuna qədər bir-birinə sadiq qalırlar. Aqil 20 Yanvar hadisələri zamanı həlak olur. Turan isə Aqilin Səidədən olan oğlunun təlim-tərbiyəsi ilə məşğul olur, onun anasını tək qoymur.

  • İstehlak bazarında məhsulların müvafiq standartlara uyğunluğuna ciddi nəzarət olunur

    Muxtar respublikada istehsal olunan məhsul və xidmətlərin keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini daha da yüksəltmək üçün standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrinin müasir tələblərə uyğunlaşdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

    AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2018-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclasında danışılıb.

    İclasda hesabat məruzəsi ilə çıxış edən agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası xüsusilə diqqətdə saxlanılıb və ardıcıl tədbirlər həyata keçirilib.

    Diqqətə çatdırılıb ki, muxtar respublikada uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi, alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılmasına diqqətin artırılması üzrə 102 məktəbin bufetində, 11 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 18 məktəbəqədər tərbiyə müəssisəsində monitorinqlər aparılıb, aşkarlanmış nöqsanlar aradan qaldırılıb. Həmçinin məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların 5 halda keyfiyyət göstəriciləri yoxlanılıb və nəticələrin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.

    “Muxtar respublikada əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə birgə 302 təsərrüfat subyektində 1271 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılıb”, – deyən Bəxtiyar İsmayılov vurğulayıb ki, istehsal olunan məhsulların ixrac ediləcək ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün tədbirlər görülüb.

    Qeyd olunub ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə aidiyyəti orqanların nümayəndələri ilə birlikdə elektrik və qaz cihazlarının satışını həyata keçirən 102 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılıb. İdxal olunan 5372 ədəd məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 440 ədəd məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.

    İclasda vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində Şahbuz şəhərində, Babək qəsəbəsində, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Kırna və Kəngərli rayonunun Yurdçu kəndlərində mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı AMEA Naxçıvan Bölməsinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminarlar keçirilib, maarifləndirici bukletlər paylanılıb. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına kömək məqsədilə 7926 rəngli etiket hazırlanıb və təsərrüfatlara çatdırılması təmin edilib. 2018-ci ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında keyfiyyətə nəzarət üçün aidiyyəti orqanla birlikdə 445 halda məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub, nəticələrin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.

    Bildirilib ki, istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılıb və ötən il məhsulların 1532 halda, o cümlədən qida məhsullarının 1428 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib. Ümumilikdə, 2018-ci ildə istehlak bazarında məhsulların keyfiyyətinə və müvafiq standartlara uyğunluğuna nəzarətin davam etdirilməsi barədə verilmiş tapşırıqların icrası istiqamətində standartların tələblərinə uyğun olmayan 29811 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb.

    Sonra agentliyin müvafiq şöbələrinin hesabatları dinlənilib, qarşıya qoyulmuş vəzifələr müzakirə olunub.

  • Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Minlərlə tarakan və çəyirtkə Məkkəyə hücum etdi – Dövlət qurumları HƏRƏKƏTƏ KEÇDİ – VİDEO

    Müsəlmanların müqəddəs məkanı olan Kəbənin də yerləşdiyi Məscidi-Harama həşəratlar hücum edib.

    Minlərlə çəyirtkə və tarakan qısa müddətdə şəhərin bir çox nöqtəsinə yayılıb.

    Məkkə bələdiyyəsi Həcc və Ümrə ziyarətində olanların təhlükəsizliyi və rahatlığı üçün həmin bölgəyə təmizlik işçilərini göndərib. Böcəklərin çoxluğu şəhər sakinləri il yanaşı, mütəxəssisləri də təəccübləndirib.//publika.az

  • Xəyalə Quliyeva “Maşın”da ona hədiyyə olunan 500 kisə sementi GÖRÜN NƏ EDƏCƏK – ÖZÜ AÇIQLADI (VIDEO)

    “Maşın şou”nun qalibi, tanınmış teleparıcı, rejissor və aktrisa Xəyalə Quliyeva avtomibilini hələ almadığını bildirib.

    Publika.az-a açıqlama verən məşhur “5-ci element” verilişində qonaq olarkən yayılan kadrlara aydınlıq gətirib.

    “Mən heç o videonu görməmişəm. Onu kimin və harada çəkdiyindən heç xəbərim olmayıb. Bəli, maşını hələ verməyiblər. Lakin bu, o demək deyil ki, verməyəcəklər, hələ sənədləşmə işləri gedir. Dövlət yol polisi idarəsinə gedib avtomobili adıma keçirtməliyəm. Niyə camaat hələ verməyiblər sözünü verməycəklər kimi başa düşür? Bu boyda camaatı adlatmaq olmaz ki. Efirdə çox yüksək səviyyədə təşkil olunmuş şou yayımlanıb. Verilişin tarixində də elə hadisə olmayıb ki, maşını verməsinlər. Niyə adi sözümü sensasiyaya çeviriblər bilmirəm”.

    Xatırladaq ki, əməkdar artist Ruhəngiz Allahverdiyevanın “5-ci element” verilişinin kadrarxası görüntülərindən paylaşdığı videoda aparıcı Xəyalə “Maşınımı vermirlər. Niyə?” deyə sual edib. Sözügedən görüntülər sosial şəbəkədə marağa səbəb olub.

  • Азербайджанский бренд ASAN xidmət в Афганистане

    В Афганистане открылся сервисный центр службы ASAN (Asan Khedmat). Как сообщается на официальной странице службы в социальной сети Facebook, в открытии центра приняли участие министр финансов Мохаммад Хомаюн Каюми и министр коммуникаций и информационных технологий Шахзадом Гул Арьеби.

    Каюми отметил, что данная служба, работая в тесной координации с министерством финансов, упростит налоговые процессы.

    Отметим, что Asan Khedmat – это универсальный портал общественных услуг, основанный на концепции ASAN Services в Азербайджане. Подписанный несколько лет назад меморандум о взаимопонимании между правительством Афганистана и правительством Азербайджана предусматривает, что службы ASAN будут оказывать техническую поддержку во всех аспектах этой инициативы. Это включает доступ к программным решениям, обмен стратегическими и юридическими документами, поддержку в отношении организационной структуры, а также обмен учебными программами и методологией. Также достигнута договоренность о том, что Азербайджан предоставит доступ к своим учебным объектам в период развития в Афганистане.

    Напомним, что служба ASAN Services была создана на основании указа президента Азербайджана Ильхама Алиева № 685 от 13 июля 2012 года с целью сокращения дополнительных расходов и потери времени гражданами, соблюдения этических правил и вежливого общения с ними, дальнейшего повышения профессионального уровня, прозрачности, доверия к государственным органам, усиления борьбы с коррупцией, более широкого использования электронных услуг, а также повышения эффективности институциональных реформ в этой сфере.

    Центры службы ASAN подчиняются Госагентству по оказанию услуг гражданам и социальным инновациям при президенте Азербайджанской Республики и действуют по принципу «единого пространства». Модель ASAN имеет шесть основных принципов: оперативность, прозрачность, вежливость, ответственность, следование правилам этического поведения и комфорт. Государственные службы функционируют скоординированным образом во всех центрах. Для обеспечения более качественного обслуживания граждан в центрах службы ASAN используются новые методы и современные инновации. Около 100 добровольцев работают в каждом центре.

    Первый этаж центров службы ASAN, являющейся брендом Азербайджана, начинается с информационного раздела. Процесс регистрации автоматизирован и осуществляется специальными устройствами. Добровольцы помогают гражданам в этом процессе. Добровольцы также помогают гражданам в заявках. Также используются мобильные автобусы для обслуживания граждан, которые не могут прийти в центр. На сегодняшний день более 25 миллионов заявок было направлено в центры службы ASAN. Степень удовлетворенности услугами, предоставляемыми гражданам, варьируется от 98 до 100%.

  • Ukraynada soyuqdan ölənlərin sayı 64-ə çatdı

    Ukraynada son 1 ay ərzində kəskin soyuq havalar nəticəsində 100-ə yaxın insan dünyasını dəyişib.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il dekabrın 12-dən bu il yanvarın 9-na qədər 64 nəfərin öldüyü bildirilir.

    Nazirlik qeyd edir ki, 12 dekabr-9 yanvar aralığında 1037 nəfər həddindən artıq soyuq və donvurmaya görə həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib.

  • Nahidə estetik əməliyyatdan 12 gün sonra…

    Əməkdar artist Nahidə Orucova plastik əməliyyata üz tutan məşhur karvanına qoşulub. “Qafqazinfo” xəbər verir ki, gah mədəsini kiçildən, gah da imici ilə tez-tez gündəmə gələn aktrisa bu dəfə estetik prosedura əl atıb.

    O, üz dərisindəki sallanmaları aradan qaldırmaq üçün bıçaq altına yatıb. N. Orucovanın “Smas Face Lift” (Üzün dartılması) prosedurunu cərrah Mübariz Məmmədli həyata keçirib. Həkim aktrisanın əməliyyatdan 12 gün sonrakı görüntüsünü instaqram səhifəsində paylaşıb.

  • Ruhi xəstə anasını bıçaqladı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

    1998-ci il təvəllüdlü Vaqif Rüstəmov Xocasən qəsəbəsində yaşadığı evdə mübahisə zəminində anası, 1973-cü il təvəllüdlü Sevinc Əliyevanı bıçaqlayıb. Ruhi əsəb xəstəsi olan Vaqif anasına 3 bıçaq zərbəsi vurub.

    S.Əliyeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.